109
müdafiəsini təkmilləşdirmək məqsədilə həssas qrupların ünvanlı sosial yardımla
təmin olunması, əsas təhsil və səhiyyə xidmətləri ilə təminatın yaxşılaşdırılması,
qaçqın və məcburi köçkünlərə yardım göstərilməsi üçün strateji məqsədlərin
dəstəklənməsi istiqamətində həyata keçirilən tədbirlərin təkmilləşdirilməsi
məqsədəuyğundur. Azərbaycan Respublikasında pensiya və ünvanlı sosial yardım
sahəsində, yəni sığorta olunanların fərdi uçotu və aztəminatlı təbəqənin ünvanlı
sosial yardım alması üzrə aparılan islahatların dərinləşdirliməsi prioritet
istiqamətlərdən biri olmalıdır. Fikrimizcə, bu istiqamətlərdə inkişaf etmiş ölkələrin
təcrübəsi əsas götürülməklə, mərhələlər üzrə müvafıq tədbirlər həyata keçirmək
olar.
Ölkədə davamlı sosial-iqtisadi inkişaf istiqamətində atılan addımların mühüm
tərkib hissələrindən biri də təhsil sahəsində aparılan islahatlardır. Araşdırma
göstərir ki, əhalinin təhsili ilə yoxsulluq riski arasında sıx əlaqə mövcuddur Yəni,
təhsil səviyyəsi daha yüksək olduqda, ailənin yoxsullar kateqoriyasına aid edilməsi
ehtimalı daha az olur. Ona görə də, keyfiyyətli təhsil almaq imkanının olması
ə
halinin həyat səviyyəsinə müsbət təsir edə biləcək bir amildir. Bu, qismən daha
yaxşı təhsil alaniann əmək bazarında daha çox rəqabətə qabil olması ilə izah
olunur. Qeyd olunanlan nəzərə aiaraq təhsil sahəsində islahatların keçirilməsi
mühüm əhəmiyyət kəsb edir. Bu islahatlar nəticəsində insan inkişafının əsas
göstəricilərindən olan əhalinin təhsil səviyyəsi yüksəlmiş, təhsil müəssisələrinin
fəaiiyyətində, strukturunda və idarəetmə sistemində bir sıra əsaslı yeniliklər həyata
keçirilməlidir.
Məhz bu baxımdan ölkədə, o cümlədən regionlarda son illər ərzində yeni tipli
məktəb-litsey və gimnaziyalar, müxtəlif təmayüllü məktəb və siniflər açılmışdır.
Həmçinin, Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə “Ümumtəhsil
məktəblərinin maddi texniki bazasının möhkəmləndirilməsi haqqında” 2003-2007-
ci illəri əhatə edən məqsədli proqram təsdiq edilmişdir. Dünya Bankının layihəsi
çərçivəsində inkişaf etmiş ölkələrin təcrübəsi nəzərə alınmaqla hazırda 20
nümunəvi ümumtəhsil məktəbində eksperiment aparılmaqdadır.
110
Ümumiyyətlə, təhsil sahəsində əsas gostəricilərin yaxşı olmasına baxmayaraq
təhsilin keyfiyyəti ilə bağlı bir sıra məsələlərin həll olunmamış qalması təhsil
sistemində müəyyən problemlər yaradır. Təhsilin bütün səviyyələrində, xüsusilə
ibtidai və orta təhsildə təlim-tərbiyənin, ümumtəhsil və orta texniki-peşə
müəssisələrində maddi-texniki bazanın qənaətbəxş olmaması, dərsliklərin və tədris
ləvazimatlarının çatışmazlığı, mövcud məktəb proqramlarının və tədris
materiallarının müasir və bazar iqtisadiyyatının tələblərinə uyğun gəlməməsi, təhsil
və əmək bazarı arasında qeyri-mütənasib əlaqənin mövcudluğu göstərilən
istiqamətlərdə işlərin gücləndirilməsini tələb edir.
Hökumət təhsil sektorunda 1999-cu ildə təsdiq olunmuş Təhsil sahəsində
slahat Proqramı, Təhsil Nazirliyi tərəfindən hazırlanmış Onillik Təhsil islahatı
Strategiyasının layihəsi (2003-2013) və Təhsil Sektoru üzrə Siyasətə dair
Hökumətin Məktubu əsasında sektor islahatları keçirməyi öhdəsinə götürmüşdür.
Hökumət bu uzunmüddətli islahatların həyata keçirilməsinə köməklik göstərilməsi
üçün Dünya Bankına müraciət etmişdir. slahat Proqramının əsas məqsədi sektor
üzrə bir sıra mühüm məsələlərə diqqət yetirməkdir və bu zaman həmin məsələlərin
bəziləri təhsilin keyfiyyətini yüksəltmək və bütövlükdə təhsil sektorunu
yaranmaqda olan bazar iqtisadiyyatının və sosial şəraitin tələblərinə
uyğunlaşdırmaq məqsədilə əlavə analitik fəaliyyət vasitəsilə öz əhəmiyyətlilik
dərəcəsinə görə sıralanmalıdır
Yerinə yetirilməkdə olan layihənin məqsədləri ölkədə təhsil alan bütün
ş
agirdlərin təlim nəticələrini bazar iqtisadiyyatının tələblərinə cavab verə biləcək
səviyyəyə çatdırmaq və həmçinin, orta təhsilin səmərəliliyini artırmaqdır. Şübhəsiz
ki, layihə üzrə nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi daha geniş əhali
təbəqəsinə keyfiyyətli təhsilə əlyetərliliyə imkan yarada bilər. Bununla yanaşı,
qeyd edilən proqramın səmərəli icrası üçün onun monitorinq sisteminin
yaradılması və zəruriyyət yaranacaq təqdirdə isə onun təkmilləşdirilməsi üzrə hər il
müəyyən korrektələrin edilməsi məqsədəuyğundur.
111
Qeyd olunanlarla əlaqədar yaxın illər ərzində təhsilin keyfiyyətinin yüksəl-
dilməsi
məqsədilə
ə
sas
diqqət
məktəblərin
maddi-texniki
bazasınm
gücləndirilməsi, ölkənin regionlarında məktəblərin sayı, ştatı və kontingentinə
yenidən baxılması, onun strukturunun yerli şəraitə uyğunlaşdırılması, müasir tədris
planlanının tətbiq edilməsi və müəllimlərin ixtisasartırma sisteminin və pedaqoji
fəaliyyətin effektivliyinin artırılması, bazar iqtisadiyyatının tələblərinə uyğun
olaraq yeni təhsil texnologiyaların tətbiq edilməsi, ölkə əhalisinin və əmək
bazarının tələbatlarına uyğun olaraq peşə-ixtisas təhsili müəssisələrinin
strukturunun və tipinin dəyişdirilməsinə və eləcə də ölkə vətəndaşlarının xaricdə
təhsil almaq imkanlrının əldə edilməsinə yönəldilməlidir. Bununla yanaşı, pullu və
pulsuz ali təhsil müəssisələrinin nisbətini optimallaşdırılması, aztəminatlı
təbəqənin pulsuz ali təhsil almaq imkanlarının artırılması və s. bu kimi məsələlər
də diqqət mərkəzində olmalıdır.
Fikrimizcə, Azərbaycan Respublikasında davamlı iqtisadi inkişafın təmin
edilməsinin başlıca mənbələrindən birini təşkil edən təhsilin keyfiyyətinin
yaxşılaşdırılması üçün ölkədə bu sahənin keyfiyyətinin yüksəldilməsi ilə yanaşı,
vətəndaşların xarici ölkələrin nüfuzlu müəssisələrində təhsil almasına zəruri
şə
raitin yaradılması da xüsusi əhəmiyyət kəsb edir.
Azərbaycan Respublikasının Prezidenti cənab H.Əliyev tərəfindən imzalanan
“Neft və qaz gəlirlərinin idarə olunması üzrə uzunmüddətli strategiya”nın təsdiq
edilməsi barədə” fərmana əsasən, məhz, ölkədə və xaricdə yüksək ixtisaslı
kadrların hazırlanması və həmçinin, kadrların professionallıq səviyyəsinin
artırılması məqsədi ilə Dövlət Neft Fondunun gəlirlərindən istifadə olunması
nəzərdə tutulur
.
Qeyd olunanlarla yanaşı, digər bir vacib məsələyə də diqqət artırılmalıdır. Belə
ki, müşahidələrə əsasən əhalinin müəyyən bir hissəsi maliyyə çətinlikləri
ucbatından özünümüalicəyə və müalicəsiz keçinməyə üstünlük verir.
Qeyd etmək lazımdır ki, ölkədə sosial problemlərin yaranmasının səbəblərindən
biri də regionlarınn qeyri-bərabər inkişafıdır. Bir sıra səbəblər, xüsusilə
112
infrastrukturun lazımi səviyyədə qurulmaması müəssisələrin fəaliyyətinin bərpa
edilməsini, yeni iş yerlərinin açılmasını, yerli sahibkarlığın inkişaf yolu ilə əhalinin
həyat səviyyəsinin daha da yaxşılaşdırlmasına mane olur. Bu problemlərin həlli
məqsədilə neft gəlirlərindən, investisiya-vergi siyasətindən geniş istifadə edilməsi
məqsədəuyğundur.
Eyni zamanda, ölkədə tibbi xidmətlərin istər keyfiyyətinin yüksəldilməsi,
istərsə də əhatəliliyinin genişləndirilmasi baxımından icbari tibbi sığorta xidməti
mexanizminin işlək vəziyyətə gətirilməsi də olduqca vacib məsələdir.
Hazırda öz xalqına yüksək rifah şəraiti yaratmış bir çox avropa dövləti sosial
dövlət sisteminə üstünlük verir və sosial siyasət mexanizmlərindən istifadə edərək
cəmiyyətdə baş verə biləcək sosial-iqtisadi problemlərin qarşısını almağa çalışır.
113
Nəticə
Araşdırmalar göstərir ki,cəmiyyətin sosial inkişafı,uğurlu sosial siyasətin
həyata keçirilməsi ölkənin iqtisadi imkanlarından birbaşa asılıdır. qtisadi cəhətdən
gücü olmayan dövlət əhalinin hərtərəfli sosial müdafiəsini təmin və təşkil edə
bilməz.Ölkənin iqtisadi qüdrətinin artması əhalinin sosial vəziyyətinin
yaxşılaşdırılmasında mühüm rol oynayır. qtisadiyyat sosial siyasətin qarşısına
qoyulmuş məqsədlərə nail olmaq üçün bir vasitədir.Çünki iqtisadi inkişaf olmadan,
yüksək iqtisadi göstəricilərə, nailiyyətlərə malik olmadan cəmiyyətin sosial
siyasətini lazımi səviyyədə həyata keçirmək, bu sahədə istənilən nailiyyəti əldə
etmək mümkün deyil. qtisadiyyatın yüksək inkişafı sosial siyasət sahəsində qarşıya
qoyulmuş məqsədlərə nail olmağın əsasını təşkil edir.Beləliklə sosial siyasət
iqtisadi artımı həm ləngidə, həm də stimullaşdıra bilər.Bundan əlavə əminliklə
demək olar ki, sosial rifaha nail olmadan iqtisadi artıma nail olmaq mümkün deyil.
Sosial siyasət özünün məqsədyönlü məzmunu, tənzimlənən sosial
münasibətlərin təşkili, dövlətin fəaliyyətinin funksional əhəmiyyəti, həyata
keçirilmə
mexanizmi,
sosial
strukturların
balanslaşdırılması
və
möhkəmləndirilməsi və s. bu kimi funksiyaları həyata keçirir.
Bəşəriyyətin mütərəqqi inkişafı insanların sosial problemlərinin həllindən çox
dərəcədə asılıdır.Belə ki,cəmiyyətin sosial durumu iqtisadi inkişafın nəticəsindən
çox onun inkişafına təkan verən və ya ləngidən amilə çevrilmişdir.Bu bir daha
göstərir ki, bu gün sosial problemlərin düzgün və səmərəli həll edilməsi aktual
olmaqla yanaşı, həm də gələcək inkişaf üçün də əhəmiyyətlidir.Keçid
iqtisadiyyatını nəzərə almaqla dövlətin sosial siyasətini müəyyənləşdirən amillər
aşağıdakılardır;
114
-əhalinin həyat səviyyəsinin təmin edilməsi və yüksəldilməsi;
-gəlirlərin əhalinin təminatında yaratdığı fərqlərin dərinləşməsinin qarşısının
alınması;
-aztəminatlılıq və kasıblıqla mübarizə;
-inflyasiyanın məqbul səviyyəsinin saxlanılması;
-büdcə təminatı sosial sahələrin iqtisadi səmərəliliyinin yüksəldilməsi;
-istehlak malları və xidmətlər sahəsində milli istehsalçıların qorunması və onlara
dövlət köməyi;
-istehlak malları və xidmətlər istehsalına elmi-texniki dəstək və innovasiyanın
təmin edilməsi.
Qeyd etmək lazımdır ki, ailə gəlirlərindən asılı olmayaraq cəmiyyət üzvlərinə
bərabər imkanların yaradılması, pulsuz təhsil, səhiyyə xidmətindən istifadə
olunması, vətəndaşların hüquqlarının qorunması, əmək bazarının tənzimlənməsi,
məşğulluq və işsizlik probleminin həlli və nəhayət ölkədə yoxsulluq səviyyəsinin
həll edilməsi sosial yönümlü bazar iqtisadi sistemində sosial siyasətin əsasını təşkil
edir.
Çevik sosial siyasətin həyata keçirilməsində ən mühüm addımlardan biri də
sosial siyasətin prinsiplərinin işlənilməsi və həyata keçirilməsi ola bilər.Bunlara
ölkənin
səhiyyə
sisteminin
möhkəmləndirilməsi;təhsilin
səviyyəsinin
yüksəldilməsi; məşğulluğun təmin edilməsi və s. aiddir.
Qeyd etmək lazımdır ki, məşğulluq problemi ümumi məşğulluq siyasətinin
tərkib hissəsidir və bazar iqtisadiyyatı şəraitində əmək sferasında yaranan
disbalansların həlli ilə əlaqədar olaraq xüsusi məsələləri həll etməyə
yönəldilmişdir.Onun əsas məqsədi işsizliyin sosial-iqtisadi xərclərinin minimuma
endirilməsi və iş qüvvəsinin çevikliyinin və rəqabətə davamlılığının
yüksəldilməsidir.
Səhiyyə sahəsində dövlət siyasətinin başlıca məqsədi əhalinin sağlamlığının
yaxşılaşdırılmasından, orta ömür müddətinin uzadılmasından, əhalinin bütün
təbəqələrinin keyfiyyətli tibbi xidmətlə təmin edilməsindən, dövlətin maliyyə
115
imkanları çərçivəsində pulsuz səhiyyə xidmətlərinin genişləndirilməsi və onun
keyfiyyətinin artırılması, ölkədə tibbi siğorta sisteminin yaradılmasından; əhalinin
sosial cəhətdən ən aşağı təminatlı təbəqələrinə tibbi yardımın göstərilməsi ilə bağlı
tədbirlər sisteminin hazırlanması və həyata keçirilməsindən ibarət olmalıdır.
stifadə edilmiş ədəbiyyat siyahısı:
1.Azərbaycan Respublikasının Konstitusiyası(Əsas Qanun), Bakı-2009
2.Azərbaycan Respublikasında “Əhalinin Məşğulluğu haqqında”qanun,
Bakı-2014
3.Azərbaycan Respublikası”Əmək Pensiyaları haqqında”qanun.Baki-2006
4.Azərbaycan Respublikası”Sosial müavinətlər haqqında”qanun,Bakı-2006
5.”Azərbaycan Respublikasının Məşğulluq strategiyasının həyata keçirilməsi üzrə
Dövlət Proqramı”.2011-2015
6.Azərbaycan Respublikasında “Vətəndaşların pensiya təminatı haqqında”qanun,
Bakı-1992, №305
7.Azərbaycan Respublikasında “Əlillərin sosial müdafiəsi haqqında”qanun, Bakı-
1992
8.Azərbaycan Respublikasında “Minimum istehlak büdcəsi haqqında”qanun, Bakı-
1992
9.Azərbaycan Respublikasında”Yaşayış Minimumu haqqında”qanun,Baki-2004
10.Azərbaycan Respublikasında “Yaşayış Minimumu haqqqında”qanun,
Bakı-2014
11.Azərbaycan Respublikasında “Vətəndaşların pul gəlirlərinin və əmanətlərinin
indeksləşdirilməsi haqqında”qanun,Bakı-1992
12.Azərbaycan Respublikasında”Məzuniyyətlər haqqında”qanun,Bakı,1994
13.Abbasov A.F.” Sosial bazar iqtisadiyyatı”.Bakı-1998
14.Dövlət Statistika Komitəsinin göstəriciləri.Bakı-2014
15.Əliyev A.Ə.,Qasımov N.Ə. Azərbaycanda əhalinin həyat səviyyəsinin
yüksəldilməsinin aktual problemləri.Bakı-2000
116
16.Əşrəfova R.S.”Əhalinin sosial müdafiəsinin yaxşılaşdırılmasında sosial .yardım
sisteminin rolu” Himayədar jurnalı.Oktyabr 2005
17.Mehbalıyev S.S., skəndərov R.K.”Əmək bazarı və əhalinin sosial müdafiəsi”,
Bakı-2002
18.Nağıyev
Ə
.T.,Mütəllimova
V.A,Sosial
inkişafın
iqtisadi
parametrləri”.Bakı,”Səda”-2003
19.Nağıyev Ə.T.,Mürşüdov R. .Sosial müdafiənin təkmilləşdirilməsinin əsas
istiqamətləri,Bakı,”Səda
-
2002
20.Nəsrullayev F.A. Məşğulluq və işsizlik.” qtisadi Nəzəriyyə”dərsliyi,
Bakı-1999
21.Rəhmənov F.R. Sosial sfera keçid iqtisadiyyatı şəraitində,Bakı,Gənclik-2002
22.Səfərov S. Siyasət strategiyası,konseptual əsaslar.Bakı,Azərnəşr-2000
23.”Azərbaycan Respublikası Yoxsulluğun azaldılması və qtisadi nkişaf üzrə
Dövlət Proqramı”. 2008-2015.
24.”Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı üzrə Dövlət
Proqramı”. 2004-2008.
25.” Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı üzrə Dövlət
Proqramı”Bakı 2009-2013.
26.Əlirzayev Ə.Q. Yoxsulluq problemi və onun Azərbaycanda həlli yolları,
“Azərbaycan” qəzeti,Bakı-2001
27.Azərbaycan Respublikasının 2014-cü il və gələn 3 il üzrə iqtisadi və sosial
inkişaf konsepsiyası və proqnoz göstəriciləri.Bakı, Avqust-2013
28.Azərbaycan Respublikasının 2014-cü ilin dövlət və icmal büdcələrinin
layihələrinin təqdimatı.Bakı-2013
29.”2008-2015”-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azladılması və
davamlı inkişaf Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı.
30.Rəcəbli.H”Azərbaycan Respublikasının sosial müdafiə sistemi”.Bakı-2012
117
31.Azərbaycan Respublikası prezidenti tərəfindən imzalanmış”Aztəminatlı ailələrə
verilən müavinətlərin artırılması haqqında”sərəncam,Bakı-1996
32. qtisadi nəzəriyyə dərsliyi,T.S.Vəliyevin,Ə.P.Babayevin,M.X.Meybullayevin
ümumi redaktəsi ilə.Bakı-1999
33.Quliyev C.B.”Müstəqillik illərində Azərbaycan Respublikasında əhalinin həyat
səviyyəsinin
dəyişilməsi
meylləri
və
ona
təsir
edən
amillərin
qiymətləndirilməsi” qtisadiyyat,Humanitar və ictimai elmlər seriyası,
Xəbərlər 1-2004
34.Nağıyev Ə.T.”Sosial iqtisadi inkişafın metodoloji aspektləri.Bakı-2002
35.Nağıyev Ə.T.,Mürşüdov R.T.”Sosial müdafiənin təkmilləşdirilməsinin əsas
istiqamətləri”Bakı-2002
36.Quliyev
C.B.Gənclərin
peşə
və
ixtisas
yiyələnmək
imkanlarının
genişləndirilməsi əmək bazarının formalaşmasında və tənzimlənməsində əsas
şə
rtidir/Azərbaycan gənclərinin mənəvi tərbiyəsinin aktual problemləri
mövzusunda elmi-praktiki konfransda məruzələrin tezisləri.Bakı-2003
37.Muradov A.N.Həyat səviyyəsinin yaxşılaşdırılmasında təhsilin rolu//AMEA-nın
Xəbərləri.Humanitar və ictimai elmlər seriyası(iqtisadiyyat).2006,№1
38.Timo
Piiraynen.Azərbaycanda
sosial
iş
Hissə
1:Sosial
işin
ə
sasları.Bakı:Nurlan,2007
39.Ünvanlı sosial yardım:Ədalətlilik,bərabərlik və ünvanlılıq prinsipləri/ qtisadi
tədqiqatlar mərkəzi.Bakı:CBS poluqraphic production,2006
40.Доклад о мировом развитии 2000/2001Наступление на бедность/Пер с
англ
.-М:Издательство»Весь мир»-2003
41.Экономика США.Учебник для вузов/Суняка-СПБ,:Питер,2003
42.K.Holden, K. Matthews, J.Thompson, “The UK Economy Today”, Manchester,
Manchester University Press, 2004
43.N.G.Mankiw, “Principles of Macroeconomics”, Boston, Harvard University
Press, 2012.
118
44.P.A. Lewis, “Economics as Social Theory and The New Economic
Sociology”,London, Routledge, 2004 45.R.Stryker, “The Future of Socio-
economics and
Society for Advancement of Socio-economics”, New-York,
Hollingsworth press, 2002
nternet resursları:
46.
www.economy.gov.az
47.
www.stat.gov.az
48.
www.maliyye.gov.az
49.
www.edu.gov.az
50.www.financialtimes.com
51.www.mlspp.gov.az
119
Dostları ilə paylaş: |