42
kəmiyyət informasiyaları
Alternativin
üstünlüyü
haqqında informasiya
Cüt-cüt
müqayisənin
üstünlük
qiymətləndirilməsi
Riyazi
proqramlaşdırma
metodu
Parametrlərini
interaktiv
üsullarla təyin edilən zaman
xətti və qeyri-xətti burma
metodu
Kriteriyalar çoxluğunda
üstünlük haqqında və
sonuncu
alternativ
informasiya
Üstünlük
haqqında
məlumatın yoxluğu
Nəticələr
haqqında
kəmiyyət
və
interval
informasiyaları
Üstünlük üçün keyfiyyət,
nəticə üçün kəmiyyət
informasiyaları
Üstünlük və nəticə üçün
keyfiyyət informasiyaları
Üstünlük və nəticə üçün
kəmiyyət informasiyaları
Diskret
qeyri-müəyyənlik
metodu
Stoxastik üstünlük metodu
Qlobal kriteriyalar əsasında
risk
və
qeyri-müəyyənlik
sərtində
qərar
qəbuletmə
metodu
yerarxiyanın analizi metodu
Qeyri-səlis
çoxluqlar
nəzəriyyəsi metodu
Praktik
qərar
qəbuletmə
metodu
Statistik
etibarsız
qərarın
seçmə metodu
Risk və qeyri-müəyyənlik
sərtində
laqeydlik
ə
yrisi
metodu
Qərarlar budağı metodu
Gözlənilən
faydalılıq
nəzəriyyəsinin dekompozisiya
metodu
Cədvəldən göründüyü kimi qərar qəbuletmə metodlarını dörd əsas qrupa
bölmək olar. Birinci üç qrupda qərarlar müəyyənlik şəraitində, dördüncü qrupunda
qeyri-müəyyənlik şəraitində qəbul olunan qərarlara aiddirlər. Bu buraxılış işində
bütün metodları tam şəkildə təsvir etmək və onların tətbiqini araşdırmaq mümkün
deyildir. Biz üçüncü və dördüncü qrupa aid olan metodların bəziləri haqqında
burada məlumat verəcəyik qeyri-səlis çoxluqlar nəzəriyyəsinə əsaslanan metod
haqqında isə üçüncü fəsildə daha geniş danışacağıq.
Modelləşdirmə metodları bu sahədə araşdırma metdolarının ən vaciblərindən
biridir. Bunun mahiyyəti ondan ibarətdir ki, araşdırılan obyekt onun əsas xassələri
saxlanılmaq şərti ilə müəyyən modeli ilə əvəz olunur real obyekt əvəzinə model
araşdırılır.
Qərar qəbuletmə prosesində faydalılıq nəzəriyyəsi metodlarına əsaslanan
yaxınlaşmaya baxaq: Bu nəzəriyyənin əsas ideyası qərar qəbuletmə prosesində
43
mümkün nəticələrin faydalılığının kəmiyyət qiymətləndirilməsinin alınmasından
ibarətdir və sonda bu qiymətləndirmələr əsasında ən yaxşı nəticə seçilir.
Ən yaxşı nəticənin seçilmə məsələsi faydalılıq nəzəriyyəsinin
aksiomatikasına əsasən aşağıdakı şəkildə göstərilə bilər:
max
A
1
є
A
burada u(k) – çox ölçülü faydalılıq funksiyası, K - kriterial fəzada
nöqtə, f(K/A) - şərti A- alternativinin kriterial qiymətləndirmə paylanmasının sıxlıq
funksiyasıdır.
yerarxiyanın analizi metodu problemin iyerarxik formada daha kiçik tərkib
hissələrinə bölünməsini nəzərdə tutur və burada qərar qəbul edən şəxsin hər bir
hissə ücün mülahizələrindən istifadə edilir. Nəticədə iyerarxiyada olan bütün
kriteriyalar üzrə bütün alternativlərin nisbi əhəmiyyəti təyin olunur. Bu nisbi
ə
həmiyyət prioritet vektoru kimi kəmiyyət formasında ifadə olunur. Beləliklə,
alınan vektorun qiymətləri münasibətlər şkalasındakı qiymətlərlə müqayisə olunur
və qərar qəbul edilir.
yerarxiya qurulduqdan sonra onun elementlərinin cüt-cüt müqayisə
matrisləri qurulur. Bu zaman iyerarxiyada əsasən iki növ element seçilir:
«valideyn»-elementlər və «nəsil»-elementlər. Cüt-cüt müqayisə matrisləri özündən
ə
vvəlki pilləyə aid bir «valideyn»-elementə aid olan «nəsil»-elementləri arasında
qurulur. «Valideyn»-elementlər iyerarxiyanın sonuncudan başqa bütün elementləri
ola bilər. Müqayisə elementlər arasında üstünlük dərəcəsinin təyin olunması ilə
aparılır. Alınan mühakimələr qiymətləndirmə şkalaları əsasında ədədlərlə ifadə
olunur.
Alternativləri cüt-cüt müqayisə etmək çox zaman faydalı olmur. Adətən
belə müqayisələr alternativlərin standartlarla müqayisəsi zamaı daha çox səmərə
verir.
Qərar qəbuletmə prosedurasının obyektivlik dərəcəsini artırmaq üçün təkcə
qərar qəbul edən şəxsin deyil, bir necə ekspertin də mühakimələrini nəzərə almaq
məqsədəuyğundur. Bu məqsədlə, müxtəlif ekspertlər ayrı-ayrı qruplara bölünməklə
44
ekspertiza
aparılır.
Kriteriyaların
və
alternativlərin
çəki
dərəcəsinin
qiymətləndirilməsi ilə müvafiq qərar qəbul edilir. Ekspert mühakimələrini
aqreqirə etmək üçün elementlərin aqreqirə olunmuş qiymətləndirmələrinin həndəsi
ortası tətbiq olunur:
a
А
ij
=
,
burada a
А
ij
—
cüt-cüt müqayisə matrisinin i-ci sətrində və j-cu sütununda
olan elementin aqreqirə olunmuş qiymətidir;
п
—
hər biri ayrı-ayrı ekspert tərəfindən tərtib olunan cüt-cüt müqayisə
matrislərinin sayıdır.
Faydalılıq funksiyasının qurulması faydalılıq nəzəriyyəsi metodlarının əsas
və çətin bir prosedurudur, bu funksiya qurulduqdan sonra istənilən sayda
alternativi qiymətləndirmək mümkündür.
Faydalılıq nəzəriyyəsi metodları müəyyənlik şəraitində qərar qəbuletmə
metodları ilə qeyri-müəyyənlik şəraitində alternativlər seçilməsinə yönəlmiş
metodlar arasında aralıq bir yer tutur. Bu metodları tətbiq etmək üçün giriş
informasiyaları ilə alternativlər arasında kəmiyyət əlaqələri və həmçinin faydalılıq
funksiyasını qurmaq üçün ekspert məlumatları olmalıdır. Bu şərtlər həmişə yerinə
yetirilmədiyinə görə faydalılıq nəzəriyyəsi metodlarının tətbiqi məhdudlaşır.
Qeyd edək ki, qərar qəbuletmə sistemləri kifayət qədər etibarlı modellərin
(tələbat modeli, ehtiyyatların idarə olunması modeli və s. ) olduğu biznes
sahəsində yaranmağa başlamışdır, sonradan qərar qəbuletmə sistemləri
layihələndirmənin avtomatlaşdırılması, tibb və başqa sahələrdə, bir sözlə müxtəlif
alternativlərin yaradılması, araşdırılması və seçilməsi tələbatı olan bütün sahələrdə
yayılmışdır. Yuxarıda qeyd etdiyimiz kimi, indiki zamanda qərar qəbuletmə
sistemlərinin hamı tərəfindən qəbul olunmuş vahid tərifi mövcud deyildir, bu
sistemlərin hansı xarakteristikaları onu tam etdiyi, idarəetmə fəaliyyətinin
avtomatlaşdırılması sistemlərindən fərqliliyi tam aydınlaşmamışdır. Qərar
qəbuletmə sistemlərinin mövcud tərifinin verilməsi üçün hazırda əsasən üç
yanaşma mövcuddur: