Йапонийа сяфярнамяси
191
Millət «böyüyəm» söyləmək ilə böyük olmaz,
Dünyayə yapon əzmini göstərdi yaponlar.
Kim görsə bu zənginliyi etməzmi təəccüb?
Heyrətlərə saldı nə qədər fərdi yaponlar.
Azər diyarım zərdi, Yapon mülkü də öylə,
Torpaqları zər, özləri zərgərdi yaponlar.
Sülh istəyi vardırsa da onlarda, ayıqdır,
Cəng etməyə hər ləhzə səfərbərdi yaponlar.
Rişxənd elədi yoxluğa sanki Naqasaki,
Çox mə’rəkədən çıxdı, müzəffərdi yaponlar.
Quş var havalanmır göyə, uçmur yuvasından,
Şahin quşu tək göydə qanad gərdi yaponlar.
Şairdi biri, qeyrisi alimdi, nə olsun?
Şairsə də, alimsə də, əsgərdi yaponlar.
Odlar elinin sevgisini öylə yetirdi,
Şahinlə yapon sevgisi göndərdi yaponlar.
Tokio, 26 fevral
Şe’ri bitirdim və bir söhbət yadıma düşdü:
Sırağagün prof.T.Kuroda ilə sağollaşarkən o, mənə dedi
ki, iki ildən sonra İran tarixi ilə bağlı elmi konfrans
Şahin Fazil
192
keçirmək niyyətindədir. Sonra əlavə etdi ki, səni mütləq
də’vət edəcəyik. Dedim ki, gələrəm, amma isti fəsildə.
Həqiqətən
də
bu
gözəl
diyara,
sakuralar,
samuraylar, kamikadzelər, özlərini vətən və xalq naminə
xarakiri edənlər ölkəsinə yenə gəlmək istərdim. Amma isti
vaxtda. Yadıma təxminən 30-40 il bundan qabaq Qubada
raykom işləmiş yoldaş Səlimov Sadıq haqqındakı bir
söhbət düşdü. Deyilənə görə, Səlimov hələ cavan bir
partiya işçisi olarkən Mərkəzi Komitədə tə’limatçı
vəzifəsində işləyirmiş. Bir gün vəzifəcə ondan böyük olan
bir neçə partiya işçisi dağ rayonlarının birinə gedirmişlər.
Bərk yağış yağır. Bir çayı keçərkən onların maşınının
matoru sönür və qalırlar düz çayın ortasında. Özlərindən
razı partiya işçiləri bir-birlərinin üzünə baxırlar: «Nə
edək?». Onların biri vəzifəcə onlardan kiçik olan Səlimova
üzünü tutub, deyir: «Səlimov, düş aşağı, maşını itələ».
Səlimov bir sağa baxır, bir sola. Hər yan sudur, üstəlik də
sel kimi yağış tökülür. Deyir: «Yoldaşlar, qurban olum
sovet hökumətinə də, kommunist partiyasına da, amma
quruda». Hə, indi yoldaş Səlimovun sözü olmasın, yenə
həvəslə gedərəm Yaponiyaya, amma isti mövsümdə.
Həqiqətən də, soyuğu xoşlamıram. Soyuq –
soyuqluq yaradır. Soyuqluq – sevənləri bir-birindən ayırır.
Vaxtilə soyuqluq və istilik barədə bir şe’r də yazmışam:
Йапонийа сяфярнамяси
193
Eşqimiz soyuqdan sətəlcəm olar
Gəlsin isti sevinc, getsin soyuq qəm,
Soyuqluq göstərmə heç zaman mənə.
Yoxsa, ömrüm boyu üşüyəcəyəm,
Soyuqluq göstərmə heç zaman mənə.
Bugün soyuqluğun əydi qamətim,
Əyildi, düz yerə dəydi qamətim,
Sənin istiliyin – istirahətim,
Soyuqluq göstərmə heç zaman mənə.
...Soyuq adamların soyuq baxışı
Səpələr başıma qüssə yağışı,
Amandır, könüldən rədd elə qışı,
Soyuqluq göstərmə heç zaman mənə.
Sevgi güllənərsə – qışda da yay var,
Məhəbbət olmayan sinədə vay var,
İsti ürəyimdə isti haray var,
Soyuqluq göstərmə heç zaman mənə.
...İstilik işıqdır, işıq – yaraşıq,
Sevgi məş’əlindən saç mənə işıq,
Yaxşı ki, Sibirdə yaşamamışıq,
Soyuqluq göstərmə heç zaman mənə.
O incə adətin qalıbsa əgər,
Mənə məhəbbətin qalıbsa əgər,
Odun, hərarətin qalıbsa əgər,
Soyuqluq göstərmə heç zaman mənə.
Şahin Fazil
194
...Qəlbim qəhərlənər, gözüm nəm olar,
Canda Şahdağdan da böyük qəm olar,
Eşqimiz soyuqdan sətəlcəm olar,
Soyuqluq göstərmə heç zaman mənə.
Üzümüz, gözümüz, əlimiz donar,
Dilimiz söz tutmaz, dilimiz donar.
Tale bağçasında gülümüz donar,
Soyuqluq göstərmə heç zaman mənə.
Adam var – fikrində, xülyalarında...
Adam var – nəzəri dünya varında,
Şahinsə – istilik intizarında,
Soyuqluq göstərmə heç zaman mənə,
Heç zaman mənə.
(Bax: Divan, səh. 332-333)
Bəli,
isti
vətənimə
qayıdışıma
az
qalır.
Azərbaycanımın soyuğu da mənə isti kimidir. Artıq
diyarımdan ötrü darıxmağım başlayıb. Bir müddət elə
Yaponiya və yaponlar üçün də darıxacağam.
Varsağı
Tap onsuz,
Di gəl, dinclik tap onsuz.
Deyəsən darıxacaq
Şahin Fazil yaponsuz.
Йапонийа сяфярнамяси
195
Tokio, 26 fevral
Sübh yeməyindən sonra Şaiqlə səhər gəzintisinə
çıxdıq. Bu gözəl, yaraşıqlı, qapqara asfaltlı, tər-təmiz
şəhəri yenə gəzməkdəyik. Hər tərəfə baxıram və
heyrətlənirəm. İlahi, şəhər nə qədər səliqə-sahmanlı
olarmış. Yerdə siqaret kötüyü bir yana, heç kibrit çöpü də
yoxdur. Siqaret çəkənlər üçün küçələrdə xüsusi müəyyən
olunmuş yerlər var. Dayan və nə qədər istəyirsənsə çək
özünçün. Müəyyənləşdirilimiş bir bucaqda səbrlə dayanıb
siqaret çəkən bu kişili-qadınlı yaponlar kimi.
Yapon qadınları haqqında çox yazılıb. Həsən
Seyidbəyli də yazıb. Yapon qadınları onu da ilhama
gətirib: «Yapon gəncləri müasir geyimdə gəzirlər... Orta
yaşlı və qoca qadınların çoxu kimono geyir... qadınların
üzləri, baxışları qayğılıdır. İki qadın bir-biri ilə görüşəndə
elə hal-əhval tutur ki, sanki bir-birindən utanır. Danışanda
gülümsəyib yaşlarına yaraşmayan bir tərzdə gözlərini yerə
dikirlər. Yaxın tanış olanlar da, qohumlar da ədəblə, həya
ilə danışırlar. Çox tez-tez gülümsəyirlər. Xoş tə’sir
bağışlamaq üçün, ürək açmaq üçün gülümsünürlər,
qocalar da, cavanlar da. Xüsusən kişilərlə danışan
qadınlar həddindən artıq nəzakət göstərirlər... Yaponiya
qızları və qadınları çox məlahətli, çox nəcibdir. Onların üz
quruluşundakı xüsusiyyətlərdən biri də odur ki, nəcib,
məlahətli baxışları onları uşaq kimi mə’sum göstərir, bu da
mənim xoşuma gəlirdi... buna görə də mən rastıma gələn
hər qadına, hər qıza diqqətlə baxırdım. Müşahidə edirdim
ki, onlara həddindən artıq diqqətlə baxanda dayanıb adama
yüngülcə tə’zim edirlər... bu yapon qadınlarına xas olan
Şahin Fazil
196
nəzakət qaydalarından biridir» (Həsən Seyidbəyli. Göst.
kitab, səh. 34-35).
Yapon qadını haqqında Lafkadio Xern adlı bir
müəllif XX əsrin əvvəllərində yazmışdır: «Yaponiyanın ən
gözəl estetik əsəri fil sümüyündən, bürüncdən, yaxud
keramikadan hazırlanmış mə’mulat yox, qılınclar yox, bu
ölkənin qadınlarıdır... şəxsi rə’yin boğulduğu, özünü
qurban verməyin isə ümumi vəzifə e’lan edildiyi,
şəxsiyyətin heç vaxt zahirdən deyil, daxildən inkişaf edə
bildiyi bir cəmiyyət – yalnız belə bir cəmiyyət bu cür
qadın yetişdirə bilərdi» (Lafkadio Xern. Yaponiya: təfsir
etmək cəhdi, Tokio, 1904; Bax: Sakura budağı, səh. 132).
Yapon qadınları haqqında «Sakura budağı»nın
müəllifi ümumiyyətlə çox mə’lumat vermişdir. Əsərinin
bir yerində isə belə yazır: «Qədim Çində üşaq vaxtından
qızların ayaqlarını bintlə möhkəm bağlayırdılar ki,
pəncələri böyüməsin. Orta əsrlərdə Avropada qadınlar
özlərinə könüllü surətdə korsetlə işgəncə verirdilər. Yapon
qadın isə nəinki təkcə belini, həm də sinəsini sıxır,
döşlərini herbarinin səhifələri arasında sıxılan çiçək
vəziyyətinə salır. Bu adət ona aparıb çıxarır ki, əgər Qərb
ölkələrində qadınlar sinələrini açırlarsa, yapon qadınları
arxadan boyunlarını açırlar. Hətta Amerika işğalı
Yaponiya torpağına striptiz gətirib lüt qadın bədənini alver
obyektinə çevirəndən sonra da yaponlar bir çox məsələdə
özlərinin əvvəlki təsəvvürlərinə və zövqlərinə sadiq
qalmışlar» (Sakura budağı, səh 131).
V.Ovçinnikov yapon qadınlarını çox yaxşı öyrənən
peşəkar bir jurnalist kimi sözünə belə davam edir:
«Onlar (yapon qadınları – Ş.F.) peysəri, daha dəqiq
desək, kürəyin boyunla birləşdiyi yeri qadın gözəlliyinin
Dostları ilə paylaş: |