5
bölgüsü zamanı yaranan yoxsulluq probleminin həlli də sosial siyasətin ən əsas
vəzifələri sırasındadır.
-Fürsət barəbərliyi: liberal fəlsəfəyə əsaslanan qanun qarşısında bərabərlik
prinsipinin sosial-iqtisadi sahəyə tətbiq olunmasıdır. Bərabərlik prinsipi daha çox
təhsil və fərdin özünü inkişaf etdirəcəyi müəyyən sahələrə tətbiq edilir.
-Sosial Müdafiə: hər hansı bir sosial risk, qocalıq, xəstəlik, işsizlik, iş qəzalarına
görə vətəndaşın gəlirinin azalması və ya ümumiyyətlə dayanması zamanı onun
digər insanlardan asılı olmadan yaşamasını təmin etmək üçün görülən tədbirlər
bütünüdür.
-Tam məşğulluğun təmin olunması və işsizliklə mübarizə: bütün vətəndaşların
gəlir əldə edə biləcəyi bir iş yerinin olması sosial siyasətin əsas məqsədlərindən
biridir.
-Sosial nizam və sülhü təmin etmək: sosial dövlət insanlar arasında aid olduqları
fərqli sinif, irq, din, məzhəb, iqtisadi vəziyyətə görə ayrı-seçkilik salınmasının
qarşısını almağa çalışır. Cəmiyyətdə müxtəlif tip insanların sülh içərisində
yaşamalarını təmin edir.
- qtisadi inkişafın təmin olunması: dövlətin iqtisadi inkişafı üçün investisiyalara
münbit şərait yaradır. qtisadi fəaliyyətlərdə tam məşqulluq halını təmin etmək
üçün buna uyğun fəaliyyətlər həyata keçirilir.
- şçilərin müdafiəsi: az yaşlı işçilərin müdafiəsi, iş vaxtının nizamlanması, iş yeri
şə
raitinin tənzimlənməsi, haqsız yerə işdən çlxarılma hallarının qarşısının alınması,
normal əmək haqqı təminatı və s bu kimi işçi problemlərinin həllinə
istiqamətlənmiş tədbirlər görülür.
Tədqiqatın predmeti.Tədqiqatın predmetini keçid iqtisadiyyatı şəraitində
bazar münasibətlərinin formalaşması ilə keyfiyyətcə yeni məzmun kəsb edən sosial
münasibətlər sistemi və əhalinin sosial müdafiəsi sisteminin təkmilləşdirilməsi
problemləri təşkil edir.
Tədqiqatın obyekti.Tədqiqatın obyekti kimi Azərbaycan Respublikasının
iqtisadiyyatında sosial-iqtisadi münasibətləri səciyyələndirən proseslər, sosial
6
institutların fəaliyyəti, dövlət və yerli idarəetmə səviyyəsində əhalinin sosial
müdafiəsi seçilmişdir.
Tədqiqatın nəzəri və metodoloji əsası. Tədqiqatın nəzəri əsasının iqtisad
elminin klassiklərinin müddəaları, müasir elmi cərəyanların müvafiq
konsepsiyaları, görkəmli iqtisadçı alimlərin əsərləri, Azərbaycan dövlətinin
qanunları və müvafiq qanunvericilik aktları təşkil edir.
Tədqiqatın informasiya bazasını Azərbaycan Respublikası Dövlət Statistika
Komitəsinin, Sosial və Müdafiə Nazirliklərinin məlumatları, Qlobal nternet
şə
bəkəsinin informasiya resursları təşkil edir.
Dissertasiya işinin quruluşu və həcmi. Dissertasiya işi giriş, üç fəsil, nəticə,
ə
dəbiyyat siyahısı, 5 cədvəl və 1 şəkili özündə əks etdirən 117 səhifədən ibarətdir.
7
I FƏSIL:DÖVLƏTIN SOSIAL SIYASƏTININ
FORMALAŞMASININ NƏZƏRI ƏSASLARI
1.1 Dövlətin sosial siyasəti və sosial strategiyası
Bazar münasibətlərinin formalaşması prosesində respublikamız əhali
gəlirlərində ciddi differensiallaşma və kütləvi işsizlik kimi ağır sosial problemlərlə
üzləşmişdir. Prosesin az ağrılı keçməsi üçün dövlətin bu problemlərə diqqətinin
artınlması zəruri idi. Dövlətin tədbirləri müxtəlif əhali qruplarının sosial
müdafiəsinə isliqamətlənmişdir. Məsələni mürəkkəbləşdirən amillərdən biri də
ondan ibarətdir ki, sosial müdafıəyə yalnız maddi çətinliklərlə üzləşənlərin deyil,
demək olar ki, bütün bazar subyektlərinin böyük ehtiyacı vardi. Yeni iqtisadi
sistemə keçidlə əlaqədar təsərrüfat subyektlərinin mülkiyyətin toxunulmazlığı,
gəlirlərin istifadəsində sərbəstliyin təmin edilməsi, fəaliyyət növünün azad
seçilməsi və başqa sahələrdə dövlət zəmanətinin olmasına ehtiyacı duyulurdu.
Aydındır ki, hamını eyni dərəcədə kasıb yaşamağa vadar edən, «humanist»
prinsiplərə əsaslanan gəlirlərdə bərabərlik yaratmaq, maddi təminatda fərqləri
aradan qaldırmaq kimi başa düşülən «sosial müdafiə» bugünkü reallığa uyğun
gəlmirdi. Sosial müdafiə hər kəsin öz əməyi, istedadı, mülkiyyəti əsasında
mövqeyi müəyyənləşmiş cəmiyyətdə ayrı-ayrı fərdlərin imkan və qabiliyyəti ilə
ə
ldə oluna bilməyən, hamı üçün eyni olan vətəndaşlıq mövqeyinin təmin edilməsi
zərurətidir. Cəmiyyətin ibarət olduğu kasıblar və varlılar, işsizlər və işləyənlər,
qocalar və cavanlar, sağlamlar və əlillər və s. I ve II növ vətəndaşlara bölünə
bilməzlər. Belə ki hər bir şəxs cəmiyyətdən, işçi kollektivdən, ailə üzvü ailədən
8
təminat almalıdır və sosial müdafiə müvafiq institutlar dövlət, müəssisə, ailə
tərəfindən reallaşdırılmalıdır. Məsələnin bele anlamında sosial müdafiə iqtisad
elminin əhatə dairəsində geniş məzmun kəsb edir və bir çox sosial elmlərin
predmeti kimi çıxış edir. Bununla belə sosial müdafiə hər şeydən əvvəl iqtisadi
hadisə olub iqtisadi inkişafla müəyyənləşir və deməli, iqtisad elminin predmetinə
daxildir. Sosial müdafiəni daha çox iqtisadi cəhətdən səciyyələndirən amilləri
nəzərdən keçirək. Hər şeydən əvvəl qeyd edək ki, cəmiyyətin bir çox üzvləri
məşğulluqla özlərinin yaşayışını təmin edə bilməyənlərdir. Buraya sosial
müdafiəsiz keçinə bilməyən əhali qrupları - əlillər, xroniki xəstələr, fiziki cəhətdən
zəif insanlar aiddir. Gəlirlərlə təmin olunan məşğul əhalinin də müxtəlif
səbəblərdən (xəstəlik, işsizlik, bədbəxt hadisə, əlillik, qocalıq və s.) sosial
müdafiəyə ehtiyacı olanlara çevrilməsi ehtimalı həmişə mövcuddur. ETT və
iqtisadi inkişafın yeni mərhələsinə keçid çox zaman mütəxəssisləri, müəyyən peşə
sahiblərini, əmək qabiliyyəti və təcrübə toplamış insanları və onların ailə üzvlerini
maddi ehtiyac qarşısında qoyur. Yeniləşmiş mühitə uyğunlaşmaq dövründə ağrılı
keçən bu prosesdə iqtisadi inkişafın doğurduğu sosial problemlər yaranır.
Sosial yönümlü cəmiyyət qurmaq üçün birinci şərt maddi ehtiyaclarını təmin
etmək məqsədi ilə hər bir insana bazarın imkanlarından tam və azad istifadə
etməyə ilkin şərait yaratmaqdır. Buraya təhsil və ixtisas almaq imkanları, əmək və
qabiliyyətinə görə istənilən (qanun çərçivəsində) fəaliyyət növü ilə məşğul olmaq
və gəlir əldə etmək, dövlətin sosial köməyindən istifadə etmək və s. aiddir. Belə
olduqda hər kəs imkanları daxilində öz maddi imkanlarını təmin edər,
cəmiyyətdəki mövqeyini müəyyənləşdirər və imkanları xaricində olan sosial
məsələlər dövlətin öhdəsinə düşər.Keçən əsrdə yaranankonsepsiyalar sosial
tərəqqiyə inkişafın nəticələri kimi deyil, inkişafın amili kimi baxılması ideyasını
irəli sürürlər. Tükənməz yaradıcılıq qabiliyyəti olan insanın bioloji, iqtisadi, sosial
varlıq kimi qiymətləndirilməsini əsas götürən bu konsepsiya (XIX əsrdə yayılmış
sosial təkamül nəzəriyyəsinin tənqidi əsasında yaranmışdır. Sosial tərəqqi
nəzəriyyəsinin tərəfdarları (O.Kont, Q.Spenser, L.Morqan, F.Tennis va s.)
Dostları ilə paylaş: |