Йапонийа сяфярнамяси
171
normaları
baxımından
onlar
milli
qəhrəman
kimi
qiymətləndirilirdilər...
Xarakiri əməli əsasən sahibin iqamətgahında həyata
keçirilirdi. Bunun üçün gecə, yaxud axşam vaxtı seçilirdi.
Həyət iri qum dənələri ilə örtülürdü, əməlin həyata
keçiriləcəyi yer isə üstünü ağ parça örtmüş nazik tsunovka-
larla döşənirdi, onun üzərinə isə qırmızı rəngli yun örtük
salınırdı. Yüngül kimono libası geyinmiş ölməyə məhkum
olunan adam müəyyən olunmuş yerdə yaponsayağı otururdu.
İki «sekundant» - böyük və kiçik «sekundant» onun yanına
gəlirdilər. Kiçik «sekundant» ölümə məhkum olunmuşun
arxasında dayanır və qılıncı qından çıxarırdı. O adama
məcməyidə üzərində xəncər, yaxud qısa qılınc verib, onun
soyunmasına kömək edirdilər.
Xarakiri əməlinin özü müxtəlif üsullarla həyata
keçirilirdi. Onlardan biri belə idi: xəncər sağ ələ götürülür,
sol tərəfə sancılır və göbəyin altından üfiqi şəkildə sağ tərəfə
aparılır, sonra şaquli istiqamətdə diafraqmadan başlamaqla
üfiqi yarığın kəsişdiyi yerədək hərəkət edir; əgər o adam hələ
ölmürsə, xəncər qarından çıxarılıb boğaza saplanır.
Xarakirinin başqa üsulları da mə’lumdur. İllər ötdükcə
xarakiri etməyin bütün şərtlərinə əməl etməyə qadir olan
insanların sayı azalırdı. Buna görə də, xarakiri şərtlərini xeyli
azaltdılar. Meydzi islahatları dövründə, xarakirinin ləğv
olunması dövründən əvvəl elə intihar halları əhəmiyyətli
dərəcədə sadələşdi: ölümə məhkum olunan şəxs ona
məcməyidə gətirilən xəncəri əlinə götürür, arxasında
dayanan «sekundant» isə dərhal qılıncla onun boynunu
vururdu. Əvvəllər kiçik «sekundantın» vəzifəsinə ölümə
mə’ruz qalan və qarnını cıran adamı ağrılardan xilas etmək
daxil idi. Vaxt ötdükcə bu «sekundant» cəllada çevrildi.
Şahin Fazil
172
Bir qayda olaraq intihar Yaponiyada təklikdə icra
olunur, amma başqa ölkələrdən fərqli olaraq burada qrup
şəklində intihar etmə halları da az deyil. XX əsrin 50-ci
illərində hər il 1200 o cür intihar qeydə alınmışdır. Elə indi
də dəstə ilə intihar etmə halları baş verir. Elə intiharların
arasında sevgililər birinci yeri tutur («Yaponlar» kitabı.
Səh.165-170).
Görəsən, yaponlarda da adamın özünü öldürməsi –
intihar günah hesab olunur? Məncə yox. Əgər sayılsaydı belə
çox intihar etməzdilər:
Öldür
İntihar günahdır,
günahı öldür,
Adamı öldürən
silahı öldür.
Qeyzini, hikkəni öldür,
Düşmənə qarşı yönəlməyən
qəzəbini öldür,
səni öldürə biləsi
əsəbini öldür.
Çıxarıb at tamah dişini,
o dişini öldür.
Pis adətini, vərdişini öldür.
Gözünün ağını qapa,
ac gözünü öldür.
Йапонийа сяфярнамяси
173
Öldür,
Öldür,
Öldür,
Yersiz yerə ürəyini didən
kədəri, ahı öldür,
Öldürmə özünü,
Günahı öldür.
19.12.2006
Üçüncü Divan,
səh.831
Kamikadze, xarakiri, samuray... Yaponiyaya xas milli
keçmiş. Bu keçmişi yazılı ədəbiyyatdan oxuyan, öyrənən və
yenidən yeni ədəbiyyata gətirən müəlliflər az olmamışdır. Bu
halı müşahidə edən rus yazıçısı İlya Erenburq yazır:
«Yaponiyaya baxıb qəzəblənən müəlliflər də
olmuşdur. Onlar dəfələrlə yazmışlar ki, yaponlar hər hansı
fərdi xüsusiyyətlərdən məhrumdurlar və onlara bu cür şablon
sifətlər
verilmişdir:
«Asiyanın
prussakları»,
«əbədi
təqlidçilər», «qarışqa yuvası». Bu müəlliflərin kitablarında
Yaponiya didib-parçalamaq arzusu ilə yaşayan samuraylar
ölkəsi, xarakirilər və işgəncələr, məkr və qəddarlıq,
danışıqsız itaət və iblis hiyləgərliyi ölkəsi kimi təsvir
edilmişdir» (Sakura budağı, səh. 13-14).
Bu kimi sifətlər hansı ölkənin tarixində baş verməyib
ki? Amma başqa üzdə, başqa adda...
Televiziyada baxdığım xarakiri adətləri haqqındakı
film bitdi. Bir qədər sonra (təxminən bir saat sonra)
Azərbaycan dövlətinin Yaponiyada mülkiyyəti olan (başqa
Şahin Fazil
174
ölkələr kimi) səfirliyimizin yerləşdiyi əraziyə getməliyik.
İndisə şe’r yazmalıyam. Xarakiri təəssüratı ilə. Lap isti-isti.
Bir qəzəl yarandı:
Cür’ət edə bilməz edə hər ər xarakiri,
Əlbəttə, adamdan ürək istər xarakiri.
İndi edən azdır bu dəbi, amma əzəllər,
Var idi yaponlarda sərasər xarakiri.
Öz sahibinə sevgi verərdi yapona güc,
Eylərdi əsrlərlə qətllər xarakiri.
Qanunsuz əməllər də buna sövq eləyirdi,
Acizliyə tüğyan idi əksər xarakiri.
Əlbət, xarakiri edənin fərqi görünmür,
Həm atlı edir, həm də ki, mehtər xarakiri.
Çox cəhd olunubdur neçə haqsızlığa qarşı,
Hər cəhdə deyil amma bərabər xarakiri.
Vaxt var idi zalimlərə, zülmə edib üsyan
Eylərdi əsəbdən neçə əsgər xarakiri.
Bə’zən yığışıb, birgə ediblər onu icra,
Çox gənc adamın qətli idi hər xarakiri.
Kəs var ki, edir qarnına xidmət gecə-gündüz,
İstərmi cıra qarnını xəncər xarakiri?
Dostları ilə paylaş: |