Microsoft Word S?M?D vurgun doc



Yüklə 1,59 Mb.
Pdf görüntüsü
səhifə17/43
tarix28.06.2018
ölçüsü1,59 Mb.
#51983
1   ...   13   14   15   16   17   18   19   20   ...   43

95 
SƏR YYƏN N ÖLÜMÜ 
Mən görmədim, söyləyirlər bir gecənin sonunda  
Sənə qıyan mərhəmətsiz, soyuq bir əl qudurdu.  
Bu gün qurmaq istədiyin yeni həyat yolunda,  
Ağ sınənə sağalmayan isti yaralar vurdu.  
Dalğalandı bu xəbərdən xəyalımın dənizi,  
Uzaq-uzaq keçmişləri xatırladım nifrətlə...  
Bu hal mənə düşündürdü hər qulu, hər kənizi,  
Ancaq mən öpdüm onları şerimdəki hörmətlə...  
Mən görmədim söyləyirlər hənuz körpə yaşında,  
Ayrılaraq can evindən altunlara satıldın:  
O qaranlıq gecələr ki, gəlib durdu qarşında,  
Sevmədiyin bir qocanın qollarına atıldın.  
Sən sizi çəkdiyin soyuq ahlar buludlara toxundu,  
Baxdım ömür dəftərinə, nə dastanlar oxundu...  
O gündən ki, al şəfəqli bir günəşin dalğası,  
Buludların arasından sıyrılıb cilvələndi,  
O gündən ki, məzlumların safa çıxdı yarası,  
Başqa bir göz salmıladı hər şəhəri, hər kəndi.  
Artıq sənə ilham verdi, yeni həyat, yeni saz,  
Sən də sevinmək istədin, gülmək istədin bir az;  
Məbədləri, məscidləri, Məhəmmədin dinini  
Ayaqladın şərqə məxsus əfsanələr yurdunu...  
Saf havalar udmaq üçün, unutmaqçün dərdini  
Sən atıldın klublara, el, oba gördü bunu.  
Uzun qara saçlarını parça-parça kəsərək,  
"Yetər əyləncə olduğum!" - deyə bir gün bağırdın.  
Bu tufanlar əsrində sən yellər kimi əsərək,  
Qımıldandm dodaqaltı, xoş mahnılar çağırdın  
Və beləcə gündən-günə aşıb-daşdı əməlin,  
O səfalət yuxusundan diksinərək oyandın.  
Nə yazıq ki, çox sürmədən ən duyğusuz bir əlin,  
Dayanılmaz zərbəsilə qızıl qana boyandın. 
  


96 
TABUT KEÇ RKƏ
Sarılıqlar çökmüş kimi buludların rənginə, 
Günəşdən yox bir nişan; 
Bütün aləm pərişan...  
Ağır karvan yürüşilə dalğalanır insanlar, 
Həm də qızlar, oğlanlar
Komsomollar, pionerlər, məktəblilər, qadınlar  
Öndə gedən bir tabutun arxasınca addımlar... 
Dalğalanırdı Bakı, 
Onun qarşısındakı  
Salamlanan bu tabut ki, azadlığa verdi can, 
Hər gözdə bir həyəcan,  
Hər baxışdan kin püskürür o qatil qəlbə qarşı, 
Çalınır matəm marşı... 
Həzin-həzin bu nəğmədən döyünürdü ürəklər,  
Çıldıran bir quduz kimi səslənirdi küləklər... 
1930 
  


97 
MƏKTUB 
Nəşədir yaşamaq nəşədir həyat!  
Mikayıl Rəfili 
Nə qədər "xoş gəldi" qulaqlarıma 
Bir əfsanə qədər dadlı sözlərin... 
Duyduqca dərin, 
Dərin b r yalan var bu sözdə, yalan! 
Çılpaq çiyinləri günəşdə yanan 
Zəncirdəki zənci demozdi bunu! 
Deməzdi, inan! 
Küləkləri zəqqum qoxuyan 
qum çöllərinin,  
Görmədiyim, 
Fəqət tanıdığım şərq ellərinin  
qocası və gənci deməzdi bunu!  
Fəqət sən,  
Sən dedin, ey "şair", 
bunu kef üstdən...  
Çünki sən. 
qızğın qurşunlara sinə gərmədin,  
Atlı nəfərlərə yol göstərmədin...  
Çünki o yolu, 
O yol ki, varlığı üsyanla dolu,  
sən görmədin o yolu  
Yumşaq və ağ dərin  
pəklər içində xumarlandıqca,  
Yosma gözəllərə dastanlar dedin,  
Nəşələr yedin!  
Görmədin meşin jaketli  
rus işçisinin qızıl 
gülləsini, 
O top-tüfəng səsini.  
Görmədin sən,  
Aclığından dişləri kilidlənən 
  


98 
Qatar-qatar 
bölük-bölük, 
yığın-yığın canları, 
fədakar insanları;  
Sən görmədin o ili,  
Görmədin, Rəfili! 
* * * 
Rəngi qan, 
qəlbi qan, 
Göylərin ən qatı qatına qalxan,  
Bir günün zərrəsindən, 
tufanların səsindən  
yaranan bu həyat qanadlandıqca,  
Yolçular atlandıqca,  
Bu axın səni də aldı qoynuna;  
Sənsə "ona könül verdin  
Və sarıldın boynuna"...  
Dəyişdi adət, 
Gəzdi ürəkləri sevinc, səadət.  
Al saçaqlı şəfəqlərə bələndin,  
Sevindin, nəşələndin...  
Gözlərinə 
Sarı bir eynək taxdın  
Həyata hər şeyə biganə baxdin...  
Ancaq eşit  
Söyləyirik biz; 
Bu gündən sonradır mübarizəmiz.  
Yalandır həyatı nəşədə duymaq,  
Yalandır həyata nəşədən uymaq! 
  
1930


99 
***
 
Dinlə məni, gozəl bahar! 
                          Qəlbinlə dinlə.  
Sənə deyiləcək 
                           sözüm var:  
Bilirəm sən, 
                    lk duyğularımın şahidisən!  
Unutmadım sizi mən.  
Unutmadım  
adımı dolaşıq çağıran  
suların düyümlü səsini...  
Mənə çox görməsin zaman  
Çalışıb yaşamaq həvəsini... 
1930 
  


100 
Ş
A R N SƏS  
Mikayıl Müşfiqə 
Axşamdan bəridir könlümdə yenə  
Hirsli fırtınalar, qasırğalar var.  
Çox da uymayıram könlüm deyənə,  
Gözlərim hər şeydə bir hikmət arar. 
çim dalğalanır sanki bir dəniz,  
Mən bu dalğalarla qucaqlaşıram,  
Nələr düşünürəm, duya bilsəniz!  
Sanki varlığımdan uzaqlaşıram... 
Bezən də fikrimin qanadlarını  
Küləklər qoparıb, qaldırır göyə.  
Sürürəm əsrimin qır atlarını,  
"Bu axın başqa bir axındır", - deyə, 
Bütün arzularım gülür yarına  
Xəyaldan ilhamlar almamaq üçün;  
Baxıram Leninin kitablarına  
Dəstədən geridə qalmamaq üçün. 
1930 
  


101 
DÖNÜŞ 
Ah, nə zaman ki, duyğularım ac,  
Gözlərim səmimi bir şerə möhtac,  
Dolanır günlərim; 
Duyuram bəzən  
Gizli varlığını kölgələr gəzən  
Yapma bir gözəllik..  
Xəstə bir əməl...  
O çağırır məni, söyləyir: gəl, gəl!  
Yazıq bilməyir ki, unutdum onu,  
O sonsuz gecənin yox imiş sonu.  
Haydı get!.. 
ndi mən uzaqlarda tək  
Yaşaram; kimsəsiz yaxamdan əl çək!  
Sənin xəyalınla od tutub yanmaq,  
O yalan varlığa bir də inanmaq  
Nə qədər gülüncdür. 
Ş
öhrətinlə sən 
Yenidən qəlbimə hökm edə bilsən  
Mən bu həqiqətə təslim olmaram. 
1930 


Yüklə 1,59 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə