Microsoft Word Sahin Fazil. Yaponiya Sefernamesi doc



Yüklə 213,4 Kb.
Pdf görüntüsü
səhifə37/45
tarix18.06.2018
ölçüsü213,4 Kb.
#49649
1   ...   33   34   35   36   37   38   39   40   ...   45

  Йапонийа сяфярнамяси 
 
 
175 
Bizlərdə olubmu xarakiri edən olsun, 
Eylərmi görən Mustafa, Əkbər xarakiri? 
 
İstərmi Həsən qarnına heç zərbə toxunsun? 
Eylərmi məgər Gülbala, Qəmbər xarakiri? 
 
Haqsız hərəkətlər məgər azdırmı həyatda? 
Sən dildə edirsən fəqət əzbər «xarakiri». 
 
Tə’rifləmə, Şahin, özünü lovğa cavan tək, 
Varsa hünərin sən dəxi göstər xarakiri. 
 
Tokio, 25 
fevral 
 
Əlbəttə,  özünü  xarakiri  kimi  dəhşətli  bir  əmələ 
mə’ruz  qoymaq,  yəni  yuxarıda  yazdığım  kimi,  bədənin 
qarın  nahiyəsini  doğram-doğram  parçalamaq  və  şüurlu 
intihara varmaq adamdan olduqca böyük cəsarət tələb edir. 
Biz  azərbaycanlılar  cəsarətsiz  deyiliksə  də,  zənnimcə, 
özümüzü xarakiri etmək «əməliyyatından» çox uzağıq. 
Mən  bir  qədər  yuxarıda  Kioto  şəhərindəki  «Qızıl 
Mə’bəd»dən  bəhs  edərkən  Yukio  Misima  adlı  böyük  bir 
yapon yazıçısının –  monarxist əhvali-ruhiyyəli nəhəng bir 
şəxsiyyətin  haqqında  qısa  mə’lumat  vermişdim.  Bəli, 
J.Misima  45  yaşında  ikən  özünü  xarakiri  etdi.  Amma, 
heyf! Heyf ondan! 100 cild əsər yazan bu qeyri-adi İnsan, 
əgər yaşasaydı, bəlkə də daha 100 cild kitab yazardı. Onun 
hər  şeyi  vardı,  ölümdən  savayı.  O,  ölümü  sevdi,  özünü 
xarakiri  etməklə.  O,  ölümünü  tapdı,  özünü  xarakiri 
etməklə. 
Şahin Fazil 
 
 
176 
Görəsən  bu  dünyadan  nə  istəyirdi  Yukio  Misima? 
Axı, zavallı dünya ona hər şey vermişdi. Dünya ona savad, 
bacarıq,  qətiyyət,  qabiliyyət,  fərasət,  məharət,  şücaət 
vermişdi.  Daha  bu  dünyadan  nə  istəyirdi  Yukio  Misima? 
Mən ona müraciətlə bir şe’r də yazdım: 
 
Daha nə istəyirdin? 
 
Məşhur yapon yazıçısı, 
idmançısı, rejissoru, aktyoru, 
dirijoru, təyyarəçisi, səyyahı, 
fotoqrafı Yukio Misimanın 
parlaq xatirəsinə 
 
Qənimətdin dünyaya, 
Daha nə istəyirdin? 
Ölkəndi – Yaponiya! 
Daha nə istəyirdin? 
 
İstəyin ədalətdi? 
Ədalət həqiqətdi? 
Həqiqət zərurətdi? 
Daha nə istəyirdin? 
 
Yazıçılıq… Siyasət… 
Siyasətdə əziyyət 
Olmadımı kifayət, 
Daha nə istəyirdin? 
 
Kitab istədin – oldu, 
Savab istədin – oldu, 


  Йапонийа сяфярнамяси 
 
 
177 
Əzab istədin – oldu, 
Daha nə istəyirdin? 
 
Dedin «haqqa qurbanam!», 
Dedin «istərəm yanam!», 
İstəyinə heyranam 
Daha nə istəyirdin? 
 
Qələmdə – kəsərin var, 
Sözündə – dəyərin var, 
Yüz cildlik əsərin var, 
Daha nə istəyirdin? 
 
Aktyor da olmusan, 
Rejissor da olmusan, 
Dirijor da olmusan, 
Daha nə istəyirdin? 
 
 
Fərasət də etmisən, 
Şücaət də etmisən, 
Səyahət də etmisən, 
Daha nə istəyirdin? 
 
Şöhrət gülü dərmisən, 
Şərəf-şan da görmüsən, 
Təyyarə də sürmüsən, 
Daha nə istəyirdin? 
 
Qədrin, qiymətin vardı, 
Gücün, qüvvətin vardı, 
Şahin Fazil 
 
 
178 
«Qızıl Mə’bəd»in  vardı, 
Daha nə istəyirdin? 
 
Ruh ki, cismə bəzəkdi, 
Amma, gör ki, nə çəkdi?! 
Xarakiri gərəkdi? 
Daha nə istəyirdin? 
Daha nə istəyirdin? 
 
Jukio  Misimaya  «Daha  nə  istəyirdin?»  misrasını 
təkrar-təkrar  pıçıldamaqdaydım  ki,  qapı  döyüldü.  Şaiq  idi. 
Restorandakı  kafeyə düşdük, sonra yola çıxdıq. Azərbaycan 
Respublikasının Yaponiyadakı səfirliyinə getməliyik. 
Qeyd  etməliyəm  ki,  Tokio  kimi  nəhəng  bir 
meqapolis-şəhərin  (orada  əhalinin  sayı  30  miloynu  keçib) 
olduqca mürəkkəb metro-qatar sistemi var. Mən kimi yapon 
dili  bilməyən  adam  nəinki  3-5  günə,  heç  bir  aya  da  bu 
sistemdən baş çıxara bilməz. Hətta Şaiqin özü tez-tez metro 
xidmətçilərinə  müraciət  etmək  məcburiyyətində  qalır, 
soruşur,  dəqiqləşdirir  və  yalnız  bundan  sonra  biz 
gedəcəyimiz  istiqamətə  doğru  üz  tuturuq.  Mən  onu  gözdən 
qoymamalıyam. Allah eləməsin ki, belə çoxmilyonluq insan 
selində  bələdçidən  ayrı  düşəsən.  Elə  Şaiq  də  dəfələrlə  geri 
dönüb mənə baxırdı. Buna görə də, hər ehtimala qarşı onun 
mobil telefonunun nömrəsini kağıza yazıb cibimə qoydum. 
Üç  saatdan  çox  vaxt  keçdi.  Nəhayət,  səfirliyimizin 
binası qarşısındayıq. Zəngi basdıq. Qapını orta boylu, qaraşın 
çöhrəli  cavan  bir  azərbaycanlı  açdı.  Bakıdan  gəldiyimi 
bildikdən  sonra  bizi  içəriyə  də’vət  etdi.  Dedi  ki,  səfir  Azər 
Hüseyn  (Hüseynov)  hazırda  vacib  bir  görüşə  getdiyi  üçün 


  Йапонийа сяфярнамяси 
 
 
179 
burada yoxdur. ADU-nun professoru Qüdrət İsmayılzadənin 
oğlu Gurseli soruşdum. 
O, bir neçə dəqiqədən sonra göründü. Necə də atasına 
oxşayır... 
Görüşdük, söhbətləşdik. Yaponiyaya səfərimin səbəbi 
ilə maraqlandı. Dedim: 
-  Azərbaycan  Milli  Elmlər  Akademiyası  Tarix 
İnstitutunun 
əməkdaşıyam. 
Bir 
neçə 
gündür 
ki, 
Yaponiyadayam.  Fevralın  21-də  Tohoku  Universitetinin 
təşkilatçılığı  ilə  Senday  şəhərində  keçirilən  Elmi  Forumda 
mə’ruzə  ilə  çıxış  etmişəm  və  dünən  Tokio  Milli  Humanitar 
Elmlər  İnstitutunda  da  professor,  müəllim  və  tələbələr 
qarşısında  mənim  şərəfimə  təşkil  olunan  yığıncaqda 
mə’ruzəm dinlənilib. 
Gursel mənim Sendaya və Tokioya gəlişimdən xəbər-
siz  olduqlarından  heyfsiləndi.  Kimin  təqsiridir?  Bakıdakı 
Yaponiya 
səfirliyininmi? 
Azərbaycan 
Xarici 
İşlər 
Nazirliyininmi? Bilmədim. 
Ümumiyyətlə, uzun illərdir ki, xarici ölkələrdə keçiri-
lən  onlarla  Beynəlxalq  Elmi  Konfransın  iştirakçısıyam. 
Olduğum bə’zi ölkələrdə çıxış edərkən Azərbaycanın suvenir 
kimi  hazırlanmış  dövlət  bayrağını  mizin  üstünə  qoymuşam. 
Bakıda  güman  etdim  ki,  Yaponiyada  da  belə  edəcəyəm, 
lakin  belə  olmadı.  Burada  bayraq  məsələsinə  əhəmiyyət 
verilmir.  Odur  ki,  özümlə  gətirdiyim  hər  iki  bayrağı 
səfirliyimizə  bağışladım.  Gursel  də  bunu  əvəzsiz  qoymayıb 
ingilis dilində çap olunmuş (Tokio) «Japan. From Prehistory 
to  Modern  Times»  adlı  bir  kitabı  mənə  bağışladı.  Mən 
amma,  təəssüf  ki,  öz  kitabımı  yazarkən  həmin  kitabın 
materiallarından istifadə edə bilmədim. Çünki, Yaponiyadan 
qayıtdıqdan  sonra  kitabı  özünün  tə’birincə  «ingilis  dilini 
Şahin Fazil 
 
 
180 
ingilislər  kimi  bilən»  Əfşan  adlı  bir  jurnalistə  verdim  ki, 
bə’zi tarixi hadisələri  mənim üçün tərcümə etsin, o isə artıq 
bir  ildən  çoxdur  ki,  «qeyb»  olmuşdur.  Elə  indi  də  Əfşan 
xanımın  harada  olduğunu  bilmirəm.  Deyilənə  görə  sağ-
salamatdır və rayonların birində yaşayır. Canı sağ olsun, təki 
ona  istifadə  üçün  verdiyim  «Japan.  From  Prehistory  to 
Modern Times» kitabını itirməsin. Mənim o qədər itkim olub 
ki... «İtki» şe’rimdən iki bənd: 
 
...Çox şeyi itirdim, amma heç kimə 
Demədim, tapmağa etmədim maraq. 
Mənə inanın ki, itkilərimə 
Qəti heyfim gəlmir, kimsə tapacaq. 
 
Mən ömür itirdim, mən gün itirdim, 
Buna heyfim gəlir, tək buna ancaq. 
Axı itmiş ömrü kim tapacaq, kim?!! 
Kimsə tapmayacaq!.. Bəlkə tapacaq?!! 
 
(«Yenə  görüşərik»  kitabı, 
səh.25) 
Yaponiyada bizim səfirliyimiz 2005-ci ildən fəaliyyət 
göstərir.  Ona  qədər  işçisi  var  (Əfqanıstanda  isə  SSRİ 
səfirliyində  işləyənlərin  sayı  yüzlərlə  idi).  Gurselin  özü  isə 
1996-2004-cü  illərdə  Tokioda  yaşayıb,  magistratura  təhsili 
alıb,  doktoranturanı  bitirib.  Dr.Gursel  İsmayılzadə  hazırda 
səfirlikdə  müşavir  sifətilə  öz  diplomatik  fəaliyyətini  davam 
etdirir. 
Bizi  səfirliyimizin  qapısı  ağzında  qarşılayan  Rövşən 
Mirzəyev 
 
isə 
Bakıdakı 
«Qafqaz 
Universiteti»nin 
mə’zunudur.  Təhsilini  burada  bitirdikdən  sonra  İstanbulun 


Yüklə 213,4 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə