59
formal tərkibə malik cinayət əməlləridir. Cinayətin nəticələri isə Cinayət Məcəllə-
sində kompüter cinayətlərinin növlərinə uyğun olaraq konkretləşdirilmişdir. Belə ki,
cinayət əməlləri və onların nəticələri arasında səbəb-nəticə əlaqəsinin mövcudluğu
məcburidir.
Kompüter cinayətlərinin subyektiv tərəfi təqsirin qəsd formasında ifadə olun-
masıdır. AR CM-nin 24-cü maddəsinin 2-ci hissəsində qeyd olunur ki, ehtiyat-
sızlıqdan törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) yalnız bu Məcəllənin Xüsusi
hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda cinayət sayılır. Ehtiyat-
sızlıqdan törədilmə halı kompüter cinayətlərinin bəzi növlərinə aid edilməklə AR
CM-nin Xüsusi hissəsinin 272.2 və 273.2-ci maddələrində öz əksini tapmışdır.
Kompüter cinayətinin subyekti ümumidir və 16 yaşına çatmış istənilən fiziki şəxs ola
bilər. Lakin CM-nin 271.2.2 və 273.1 maddələrində xüsusi subyektin əlamətləri də
göstərilmişdir ki, bu da elektron-hesablayıcı maşınlara, elektron-hesablayıcı maşınlar
sisteminə və ya onların şəbəkələrinə daxil olmaq hüququ olan şəxsdir.
Kompüter informasiyası sferasında cinayətlər (kompüter cinayətləri) – bu
cinayət qanunvericiliyi ilə nəzərdə tutulan məlumatların işlənməsinin avtomat-
laşdırılmış sistemlərinə münasibətdə özgələrin hüquq və maraqlarının pozulması,
eləcə də fiziki, hüquqi şəxslərin, cəmiyyət və dövlətin qanunla qorunan hüquq və
maraqlarına zərər vurmaq məqsədilə törədilmiş təqsirdir.
1. Kompüter informasiyasına qanunsuz olaraq daxil olma (maddə 271 CM):
Cinayətin bilavasitə obyekti qismində kompüter sistemi sahibinin bu sistemdə saxla-
nılan informasiyanın toxunulmazlığına olan hüququdur. Bu cinayət əməlinin obyektiv
cəhəti isə qanunla qorunan kompüter informasiyasına, yəni maşın daşıyıcılarda,
elektron-hesablayıcı maşınlarda, elektron-hesablayıcı maşınlar sistemində və ya
onların şəbəkələrində saxlanılan informasiyaya bu informasiyanın məhvinə gətirib
çıxaran qanunsuz daxil olmadır. Bu halda informasiya dedikdə, informasiya sistem-
lərində saxlanılan şəxslər, əşyalar, faktlar, hadisələr və proseslər haqqında
məlumatlar başa düşülür. Bu informasiyanın iki əsas əlaməti var:
- o, qanunsuz daxil olmanı həyata keçirən şəxs üçün yad olmalıdır;
60
- bu informasiya sürətinin sərbəst çıxarılmasından mühafizə olunmuş
olmalıdır.
Qanunla qorunan kompüter informasiyasına “daxil olma” – şəxs tərəfindən
informasiyanın əldə olunması, onun daxil edilməsi və ya informasiyanın işlənməsi
prosesinə təsir etmə imkanının əldə olunması və ya istifadə edilməsidir. Bu daxil
olma o halda “qanunsuz” hesab edilir ki, şəxs bu əməli kompüter sistemi və ya şəbə-
kəsi sahibinin icazəsi və ya digər qanuni səlahiyyəti olmadan törədir.
Bu cinayət əməlinin obyektiv cəhətinin məcburi əlaməti sahibkar və ya infor-
masiyanın qoruyucusuna informasiyanın məhv edilməsi, təcrid olunması, modifi-
kasiya olunması, onun surətinin çıxarılması, yaxud EHM-in işinin, sisteminin və ya
onların şəbəkəsinin fəaliyyətinin pozulması şəklində zərərin vurulmasıdır. Bu isə o
deməkdir ki, öz-özlüyündə kompüterin əməli yaddaşında və ya maşın daşıyıcılarda
(disket, disk və s.) saxlanılan informasiyaya baxılması halı cinayət tərkibi yaratmır.
nformasiyanın məhv edilməsi dedikdə, informasiyanın sadəcə silinməsi deyil,
onların yenidən bərpasının qeyri-mümkünlüyünə səbəb olacaq silinməsi başa düşülür.
nformasiyanın modifikasiya olunması – informasiya sahibinin icazəsi olmadan
onun əhəmiyyətli şəkildə dəyişdirilməsi və beləliklə də bu informasiyanın qanuni
istifadəsini çətinləşdirən əməldir. nformasiyanın təcrid olunması – bu informasiyanın
tamlığının qorunub saxlanıldığı halda ona sərbəst daxil olmaya maneələr yaradılması
və onun məhdudlaşdırılmasıdır.
EHM-in işinin, sisteminin və ya onların şəbəkəsinin fəaliyyətinin pozulması isə
kompüter sisteminin öz funksiyalarını tamamilə və lazımı şəkildə yerinə yetirməməsi,
eləcə də sistemin məhsuldarlığının nəzərə çarpacaq dərəcədə azalması halında baş
verir. Bu halda fəaliyyətlə nəticələr arasında mütləq şəkildə səbəb-nəticə əlaqəsi
qurulmalıdır.
Cinayət əməlinin subyektiv cəhəti təqsirin qəsd forması ilə xarakterizə olunur.
Şə
xs qanunla qorunan kompüter informasiyasına qanunsuz (sanksiyalaşdırılmamış)
giriş həyata keçirdiyini dərk edir, törədəcəyi fəaliyyət nəticəsində qanunda qeyd olun-
muş zərərli nəticələrin baş verə biləcəyini və ya baş verəcəyini qabaqcadan görə bilir
və bunu arzu edir (birbaşa qəsd) və ya buna şüurlu surətdə yol verir (dolayı qəsd).
61
Bu cinayət əməlinin məqsəd və motivləri möxtəlif ola bilər: qərəzli motiv, hər
hansı informasiyanın əldə etmək və ya zərər vurmaq istəyi. Motiv və məqsəd cinayət
tərkibinin məcburi əlaməti deyildir və onun təsnifləşdirilməsinə təsir etmir.
Subyekt qismində 16 yaşına çatmış anlaqlı fiziki şəxs çıxış edir.
Təsnifat əlamətlərinə aşağıdakılar daxildir:
1. bu cinayət əməlinin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən
törədilməsi;
2. vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə yaxud
elektron-hesablayıcı maşınlara, elektron-hesablayıcı maşınlar sisteminə və ya onların
şə
bəkələrinə daxil olmaq hüququ olan şəxs tərəfindən törədilməsi;
3. bu cinayət əməlinin külli miqdarda ziyan vurmaqla törədilməsi.
lk əlamətin təsviri AR CM-nin 34-cü maddəsində öz əksini tapmışdır. Həmin
maddənin 2-ci hissəsində deyilir: “Qabaqcadan razılaşmaqla iki və ya daha çox
şə
xsin birgə iştirakı ilə törədilən cinayət qabaqcadan əlbir olan bir qrup şəxs tərə-
findən törədilmiş cinayət hesab olunur.” kinci təsnifat əlamətini isə belə şərh etmək
olar. Burada vəzifəli şəxslər qismində proqramçılar, EHM-nın operatorları, avadan-
lıqların sazlayıcıları, ixtisaslaşmış iş yerlərinin mütəxəssis-istifadəçiləri və s.
Elektron-hesablayıcı maşınlara, elektron-hesablayıcı maşınlar sisteminə və ya
onların şəbəkələrinə daxil olmaq hüququ olan şəxs dedikdə isə sistem sahibinin icazə-
sinə və ya xidməti səlahiyyəti əsasında kompüter sistemində informasiya almağa, onu
daxil etməyə və ya onda əməliyyatları həyata keçirməyə, həmçinin kompüter avadan-
lığının texniki xidmətini həyata keçirən və başqa qanuni əsaslarda kompüter
sisteminə girişə malik olan şəxs başa düşülür. Kompüter sisteminə girişi olan şəxs bu
cinayəti yalnız girişə malik olmadığı informasiyaya daxil olduğu halda törətmiş hesab
olunur.
Üçüncü əlamət olan külli miqdarda ziyan dedikdə, CM-nin 190-cı maddəsinin
qeydinə əsasən, ziyan şərti maliyyə vahidinin 7000 mislindən artıq məbləğə bərabər
olmalıdır.
2. Elektron-hesablayıcı maşınlar üçün ziyan verici proqramlar yaratma, onlar-
dan istifadə etmə və ya onları yayma (maddə 272): Bu cinayət əməlinin bilavasitə
Dostları ilə paylaş: |