240
Ş
ER M Z N AĞ SAQQALI
Qoca Cambul! Ömrün boyu
Yetim gəzdin o yurtları...
Ə
sdi sənin ağ başından
Qara günün sərt ruzgarı.
Tamburunu çaldıqca sən
Susdu bülbül, dindi çəmən.
Bir zamanlar nə sən, nə mən
Ş
ad görmədik dostu, yarı.
Soldu çiçək, saraldı gül,
Boyun bükdü sarı sünbül;
Yas paltarlı qoca bülbül,
Dərdli gəzdin çəmənzarı...
Bəylər içdi ağ qırmızı
*
,
Qurdlar yedi haqqımızı.
Səhraların oğlu, qızı
Bir görmədi dünya varı.
Gecən qara, günün qara,
Batdı gözün çuxurlara;
Qaranlığı yara-yara
Sən can atdın günə sarı.
Keçən keçdi, olan oldu,
Yaman günün ömrü soldu;
Səni gördüm, sinəm doldu,
Dəmə çəkdim bizim tarı.
Tamburunun simi qoşa,
Birtaxtadır başdan-başa,
Qanad verir dağa-daşa
Ana yurdun havaları...
*
Kumıs - at südü
241
Nə xoş gəldi ömrün yazı,
Pozulmazdır bizim yazı...
Tambur ilə telli sazı
Qabaqlaşıb çalaq barı.
Ş
eir yazmaq şərəf oldu,
Ş
eir inci, sədəf oldu.
Durna kimi səf-səf oldu
Sinəmizin söz qatarı.
Sevgi dildə şüar olsun,
Vəfasıza çox ar olsun!
Vurğun deyər: qoy var olsun
nsanlığın ilk baharı!
1937, 19 may
242
DARGÖZ
Belə deyirlər ki, səndə "hünər" var...
Bacaran insanın gözü dar olmaz.
Yaxşı söyləmişdir bizim atalar:
"Müxənnət adamda düz ilqar olmaz!"
Üzümə dost kimi bəzən gülürsən,
Dalda paxıllıqdan yanıb ölürsən;
Tez-tez dəyişdirmə vallarını sən,
landan, iblisdən aşna, yar olmaz!
Vaxtsız xoruz olub çıxırsan dama,
Səsin gülünc gəlir qanan adama;
Qəlbin çamırlıqdır, çox qırıldama,
Qurbağa səsindən qulaq kar olmaz!
Mən az görməmişəm badalaqları...
Min fırıldaq gələn o alçaqları;
Catdı gəncliyimin bahar çağları,
Vaxtsız çiçək tökən bir bahar olmaz!
Konlümün otağı buludlardadır.
Elə zənn etmə ki, ömrüm dardadır.
Bəs sənin dərrakən, ağlın hardadır?
Tərlan oylağında qarğa, sar olmaz!
Get, get, gözlərimə görünmə bir də,
Mənim oylağımdır bu göy də, yer də;
Sən ayaq döyürsən qaldığın yerdə,
Yerində sayandan sənətkar olmaz!
1937, I9 may
243
BÜLBÜL
Bülbül! Səhər-səhər qonaq budağa,
Günəşin eşqinə bir dastan qoşaq!
Ötək bağçamızda dodaq-dodağa,
Yarpaq inciməsin, əyilməsin şax,
Günəşin eşqinə bir dastan qoşaq!
Seyr et bu varlığı, şeyda bülbülüm!
Həyata müjdədir hər yeni bəstən;
Bağrının başında qalmamış zülüm,
Sən də insan kimi çıxdın qəfəsdən,
Həyata müjdədir hər yeni bəstən.
Bülbülüm, köksünün alti sarıdır,
Mehriban yaratmış səni təbiət;
Bu torpaq bülbüllər laləzarıdır;
Gözəldir səndəki bu söz, bu sənət,
Mehriban yaratmış səni təbiət..
Özün bilirsə ki, mən gözəlliyə
Ə
zəldən vurğunam... Gözəl-həyatdır!
Azadlıq, qurluluş bizdədir deyə,
Hər yeni istəyin bir kainatdır,
Sevdiyim gözəlin adi həyatdtr.
Gəl, şeyda bülbülüm, verək səs-səsə,
Qardaşlıq adına min söhbət açaq.
Deyək şərqimizi nəfəs-nəfəsə,
Hər sözün başında bir sənət açaq;
Qardaşlıq adına min söhbət açaq.
1937, may
244
BƏ NÖVŞƏ
Yazın novbarısan bizim diyarda,
Qıvrım tellərini sana, bənövşə!
Mən səni sevmişəm bir ilk baharda,
Könlümü vermişəm sana bənövşə!
Sənsən əzəl gündən mənim sirdaşım.
Gözümdən ayrılsan, axar göz yaşım,
Gövdəmin üstündə durmayır başım
Buranda boynunu yana, bənövşə.
Çıxımşam seyrinə meyli, məzəli,
Heyrandır hüsnünə ellər gözəli;
Könlüm oylağını yaxın gəzən
Çoxları küsəndi mana, bənövşə!
Üzündə gördüyüm nə intizardır!
Qəlbində Vaqifin sirrimi vardir?
Gəl ondan söz açma, indi bahardır.
Bağrımı döndərmə qana, bənövşə!
Boynunu kəc burma gəl indən belə,
Mən sənə söz qoşum, sən məni dinlə:
Vurğunun şerilə, sənin hüsnünlə
Təbiət gələcək cana, bənövşə!
1937,1 iyul
245
SƏ HƏ R-SƏ HƏ R
Səhər-səhər seyrə vardım qızıl gülün yanağını,
Açdı könlüm şirin-şirin nəğməli ney dodağını.
Ey ariflər, nəzər salın təbiətin qurğusuna,
Ş
eyda bülbül kəsərmi heç gül yanından ayağını.
Səhər qumral saçlarını yayan günəş sirdaşımdır,
Axşam üstü çox öpürəm ayın açıq qabağını.
Ə
zəl gündən aşiqiyəm mən bu günün, bu varlığın,
Bütün dünya bizdən alır səadətin sorağını.
Sən ey mənə şeir yazıb "neçin susdun" deyən şair,
Mən qapalı görməmişəm könlümün söz otağını.
Böhtanını geriyə ud! Əriyərsən bir sözümdən,
Yazıb-yazıb dolduraram sinəmin ağ varağını.
Qara bulud sallamasın ətəyini sərhəd boyu,
Mən dünəndən doldurmuşam patronumun darağını.
Sabahkı hərb meydanında bir əsgərəm, bu bəllidir,
Hər bir sözüm saldıracaq min faşistin yarağını.
Böyük Vətən bir nəfəslə qalxacaq bir çekist kimi,
Tülkülərə verməyəcək aslanların yatağını.
O gün mən də ilhamımla oxşayaraq sevəcəyəm
At belində qılınc vuran Don çayını qazağını.
1957, avqust
Dostları ilə paylaş: |