Microsoft Word Sadi Gulustan doc



Yüklə 4,55 Kb.
Pdf görüntüsü
səhifə7/53
tarix24.12.2017
ölçüsü4,55 Kb.
#17900
1   2   3   4   5   6   7   8   9   10   ...   53

 
28
Kimin ki, sözünə əməl edir şah,  
O, kərək hər sözdə olsun xeyirxah. 
 
Fridunun
12
 sarayının tağında yazılmışdır:  
 
Lətifə 
 
Bu dünya məgər qaldımı bir şaha?  
Get öz qəlbini bağla bir allaha.  
Bu dünya, bu mülkə sığınma bir an,  
O sən tək çoxun məhv edibdir, inan.  
Nə fərqi gedərkən bu canü, bu tən,  
Ya töxt üstə öl, ya da torpaqda sən? 
 
2. Hekayət 
 
Xorasan hakimlərindən biri yuxuda gördü ki, Mahmud Səbük-
təkinin
13
 bütün badəni çürüyüb torpağa qarışmış, lakin gözləri hələ də 
öz hədəqəsində  hərlənir və  ətrafa baxır. Bütün alimlər bu yuxunu 
yozmaqda aciz qaldılar. Ancaq orada olan dərvişlərdən biri baş əyib 
dedi: «Gözləri həsrət çəkir, axı, ölkəsi əldan–ələ keçir». 
 
 Şer 
 
Çox gömüldü yer altına mənəm–mənəm deyənlər  
Ki, onlardan bu dünyada bircə ad–san qalmadı.  
Torpaq altda yatanlara bir diqqətlə nəzər sal.  
Torpaq yedi, sümüyündən belə nişan qalmadı.  
Yaxşı addır Nuşirəvanı
14
 bu dünyada yaşadan.  
Lakin, köçdü bu dünyadan Nuşirəvan, qalmadı.  
Ey filankəs, xeyirxah ol, bil həyatı qənimət,  
Nə qədər ki, deməmişlər filan–filan qalmadı
 
3. Hekayət 
 
Bir  şahzadə haqqında eşitmişəm ki, özü çirkin və  qısaboylu, 
qardaşları isə gözəl və uca idi. Bir dəfə şah ona alçaq nəzərlə baxıb, 
etinasızlıq göstərdi. Oğlan həssas idi, başa düşdü və dedi: 
 
29
– Ata, ağıllı gödək, axmaq uzundan yaxşıdır. Hər qaməti uca 
olanın qiyməti baha olmaz. Qoyun kiçik olsa da təmiz, fil böyük olsa 
da murdardır. 
 
Şer 
 
Çox alçaq olsa da Tur dağı
15
 bişək,  
Allah dərganında sayılır yüksək. 
 
Şer 
 
Söylədi bədəncə zəif bir alim, 
Bir şişman axmağa: «Varmı xəbərin 
Əgər ərəb atı arıq olsa da, 
Bir töylə eşşəkdən yaxşıdır, yəqin». 
 
Atası güldü, söz dövlət başçılarının ürəyinə yatdı, qardaşlarında 
isə kin oyatdı
 
Şer 
 
Nə qədər dil açıb dinməmiş insan,  
Hünəri və eybi qalacaq nihan.  
Gördüyün hər meşə sanma ki, boşdur,  
Bəlkə də yatmışdır orada qaplan.
16
 
 
Deyirlər ki, həmin günlərdə güclü bir düşmən padşahın ölkəsinə 
hücum etdi. Hər iki tərəfin qoşunları üz–uzə gəldikdə döyüş meyda-
nına birinci atılan haman oğlan oldu. 
 
Vuruş çağı kimsə görməmişdir arxamı,  
Bəlkə torpaq–qan içində görəcəksən döşümü.  
Hər döyüşən öz başını itirirsə vuruşda,  
Dönüb qaçan, girə verər saya gəlməz qoşunu. 
 
Bunu deyib, özünü düşmən qoşununa vurdu, bir necə  pəhlivan 
öldürdükdən sonra atasının yanına gəldi, baş əydi və dedi: 
 


 
30
Şer 
 
Məni belə zəif hesab edən sən,  
Demə ancaq boydadır hər iqtidar. 
Döyüşlərdə incə belli at gərək.  
Kök öküzün meydanda nə xeyri var?! 
 
Nağıl edirlər ki, duşmənin qoşunu son dərəcə çox, hökmdarınkı 
isə az idi. Buna görə də onun qoşunundan bir hissə döyüşdən qorxub 
qaçmağa başladı. Bu vaxt haman oğlan nərə çəkib dedi: 
–Ey, kişisinizsə, çalışın qadın paltarı keyməyin! Süvarilər onun 
bu sözündən qeyrətə gəlib cəsarətləndilər, qaçanlar da geri döndülər, 
hamısı birlikdə düşmənə qarşı hücuma keçdi. Padşahın qoşunu həmin 
gün düşmənə qələbə çaldı
Şah igid oğlunu bağrına basıb öpdü. Sonra şahın ona qarşı 
məhəbbəti gündən–günə artmağa başladı, nəhayət onu özünə vəliəhd 
təyin etdi. Qardaşları paxıllıqdan onun xörəyinə zəhər qatdılar. Bacısı 
eyvandan bunu gördü, dərhal pəncərəni bərk çırpdı. Oğlan işin nə 
yerdə olduğunu duydu və əlini xörəkdən çəgərək dedi: 
–Heyifdir, hünərlilər ölə, hünərsizlər onların yerini tuta! 
 
Beyt 
 
Dünyadan yox olsa gər hüma quşu,  
Bir kimsə sayəban etməz bayquşu. 
17
 
 
Ataları bu xəyanətdən xəbərdar olub oğlanlarını yanına ca-
ğırtdırdı, onlara lazımi qulaqburması verdikdən sonra, hərəsinə 
ölkənin uzaq bir hissəsində yer ayırdı. Bununla da aralarındakı fitnə 
yatdı və ədavət aradan qalxdı, çünki məsəl var deyərlər: «On dərviş 
bir kilimə yığışar, iki padşah bir ölkəyə sığışmaz» 
 
Şer 
 
Bir çörək taparsa mömin, düz adam,  
Yarısın paylayıb, yarısın yeyər.  
Padişah bir ölkə aldıqda, yenə  
İkinci ölköni almaq istəyər. 
 
31
 
4. Hekayət 
 
Ərəblərdən bir dəstə quldur dağ başında məskən salıb, karvan 
yolunu kəsmiş, dağın zirvəsində ən uca yerdə möhkəm bir mövqeyi 
tutmuşdular. Buna görə şah qoşunları quldurlara bata bilmir, camaat 
isə onların qorxusundan yata bilmirdi. Quldurların bu hərəkəti bir 
müddət də davam edərsə, onlara üstün gəlməyin mümkün 
olmayacağını görən o ətrafın başçıları  tədbir üçün bir yerə 
toplaşdılar. 
 
Şer 
 
Yeni rişə atan cavan bir çinar,  
Bir adam əl atsa yerindən çıxar.  
Lakin kök atarsa o xeyli zaman,  
Fələk də gələrsə, qoparmaz, inan.  
Çeşmə tutulsa da kiçik bel ilə,  
Dolarsa keçilməz böyük fil ilə. 
 
Başçılar məsləhətləşib bir nəfəri quldurları pusmağa göndərdilər 
və hücum üçün fürsət gözləməyə başladılar. Pusquda oturmuş adam 
tezliklə xəbər gətirdi ki, quldurlar məskənlərini yiyəsiz qoyub, hansı 
bir tayfa üzərinə isə basqına getmişlər. Bunu eşidən kimi dərhal 
sınanmış  və müharibə görmüş bir dəstə döyüşçü göndərdilər, onlar 
gedib quldurların məskən saldığı dağın keçidində pusquda 
dayandılar. Axşamüstü quldurlar çoxlu qənimətlə öz məskənlərinə 
qayıtdılar, qənimətləri yerbəyer edib, silahlarını açdılar, paltarlarını 
soyunaraq yatdılar. Onların başının üstünü alan birinci düşmən yuxu 
oldu. Gecədən xeyli keçdi. 
 
Beyt 
 
Günəşi bürüdü zil bir qaranlıq,  
Guya ki, Yunisi udmuşdur balıq.
18
 
 
Pusqudakı igidlər dərhal hücum edib quldurların qollarını bir–bir 
dallarına bağladılar, səhər açılan kimi şahın hüzuruna gətirdilər. Şah 


Yüklə 4,55 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə