24
toplanması və vəsaitin daxil olması ilə birbaşa bağlıdır. 2014-cu ildə ölkəmizdə
orta aylıq əmək haqının məbləği 2013 illə müqayisədə 1,115 dəfə artmış və170,45
min manat olmuşdur.[48]
Pensiya sisteminin təkmilləşdirilməsi məqsədi ilə ölkə prezidentinin fərmanı ilə
Pensiya islahatı konsepsiyası təsdiq edilmişdir. Pensiyaların minimum səviyyəsinin
yüksəldilməsi,
sosial
sığortanın
pensiya
ödəmələrinin
səviyyəsinə
yaxınlaşdırılması, işçilərin fərdi hesab sisteminin yaradılması və s.nəzərdə tutulur.
2005-ci ildə pensiyaların minimunun həcminin artırılması həyata keçirilmişdir.
Xüsusi islahat konsepsiyasına görə üç pilləli pensiya təminatı sistemi tədricən
tətbiq ediləcəkdir.
Birinci (baza) pillə dövlət tərəfindən maliyyələşdirilən sosial pensiya olacaq.
Bu növ pensiya əmək (sığorta) pensiyası olmaq hüququ əldə etməyən, əmək
qabiliyyəti olmayan bütün vətəndaşlara əmək fəaliyyətindən asılı olmayaraq dövlət
tərəfindən minimum səviyyədə təminat kimi veriləcək.
Ayrı-ayrı kateqoriya pensiyaçılar qrupuna, məsələn, uşaqlıqdan əlil olanların
sosial pensiyasına xüsusi əlavələr edilməsi də nəzərdə tutulacaqdır.
kinci (əsas) pillə əməyə görə (sığorta) pensiya, dövlət sosial müdafiə fondunda
və ya müstəqil sığorta kompaniyalarında yığılan sosial sığorta üzvlük haqqı
hesabına maliyyələşdiriləcəkdir. Bu növ pensiya qanunvericilikdə nəzərdə tutulan
vahid normalara görə zəruri (əmək) sığorta stajı olan şəxslərə, əmək fəaliyyətindən
(qazancın miqdarından və iş stajından) asılı olaraq fərqləndirilməklə verilir.
üçüncü (əlavə) pillə - xüsusi pensiya qeyri-dövlət pensiya fondu hesabına
maliyyələşdiriləcəkdir. Bu növ pensiyalar qeyd edilən pensiya fondları ilə şəxsi
sığorta müqaviləsi bağlayan şəxslərə veriləcəkdir. Üzvlük haqqı işçinin özü və
eləcə də işverənlər tərəfindən ödənilə bilər.
Ə
lavə pensiyanın şərtləri və məbləği sığorta olunan şəxslə pensiya fondu
arasında bu sığorta növünün tipik nümunəvi müqaviləsinə əsasən bağlanmış fərdi
müqavilədə müəyyən ediləcəkdir.
Son illərdə dövlət büdcəsinin sosial xarakterli olması ənənəvi hal olmuşdur.
25
Dövlət büdcəsinin xərclərində sosial müdafiə və sosial təminat xərclərinin payı
ildən-ilə artır. 2014-cu dövlət büdcəsində sosial müdafiə və sosial təminat xərcləri
üçün 2072,2 mln manat vəsait proqnozlaşdırılmışdırki,bu da 2013-cu illə
müqayisədə 258,7 mln. manat və ya 14,3%,2012-ci ilin faktiki icra göstəricilərinə
nisbətən isə 302,7 mln. manat və ya 17,1% çoxdur.[27]
Neçə illərdir ki, respublikamızda sosial problemlərin həllində qaçqın və
məcburi köçkünlərlə əlaqədar məsələlər mərkəzi yer tutur. Bu sahədə respublika
prezidentinin 20-dən çox fərman və sərəncamları, 7 dövlət qanunu, 50-dən çox
Nazirlər Kabinetinin qərar və sərəncamlarının olması qaçqın və məcburi
köçkünlerin maddi vəziyyətinin və yaşayış şəraitinin yaxşılaşdırılmasına olan
diqqəti göstərir. Qaçqınların və məcburi köçkünlərin sosial problemlərinin həlli
məqsədilə 2011-ci ildə dövlət büdcəsindən təxminən 190 milyon manat vəsait
ayrılıb:“110 milyon manat isə Dövlət Neft Fondundan ayrılıb.
2011-ci ildə komitə qarşında duran vəzifələrə bunları aid edə bilərik: Ağcabədi
rayonu ərazisində 552 evdən ibarət qəsəbə istifadəyə verilib: “Bu qəsəbə laçınlı
köçkünlər üçün tikilib. Goranboy rayonunda 9-5 mərtəbəli bina tikilib. Bura
vaxtilə Naftalan santoriyasında yerləşdirilən bütün qaçqınlar köçürülüb.
Mingəçevir şəhərində 10 ədəd 9 mərtəbəli 502 evdən ibarət qəsəbə salınıb. Ramanı
qəsəbəsində bir ədəd 5 mərtəbəli 80 mənzildən ibarət bina tikilib”.
Təhsil sahəsində büdcə idaarəçiliyinin səmərəliliyinin artırılması, təhsilin
keyfiyyəti və əhalinin təhsil almaq imkanlarının daha da genişləndirilməsi təhsil
sahəsində qarşıda duran əsas məqsədlərdəndir.
“Azərbaycan Respublikasının Təhsil Sahəsində slahat Proqramı”na və “2013-
2021-ci illərdə Azərbaycan Təhsilinin nkişafı üzrə Milli Strategiya”ya uyğun
olaraq təhsilin bütün pillələrində maddi-texniki bazanın gücləndirilməsi,tədris
şə
raitinin yaxşılaşdırılması,təhsil sahəsində informasiya texnologiyalarının
tətbiqinin genişləndirilməsi və təhsilin inkişafı ilə bağlı digər zəruri tədbirlərin
həyata kecirilməsi,məktəb kitabxanalarının fəaliyyətinin təkmilləşdirilməsi təhsil
sahəsinin inkişafı istiqamətində əsas prioritetlərdəndir.
26
Təhsil xərcləri üçün 1653,4 mln. manat 2013-cü illə müqayisədə 123 mln.
manat və yaxud 8%, 2012-ci ilin faktiki icra göstəricisinə nisbətən 200,3 mln.
manat vəya 13,8% çox vəsait ayrılmışdır.
Son illər səhiyyənin inkişafı və əhalinin sağlamlaşdırılması istiqamətində xeyli
işlər görülmüşdür. Dövlət büdcəsi, qeyri-dövlət fondları, Dünya Bankı və başqa
mənbələrdən maliyyəşmə hesabına Respublika klinik xəstəxanası, Artroloji
mərkəz, 2N-li uşaq xəstəxanası, «Ailə sağlamlıq mərkəzi» və başqa səhiyyə
ocaqları yenidən qurularaq istifadəyə verilmiş, 300-dən artıq səhiyyə
müəssisəlerində əsaslı və cari təmir aparılmışdır
Respublikamızda mədəniyyət sahələrinin inkişafına, idman və turizmin maddi-
lexniki bazasının möhkəmləndirilməsinə sosial siyasətdə xüsusi yer verilmişdir.
Bütün bunlar əhalinin sosial müdafiəsinin daha da güclənməsi, ölkə
vstəndaşlarının həyat səviyyəsinin yaxşılaşması istiqamətində Azərbaycan
dövlətinin sosial siyasətinin uğurla reallaşmasının nəticəsidir.
1
1
.
.
2
2
S
S
o
o
s
s
i
i
a
a
l
l
s
s
i
i
y
y
a
a
s
s
ə
ə
t
t
i
i
n
n
f
f
o
o
r
r
m
m
a
a
l
l
a
a
ş
ş
m
m
a
a
i
i
s
s
t
t
i
i
q
q
a
a
m
m
ə
ə
t
t
l
l
ə
ə
r
r
i
i
Sosial siyasət-əhalinin, ayrı-ayrı sosial qrupların həyati mənafeyinin təmin
olunmasına , sosial vəziyyətin yaxşılaşdırılmasına yönəldilmiş konkret tədbirlər
sistemidir.[30]Hansı ölkədə yaşamasından asılı olmayaraq sosial siyasət insanların
maraqlarına uyğun olmalıdır.Sosial sferanın siyasəti dölətin siyasətinin bir
hissəsidir,hansıki özününü istiqamətləri ilə cəmiyyətdə baş verən neqativ halların,
sosial-siyasi itkilərin qarşısını alır. Sosial-iqtisadi münasibətlərin dövlət
tənzimlənməsi cəmiyyətin iqtisadi inkişafının idarəedilməsinin keyfiyyətinə
nəzarət edir. Müasir dünyanın heç bir problemlərini texnoloji inovasiya ilə və
iqtisadi alətlərlə həll etmək mümkün deyil. Sosial fəaliyyətlərin və proseslərin
öyrənilməsi bütün dünya üzrə aparılır.Sosial sferanın siyasətinin subyekti sosial
sferanın əsası kimi dövlət durur:
•
Dövlət müəssisələri;
•
Partiyalar və profsayuzlar;
Dostları ilə paylaş: |