Microsoft Word Sahin Fazil. Yaponiya Sefernamesi doc



Yüklə 213,4 Kb.
Pdf görüntüsü
səhifə29/45
tarix18.06.2018
ölçüsü213,4 Kb.
#49649
1   ...   25   26   27   28   29   30   31   32   ...   45

  Йапонийа сяфярнамяси 
 
 
137 
E’timadla tapınan, 
Ey atomun 
Dağıdıcı zərbəsinə tuş gələn, 
Külə dönüb küllənən, 
Sonra 
Köz tək alışan, 
Atəş olub yüksələn 
Hirosima, Naqasaki torpağı, 
Necə dözdün o zərbəyə, 
Necə çəkdin o dağı? 
Yaponiya, ey nipponlar məskəni, 
Nipponların indi yapon adlanır, 
Nə fərqi var  
nippon olsun, ya yapon, 
Səndə nippon qanı coşur, 
Nippon qanı adlanır, 
Səndə günəş odu var, 
Sən elə bir ölkəsən ki – 
Gündoğar. 
Sən günəşdən doğularaq 
Damla-damla güc yığdın, 
Zərrə-zərrə güc aldın, 
Sən top kimi yerə dəyib 
Sonra göyə ucaldın, 
Heyran etdin günü də, 
Mat elədin yeri də, 
Daha böyük yüksəlişin 
Qabaqda, irəlidə, 
Bəd günlərin arxada, 
Pis günlərin geridə. 
Yaponiya, 
Şahin Fazil 
 
 
138 
İnsanların fədakardır, igiddir, 
Ürəkdən inanıram 
Hər yapon bir kamikadze, 
Hər yapon bir şəhiddir. 
Yaponiya, 
Mənim  Odlar diyarımdan  
uzaq diyar, 
möcüzələr diyarı, 
Təşəbbüslər, tərəqqilər,  
nələr, nələr diyarı... 
Zənn edirəm  
sən kimiyəm, 
mən də oddan doğuldum, 
atəş oldum, qor oldum, 
Amma, sonra  
oba-oba parçalandım, 
dağım-dağım dağıldım, 
böyükkən 
kiçik qaldım. 
Dərdim böyükdür mənim, 
Qurbanlıq quzu kimi  
şaqqalanıb, 
bölünübdür vətənim. 
Yaponiya, 
Göyçə kimi, Zəngəzur tək, Qarabağ tək  
əldən çıxan yurda bax, 
Torpağımı işğal edən  
Canavara, qurda bax... 
Əgər belə davam etsə, 
Əgər gedərsə belə, 
Şahin Fazil  


  Йапонийа сяфярнамяси 
 
 
139 
əvvəl- axır 
kamikadze olacaq! 
Senday, 22 fevral 
 
Mən  bu  şe’rimi  Yaponiyada  yazmışam.  Amma, 
ondan  4  il  əvvəl  də  mənim  «Şair-kamikadze»  adlı  bir 
şe’rim olmuşdur: 
 
Şaircığazlara  
qeyri şairlər tək 
biganə deyil, 
laqeyd deyiləm, 
Kamikadzeyəm. 
Günlərin bir günü  
filankəsləri, 
Şe’rdən bixəbər olan kəsləri  
poeziya naminə bir yerə yığıb, 
onların yağısı, qənimi çıxıb, 
özümlə birlikdə o cahilləri 
içimdə olan 
qəzəb barıtına 
kin odu vurub 
öldürəcəyəm. 
Başqa çarəm yoxdur,  
nə kədər, nə qəm, 
Kamikadzeyəm 
 
... Şair-kamikadze olubmu görən? 
1.06.2005 
(Üçüncü Divan, səh.606) 
 
Şahin Fazil 
 
 
140 
 


  Йапонийа сяфярнамяси 
 
 
141 
VII. 23 fevral. 
 
Vaja  Kiknadze  ilə  vidalaşma  (  gecə 
İstanbula, 
sonra 
Tbilisiyə 
uçacaq). 
Tohoku 
Universiteti. 
Xanım 
Savaye 
Fumiko.  Şəhərdə  gəzinti.  Yeni  yaranan 
şeirlərim. 
Saat  10-a  qalıb.  Prof.  Vaja  Kiknadze  otağıma  gəlib 
mənimə  sağollaşdı.  O,  bu  gün  Tokioya  getməli,  sabah  isə 
İstanbula  uçmalıdır.  Sonra  Tbilisi...  Onu  da  mənim  kimi 
vətənimədək  olan  yolun  uzunluğu  qayğısı  sarmışdır.  Tokio 
ilə  İstanbul  arasında  12  saatlıq  hava  yolu  məsafəsi  var 
(Təxminən Moskva-Tokio məsafəsi kimi). 
Saat  10  oldu.  Şaiq  gəlmədi,  11  oldu  gəlmədi,  12-yə 
bir neçə  dəqiqə qalmış qapım döyüldü. Şaiqdi. «Bağışlayın, 
gecikmişəm» dedi. 
Dedim  ki,  eybi  yoxdur,  azərbaycanlıyıq,  alman 
deyilik ki, dəqiqliyimiz olsun. Görünür sözüm onu tutdu... 
Getdik  Tohoku  Universitetinə.  Prof.Kuroda  öz 
kabinetindəydi. Bakıdan gətirdiyim üç suvenir kiçik xalçanın 
birini ona verdim (xalçaların hər biri üzərində Qız Qalasının 
təsviri  vardı),  2007-ci  ildə  çap  olunmuş  «Azərbaycan 
haykuları» 
kitabımı, 
2005-ci 
ildə 
Tokioda 
mənim 
haykularım və yaradıcılığım haqqında nəşr olunan məqalənin 
surətini bağışladım. Məmnun oldu, təşəkkürünü bildirdi. Bir 
qədər  söhbətləşdik.  Fars  dilində  danışırdıq.  Dedi  ki,  imkan 
olan  kimi  mənim  Azərbaycan  haykularımı  Yaponiyada, 
bəlkə  də elə  Sendayda tərcümə  və  çap  etdirəcək, «inşallah» 
deməyi  də  unutmadı.  Qapı  döyüldü  və  açıldı.  Gözəl  bir 
nərmənazik qadın kabinetə daxil oldu. 
Şahin Fazil 
 
 
142 
-  Savaye  Fumikodur,  -  dedi  Takaşi  Kuroda.  Sonra 
məni də ona təqdim etdi. 
Savaye  Fumiko  bu  Universitetin  professorluğuna 
namizəddir  (Assosiate  Professor),  doktor  elmi  dərəcəsi 
almışdır.  Xanım  mənə  öz  vizit  kartını,  mən  də  ona 
«Azərbaycan  haykuları»mı  verdim.  Varaqladı.  Birdən-birə 
heç  gözləmədiyim  halda  türkcə  «Mərhəba,  mərhəba, 
məmnun oldum», dedi. Mən də onunla tanışlıqdan məmnun 
olduğumu  bildirdim,  amma  türkcəni  harada  öyrəndiyini 
soruşmağa  macal  olmadı.  Yəqin  ki,  Türkiyədə  oxuyub. 
T.Kurodaya  telefonla  zəng  etdilər  və  o,  mənə  müraciətlə 
prof. Okanın məni gözlədiyini söylədi. 
Kabinetdən çıxıb liftə tərəf getdik. Beşinci mərtəbəyə 
qalxmalıydıq. Xanım Fumiko məndən belə bir xahiş etdi: 
-  Sizin  bu  qış  mövsümündə  Sendaya  gəlişiniz  ilin 
soyuq vaxtına düşdü. May ayında buranın havası gözəl olur. 
Sizi,  əgər  razılaşsanız  bir  dava  Sendaya  də’vət  edəcəyik. 
Də’vətimizlə razılaşsanız çox məmnun olarıq.  
Təşəkkürümü  bildirdim.  Amma  dedim  ki,  buraya 
gəldiyim  10  min  kilometrlik  yolun  əziyyəti  hələ  canımdan 
çıxmamışdır,  əgər  bir-iki  ildən  sonra  çağırsanız,  gəlməyə 
çalışaram. 
V mərtəbədə xanım Fumiko ilə xudahafizləşdik. 
Prof.  Hiroki  Okanın  kabineti.  O  da,  təqdim  etdiyim 
hədiyyələri  qəbul  etdi.  Bir  qədər  söhbətdən  sonra  birlikdə 
buradan  o  qədər  də  uzaqda  olmayan  Senday  Beynəlxalq 
Mədəniyyət  Mərkəzinə  gəldik,  müxtəlif  otaqları  gəzdik, 
yapon  rəssamlarının  çəkdikləri  rəsmlərə  və  vestibüldə 
qoyulmuş heykəllərə baxdıq. Günorta yeməyini bu Mərkəzin 
yeməkxanasında  yedik.  Xeyli  söhbətləşdik.  Professor 
özünün Çinə səfərindən söhbət açdı. Mə’lum oldu ki, cənab 


Yüklə 213,4 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə