9
cəmiyyətə vahid inkişaf «məntiqinə» əsaslanan bütöv orqanizm kimi baxırdılar.
Onlar təkamülü ardıcıl mərhələlərə bölməklə tərəqqini cəmiyyətin təbii inkişafının
nəticəsi kimi qiymətləndirirdilər. Təkamül bir orqanizm kimi cəmiyyətin daxili,
təbii qüvvəsinin nəticəsidir. XX əsrin I yarısında bu ideyanın davamçıları (L.Uayt,
D.Styuard, T.Parsons və b.) Darvin təliminin «təbii seçim» prinsipini əsas
götürməklə ayrı-ayrı mədəniyyətlərin bir-birini əvəz etməsini sosial inkişafın
aparıcı qüvvəsi hesab edir. XX əsrdə təkamüllü sosial inkişaf konsepsiyasının
tənqidi elmdə sistemli və funksional quruluş istiqamətli ideyaların yaranmasına
səbəb oldu. Bu ideyanın tərəfdarları (D.Farley, N.Smelzer, U.Bakli. M.Arçer və b.)
sosial dəyişiliklərin həm sistemin özündə, həm də onun daxili elementlərində
inkişafla izah edirlər. Onlar hesab edirlər ki, sosial quruluşda müəyyənedici amil
məhz insan, onun iqtisadi, bioloji və sosial ölçüləridir.
Sosial inkişaf haqqında fəlsəfi görüşlərin inkişafı öz əksini iqtisad elminin
tarixində əhalinin sosial rifahı və müdafiəsi haqqında təlimlərdə tapmışdır. XIX
ə
srin görkəmli alimləri V. Zombart, A. Veqner, K. Marks, A. Marşall, S. Klark, A.
Piqu və başqaları sosial müdafiəsinin iqtisadi aspektlərinin – sərvətin bölgüsü,
gəlirlerin bərabərsizliyi, minimum maddi təminat və sair ciddi tədqiqatlar
aparmışlar. Onlar istehsal amillərinin hər ikisinə - əmək və kapitala, sosial şərtlərin
təsirini qeyd edir və gəlirlərin bölgüsü və yenidən bölgüsünün iqtisadi artıma
təsirini təhlil etmişlər. XX əsrdə institusional nəzəriyyələr (P. Samuelson, A.Veber
və b.) sosial müdafiənin həyatın keyfiyyətinin yaxşılaşdırılmasında rolunu
öyrənməklə problemin həm nəzəri, həm də praktiki məsələlərini təhlil edir. Şəxsi
rifah halının və iqtisadi müstəqilliyinin təmin edilməsində bazar mexanizminin
üstünlükləri və sonuncunun əməyin stimullaşdırılmasında rolu M. Fridmanın
tədqiqatlarında öz əksini tapmışdır. Faydalılıq həddi və insan kapitalı nəzəriyyələri
ə
sasında əhalinin sosial müdafiəsi problemləri X.Lampert, R.K.Makkonnel, L.
Erxardın əsərlərində tədqiq olunmuşdur.
Müasir elmi konsepsiyalar sosial yönümlü cəmiyyət quruculuğunda dövlətin
yeri və rolunun düzgün müəyyənləşdirilməsini əsas problem hesab edirlər. Bu
10
zaman dövlətin iqtisadi funksiyalarından ikisi həlledici istiqamət kimi vurğulanır:
birinci - sosial ədaləti təmin edə bilən makroiqtisadi sabitliyin əldə edilməsi; ikinci
- mikroiqtisadiyyatda rəqabəti təmin edə bilən bazar mexanizminin inkişafı.
Zənnimizcə, keçid iqtisadiyyatı üçün də məsələnin belə qoyuluşu özünü doğruldar.
Bu həm də iqtisadi islahatlar gedişində sosial siyasətin yeni iqtisadi əsaslar
üzərində qurulması baxımından da aktualdır. Keçid dövrünün iqtisadi siyasəti
bazar mexanizminin inkişafına yönəlməli, sosial problemin həllində bazarın
imkanlarından daha dolğun istifadə edilməli və dövlətin sosial siyasəti bazar
mexanizminə söykənməlidir. «Bazar mexanizmində təcəssüm olunan institut və
normaların daha dəqiq anlamı göstərir ki, inkişaf strategiyası - dövlət və bazar
arasında seçim məsələsidir - fikri səhvdir. Ölkələrə bazarı inkişaf etdirmək zəru-
ridir; eyni zamanda onlar üçün bazarın inkişafını təmin edən işlək dövlət institut-
larının olması zəruridir» Dünya bankının hesabatlarında öz əksini tapmış bu fikir
bir daha təsdiq edir ki, institusional dəyişikliklər etmədən səmərəli iqtisadi, o
cümlədən sosial siyasət yeritmək mümkün deyil. Məlumdur ki, sovet dövründə
sosial siyasətin institusional əsasını dövlətin, iqtisadiyyatla bilavasitə əlaqəsi
olmayan, inzibati qurumları və xeyriyyəçi orqanlar təşkil edirdi. Bazar münasi-
bətlərinə keçidlə əlaqədar sosial siyasətin institusional quruluşu yeniləşməlidir.
Dünya təcrübəsi göstərir ki, buraya aşağıdakı sistemlər aid edilə bilər:
-
sosial təminat sistemi (minimum sosial standartlar);
-
sosial sığorta sistemi;
-
sosial yardım sistemi;(o cümlədən özəl sosial yardım da daxil olmaqla)
-
sosial təminat sistemi sosial nemətlərin, hamısının istifadə edə bilməsi şərti
ilə əvəzsiz verilməsini nəzərdə tutur. Bu zaman vətəndaşların sosial müdafiəsinə
dövlət zəmanət verməlidir. Buraya şəhid ailələrinə, qaçqınlara, müharibə əlillərinə
verilən ödəmələr və s. aiddir.
Sosial sığorta sistemi vətəndaşlara sığorta ödəmələrinin və sosial nemətlərin
verilməsini onların sığorta haqlarını ödəməsinə uyğun həyata keçirilməsini nəzərdə
tutur. Sosial sığorta sistemi ümumi həmrəylik və dövlətin öz vətəndaşlarını
11
qoruması prinsipləri əsasında qurulmalıdır.
Sosial yardım sistemi cəmiyyətin ən çox ehtiyacı olan üzvlərinə sosial qayğı və
sosial prinsiplərini əks etdirir. Buraya aztəminatlı insan qruplarına əvəzsiz kömək
göstərilməsi halları aiddir, özəl sosial yardım (bəzən özəl sığorta da) bu sistemə
aiddir. Qeyd etmək lazımdır ki, institusional və icra mexanizmindən asılı
olmayaraq sosial siyasət, bir qayda olaraq, müəyyən problemləri əhatə etməlidir.
Ümumiləşdirilmiş şəkildə sosial siyasətin istiqamətləri aşağıdakıları əhatə
etməlidir.
- məşğulluq və sosial əmək münasibətləri siyasəti;
-
gəlirlər siyasəti;
-
ə
halinin təkrar istehsalı siyasəti;
-
sosial sahələrin inkişafı siyasəti;
-
regional sosial siyasət.
Keçid iqtisadiyyatı şəraitində dövlətin sosial siyasətinin məzmunu və əsas
istiqamətləri, problemlərin əhatə dairəsi və icrası ardıcılllığı dövlətin iqtisadi
siyasətinin strategiya və taktikasından asılıdır. Sosial yönümlü bazar iqtisadiyya-
tının qurulması bir tərəfdən keçid iqtisadiyyatının ziddiyyətlərinin həll edilməsi;
digər tərəfdən yeni sistemin möhkəm iqtisadi əsaslarının qoyulması məsələləri ilə
səciyyələnir. Belə ki, dövlətin iqtisadi sahədə vəzifələri aşağıdakıların həll
olunmasına yönəldilir;
-
iqtisadiyyatda böhran hallarının aradan qaldırılması və onların sosial
nəticələrinin zəiflədilməsi;
-
azad rəqabətin qorunması, sahibkarlığın müxtəlif formalarının fəaliyyəti və
inkişafı üçün müvafiq hüquqi və iqtisadi şərtlərin yaradılması;
-
iqtisadiyyatda inhisarçılıqla səmərəli mübarizə aparılması;
-
pul tədavülünün təşkili və milli valyutanın sabitliyinin təmin edilməsi;
-
maliyyə, vergi, valyuta sistemlərinin təkmilləşdirilməsi;
-
ümumi istifadə xarakterli ictimai nemətlərin və xidmətlərin dövlət tərəfindən
istehsalının və təminatının təşkili;
Dostları ilə paylaş: |