Microsoft Word ++++Secki huququ\3005. doc



Yüklə 2,88 Kb.
Pdf görüntüsü
səhifə21/57
tarix23.11.2017
ölçüsü2,88 Kb.
#11786
1   ...   17   18   19   20   21   22   23   24   ...   57

66 
 
 
ümumilikdə  iştirakı  buna  sübutdur.  Ümumiyyətlə,  seçki 
tərkibində  səsvermə  prosesləri  və  vasitəsi  (prosesləri  həyata 
keçirən üsullar) mövcuddur. Səsvermə seçkinin bir proses kimi 
ə
sas özəyini təşkil edir. Seçki nəyisə seçmə, nəyəsə səsvermə, 
kimisə  seçmə,  kiməsə  səsvermə  proseslərindən  ibarət  olan 
ümumiləşdirici  bir  məfhumdur.  Deməli,  seçki  hüququ 
istiqamətverici  bir  hüquqdur,  hüquq  sisteminin  bölgü 
komponentidir.  Bu  hüquqdan  da  bağlayıcılıq  meydana  gəlir. 
Seçki  hüququ  sahələr  arasında  bağlayıcı  hüquqlardan  birinin 
yaranmasının da əsaslarını ortaya çıxarır.  
Məlumdur  ki,  seçki  öz  mənşəyini  qədim  dünya  demokra-
tiyasından  götürür.  Demokratiyanın  əsasını-xalqın  hakimiy-
yətdə  təmsil  olunmasını  da  məhz  seçkilər  müəyyən  edir. 
Müasir dövrdə həyata keçirilən seçki prosesləri forması qədim 
dünyada  mövcud  olmuş  seçki  üsullarının  təkmil  forması  kimi 
qəbul  olunur.  Bu  gün  sivil  inkişaf  yolunu  tutmuş  rasional 
cəmiyyətlərdə  qadınlar  və  kişilər  arasında  fərq  qoyulmur  və 
rasionallıq  və  pozitivlik  yolu  ilə  seçki  proseslərinin  yerinə 
yetirilməsi təmin olunur.  
Qanunverici  hakimiyyətə  seçkilər,  məlumdur  ki,  bir 
tənzimləyici proses olaraq proporsionalmajoritar və qarışıq 
qaydalarla  təşkil  olunur.  Seçki  proseslərində  fərdi  qaydada 
namizədlər  irəli  sürülür  və  ya  da  müəyyən  siyasi  partiyalar 
tərəfindən namizədlərin siyahısı təqdim olunur. Seçki prosesdə 
qalib  gəlmək  (nəticə  olaraq),  dövlət  işlərində  iştirak  etmək 
maraqlarını  meydana  gətirir.  Seçki  namizəd  kimi  irəli  sürülən 
şə
xslərin yetişməsində, məktəb keçmələrində bir stimul rolunu 
da  oynayır.  Prezident  seçkiləri  açıq  birbaşa  (namizədə  birbaşa 
səs  verməklə)  və  vasitəli  qaydada  (nümayəndələr  vasitəsilə) 
həyata  keçirilir.  Seçki  bu  baxımdan  siyasi  qruplar  arasında 
enerji toplayan bir hüquq kimi də önəmə malik olur.  
Seçki,  ümumiyyətlə,  seçim  olaraq  iradə  azadlığını  ortaya 
qoyan  bir  vasitə  kimi  reallaşır.  Seçki  şəxsin  siyasi 
müstəqilliyini  şərtləndirən  əsas  kriteriyalardan  birinə  çevrilir. 


67 
 
 
Seçkidə  azadlıq  vardır  ki,  insanlar  bu  azad  yollarla  öz  sərbəst 
və  azad  iradələrini  ortaya  qoya  bilirlər.  Deməli,  seçki  insan 
azadlığının  (siyasi  və  ictimai  proseslərdə)  əsas  təcəssümüdür, 
onun  reallaşmasının  üsullarından  biridir.  Seçki  insanın  daxili 
azadlığının  tərkibi  olan  komponentlərin  xaricdə  (xarici  aləmə 
münasibətdə,  təzahürdə)  büruzə  verilməsi  üçün  müəyyənedici 
şə
rtlərdən,  kateqoriyalardan  biridir.  Seçki  dövlətin  əsasını 
təşkil  edən  ünsürlər  olan  insanlar  (vətəndaşlar)  arasında,  eləcə 
də  dövlətlərlə  (dövlət  hakimiyyətləri  ilə)  vətəndaşlar  arasında 
münasibətləri və əlaqaləri tənzim edən üsullardan biridir.  
Ümumiyyətlə  “seçki”  məfhumunun  “insan  hüquqları” 
məfhumunun  (anlayışının)  tərkib  komponenti  olmasına 
dair müəyyən nəticələri əldə etmək, təhlil əsasında müəyyən 
qənaətlərə  gəlmək  üçün  tezis,  sintez  və  analizi  aşağıdakı 
şə
kildə (suallar şəkilində) qurmaq məqsədəuyğun olar: 
-“seçki” məfhumu nədir, bu məfhum “insan hüquqları” 
anlayışının  necə  tərkibidir  və  hansı  halda  tərkib  olaraq 
“seçki hüququnu” yaradır; 
-“seçki  hüququ”  bir  obyekt  kimi  fəlsəfə  və  elm 
tərəfindən necə düşünülür və öyrənilir; 
-seçki  hüququ  hansı  hallarda  zəruri  olaraq  təmin 
olunur; 
-seçki hüquq  ümumi  siyasi  hüquqların nə üçün  tərkibi 
hesab olunur; 
-seçki  hüququ  insanların  dövlət  və  vətəndaşlıq 
hüquqlarının formalaşmasında nə kimi rol oynayır; 
-dövlət  hüququnun  formalaşmasında  seçki  hüquqları 
insanların  siyasi  azadlıqlarını  ifadə  edən  bir  kriteriya 
(burada  təşkiledici  və  birləşdirici  kriteriya  kimi)  olaraq 
necə əhəmiyyətə malik olur; 
-seçki  hüquqları  hansı  hallarda  mərkəzi  müəyyənedici 
məfhuma çevrilir və bunun üçün zərurət nədən ibarətdir; 


68 
 
 
-seçki  hüququnun  təmin  olunması  üçün  şəraitin 
yaradılması əsasları nələrdən ibarətdir; 
-seçki  hüquqları  insanların  mövcud  və  gələcək 
hüquqları arasında nə kimi bağlayıcı rolu oynayır və s.  
Ümumiyyətlə,  müəyyən  istiqamətlər  üzrə  suallar  qurub 
ə
trafında cavablar axtararkən hər bir məfhuma mütləq və nisbi 
(keçici,  dəyişkən)  əsaslarla  yanaşmaq  lazımdır.  Mütləqliyi  və 
dəyişkənliyi  (burada  mütləqlikdən  əmələ  gələn  şaxələnmələri 
və  şaxələnmələrin  nəticəsi  olaraq  həm  mütləqliklərin 
yaranması,  həm  də  onların  nisbilik  obyektlərinə  çevrilməsi 
nəzərdə  tutulur)  sintez  və  analiz  proseslərində  daha  da  aydın 
şə
kildə  sezmək  mümkündür.  Mütləq  məfhumların  keçiciliyi 
onun  digər  məfhumlarla  əlaqəsində  şərtlənir  ki,  bu  da 
özlüyündə  inkişafı  (təfəkkürün  inkişafını)  meydana  gətirir. 
Formal  və  dialektik  məntiq  ümumtəfəkkürün  inkişafının 
ə
saslarını  yaratmış  olur.  “Seçki”  anlayışı  bu  baxımdan  həm 
formal,  həm  də  dialektik  məntiqin  obyektinə  çevrilir.  İdrak 
metodları  və  məntiqi  təfəkkürlə  onun  elmi  əsasları  öyrənilir. 
Elm 
burada 
nəticə 
etibarilə 
(mühakimələrdən 
fəlsəfi 
kateqoriyaların  sayəsində  əldə  edilən  nəticələr)  qətiliyi  və 
konkretliyi  yaradır,  ümumfəlsəfə  isə  keçiciliyi  və  dəyişkənliyi 
ə
saslandırır. Buradan da  belə bir məntiqi nəticəyə gəlmək olur 
ki,  dərin  məzmunlu  mətn  (istənilən  anlayışın  izahı  üçün)  həm 
fəlsəfi,  həm  də  elmi  mənaya  malik  olur.  Onun  elmi  mənası 
sistemliliyində,  tərkib  və  bütövün  mahiyyətinin  aşkarlan-
masında,  tərkib  və  bütövün  funksiyalarının  izahında,  fəlsəfi 
mənası  isə  bütövlükdə  (universallıqda)  və  dərin  məzmun  kəsb 
etməsində özünü büruzə verir.  
Təqdim  olunan  əsərdə  seçki  məfhumunun  fəlsəfi  və  elmi 
mahiyyəti  izah  olunur.  Seçkinin  bir  obyekt  olaraq  mərkəzi 
istiqamətləndirici  məfhum  kimi  əhəmiyyətindən  söz  açılır. 
Dövlət  hakimiyyətinin  formalaşmasında  mövcud  olan  sistemli 
proseslərdən biri kimi xüsusi əhəmiyyət kəsb edir.  


Yüklə 2,88 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə