22
bəlkə də hər ikisində təqribi zaman bərabərliyi olur. Onda
kosmik fəzanın kütləsi amili (yəni, planetin tutumu və onun
birbaşa təsir fəzası) də burada mühüm rol oynayır. Bu
prinsip hələlik çox mürəkkəbdir. Analiz çox çətindir;
-qalaktikalarda olan zill qaranlıqlar “vahiməli”
(təsəvvür üçün) ola bilərlər. Çünki qalaktikaların
sərhədləri üzrə “keçmək” təsəvvrülərdə belə çox çətindir.
Çox böyük şübhə ondan ibarətdir ki, bu qaranlıq
sərhədlərdə həddən ziyada donmuş elementlər-donmuş,
ağılagəlməz dərəcədə bərkləşmiş və tam hərəkətsiz “qaya
bütövü” ola bilər. Bu da vahiməli, məcazi mənada gözü
tutan, kor edən bir səhnə olar. Bu bütöv planetlərdəki
bütövdən tam fərqli ola bilər. Qaranlıqları təsəvvür etmək
çətindir. Bu qalaktikaların sərhədlərini keçmək üçün
məcazi mənada insan gözü ola bilməz. Hər şey həddən artıq
donmuş, hərəkətsiz, zamansız, siqnalları zəif buraxan
(ağılagəlməz dərəcədə durğunluq) vəziyyətdədir. Bu da ona
gətirib çıxarır ki, qalaktikaların qaranlıq sərhədləri şərti
heçliklərdir. Həmin sərhədlərin tam heçlik adlandırılması
isə qeyri-mümkündür, çünki həmin hissələrdə qara rəng
var, deməli, nə isə var, onun xassələrini bilmək çətindir.
Bunun üçün həmin hissəyə işıq salmaq lazımdır.
Ə
ks təqdirdə, digər bir prinsip üzrə izah etsək, belə
qərara gələ bilərik ki, bir sistemin, yəni, bir ulduz
sisteminin enerjisi dairəsi “qurtaran” yerdə, digər ulduz
sisteminin enerji əhatəsi sistemi yaranır. Bu anda
qaranlıqların nisbi-dəyişən olmasının tam mütləqliyi amili
ortaya çıxır. Yəni, sistemin sərhədləri, əslində həmin
sistemin enerji səpələnmələrinin ucluqlarıdır. Bu anda
hesab etmək olar ki, qaranlıqlar lap son həddə deyil, sadəcə
olaraq zəif enerjisizlik vəziyyətindədir. Yenə də burada
zamanlar uzundur, mərkəzlərə (enerji mərkəzlərinə)
yaxınlaşdıqca, zaman qısalır. Bu prinsipdən çıxış edərək,
hesab etmək olar ki, qalaktikaların sərhədlərində tam
enerjisiz sahələr yoxdur, elementlərin lap az sürəti və lap az
23
qüvvəsi var. Elementlər çox zəifdir. Qaranlıqlar bərkliklər
yox, əslində “kövrəkliklər”dir. Buradan da yenə də keçmək
xəyali olaraq çətindir. İki qalaktikanın birləşməsi sahələri
zəif elementlər sahəsidir. Lakin hər iki halda onsuz da
insanın təsəvvürünə gətirə bilmədiyi enerjisizlik var.
Qalaktikaları keçmək çətindir. Lakin, ulduzların gözlə
görünməsi, xüsusi cihazlarla görünməsi onu deməyə əsas
verir ki, “bərk qaya”-yəni ən bərk divar yoxdur, sadəcə
olaraq, çətin keçilməzlik var. Bu da qalaktikaların
ulduzlarının görünməsini çox çətin edir. Ümumiyyətlə,
mütləq keçilməzlik olarsa, şüa da gözə görünməz, obyektə
daxil olmaz. Qalaktikaları tapmaq olmaz. Deməli, keçicilik
var. Keçicilik varsa, elementlərin kristalları çox kiçikdir
(lap kiçik hissəcik birləşmələri var. Əslində böyük
elementlər də ən kiçik hissəciklər topludur) və yüngüldür
ki, uzaq enerjini buraxa bilir. Bundan irəli gələrək yeni
nəticə ondan ibarətdir ki, kosmik fəza heç də eyni həcmli
elementlərdən (burada səpələnmə baxımından kütlə
nəzərdə tutulur) təşkil olunmayıb. Günəşin ətrafındakı
kosmik fəza elementlərinin tərkibi (çəkisi-ümumi halda
götürdükdə, məsələn, bir kvadrat ərazidə, bir şərti kubda,
çəkisi, kütləsi) heçdə ondan uzaq məsafədə eyni deyildir.
Yenə burada “-” və “+” məsələsi ortaya çıxır. Enerji
mənbəyindən uzaqlaşdıqca hərəkət zəifləyir, çoxlu element
varsa, onun sıxlaşması artır. Hərəkətin zəifliyi elementin
çevrilmə prosesini ləngidir. Günəşə yaxın hissədə- həm
sovrulmada, həm də buraxmada-ola bilər ki, sıxlıq çox
olsun. Buradan da Günəşin atmosferi (kosmik fəzanı soran
və elementləri “yandıraraq” çevirib-buraxan sahə, qat)
anlayışı ortaya çıxır. Günəşin atmosferinə kosmik fəzadan
elementlər-deyək ki, “soyuq” elementlər Günəş məkanına
daxil olur, güclü sürət altında dəyişir, yüngülləşir və Günəşi
tərk edir. Günəş (“yanan” ulduzlar) kosmik fəzanın
birləşmə yeridir. Yanma əslində kosmik fəza elementlərinin
(burada böyük ehtimal ki, oksigen ola bilər, fəzanın əsas
24
elementi) müəyyən bir məkanda olan qarşılaşmasından,
“şərti
boşluqda
(ulduz
məkanları)-meydana
gələn
qığılcımlardır. Fəza elementlərinin ağılagəlməz dərəcədə
qarşılaşmasından, toqquşmadan yaranan çevriləmələrin
təzahürü olan parlaq rənglərdir. Kosmik fəza həm Günəş
ə
trafında, həm də planetər ətrafında fəal olur. Lakin
ortalıqlarda isə bu fəallıq zəifdir. Çünki hərəkət zəifdir.
Hərəkət zəif olanda sürət də (kosmik fəza hissəciklərinin
sürəti) zəifdir. Üçüncü cismə münasibəti isə demək çətindir.
Yəni, kosmik fəzadakı istənilən bərk cisim çox sürətlidir, ya
da zəif sürətlidir. Çox ehtimal ki, çox sürətlidir, çünki,
fəzada qovucu element çoxdur. (Qeyd: hələlik bu məsələ,
mənə aydın deyil...!).
Beyinin əsas funksiyası elə hissəcikləri axtarmaqdan və
onun mürəkkəblikləri yaratmasını izah etməkdən ibarətdir.
Deməli, beyin aydınlaşdırıcı aparatdır. (Qeyd: beyinin tərkibi
də ən kiçik hissəciklərdən (elmə əsasən, hüceyrələrdən)
ibarətdir. Bu baxımdan da daima hərəkətdədir. Hərəkətdən də
düşüncələr ortaya çıxır. Düşünən beyin inkişaf edir. Beyin öz
daxilində və ətrafı (ətraf aləm) ilə vəhdətdə hərəkətdədir. Bu
hərəkəti də çox ehtimal ki, yüngül hissəciklər axını olan
siqnallar meydana gətirir. Beyin mikrosiqnalların qəbulu ilə
(daxildən və kənardan qəbul olunan siqnallar) mikrofunksiyanı
və makrofunksiyanı yerinə yetirir. Makrofunksiya isə beyini
daha çox təbiətə (antropogenezisə) qaytarır. Buradan belə
nəticə çıxır ki, beyin bioloji strukturun ən yüksək və təkmil
orqanıdır. Ümumiləşdirici olan və tərkibi çox zəngin olan bir
aparatdır. Bu aparat vasitəsilə siqnallar şaxələnir və vahid
mərkəzlərə qəbul olunur.
Beyinin funksiyası elə hissəciklərin özünün də xassəsini
müəyyən etməkdən ibarətdir. Deməli, beyin (düşüncə)
müəyyən edir, həm də müəyyən etmək üçün istiqamətlənir,
istiqamətlənmə zamanı aşkarlayır, sübutlayır, aydınlaşdırır.
Birləşdirir, ayırır, təbii birləşməni və ayrılmanı (məkan
dəyişmələridir) axtarır, müqayisə edir. Buradan da belə nəticə
Dostları ilə paylaş: |