Microsoft Word siyaset II cild rtf



Yüklə 4,96 Mb.
Pdf görüntüsü
səhifə28/204
tarix15.03.2018
ölçüsü4,96 Mb.
#32624
1   ...   24   25   26   27   28   29   30   31   ...   204

 

84

hadisələri  tənzimləmək  üçün  hərəkətlər  edirlər.  Siyasi  elitalar 



siyasi hərəkəti, siyasi hadisələrin qruplaşmasını, siyasi hadisələrin 

axın  istiqamətini  müəyyən  edirlər.  Siyasi  elitanın  rəhbəri  siyasi 

hadisələrin  ayrı-ayrı  sahələr üzrə törədilməsini təmin etmək üçün 

siyasi  hadisələrin,  siyasi  aktların  bölüşdürülməsi  funksiyasını 

yerinə  yetirirlər.  Siyasi  elita  rəhbərləri  siyasi  hadisələri  törədən 

şəxslərin  fəaliyyət  istiqamətlərini  müəyyən  edirlər.  Siyasi  elita 

cəmiyyətdə  siyasi  hadisələrin-baza  siyasi  hadisələrin-  törədilmə 

istiqamətlərini  müəyyən  etmək  üçün  digər  köməkçi  siyasi 

hadisələri törətmək üçün siyasi vasitələrin fəaliyyət istiqamətlərini 

müəyyənləşdirirlər.  Siyasi  inkişaf  vəziyyətində  siyasi  elita 

formalaşma proseslərini təşkil edir. Akademik Ramiz Mehdiyevin 

fikrincə  hər  bir  cəmiyyətdə  elitanın  səciyyəvi  xüsusiyyətləri  var 

və  bunlar  cəmiyyətin  vəziyyətinə,  inkişaf  dinamikasına  müstəsna 

təsir  göstərir.

1

 R.Mehdiyev  elitanın  cəmiyyətin  inkişafındakı 



xidmətlərinə  özünün  digər  əsərində  belə  bir  qiymət  verir:  Zəngin 

təbii sərvətlər malik olan və bu imkanlardan yalnız siyasi elitanın 

və maliyyə elitasının varlanması məqsədilə istifadə edən dövlətlər 

çox  vaxt  yetərincə  inkişaf  etmir,  onların  xalqları  savadsız, 

mütəxəssisləri  hazırlıqsız  olur.  Belə  dövlətlərdə  kənardan 

“beyinlər”  cəlb  edilməsi  yolu  ilə  “Qərb  intellektuallarının” 

istehlakçısı psixologiyası formalaşır, eyni zamanda, təhsil sistemi 

aşağı, cəmiyyət isə bəsit səviyyədə qalır.

2

  

Siyasi  elita  tərəfindən  yüksək  dərrakəyə,  şüura  və  təfəkkürə 



malik  olan  şəxslər,  mütəxəssislər  siyasi  qurumlarda  toplaşırlar. 

Siyasi  inkişaf  anında  siyasi  qurumlar  siyasi  şəraitin  dərindən 

araşdırılması  funksiyasını  yerinə  yetirirlər.  Siyasi  elita  ümu-

milikdə  siyasi  mühiti  tədqiq  etmək  üçün  siyasi  hadisələrin 

kompleksləşdirilməsi  funksiyasını  yerinə  yetirir.  Bu  baxımdan 

siyasi  elitanın  üzrərinə  böyük  məsuliyyət  düşür.  Siyasi  elitalar 

                                                 

1

 Ramiz  Mehdiyev,  fəlsəfə  elmləri  doktoru,  proifessor.  Milli  məfkurə, 



dövlətçilik,  müstəqillik  yolu  ilə.  II  cild  (məqalələr,  çıxışlar,  müsahibələr). 

Bakı, “XXİ-Yeni Nəşrlər Evi” 2007, 672 səh., səh.39.

 

2



 Ramiz Mehdiyev. Gələcəyin strategiyasını müəyyənləşdirərkən: 

modernləşdirmə xətti. Bakı, “Şərq-Qərb”, 2008, 216 səh., səh.25.  


 

85

siyasi hadisələrin təyinatı üzrə bölüşdürülməsi funksiyasını yerinə 



yetirir.  Siyasi  elita  siyasi  hadisələrin  mərkəzdən  ətraflara, 

ətraflardan  mərkəzə  doğru  istiqamətlənməsini  təmin  edir.  Siyasi 

hadisələr mərkəzə doğru ona görə törədilir ki, növbəti maraqların 

təmin 


olunması 

üçün 


yeni 

siyasi 


hadisələr 

müəyyən 


edilsin.Yaradılmış  şərait,  yeni  maraqlar  tələb  edir  ki,  siyasi 

hadisələr  mərkəzdən  ətraflara  doğru  təkrar  olaraq  törədilsin. 

Həmçinin  siyasi  hadisələr  mərkəzdən  ətraflara  doğru  ona  görə 

törədilir  ki,  şaxələnmiş  qaydada  meydana  gələn  tələbatlar 

ödənilsin. Şaxəli tələbatların ödənilməsi nəticəsində yeni şəraitlər 

meydana  gəlir və  yaranmış şəraitlər tələb  edir ki, siyasi hadisələr 

mərkəzə  doğru  yönəlsin  və  paylayıcılıq  davam  etsin.  Mərkəzi 

siyasi  qurumda  toplaşmış  siyasi  şəxslər  ayrı-ayrı  sahələr  üzrə 

hadisələrin  istiqamətlənməsini  təmin  edir.  Siyasi  elitalar  siyasi 

qurumlar  arasındakı  siyasi  hərəkətlərin  istiqamətlərini  müəyyən 

edir.  Siyasi  elitalar  bir  növ  siyasi  sistemin  əsas  layihəsini 

müəyyən edirlər və siyasi hərəkətlərin bu layihəyə müvafiq olaraq 

sxematik  istiqamətlərini  müəyyənləşdirirlər.  Siyasi  elitanın  ən 

əsas  funksiyası  baza  siyasi  axını  müəyyən  etməkdən  və  digər 

hadisələri həmin istiqamətə cəlb etməkdən ibarətdir.  

 

Siyasi inkişaf üçün maraqların təmin edilməsi 

 

Siyasət  insanların  sosial  rifahına  xidmət  edən  fəaliyyət 

sahəsidir.  Siyasətin  başlıca  məqsədi  və  vəzifəsi  fərdlərin  və 

qrupların  maraqlarını  təmin  etmək  üçün  siyasi vasitələr  yaratmaq 

və  vasitələri  müvafiq  istiqamətlər  üzrə  hərəkətə  gətirməkdən 

ibarətdir.  Siyasi  fəaliyyətin  aktivliyi  sayəsində  vasitələrin  sayı 

artır.  Vasitələrin  çoxalması  hərəkət  trayektoriyalarının  sayını 

artırır  və  maraqlar  çoxalır  və  genişlənir.  Siyasəti  yaradan  və 

xidmət  olunan  insanlar  sosial  varlıqlar  olduqlarından,  həm  də 

bəşər  mədəniyyətinin  yaradıcıları,  varlıqlarıdırlar.  Siyasət  bəşər 

mədəniyyəti üçün həm canlı, həm də cansız varlıqların yaranması 

və fəaliyyəti üçün həyata keçirilən bir məşğuliyyətdir. Digər elmi 

fikirlərə  əsasən  siyasət  bəşər  mədəniyyətinin  mühüm  tərkib 



 

86

hissəsidir.  Onun  vəzifəsi  ictimai  inkişafı  lazımi  istiqamətə 



yönəltməkdir.  Siyasət  sosial  həyatın  daim  nəzərə  alınması  lazım 

gələn  ölçülərindən  biridir.  İnsanların  kollektiv  həyatı  üzərində 

onun  gözəgörünməz  möhürü  həmişə  hiss  olunur.  Hər  bir 

cəmiyyətdə  mütləq  siyasi  dəyərlər  (sərvətlər)  mövcud  olur.  Bu 

sərvətlərə  insanın  muxtariyyatı  və  onun  ləyaqəti,  fərdin  və 

cəmiyyətin  rifahı,  sosial  təşkilat  və  qayda  daxildir.  Mütləq  siyasi 

normalar bloku sosial idealı yaradır.

1

 Siyasət cəmiyyətin ayrı-ayrı 



ünsürlərinə  xidmət  üçün  həyata keçirilən proseslərdir. Cəmiyyətə 

xidmət  etmək  üçün  ən  təkmil  və  məqbul  mexanizm,  qurum 

dövlətdir  ki,  onun  da  fəaliyyəti  siyasət  hesab  edilir.  Dövlətin 

başlıca  və  pozitiv  məqsədi  cəmiyyətini  inkişaf  etdirməkdir.  Bu 

baxımdan  da  dövlət  maraqlara  cavab  verən  səmərəli  iqtisadiyyat 

təşkil etməkdə israrlı olur. Elmi yanaşmalara əsasən Cəmiyyət özü 

strukturlardan  ibarətdir  və  bu  baxımdan  “sosial  stratifikasiyası” 

(latın  dilində  təbəqə)  müəyyən  edilir.  Stratifikasiya  cəmiyyətdə 

mövcud  olan  bütün  qrupları  səciyyələndirməyə  imkan  verir. 

Marksizmə görə, cəmiyyət bütöv bir sistem olaraq iqtisadi, sosial, 

siyasi  və  ideoloji  yarımsistemləri  özündə  ehtiva  edir.  Bu 

yarımsistemlərin  hər  biri  ayrılıqda  bütöv  sistem  kimi  nəzərdən 

keçirilir.  Bu  mənada  həmin  yarımsistemləri  bütöv  sosial 

sistemdən fərqləndirmək üçün onları sosietal sistem adlandırırlar. 

Qeyd  olunan  sistemlər  arasındakı  qarşılıqlı  münasibətlərdə  ən 

mühüm  rolu  səbəb  və  nəticə  əlaqələri  oynayır, 

yəni 

yarımsistemlərdən  hər  biri  ayrılıqda  deyil,  digər  sistemlərdə 



səbəb-nəticə  asılılığında  mövcuddur  və  bu  münasibətlər 

iyerarxiyalı  struktura  malikdir.  Bu  isə  o  deməkdir  ki,  onlar 

subordinasiya  nisbətində  olmaqla  müəyyən  sıra  qaydasında 

tabelik  vəziyyəti  ilə  səciyyələnirlər.  Marksizm  təliminə  görə 

ictimai  həyatın  digər  sistemlərinin  inkişafı  iqtisadi  sistemlə 

əlaqəlidir.

2

 Şəxsiyyətin  fəaliyyətinin  əsasında  duran  tələbatlar 



                                                 

1

 Həsən  Şirəliyev,  Əli  Əhmədov.  Politologiya.  Ali  məktəblər  üçün  dərslik. 



“Təbib” 1997, 416 səh. səh.67- 80.

 

2



 Sosiologiya.  Dərslik.  Müəlliflər  kollektivi.  Redaktor:  dosent,  f.e.n. 

Vahidov F.Q. Bakı, “Təknur” MMC, 295 səh., 2005, səh.37. 

 



Yüklə 4,96 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   204




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə