Microsoft Word Sahin Fazil. Yaponiya Sefernamesi doc



Yüklə 213,4 Kb.
Pdf görüntüsü
səhifə41/45
tarix18.06.2018
ölçüsü213,4 Kb.
#49649
1   ...   37   38   39   40   41   42   43   44   45

  Йапонийа сяфярнамяси 
 
 
197 
təcəssümü  hesab  edirlər.  Məhz  buna  görə  qədim 
zamanlardan  bəri  geyşanın
1
  əsasən  paltarı  başqalarından 
onunla seçilir ki, kimonosunun (yapon milli qadın libası – 
Ş.F.) yaxası arxadan xeyli açıq olur». 
Yapon qadınları haqqında, əlbəttə, çox yazılmışdır. 
Həsən  Seyidbəyli  «onlar  mənim  xoşuma  gəlirdi»  sözləri 
ilə  öz  istəyini  yapon  qadınlarına  bildirdi.  Yapon  qadınları 
elə  mənim  də  xoşuma  gəldilər.  Mən  də  istəyimi  onlara 
bildirdim, amma şe’rlə: 
 
Heyrətlərimi eyləyirəm car bu diyarda, 
Heyrətlərə layiq neçə yar var bu diyarda. 
 
Baxdıqca gözəlliklərə aşiq havalandı, 
Eşq zəncirinə oldu giriftar bu diyarda. 
 
Söhbət nə səmimanədi, tə’zim necə tə’zim!..  
Allah, nə nəvaziş, necə rəftar bu diyarda!.. 
 
Tumgiz bu gözəllərdə məlahət haradandır? 
Məst etdi məni pakizə rəftar bu diyarda. 
 
Heyran eləyən qəlbimi burda – ədəb oldu, 
Söz yox ki, ədəb insana me’yar bu diyarda. 
 
                                                
1
 Эейша – Бу сюзцн щярфи тяръцмяси «инъясянят адамы» демякдир. Эейша 
олмаг  мящарятли  олмаг  сайылыр,  кишиляри  яйляндирмяк,  щям  дя  тякъя 
охумаг вя рягс етмяк баъарыьы иля йох, еляъя дя юз билийи иля яйляндирмяк 
мящарятидир.  Онлары  ня  фащишя  гадынлара  охшатмаг,  ня  дя  цмумиййятля 
актрисалара  тай  тутмаг  дцзэцн  дейил.  Лакин  диэяр  тяряфдян  эейша  ады 
юзлцйцндя  пак  яхлага  да  дялалят  едя  билмяз  (Бах:  Сакура  будаьы, 
сящ.133). 
Şahin Fazil 
 
 
198 
Bir dəfə gələn seyrinə istər yenə gəlsin, 
Xoşlar ki, müsafir ola təkrar bu diyarda. 
 
Şahində qapanmışdı bəsirət gözü çoxdan, 
Şadəm, gözümü açdı yaponlar bu diyarda. 
 
Tokio, 26 fevral 
 
Saat  12  oldu.  Düşünürdük  ki,  hələ  saat  13-dək 
vaxtımız var. Amma, görün başımıza nə gəldi. 
Yaponiyaya  gediş  və  qayıdış  biletim  fevralın  18-
dən  26-na  qədər  olmalı  idi.  Mən  gərək  bu  gün  Moskvaya 
uçaydım. Biletdə uçuşumun Moskva vaxtı ilə saat 17 
25
-də 
olacağı  yazılmışdı.  Amma,  mən  də,  Şaiq  də  səhlənkarlıq 
ucbatından bu uçuşun Tokio vaxtı ilə bu gün saat 13 
00
-də 
olacağını büsbütün unutmuşduq, fikrimiz 17
25
 – rəqəmində 
qalmışdı.  Belə  olan  halda  biz  əgər  oteldən  saat  10
00
-də 
çıxsaydıq, Narita aeroportuna  gedib çatardıq. Amma, belə 
olmadı.  Biz  oteldən  çox  uzaqdaydıq.  Olsa-olsa  otelə  saat 
12
00
-dən tez çata bilməzdik. 
Oteldəyik.  Saat  12-ni  keçib.  Biletimə  bir  də  nəzər 
yetirdim.  Orada  «Tokio-Narita»  sözləri,  kompüterin  səhvi 
üzündən,  «26  fevral»  yazılmış  tarixdən  bir  sətir  yuxarıda 
yazıldığından,  səhv  etdiyimizi  və  məsələnin  olduqca 
qəlizləşdiyini  gördüm.  İndi  saat  13
00
-dür.  Deməli,  Tokio-
Moskva istiqamətinə uçan təyyarə artıq havadadır. Biz isə 
oteldəyik.  Biz  gərək  bu  gün  ən  azı  saat  11
00
-də  Narita 
aeroportunda olaydıq. İndisə saat 14-ə işləyir. 
Tez Şaiq qalan otağın qapısını döydüm. O, qapının 
taqqıltısını  eşitmədi.  O,  arxayın-arxayın  çimirdi.  Nəhayət, 
mənim  səsimi  eşidib  qurulandı  və  qapını  açdı.  Məsələnin 


  Йапонийа сяфярнамяси 
 
 
199 
nə  yerdə  olduğunu  anlayıb  mənə  «narahat  olma»  dedi. 
Dedim  «neçə  yə’ni  narahat  olma,  uçacağım  təyyarə  artıq 
havadadır». 
Hər  ikimiz  pərt  və  həyəcanlı  idik.  Şaiq  bir  də 
«narahat  olma»  deyərək,  narahatlıqla  məndən  xanım 
Ayuminin  vizit  kartını  götürdü,  ona  zəng  etdi.  Xanım 
Ayumi  də  öz  növbəsində  Senday  şəhərinə  zəng  vurdu  və 
prof.  T.Kuroda  ilə  danışdı,  T.Kuroda  da  müəyyən 
təşkilatlarla  danışıq  apardı.  Görürdüm  ki,  Şaiqin  özü 
narahat  idisə  də,  yenə  mənə  tez-tez  «narahat  olma» 
deyirdi.  Yapon  xasiyyətinə  dərindən  bələd  olan  bu 
Yaponiya magistrantı vəziyyətin tez vaxtda, özü də yüksək 
səviyyədə düzələcəyini yaxşı bilirdi. 
İki saat  keçdi. Xanım  Ayumi zəng edib bildirdi  ki, 
otelə,  bizim  yanımıza  bir  nəfəri  göndərir  və  məsələ  həll 
olunacaqdır, amma uçuş qaldı sabaha. 
Bir  saatdan  sonra  xanım  Ayuminin  yanımıza 
göndərdiyi  adam  gəldi.  Tanıdım.  Dünən  mə’ruzəmi 
diqqətlə  dinləyən  Kentaro  İndo  idi  –  Keyho  Universiteti 
Tarix  Fakültəsinin  tələbəsi.  Qaşlarını  almış,  gözünə  yaşıl 
rəngli  kirşan  çəkmişdi.  Onun  niyə  belə  etdiyini  Şaiqdən 
soruşdum.  Dedi  ki,  özü  bilər,  tam  sərbəst  cavan  tələbədir 
və gənclər arasında belə oğlan tələbələr az deyil. 
Nə isə, Şaiqə adi görünən mənimçin qeyri-adi idi. 
Kentaro  bizim  onunla  birlikdə  Rusiya  Aeroflot 
kompaniyasının  Tokio  nümayəndəliyinə  gedəcəyimizi 
bildirdi.  Metroya  minib  bir  neçə  stansiya  dəyişdik,  iki-üç 
saatdan sonra kompaniya nümayəndəliyinin binasına gəlib 
çatdıq.  Orada  artıq  məsələdən  xəbərdar  idilər.  Dərhal 
mənim  adıma  təzə  bilet  yazıldı,  köhnə  biletlə  yeni  bilet 
qiyməti arasındakı pul fərqi Tohoku Universiteti hesabına 
Şahin Fazil 
 
 
200 
Kentaro  tərəfindən  ödənildi.  Mən  Yaponiyaya  250  dollar 
ziyan  vurmuşdum.  Dərdləndim.  Öz  səhlənkarlığım  (həm 
də 
Şaiqin 
səhlənkarlığı) 
məni 
dərdləndirdi. 
Dərdlənməliydim. İnsanam, daş deyiləm ki... 
 
Ömrüm boyu dərdlənmişəm, 
Elə bil ki, cocuqluqda  
mən anamın döşlərindən 
dərd əmmişəm. 
 
Dərdim mənim – mənə doğma, 
Ey çəlimsiz, qoca əlim, 
Gücün çatmaz, dərdi boğma,  
dərdi boğma, qoy yaşasın, 
Başqa bir əl görməyirəm  
mənim kimi dərd daşısın. 
İnsanlara  
dərdsiz olmaq deyil asan. 
Gərək dərdsiz olmaq üçün  
daş olasan... 
 
(«Üçüncü Divan», səh. 
612) 
 
Bu  vaxt  prof.  T.Kuroda  Şaiqin  mobil  telefonuna 
zəng  vurdu,  məsələnin  nə  yerdə  olduğunu  soruşdu, 
uçuşumun  sabaha  qaldığını  öyrəndi.  Şaiqdən  mənim 
keyfimi  xəbər  aldı,  dedi  ki,  məsələ  gözlədiyi  yaxşı 
sonluqla qurtardı, narahat olmağa dəyməz. Onunla danışıb 
qurtaran Şaiq adətincə yenə də «narahat olma» dedi. Bu an 
böyük 
şairimiz 
Bəxtiyar 
Vahabzadəyə 
müraciətlə 


Yüklə 213,4 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə