Microsoft Word Sahin Fazil. Yaponiya Sefernamesi doc



Yüklə 213,4 Kb.
Pdf görüntüsü
səhifə34/45
tarix18.06.2018
ölçüsü213,4 Kb.
#49649
1   ...   30   31   32   33   34   35   36   37   ...   45

  Йапонийа сяфярнамяси 
 
 
161 
deyildik.  Buna  görə  də,  aramızdakı  qarşılıqlı  tə’zim 
«mərasimi»  ani  oldu.  Amma,  bir-birlərini  tanıyan  yaponlar 
görüşdükdə 
başlayan 
tə’zim 
«mərasimi» 
olduqca 
cəlbedicidir. 
...İlk  dövrlər  Yaponiyada  heç  nə  adamı  ekzotik 
nəzakət qədər məftun etmir. Söhbət zamanı hamı bir-birinin 
sözlərini təsdiq edir, görüşəndə ikiqat olur... 
tə’zim mərasimi doğrudan da unudulmazdır. Tanışını 
görən yapon hətta küçənin ortasında olsa da, üstünə tramvay 
gəlsə  də,  ən  əvvəl  yerində  donub  qalmağı  özünə  borc  bilir. 
Sonra beli qatlanır, qolları sallanır, ovucları dizlərindən aşağı 
sürüşür  və  o,  bir  neçə  saniyə  əyilmiş  vəziyyətdə  quruyub 
qalır,  nəhayət,  yalnız  nəzərlərini  ehtiyatla  qaldırır.  Qaməti 
tanışdan  qabaq  düzəltmək  nəzakətsizlik  sayıldığına  görə 
tə’zim  edənlər  bir-birlərini  sayıqlıqla  izləməli  olurlar. 
Kənardan baxana elə gəlir ki, hər ikisini iflic vurub və onlar 
qamətlərini düzəltmək iqtidarında deyillər. 
Tokio  qəzetləri  hesablamışlar  ki,  hər  gün  qulluqçu 
orta  hesabla  36  dəfə,  ticarət  firmasının  agenti  123  dəfə, 
univermaqdakı eskalatorun yanında dayanan qız isə 2560 də-
fə bu cür rəsmi tə’zim edir (Bax: Sakura budağı, səh.8-9). 
Bəli  biz  xanım  Ayumi  Yanagiya  ilə  tanış  deyildik. 
Tanış  olduq  və  bir-birimizdən  nəzakətli  tə’zim  gördük. 
Ayumi  elə  gözəl  gülümsündü  ki.  Yadıma  birinci  «Divan» 
kitabındakı beytlər düşdü: 
 
Güllər sənin kimi gülümsəyirlər, 
Gülüm, gülüşünü güllərə vermə... 
 
Şe’rin  ardını  da  yadıma  salmaq  istəyirdim  ki,  xanım 
Ayumiyə  başqa  bir  xanım  yaxınlaşdı.  Onlar  bir-birinə 
Şahin Fazil 
 
 
162 
yüngülcə  tə’zim  etdilər.  Xanım  Ayumi  o  xanıma  yaponca 
nəsə  deyib  məni  göstərdi.  Yəqin  ki,  haqqımda  mə’lumat 
verdi.  Xanım  üzünü  mənə  çevirib  tə’zim  etdi.  «Hay» 
mərasimi…  Tə’zim  mədəniyyəti!  Baş  əymə  nəzakəti! 
«Yapon  qaydasına  görə  ana  öz  körpəsini  hələ  kürəyində 
gəzdirərkən  hər  dəfə  baş  əyəndə  uşağı  da  baş  əyməyə 
məcbur edir, beləliklə ona yaşlıların qulluğunda durmağın ilk 
dərslərini  verir.  Hər  kəsin  öz  yerini  bilməsi  hissi  yaponun 
qəlbində  öyüd-nəsihətlə  yox,  həyat  təcrübəsi  ilə  kök  salır. 
Uşaq görür ki, ana ataya, ortancıl qardaş böyük qardaşa, bacı 
isə yaşından asılı olmayaraq bütün qardaşlara baş əyir. Həm 
də  bu  adi  hərəkət  deyil.  Bu,  öz  yerini  tanımaq  və  beləliklə 
qarşısına  çıxan  vəzifələri  yerinə  yetirməyə  hazır  olmaqdır» 
(Sakura budağı, səh. 57). 
Birlikdə  «Toyo  Bunko»  kitabxanasının  ikinci 
mərtəbəsinə  qalxdıq.  Ayumi  xanımın  bir  qədər  darısqal 
otağı.  Çay  gətirdilər.  Əlbəttə,  yaşıl  çay.  13  il  yaşıl  çay 
içmişəm  Əfqanıstanda.  Yaşıl  çaya  öyrəncəliyəm.  Adətən 
Bakıda da yaşıl çay içirəm. 
Qarşıdakı  elmi  görüşüm  barədə  söhbətləşdik.  Prof. 
T.Kuroda dedi: 
-  Sənin  çıxışını  dinləməkdən  ötrü  Yaponiyanın 
Azərbaycan  Respublikasındakı  sabiq  səfiri  də  təsrif 
gətirəcək. 
Dedim: 
-  Sabiq  səfiri  indi  görməkdən  məmnun  olaram.  Am-
ma,  təəssüf  ki,  Azərbaycan  Respublikasının  Yaponiyadakı 
səfiri  Azər  Hüseynə  mənim  gəlişim  haqqında  xəbər 
verməmisiniz.  Mənim  elmi  çıxışım,  əlbəttə  onun  üçün  də 
maraqlı olardı. 
T.Kuroda üzrxahlıq etdi: 


  Йапонийа сяфярнамяси 
 
 
163 
- Gərək xəbər veriləydi. Bu bizim səhvimizdir.  
Sonra  «Toyo  Bunko»  ilə  tanışlıq.  Zəngin  kitabxana-
dır. Mənə bir neçə kitab bağışladılar. 
Nahardan  sonra  «Toyo  Bunko»nun  Konfrans  zalına 
gəldik.  Orada  artıq  professorlar,  elmlər  doktorları,  tələbələr 
və  bu  görüşün  təşkilatçıları  öz  yerlərində  əyləşmişdilər. 
Gündüz  saat  15-də  başlayan  çıxışım  16-da  qurtardısa  da, 
mənə verilən suallar və onların cavabları saat 17-dək davam 
etdi. Çıxışımın mövzusu elə Senday Tohoku Universitetində 
etdiyim  mə’ruzəm  idi:  «XX  əsr  Azərbaycan  milli 
tarixşünaslığı: tarixi təcrübə və müasir vəziyyət». 
«University  Rezearch  Center»in  professoru  Ken 
İşiquka,  Tohoku  Universitetinin  Associate  Professoru 
Tomoki  Okavara,  «Toyo  Binko»nun  «Rezearch  Fellov»-u 
Ayumi Yanagiya, Azərbaycanın siyasi tarixi ilə məşğul olan 
elmi  işçi  Teppei  Makaşhima,  «Sasakava  Peace  Founation»-
un  «Offise  of  Regional  Founds»-unun  «Depyuti  Direktor»u 
Akira  Matsunaga,  sonra  isə  4  tələbə  biri-birinin  ardınca 
suallar  verdilər.  Qeyd  edim  ki,  bu  adamların  hamısının 
Azərbaycan  haqqında  geniş  mə’lumatları  vardır  və  bə’ziləri 
müstəqim  olaraq  Azərbaycan  tarixinin  müxtəlif  dövrlərini, 
xüsusən  müasir  dövr  tariximizi  öyrənməklə  məşğuldurlar. 
Bə’zi suallar (xüsusilə prof. Ken İşiquka) sırf siyasi xarakter 
daşıyır  və  açıq-aşkar  özündə  Azərbaycanın  bugünkü 
vəziyyətinə  və  daxili  işlərinə  qarışmaq  meylini  təzahür 
etdirirdi  (Sonradan  öyrəndim  ki,  bu  professor  bir  neçə  dəfə 
ölkəmizdə  olmuşdur).  Mən,  təbii  ki,  sırf  elmi  olan 
mövzumuzu  siyasi  məcraya  yönəltməyə  cəhd  edən  Ken 
İşiqukanın  bu  cəhdinə  imkan  vermədim  və  dedim  ki,  biz 
hamımız elmi işçilərik və gəlin elmi siyasətlə qarışdırmayaq. 
Şahin Fazil 
 
 
164 
Əlbəttə, sözlərim prof. K. İşiqukanın xoşuna gəlmədi. 
Azərbaycanın  orta  əsr  və  yeni  dövr  tarixi  və  XX  əsr 
tarixşünaslığına dair suallara isə geniş cavablar verirdim. 
Azərbaycan  Respublikası  tələbələri  daha  çox 
maraqlandırırdı.  Hamının  qarşısında  mənim  tərcümeyi-
halımı əks etdirən və üzərində rəngli kiçik şəklim olan vərəq 
vardı.  Yaponları  mənim  keçdiyim  həyat  yolum,  səfərlərim, 
elmi və bədii yaradıcılığım maraqlandırdı. 
Qeyd  edim  ki,  Yaponiyanın  Azərbaycandakı  sabiq 
səfiri nədənsə gəlib çıxmadı. 
Görüşümüz  bitdi.  Küçəyə  çıxdıq.  Yağış  yağırdı. 
Ətrafımdakı adamların əksəriyyətinin əllərində çətirlər peyda 
oldu.  Xanım  Ayumi  və  mən  bir  çətir  altında  addımlayırdıq. 
Mə’lum  oldu  ki,  o  da  Tehran  Universitetində  oxumuşdur. 
Söhbətimiz fars dilində gedirdi. Məni menyuda əsasən balıq 
yeməkləri  olan  yaraşıqlı  bir  restorana  gətirdilər.  İçki  təklif 
olundu. Hamı şərab istədi, özü də Fransa şərabı. 
Şam  yeməyi  qurtardıqdan  sonra  taksi  maşınlarına 
mindik və Tokionun mərkəzində olan 5 ulduzlu «Sunroute» 
otelinə  gəldik.  Şaiqlə  mənə  bu  oteldə  ayrı-ayrı  otaqlar 
verildi. 
Ayrılarkən prof. T.Kuroda mənimlə sağollaşdı. O, sa-
bah  İran  səfirliyində  Tehrana  qarşıdakı  səfəri  ilə  əlaqədar 
məsələsini həll etdikdən sonra Sendoya qayıdacaq. 
İçərisində  hər  bir  şəraiti  olan  yığcam  otağımdayam. 
Yatağa  uzandım.  Gözümə  yuxu  gəlmir.  Üç  gündən  sonra 
qayıdıram  vətənimə  inşallah.  Yenə  Tokio-Moskva  məsafə-
sindəki 10 saatdan çox uçuş. Yenə Moskvanın «Şeremetyevo 
–2»  aeroportunun  tranzit  zalında  9-10  saatlıq  gözləmək. 
Sonra Bakı istiqamətinə uçuş. Boş yerə darıxmaqdansa şe’r 
yazmaq yaxşıdır. «İstiqamət» adlı bir şe’r yarandı: 


Yüklə 213,4 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə