Microsoft Word Sahin Fazil. Yaponiya Sefernamesi doc



Yüklə 213,4 Kb.
Pdf görüntüsü
səhifə30/45
tarix18.06.2018
ölçüsü213,4 Kb.
#49649
1   ...   26   27   28   29   30   31   32   33   ...   45

  Йапонийа сяфярнамяси 
 
 
143 
Oka  doktorluq  dissertasiyasını  Pekində  yazmış  və  elə  orada 
da onu müdafiə etmişdir. 
H.Oka ilə sağollaşdıqda o, sabah saat onun yarısında 
mənim arxamca gələcəyini və birlikdə Tokioya gedəcəyimizi 
bildirdi. 
Şaiqə  bir  qədər  piyada  gəzməyi  təklif  etdim.  Şəhəri 
seyr  etmək  fikrindəydim.  Körpü  üstündən  çaya  baxdım.  Su 
elə şəffaf idi ki, çayın dibini görürdüm. 
Olduqca  nəzakətlidirlər  bu  yaponlar.  Universitetin 
dəhliz  və  otaqlarında  olduğum  vaxt  məni  tanıyıb-
tanımamaqlarından asılı olmayaraq, başlarını bir qədər aşağı 
əyib «hay» deyir və beləliklə də öz ehtiramlarını bildirirdilər. 
Körpü  üstündə  yanımdan  keçən  bir  kişi  də  üzümə  baxıb 
«hay» dedi. Dərhal bir varsağının dörd misrası yarandı: 
 
Tap onu, 
Gəz həmişə, tap onu. 
Yapon məni xoşladı, 
Mən xoşladım yaponu. 
 
Bir daha «hay» barədə. Həsən Seyidbəyli yazır: «Bizə 
xidmət  edən  qızlar  üzlərindən  lap  uşağa  oxşayırdılar.  Nə 
deyirdiksə  cəld  «hay»  deyə  cavab  verirdilər.  «Hay»  həm 
«baş  üstə»,  həm  «bəli»,  həm  də  «oldu»  deməkdir»  (Həsən 
Seyidbəyli. On beş gün Yaponiyada, səh.47). Görəsən, körpü 
üstündə  rastlaşdığım  kişi  niyə  mənə  «hay»  dedi?  Axı, 
tanımadığım  o  adamın  «hay»ında  nə  «baş  üstə»,  nə  «bəli», 
nə də «oldu» sözləri öz yerini tuturdu. 
Görünür ki, «hay»ın başqa mə’naları da var. 
«Hay» 
ifadəsi 
haqqında 
başqa 
bir 
kitabın 
mə’lumatına diqqət yetirməyim oxuculara maraqlı ola bilər: 
Şahin Fazil 
 
 
144 
«Adama elə  gələ  bilər  ki,  hər  hansı bir dildə tanışlıq 
ən  adi  və  çox  işlənən  sözlər  kimi  «hə»  və  «yox» 
kəlmələrindən başlanır. 
Sən demə, yapon dilində «hə»  və «yox»  kəlmələrinə 
yiyələnmək  o  qədər  də  asan  deyildir.  «Hə»  kəlməsini 
işlətmək  müşkül  işdir,  çünki  o,  heç  də  həmişə  «hə» 
mə’nasını  vermir.  «Yox»  kəlməsini  isə  daha  ehtiyatla 
işlətmək lazımdır... 
Bu iki başlıca kəlməni bilmək və yadda saxlamaq su 
içmək  kimi  asandır.  Telefonda  danışan  və  xəttin  o  biri 
başındakı  görünməz  müsahibinə  hey  başını  tərpətməklə 
dönə-dönə  «hay»,  «hay»,  «hay»  deyən  yaponun  yanında 
olmaq kifayətdir. 
Əgər siz həmin kəlmənin mə’nasını soruşsanız, hamı 
deyəcək  ki,  «hay»  yapon  dilində  «hə»  deməkdir.  Lakin  bir 
azdan  əmin  olacaqsınız  ki,  yaponun  hər  «hay»  kəlməsini 
təsdiq,  yə’ni  «hə»  mənasında  işlətdiyini  güman  etmək 
bağışlanılmaz nikbinliyə yol verməkdir. 
Məsələn,  siz  yapon  mehmanxanasına  düşmüsünüz. 
Ertəsi  gün  ən’ənəvi  yapon  səhər  yeməyi  –  qurudulmuş 
yosun,  düyü  və  qıcqırmış  paxla  pastası  ilə  xırda 
balıqqulaqlarından  bişirilmiş  sup  əvəzinə  iki  yumurta 
qaynatmağı xahiş edirsiniz. 
 Xahişinizi  dinləyib  «hay»  deyirlər,  səhər  doğrudan 
da yumurta, çörək və bir termos qaynar su gətirirlər... 
Lakin bu vaxt mə’lum olur ki, yumurtanı yemək üçün 
duz  yoxdur.  Siz  telefonla  zəng  vurub  duz  gətirməyi  xahiş 
edirsiniz, aşağıda bu xahişə cəld «hay» cavabı verirlər. 
Beş,  on,  iyirmi  dəqiqə,  yarım  saat  keçir...  Səhər 
yeməyini  çoxdan  qurtarmısınız,  pulunu  vermək  üçün  aşağı 
düşürsünüz. Elə bu vaxt mə’lum olur ki, duz gətirməmişlər, 


  Йапонийа сяфярнамяси 
 
 
145 
çünki  yapon  mehmanxanasında  duz  yoxdur  və  ola  da 
bilməzdi (Yaponlar xörəyə duz atmaq əvəzinə ona istədikləri 
qədər  paxla  sousu  əlavə  edirlər)...  Sizə  «hay»  deyiləndə 
tamamilə başqa şey nəzərdə tutulmuşdu. 
Bu  kəlmə  «hə»  mənasından  daha  çox  «eşidirəm», 
«başa  düşürəm»  mə’nasında  işlədilir.  Deyəsən  həmin 
kəlməyə  ingilislərin  «jec»  sözündən  əmələ  gəlmiş  və 
donanmada (ruslar tərəfindən) işlədilən «есть» («oldu») sözü 
daha  çox  uyğun  gəlir.  Yapon  sizin  hər  cümlənizə  «hay» 
kəlməsi  ilə  cavab  verirsə,  o  demək  deyildir  ki,  sözlərinizlə 
razılaşdığını  bildirir,  yapon  bununla  sadəcə  olaraq  deyir: 
«buyurun, buyurun, danışın, sizi eşidirəm». 
«Yox»  kəlməsində  mürəkkəb  cəhətlər  daha  çoxdur. 
Sırf  qrammatika  əsasında  baş  verən  saysız-hesabsız  gülünc 
hadisələri götürək. Bu hadisələr ona görə baş verir ki, başqa 
dildə çox işlədilən ikiqat rədd cavabı yapon dilində qətiyyən 
yoxdur. 
Siz evə qayıdıb tərcüməçidən soruşursunuz: 
- Mənə heç kəs zəng vurmayıb? 
- Hə, - deyə cavab verir. 
- Kim zəng vurub? 
- Heç kəs. 
Söhbət  zamanı  adamlar  «yox»,  «bacarmaram», 
«bilmirəm»  kəlmələrini  qətiyyən  işlətmirlər.  Elə  bil  bu 
kəlmələr  söyüşdür,  açıq  demək  mümkün  olmayan,  yalnız 
başqa  yolla,  müəmma  ilə  deyilən  kəlmələrdir.  Hətta  ikinci 
fincan  çay  içməkdən  imtina  edən  qonaq  «yox,  sağ  olun» 
sözləri əvəzinə hərfən «onsuz da özümü  gözəl  hiss edirəm» 
mə’nasını verən ifadə işlədir... 
Tokiolu  tanışınız  «Sizin  təklifinizə  cavab  verməzdən 
əvvəl  arvadımla  məsləhətləşməliyəm»  deyəndə  elə  güman 
Şahin Fazil 
 
 
146 
etməyin  ki,  qadın  hüququ  uğrunda  mübarizə  aparan  şəxslə 
rastlaşmısınız.  Bu,  «yox»  kəlməsini  işlətməməyin  saysız-
hesabsız  üsullarından  biridir.  Məsələn,  yapona  zəng  vurub 
deyirsiniz  ki,  onunla  axşam  saat  altıda  mətbuat  klubunda 
görüşmək  istəyirsiniz.  Əgər  o  cavabında  «Ah,  saat  altıda? 
Ah, mətbuat klubunda?» - deyə suallar verməyə və mə’nasız 
sözlər  işlətməyə  başlasa  dərhal  deməlisiniz:  «Münasib 
deyilsə başqa vaxt, başqa yerdə söhbət edə bilərik». 
Bax,  bu  zaman  müsahibiniz  «yox»  əvəzinə  böyük 
sevinclə  «hə»  deyəcək  və  döşünə  düşən  ilk  təkliflə 
razılaşacaqdır. 
Necə  olursa-olsun,  «yox»  kəlməsini  işlətməmək 
adətini yaponlar işgüzar münasibətlər sahəsinə də aid edirlər. 
Bu isə işgüzarlığa misilsiz aydınlıq, açıq danışmaq, dəqiqlik 
kimi  baxan  amerikalıları  hövsələdən  çıxarır...»  (Sakura 
budağı, səh.83-85). 
Hay,  əziz  oxucu.  «Hay»  kəlməsinin  mə’naları 
haqqında bu qədər! 
Otel yolu üstündəki bir neçə mağazaya da baş çəkdik. 
«Yukata»  adlanan  qadın  paltarı  yoxdu.  Tapa  bilmirəm 
yukatanı.  Ondan,  Məryəmdən  başqa,  qızlarım  Şahanəyə, 
Ülviyyəyə, nə bilim bəzi qohumlarıma – Səbinəyə, Naibəyə, 
Naziləyə,  Esmiraya  da  almaq  fikrindəydim.  Tapa  bilmirəm 
yukatanı.  Millət  inciyəcək  məndən.  Nə  taxsırım  var  ki? 
Mənlə  yukata  arasına  qış  mövsümü  girib.  Yukata  yay 
mövsümündə  olacaq.  Yay  mövsümündə  mən  burada 
olmayacağam. Ax, yukata, yukata!.. Ax, ey qadın paltarı!.. 
Pərt olduğumu görən Şaiq «Tokioda taparıq», - dedi. 
Ümidvar  oldum.  Kim  nə  dərddə,  Şahin  Fazil  isə  yukata 
dərdində... 


Yüklə 213,4 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə