Microsoft Word Sahin Fazil. Yaponiya Sefernamesi doc



Yüklə 213,4 Kb.
Pdf görüntüsü
səhifə40/45
tarix18.06.2018
ölçüsü213,4 Kb.
#49649
1   ...   37   38   39   40   41   42   43   44   45

  Йапонийа сяфярнамяси 
 
 
191 
Millət «böyüyəm» söyləmək ilə böyük olmaz, 
Dünyayə yapon əzmini göstərdi yaponlar. 
 
Kim görsə bu zənginliyi etməzmi təəccüb? 
Heyrətlərə saldı nə qədər fərdi yaponlar. 
 
Azər diyarım zərdi, Yapon mülkü də öylə, 
Torpaqları zər, özləri zərgərdi yaponlar. 
 
Sülh istəyi vardırsa da onlarda, ayıqdır, 
Cəng etməyə hər ləhzə səfərbərdi yaponlar. 
 
Rişxənd elədi yoxluğa sanki Naqasaki, 
Çox mə’rəkədən çıxdı, müzəffərdi yaponlar. 
 
 
Quş var havalanmır göyə, uçmur yuvasından, 
Şahin quşu tək göydə qanad gərdi yaponlar. 
 
Şairdi biri, qeyrisi alimdi, nə olsun? 
Şairsə də, alimsə də, əsgərdi yaponlar. 
 
Odlar elinin sevgisini öylə yetirdi, 
Şahinlə yapon sevgisi göndərdi yaponlar. 
 
Tokio, 26 fevral 
 
Şe’ri  bitirdim  və  bir  söhbət  yadıma  düşdü: 
Sırağagün  prof.T.Kuroda  ilə  sağollaşarkən  o,  mənə  dedi 
ki,  iki  ildən  sonra  İran  tarixi  ilə  bağlı  elmi  konfrans 
Şahin Fazil 
 
 
192 
keçirmək  niyyətindədir.  Sonra  əlavə  etdi  ki,  səni  mütləq 
də’vət edəcəyik. Dedim ki, gələrəm, amma isti fəsildə. 
Həqiqətən 
də 
bu 
gözəl 
diyara, 
sakuralar, 
samuraylar,  kamikadzelər,  özlərini  vətən  və  xalq  naminə 
xarakiri edənlər ölkəsinə yenə gəlmək istərdim. Amma isti 
vaxtda.  Yadıma  təxminən  30-40  il  bundan  qabaq  Qubada 
raykom  işləmiş  yoldaş  Səlimov  Sadıq  haqqındakı  bir 
söhbət  düşdü.  Deyilənə  görə,  Səlimov  hələ  cavan  bir 
partiya  işçisi  olarkən  Mərkəzi  Komitədə  tə’limatçı 
vəzifəsində işləyirmiş. Bir gün vəzifəcə ondan böyük olan 
bir  neçə  partiya  işçisi  dağ  rayonlarının  birinə  gedirmişlər. 
Bərk  yağış  yağır.  Bir  çayı  keçərkən  onların  maşınının 
matoru  sönür  və  qalırlar  düz  çayın  ortasında.  Özlərindən 
razı  partiya  işçiləri  bir-birlərinin  üzünə  baxırlar:  «Nə 
edək?». Onların biri vəzifəcə onlardan kiçik olan Səlimova 
üzünü  tutub,  deyir:  «Səlimov,  düş  aşağı,  maşını  itələ». 
Səlimov bir sağa baxır, bir sola. Hər yan sudur, üstəlik də 
sel  kimi  yağış  tökülür.  Deyir:  «Yoldaşlar,  qurban  olum 
sovet  hökumətinə  də,  kommunist  partiyasına  da,  amma 
quruda».  Hə,  indi  yoldaş  Səlimovun  sözü  olmasın,  yenə 
həvəslə gedərəm Yaponiyaya, amma isti mövsümdə. 
Həqiqətən  də,  soyuğu  xoşlamıram.  Soyuq  – 
soyuqluq yaradır. Soyuqluq – sevənləri bir-birindən ayırır. 
Vaxtilə soyuqluq və istilik barədə bir şe’r də yazmışam: 
 


  Йапонийа сяфярнамяси 
 
 
193 
Eşqimiz soyuqdan sətəlcəm olar 
 
Gəlsin isti sevinc, getsin soyuq qəm, 
Soyuqluq göstərmə heç zaman mənə. 
Yoxsa, ömrüm boyu üşüyəcəyəm, 
Soyuqluq göstərmə heç zaman mənə. 
 
Bugün soyuqluğun əydi qamətim, 
Əyildi, düz yerə dəydi qamətim, 
Sənin istiliyin – istirahətim, 
Soyuqluq göstərmə heç zaman mənə. 
 
...Soyuq adamların soyuq baxışı 
Səpələr başıma qüssə yağışı, 
Amandır, könüldən rədd elə qışı, 
Soyuqluq göstərmə heç zaman mənə. 
 
Sevgi güllənərsə – qışda da yay var, 
Məhəbbət olmayan sinədə vay var, 
İsti ürəyimdə isti haray var, 
Soyuqluq göstərmə heç zaman mənə. 
 
...İstilik işıqdır, işıq – yaraşıq, 
Sevgi məş’əlindən saç mənə işıq, 
Yaxşı ki, Sibirdə yaşamamışıq, 
Soyuqluq göstərmə heç zaman mənə. 
 
O incə adətin qalıbsa əgər, 
Mənə məhəbbətin qalıbsa əgər, 
Odun, hərarətin qalıbsa əgər, 
Soyuqluq göstərmə heç zaman mənə. 
Şahin Fazil 
 
 
194 
 
...Qəlbim qəhərlənər, gözüm nəm olar, 
Canda Şahdağdan da böyük qəm olar, 
Eşqimiz soyuqdan sətəlcəm olar, 
Soyuqluq göstərmə heç zaman mənə. 
 
Üzümüz, gözümüz, əlimiz donar, 
Dilimiz söz tutmaz, dilimiz donar. 
Tale bağçasında gülümüz donar, 
Soyuqluq göstərmə heç zaman mənə. 
 
Adam var – fikrində, xülyalarında... 
Adam var – nəzəri dünya varında, 
Şahinsə – istilik intizarında, 
Soyuqluq göstərmə heç zaman mənə,  
Heç zaman mənə. 
 
(Bax: Divan, səh. 332-333) 
 
Bəli, 
isti 
vətənimə 
qayıdışıma 
az 
qalır. 
Azərbaycanımın  soyuğu  da  mənə  isti  kimidir.  Artıq 
diyarımdan  ötrü  darıxmağım  başlayıb.  Bir  müddət  elə 
Yaponiya və yaponlar üçün də darıxacağam. 
 
Varsağı 
 
Tap onsuz, 
Di gəl, dinclik tap onsuz. 
Deyəsən darıxacaq 
Şahin Fazil yaponsuz. 
 


  Йапонийа сяфярнамяси 
 
 
195 
Tokio, 26 fevral 
 
Sübh  yeməyindən  sonra  Şaiqlə  səhər  gəzintisinə 
çıxdıq.  Bu  gözəl,  yaraşıqlı,  qapqara  asfaltlı,  tər-təmiz 
şəhəri  yenə  gəzməkdəyik.  Hər  tərəfə  baxıram  və 
heyrətlənirəm.  İlahi,  şəhər  nə  qədər  səliqə-sahmanlı 
olarmış. Yerdə siqaret kötüyü bir yana, heç kibrit çöpü də 
yoxdur.  Siqaret  çəkənlər  üçün  küçələrdə  xüsusi  müəyyən 
olunmuş  yerlər  var.  Dayan  və  nə  qədər  istəyirsənsə  çək 
özünçün.  Müəyyənləşdirilimiş  bir  bucaqda  səbrlə  dayanıb 
siqaret çəkən bu kişili-qadınlı yaponlar kimi. 
Yapon  qadınları  haqqında  çox  yazılıb.  Həsən 
Seyidbəyli  də  yazıb.  Yapon  qadınları  onu  da  ilhama 
gətirib:  «Yapon  gəncləri  müasir  geyimdə  gəzirlər...  Orta 
yaşlı  və  qoca  qadınların  çoxu  kimono  geyir...  qadınların 
üzləri, baxışları qayğılıdır. İki qadın bir-biri ilə görüşəndə 
elə hal-əhval tutur ki, sanki bir-birindən utanır. Danışanda 
gülümsəyib yaşlarına yaraşmayan bir tərzdə gözlərini yerə 
dikirlər. Yaxın tanış olanlar da, qohumlar da ədəblə, həya 
ilə  danışırlar.  Çox  tez-tez  gülümsəyirlər.  Xoş  tə’sir 
bağışlamaq  üçün,  ürək  açmaq  üçün  gülümsünürlər, 
qocalar  da,  cavanlar  da.  Xüsusən  kişilərlə  danışan 
qadınlar  həddindən  artıq  nəzakət  göstərirlər...  Yaponiya 
qızları və qadınları çox məlahətli, çox nəcibdir. Onların üz 
quruluşundakı  xüsusiyyətlərdən  biri  də  odur  ki,  nəcib, 
məlahətli baxışları onları uşaq kimi mə’sum göstərir, bu da 
mənim  xoşuma  gəlirdi...  buna  görə  də  mən  rastıma  gələn 
hər qadına, hər qıza diqqətlə baxırdım. Müşahidə edirdim 
ki, onlara həddindən artıq diqqətlə baxanda dayanıb adama 
yüngülcə  tə’zim  edirlər...  bu  yapon  qadınlarına  xas  olan 
Şahin Fazil 
 
 
196 
nəzakət  qaydalarından  biridir»  (Həsən  Seyidbəyli.  Göst. 
kitab, səh. 34-35). 
Yapon  qadını  haqqında  Lafkadio  Xern  adlı  bir 
müəllif XX əsrin əvvəllərində yazmışdır: «Yaponiyanın ən 
gözəl  estetik  əsəri  fil  sümüyündən,  bürüncdən,  yaxud 
keramikadan  hazırlanmış  mə’mulat  yox,  qılınclar  yox,  bu 
ölkənin  qadınlarıdır...  şəxsi  rə’yin  boğulduğu,  özünü 
qurban  verməyin  isə  ümumi  vəzifə  e’lan  edildiyi, 
şəxsiyyətin  heç  vaxt  zahirdən  deyil,  daxildən  inkişaf  edə 
bildiyi  bir  cəmiyyət  –  yalnız  belə  bir  cəmiyyət  bu  cür 
qadın  yetişdirə  bilərdi»  (Lafkadio  Xern.  Yaponiya:  təfsir 
etmək cəhdi, Tokio, 1904; Bax: Sakura budağı, səh. 132). 
Yapon  qadınları  haqqında  «Sakura  budağı»nın 
müəllifi  ümumiyyətlə  çox  mə’lumat  vermişdir.  Əsərinin 
bir  yerində  isə  belə  yazır:  «Qədim  Çində  üşaq  vaxtından 
qızların  ayaqlarını  bintlə  möhkəm  bağlayırdılar  ki, 
pəncələri  böyüməsin.  Orta  əsrlərdə  Avropada  qadınlar 
özlərinə könüllü surətdə korsetlə işgəncə verirdilər. Yapon 
qadın  isə  nəinki  təkcə  belini,  həm  də  sinəsini  sıxır, 
döşlərini  herbarinin  səhifələri  arasında  sıxılan  çiçək 
vəziyyətinə salır. Bu adət ona aparıb çıxarır ki, əgər Qərb 
ölkələrində  qadınlar  sinələrini  açırlarsa,  yapon  qadınları 
arxadan  boyunlarını  açırlar.  Hətta  Amerika  işğalı 
Yaponiya torpağına striptiz gətirib lüt qadın bədənini alver 
obyektinə  çevirəndən  sonra  da  yaponlar  bir  çox  məsələdə 
özlərinin  əvvəlki  təsəvvürlərinə  və  zövqlərinə  sadiq 
qalmışlar» (Sakura budağı, səh 131). 
V.Ovçinnikov yapon qadınlarını çox yaxşı öyrənən 
peşəkar bir jurnalist kimi sözünə belə davam edir: 
«Onlar (yapon qadınları – Ş.F.) peysəri, daha dəqiq 
desək,  kürəyin  boyunla  birləşdiyi  yeri  qadın  gözəlliyinin 


Yüklə 213,4 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə