Microsoft Word Sahin Fazil. Yaponiya Sefernamesi doc



Yüklə 213,4 Kb.
Pdf görüntüsü
səhifə45/45
tarix18.06.2018
ölçüsü213,4 Kb.
#49649
1   ...   37   38   39   40   41   42   43   44   45

  Йапонийа сяфярнамяси 
 
 
219 
Şahina, baş vura bildim Yaponun tarixinə, 
On gün ərzində neçə illəri gördüm-gəldim. 
 
Bakı, 4 mart 
 
5  mart. «Azərbaycan» sözündəki «can» sonluğunu 
onun  önünə  də  yönəldirəm.  Can  Azərbaycan!  Sənə  yaz-
dığım şe’rlər çoxdur. 
 
Kim əgər hüsnünə gündən-günə heyran deyil, 
Surəti insana bənzərsə də, insan deyil. 
 
Xaliqin gör nə qədər gül bitirib qoynunda, 
Amma, çox sevgili var qoynu gülüstan deyil. 
 
Vəslinə kim ki, yetir, rahət olur aşiq tək, 
Heç deyən varmı vüsalın mənə dərman deyil?.. 
 
Dağların var döşün üstündə, gəlir can vəcdə, 
Gəlməyən vəcdə əgər var isə can can deyil. 
 
Elə məşhur eləyibdir, gözəlim, sinə səni 
Sinəsi hər gözəlin sən kimi əlvan deyil. 
 
Gözlərindirmi sənin mavi Xəzər, göy Göygöl? 
Gözünə baxsa o kimdir sənə heyran deyil? 
 
Elə təsvir elədim mən ki yaranmaz şübhə, 
Kim deyər, Şahina, bu – Azəribaycan deyil? 
4.03.2001 
(«İkinci Divan», səh.212) 
Şahin Fazil 
 
 
220 
 
Əlbəttə, hər kəsə öz mülkü, öz yurdu gözəldir. Mə-
nə  Azərbaycan  gözəl  olan  kimi.  O  ki,  qaldı  bə’zi  insan-
larımızdakı nöqsanlara, düzələr insanlar. Yaponiya birdən-
birə mən görən Yaponiya olmayıb ki!.. 
Darıxdım.  Şe’r  yazmaq  istədim.  Şe’ri  fikir  yaradır. 
Fikrimi  şe’rə  yönəltmək  istədim.  «İkinci  Divan»ımı 
varaqlamağa  başladım.  Bir  neçə  şe’rdən  sonra  gözüm 
«Şe’rin yaranması» şe’rinə sataşdı. 
 
Necə yaranır şe’r? 
Gecə fikir,  
gündüz  fikir, 
hey fikir… 
Deməyin ki, nə xəbərdir,  
nə həşirdir, 
nə haldır, 
Az fikir et,  
fikir – ömrü qısaldır, 
carçısıdır qocalığın –  
qocaldır! 
Qoy qocalım bu yolda! 
Mən yola can atıram, 
Şe’r adlı arzu-yolda. 
Çatmamışam hələ ona,  
çatacağam  deyəsən, 
Gecə-gündüz fikr edirəm,  
onu düşünürəm mən. 
Hər qafiyə,  
hər şe’r – 


  Йапонийа сяфярнамяси 
 
 
221 
Axtarışdır, 
Tapıntıdır, 
Fikirdir! 
17.03.2001 
(«İkinci Divan», səh 645) 
 
Fikirləşdim və axtardığımı tapdım. 
 
Qəzəl 
 
Hər nə qədər Qeys, Kərəm görmüşəm, 
Hər birisində neçə qəm görmüşəm. 
 
Ey adı Leyla, ya Züleyxa olan, 
Siz təhəri çoxlu sənəm görmüşəm. 
 
«Söylə, ey Əsli, nə yaman gündəsən?!..» 
Söylədi: «Eşq içrə sitəm görmüşəm». 
 
Aləmi eşqin necə bərbad imiş!.. 
Eşqdə çox dərd, ələm görmüşəm. 
 
Mən verirəm dərvişə üstünlüyü, 
Onda nə sərvət, nə hərəm görmüşəm. 
 
Sözlərimi çoxları təsdiq edir, 
Kürd, ərəb, türk, əcəm görmüşəm. 
 
Ölkəmə tay görməmişəm, Şahinə, 
Gərçi Yapon mülkünü həm görmüşəm. 
 
Bakı, 5 mart 
6  mart.  Yaponiya!  Mənim  nəzərimdə  tam  xoşbəxt 
ölkə kimisən. Görəsən haçansa Azərbaycan Yaponiya kimi 
ola  biləcəkmi?  Azərbaycanın  Yaponiya  olması  heç  lazım 
Şahin Fazil 
 
 
222 
da  deyil.  Lazımdır  ki,  Azərbaycan  elə  Azərbaycan  olsun! 
Zəlzələsiz,  vəlvələsiz,  qanunları  işləyən,  halala  haram 
qatmayan, itirilmiş torpaqlarını alan, öz xalqının qayğısına 
qalan Azərbaycan olsun. 
Görəsən  Azərbaycan  haçansa  Yaponiyaya  çata 
biləcəkmi? 
 
Qəzəl 
 
Biri eşqin, biri elm hikmətinin heyranı, 
Amma, Şahinsə Yapon qüdrətinin heyranı. 
 
«Heyrət, ey büt!..» dedi şair
1
, elə heyrətləndi, 
Özü də oldu həmin heyrətinin heyranı. 
 
Molla var Molla Vidadi sayağı şairdir, 
Molla var halvasının, şərbətinin heyranı. 
 
Elə adəm görürəm canı verər cananə, 
Elə adəm dəxi var sərvətinin heyranı. 
 
Neçə qeyrətsizə qeyrət yükü çəkmək müşkül, 
Elə qeyrətli də var qeyrətinin heyranı. 
 
Bə’zi aşiqdə müdam əyri əməllər peyda, 
Amma var öyləsi qüdsiyyətinin heyranı. 
 
İncəsən’ət deyilən sən’ətə heyrandı könül, 
Yaxşıdır ki, tapılır sən’ətinin heyranı. 
                                                
1
 Мящяммяд Фцзули 


  Йапонийа сяфярнамяси 
 
 
223 
 
Elə xalq var ucalıb qüdrətinin zirvəsinə, 
Amma, Şahinsə Yapon qüdrətinin heyranı! 
 
Bakı, 6 mart, 
2001 
 
Beləliklə,  artıq  bir  aya  qədər  vaxt  ötdü.  Mən 
Bakıdayam.  Bu  gün  mart  ayının  27-sidir.  Bu  gün  mənim 
69  yaşım  tamam  olur.  69  yaş.  69  il.  Bu  müddət  ərzində 
təhsil  almışam,  qürbətdə  yaşamışam,  vətəndə  çalışmışam, 
dərs  almışam,  dərs  vermişəm,  dalaş  görmüşəm,  savaş 
görmüşəm…  Bir  sözlə,  yaşamışam.  Dünyaya  gəlməyə 
dəyərmiş.  Yaşamağa  dəyərmiş.  Şərəflə  yaşamağın  özü  ən 
qiymətli  dəyərmiş!  Öz  bioqrafiyamın  bə’zi  məqamlarını 
şe’rlərimin birində belə əks etdirmişəm: 
 
Qoç bürcü 
 
Min doqquz yüz qırxıncı ildə,  
əjdəha ilində, 
qoç bürcündə, 
bahar fəslində 
doğulmuşam. 
Təbiətcə,  
xislətcə  
qoç olmuşam. 
Amma,  
qoç bürcündə doğulanların 
hamısı qoç deyil ki… 
Qoç olmaq  
Şahin Fazil 
 
 
224 
Çoxusundan ötüşüb, 
Mənim bəxtimə düşüb. 
Xislətim  
tez-tez özünü zahir edir… 
qoçluğum təzahür edir 
və alçaqlarla, 
yaltaqlarla, 
ağlı dayazlarla, 
qafiyəpərdazlarla 
gəlirəm kəllə-kəlləyə. 
Amma, buynuzlarım yoxdur, 
Amma, deyən var ki,  
içəridədir onlar. 
Qoy olsunlar,  
buynuzlarım  
içəridən möhkəmlədiblər beynimi, 
başımı başlara vururam 
qoç kimi. 
Buynuzlarım  
olmasaydılar əgər 
beynim dözməzdi bu qədər 
kəllə-kəlləyə, 
dağılardı bir anda – 
alçaqlarla, 
yaltaqlarla, 
ağlı dayazlarla, 
qafiyəpərdazlarla 
dalaşanda. 
Kimsənin önündə  
mümkün deyil 


  Йапонийа сяфярнамяси 
 
 
225 
müt’i-müt’i əyiləm, 
Qoçam,  
mən qoyun deyiləm! 
 
6.10.2000 
İkinci Divan, səh.620 
 
 Yaponiyadan adıma bir məktub gəldi. Xanım Ayumi 
Yanagiya  göndərmişdi.  Konverti  açdım.  İçərisində  bir 
məktub  və  bir  neçə  şəkil  vardı.  Mənim  Toyo  Bunkonun 
təşkilatçılığı  ilə  Tokioda  mühazirəmlə  bağlı  çəkilmiş 
şəkilllər. Məktub fars dilindədir və onun tərcüməsi belədir: 
 
«26 mart, 2009 
Hörmətli professor Şahin F.Fərzəliyev. 
Salam və ehtiram təqdim etməklə, arzu edirəm ki, Siz 
və  ailəniz  sağlam  və  şadimansınız.  Sizin  iltifat  kölgəniz 
altında mənim də vəziyyətim yaxşıdır və daim sizin mübarək 
vücudunuzun sağlam qalmasından ötrü dua edirəm. 
Fevral  ayında  sizin  buradakı  elmi  çıxışınız  bizim 
üçün  olduqca  faydalı  və  öyrədici  (amuzənde)  oldu.  Mənə 
unudulmaz təsir bağışladınız. Xeyli təşəkkür edirəm. Sizinlə 
birgə  çəkdirdiyimiz  bir  neçə  şəkli  göndərirəm.  Ümidvaram 
ki, xoşunuza gələcək. 
Xahiş  edirəm  ki,  əgər  məndən  asılı  hər  hansı  bir  iş 
xüsusnda  buyuruğunuz  olarsa  mənə  bildirin,  əmrinizin 
icrasını yerinə yetirməklə mənə iftixar bəxş edin. 
Ümid  edirəm  ki,  sizin  buraya  yenə  səfəriniz 
olacaqdır.  Sizi bir daha  görməklə, ey əziz dost, olduqca şad 
olaram. Qiymətli fəaliyyətinizdə müvəffəq və şadiman olun. 
 
Şahin Fazil 
 
 
226 
Sizin daimi minnətdarınıs və səmimi dostunuz 
Ayumi Yanagiya 
(imza) 
Dokumentation Center for İslamik Area Stadies, The 
Toyo Bunko 
(Oriental Library) 
Merino-Rikugien Building 5 F, 
1-3-1 Komagome, Toshima-ku, 
Tokyo, YAPAN». 
 
Yaponiyaya səfərimlə bağlı aldığım sonuncu  məktub 
bu  oldu.  Hörmətli  yaponlar,  sizlərlə  yeni  görüşlər 
arzusundayam. Sağ olun, salamat qalın. 
19.07.2011-21.08.2011 
Quba şəhəri. 
 
P.S.  Beləliklə,  adını  «Yaponiya  səfərnaməsi»  adlan-
dırdığım  kitabı  bitirdim.  Yazdıqlarımın  əsasını  Yaponiyada 
yazdığım qeydlərim təşkil etdi. 
Yaponiya,  var  ol!  Məhz  sənin  sayəndə  kitablarımın 
sayı bir vahid də artdı. 
 
Şahin Fazil 
 
 
 
 
 
 
 
 


  Йапонийа сяфярнамяси 
 
 
227 
 
 
 
Əlavələr 
 
 
 
 
 
 
 
 
 
Məktubları ingilis dilindən dilimizə 
çevirdiyinə görə həmkarım 
 Ədilə Ağabəyliyə 
 səmimiyyətlə təşəkkür izhar edirəm.  
Şahin Fazil 
 
 
228 
 


  Йапонийа сяфярнамяси 
 
 
229 
Şahin Fazil 
 
 
230 
 


  Йапонийа сяфярнамяси 
 
 
231 
 
Şahin Fazil 
 
 
232 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


  Йапонийа сяфярнамяси 
 
 
233 
Şahin Fazil 
 
 
234 
 
 
Mündəricat 
 
I.15  dekabr-2008  –  18  fevral    2009.  Bakı.  Yaponyadan 
magistrant Şaiq Cəfərzadənin mənə telefon zəngi və Senday şəhərin-
dəki  Tohoku  Universitetinə  Mühazirə  oxumağa  getməyim  üçün 
ONUN  gözlənilməz  təklifi.  Səfərimlə  alaqədar  Tohoku  Universite-
tinin  professorları  Hiroki  Oka,  Takaşi  Kuroda,  həmçinin  magistrant 
Şaiq  Cəfərzadə  tərəfindən  mənə  ünvanlanan    müxtəlif  dilli  (ingilis, 
rus, fars və Azərbaycan) məktublar .................................................... 3 
 
II.  18  fevral.  2009    Səfərimin  başlanması.  Bakı-Moskva 
istiqamətli  uçuş.  Moskva.  Şeremetjevo-2  Beynəlxalq  aeroportu  . 
Tranzit zal. Səhər saat 8 -dən axşam saat 18-dək bu zalda keçirdiyim 
intizar.  Nəhayət,  Tokioya  uçacaq  SU-583-cü  reys  sərnişinlərinin 
qeydiyyatının  başlanması.  Nəhəng  Fransa  aerobusu.  Məşhur    yapon 
rəqqası Kohşon Nanami ilə tanışlıq. Tokio. “ Narita” Beynəlxalq ae-
roporu. ............................................................................................... 42 
 
III  .  19  fevral.  Aeroportda  müxtəlif  yoxlama  mərhələləri. 
Qarşılanma və gözləmə zalı. Bakı Dövlət Universiteti Şərqsunaslıq 
Fakültəsi  “Yapon  dili  və  Ədəbiyyatı”  şöbəsinin  mə`zunu, hazırda 
Tohoku Universitetinin  magistrantı Şaiq Cəfərzadə. Tokio şəhəri. 
Seyirçi  tanışlıq.  Sakura  ağacı.  Dərhal  yazdığım  şeir-  “Bu  ağac”. 
Tokio  –  Senday  istiqamətinə  yollanan  sü`rət  qatarı  –  Şinkansen. 
Senday şəhəri. “ Hotel  Com`s”. Axşamüstü. Saat  18. Hiroki Oka, 
Takaşi  Kuroda,  Seiçi  Kitaqava,  həmçinin  Sendaya  dünən  gələn 
Vaja Kiknadze ( Gürcüstan  Elimlər Akademiyası Tarix İnstitutu-
nun direktoru) ilə ilk tanılıq. ............................................................... 56 
 
IV.  20  fevral.    Sübh    tezdən  oteldə  yazdığım  qəzəl.  Sübh 
yeməyi.  Tohoku  Universiteti.  Simal  –  Şərqin  Asiya  Tədqiqatları  
Mərkəzinin  direktoru  Masahişa  Seqava.  Mərkəzin  bəzi  institutları 
ilə  tanışlıq.  Elektron  cihazlarla  təchiz  olunmuş  zəngin  kitabxana. 
Dəqiq Elimlər  İnstitutunun    yeməkxanası.  (  Menyuda  əsasən  xər-
çənglər, ilbizlər, qurbağalar, meyqular və çiy balıqlar).Otelə dönüş. 
Axşam  “ Hind restoranı”nda  ziyafət. Gecə yarısından sabahkı  El-
mi Formda oxuyacağım “ XX əsr Azərbaycan milli tarixşünaslığı: 


  Йапонийа сяфярнамяси 
 
 
235 
tarixi  təcrübə  və  müasir  vəziyyət”  adlı  məruzəmin  yapon  dilinə 
tərcüməsi  üzərindən  Şaiqlə  iş.  Sonra  yeni  bir  şeirm-“  Gündoğar 
ölkə” .  ............................................................................................... 69 
 
V.21  fevral.  Tohoku  Universiteti.  Elmi  Forumun  açılışı. 
Saat 10. Geniş elmi məruzə və verilən suallara cavablarım ( 1 saat 
15  dəqiqə).  Məndən  sonra  prof.  Vaja  Kiknadzenin  oxuduğu  elmi 
mə`ruzə .Başqa çıxışlar və məruzələr ( Hiroki Oka, Seiçi  Kitaqa-
va,Takaşi  Kuroda,  Hiroki   Takakura).  “Hotel    Leopalase  Sendai.” 
Şərəfimizə ziyafət .............................................................................. 90 
 
VI  .  22  fevral.    Sürət  qatarı.  Senday-Matsuşima  is-
tiqaməti. Matsuşima çşəhəri. Zuyganji mə`bədi. Mə`bədin geniş 
həyətindəki müxtəlif budda heykəlləri  və fontanlar. Zuyganji İn-
cəsənət  Muzeyi.  Muzeyin  müxtəlif    guşə  və  mərtəbələri. 
Çoxsaylı  eksponatlar. Sendaya dönüş. “ Kamikadze” adlı şeirim ........  96 
 
VII.  23  fevral.  Vaja  Kiknadze  ilə  vidalaşma  (gecə 
İstanbula,  sonra  Tbilisiyə  uçacaq).  Tohoku  Universiteti.  Xanım 
Savaye Fumiko. Şəhərdə gəzinti. Yeni yaranan şeirlərim.....................  136 
 
VIII.  24  fevral.    Tokioya  yoladüşmə.  Şinkansen  şürət  qa-
tarı. Məni  prof. T. Kuroda müşayiət edir. Tokio. Milli Hümanitar 
Elimlər  İnstitutu.  İnstitutun  Şərqşünaslıq  Kitabxanası  (Toyo 
Bunko) . Xanım Ayumi Yanagiya. Toyo Bunkonun Konfrans zalı. 
Bir saatlıq çıxışım. Restoranda şərəfimə ziyafət. “ Sunroite” oteli........ 147 
 
IX.  25  fevral.  Tokio.  Otel.  İstirahət.  Xarakiri  mərasimi 
haqqında televiziya filmi. Xarakiriyə aid   şeirimin yazılması. Daha 
bir  neçə  müxtəlif  janrlı  şeirlər.  Yaponiyada  45  yaşında  özünü 
xarakeri etmiş  məşhur yazıçı Yukio Misima ilə  əlaqədar “ Daha 
nə  istəyirdin?”  adlı    şeirim.  Sonra  Azərbaycan  Respublikasının 
Yaponiyadakı Səfirliyində görüş. Dr.  Gursel Qüdrət oğlu  İsmayıl-
zadə, Rövşən Musayev. “ Türk restoranı”. Xarakiri rədifli qəzəlim. 
Samuraylar haqqında düşüncələrlə  yazdığım qəzəl............................. 162 
 
X.  26  fevral.  Tokio.  Otel.  “  Yaponlar”  rədifli  qəzə-
lim.Tokio    xiyabanlarında  gəzinti.  Yapon  qadınları  haqqında 
yazılanlar  (  Həsən  Seyidbəyli,  Lafkadio  Xern,  Vsevolod      Ov-
çinnikov  və  ...  mən).  Bu  gün  Moskvaya  uçmalıyam  inşallah.  
“İnşallahın”  baş  tutmaması.  Səhlənkarlıq    üzündən  təyyarəyə 
Şahin Fazil 
 
 
236 
gecikməyim.  Kentaro  İndo.  Rusiya  Aeroflot  Kompanyasının 
Tokio  nümayəndəliyi.  Adıma  yazılan  təzə  bilet.  Gecə. 
Aeroportun “ Hotel Nikko Narita” mehmanxanası ..............................  185 

XI.27  fevral.  Əlvida,    Tokio!  Aerobus.  Sakit  Okean  
üzərində  yazılan  “  Sakit  Okean”  adlı    şeirim.  Bir    yapon 
bizmesmeni.  Kuril  adaları  və  ...  Qarabağ  torpağı  haqqında  
düşüncələr. Şeremetyevo-2. Tranzit zalda 10 saatlıq  yeni intizar. 
Təyyarə. Moskva-Bakı istiqaməti. ......................................................  198 
 
XII  28  fevral.  Təyyarə.  “  Dəmir  Quş”.  Bakıya 
uçuş.“Dəmir  quşda  uçuş”  şeiri.“  Dördlük”  adlı    ikinci  şeir. 
Nəhayət,  Heydər  Əliyev  adına  Beynəlxalq    Bakı  aeroportu. 
Salam, Bakı! ( Sürücü dostum Həmid məni gözləyirdi). ...................... 204 
 
XIII. 1 – 26 mart. Yaponyaya səfərim bitdi, amma səfər-
namə    şeirlərim  yenə  yazılır.  “  Yapon  sevgisi”,  “  Yaponiya 
cazibəsi”  silsiləsindən  müxtəlif  şeirlər-Yaponyadan  uzaqda  ya-
zılan    “yaponnamələr”.  26  mart.  Xanım  Ayumi  Yanagiyanın  
mənə fars dilində yazdığı məktub, göndərdiyi foto- şəkillər. Çox 
sağ ol, xanım Ayumi! Çox yaşa, Yaponiya!  ....................................... 209 
 
         
Əlavələr ................................................................................  221
  
 


  Йапонийа сяфярнамяси 
 
 
237 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
  
 
 
 
 
 
 
 
 
«Елм вя Тящсил»
 няшриййатынын  директору: 
профессор Надир МЯММЯДЛИ 
 
Компцтер дизайнериZahid M
əmmədov 
Texniki redaktor:      Rövşanə Nizamiqızı 
Səhifələyici:             Yadigar Bağırova 
 Kompüter yığımı:       Aliyə Ələsgərova 
 
        Korrektorlar:       Nazilə Fazil  
      Fəxriyyə və Püstəxanım  
      Ələkbərzadə bacıları 
 
Şahin Fazil 
 
 
238 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Йыьылмаьа верилмиш 
25.11.2011. 
Чапа имзаланмыш 
24.12.2011. 
Шярти чап вяряги 
14,5. Сифариш № 
12. 
Каьыз форматы 
60х84 1/16. Тираж 500. 
 
Китаб 
«Елм вя Тящсил» няшриййат-полиграфийа 
мцяссисясиндя сящифяляниб чап олунмушдур. 
E-mail: 
elm_ve_tehsil@box.az 
Тел: 497-16-32; 050-311-41-89 
Цнван: Бакы, Ичяришящяр, 3-ъц Магомайев дюнэяси 8/4. 
  


  Йапонийа сяфярнамяси 
 
 
239 
 

Yüklə 213,4 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə