18
ödənilmə müddətindən asılı olaraq birdəfəlik, aylıq və cari kimi qruplara bölmək
olar. Pensiya kimi müavinət də ekvivalentsiz əsaslarla verilir. Müavinətlərin
maliyyələşmə mənbələri müxtəlifdir.
Sosial təminatın mühüm növlərindən birini də ahıllara, tək və kimsəsiz vətən-
daşlara, əlillərə sosial xidmət göstərilməsi təşkil edir. Sosial təminat sahəsində
xidmətin fərqləndirici cəhəti onların ayrı-ayrı vətəndaşlara pulsuz və ekvivalentsiz
həyata keçirilməsidir.
Sosial xidmətin tibbi xidmət və müalicə, müvəqqəti əmək qabiliyyətinin
itirilməsinin ekspertiza edilməsi, əlilliyin səbəb və qrupunun müəyyən edilməsi,
evdə sosial xidmət, qocalar və əlillər evində qocaların və əlillərin saxlanılması və
s. növləri vardır. Sosial yardım sistemləri əhali təbəqələrinin ehtiyaclarına əsasən
onlara güzəştlər təqdim olunmasını təmin edir. Yardım sistemləri hökumət
fondlarının vəsaitləri hesabına maliyyələşdirilir. Bu sistemin tətbiq edilməsi isə test
üsulları ilə sosial yardımlara ehtiyacı olan şəxslərin müəyyənləşməsi yolu ilə
həyata keçirilməlidir.
Sosial sığorta ilə sosial yardım arasındakı fərq aydınlaşdırılmalıdır. Sosial
riskli şəraitin yarandığı hallarda məqsədli hüquqlara malik, sosial cəhətdən
sığortalanmış tərəf onlar üzərində test yoxlanması aparılmadan güzəştlər almaq
hüququna malik olmalıdır. Sığortalanmış tərəf onların güzəştlərə ehtiyacı olub
olmamasından asılı olaraq sığorta güzəştləri almaq hüququna malik olurlar. Lakin
sosial yardıma ehtiyacı olan hər hansı bir tərəfsə hökumət tərəfindən onun
müavinətlər almaq hüququ olub olmadığının qiymətləndirilməsi faktını nəzərə
almalıdır, bu zaman yaşayış üçün müvafiq vəsaitlərin olması imkanları da nəzərdən
keçirilir. Onu da qeyd etmək lazımdır ki, son 4-5 ildə sosial sığorta ilə sosial
yardım arasındakı məsafə çox qısalmışdır.
Yəni bir tərəf məqsədli hüquqlara malik olmaqla sosial yardımlar ola biləcək
tərəf kimi qəbul edildiyi halda, digər tərəf sosial sığorta üzrə güzəştlər isə
vəsaitlərin testi aparıldıqdan sonra onların təqdim olunması artırılmaqda davam
edir. Eyni zamanda pensiyaların məbləği aşağı olduğu üçün Respublika prezi-
19
dentinin fərmanıyla dövlət büdcəsindən pensiyalara əlavə müavinətlər təyin edil-
mişdir.
Hər iki hüquqların bu cür bir-birinə yaxınlaşması sosial müdafiə anlayışının
açıqlanması üçün onların vahid hala gətirilməsini tələb edir. Sosial sığorta və ya
sosial müdafiəyə aid olmasının aydınlaşması mümkün olmayan güzəştlərə «qarışıq
güzəştlər» kimi baxılmalıdır.
Sosial sığorta haqlarından əlavə sosial yardım sistemi və digər milli sosial
müdafiə sistemləri sosial müdafiə müavinətlərin digər növlərindən hələ də fərq-
lənməkdədir. Bununla əlaqədar olaraq, sosial kompensasiyalar sistemi barədə də
məsələyə toxunaq. Bu birgə məxrəc sistemlərinin tərkibinə daxil olur ki, bu da
çətinliklərə və itkilərə məruz qalmış insanların problemlərinin həllində hökumət və
ictimaiyyətin birgə həmrəyliyini nümayiş etdirir.
Bu baxımdan əlillər, ahıl yaşlı və müharibədə ailə başçısını itirmiş və təcavüzə
məruz qalmış, eləcə də insan hüquqları tapdanan vətəndaşların pensiya haqları və
digər güzəştləri diqqət mərkəzində olmalıdır.
Bir çox güzəştlər nağd ödənişlər şəklindədir və əməyin ödənilməsindən kifa-
yət qədər qazanc əldə etmək iqtidarında olmayan və məcburi xərclərlə üzləşən
insanların ehtiyaclarına yönəlmişdir. Başqa sözlə desək, həmrəylik, sosial sığorta
və sosial müdafiə sistemləri tərəfindən ifadə olunan ve sosial riskli şəraitə məruz
qalan insanlara verilir. Həmrəyliyə ehtiyacı olan elə hallar olur ki, bunlardan biri
də əsas gəlir anlayışıdır. Bu elə sistemlərə aiddir ki, bütün vətəndaşlar hökumət
tərəfindən, insanların işləməyə marağı olmasından və ya ehtiyacları olub
olmadığından asılı olmayaraq həmişə müavinətlərlə təmin olunurlar. Bu cür əsas
gəlir anlayışı bütün güzəştlərin sosial müdafiə sistemi tərəfindən nağd ödənişli
formada təqdim olunmasına səbəb olur və gələcəkdə bu ödənişlərin ünvanlarının
artırılması əsas məqsəd sayılır.
Sosial müdafiə müavinətləri sosial sığorta və ya sosial yardım üzrə güzəştlərə
bölünə bilməz, lakin öz tərkibinə əsasən təsnifləndirilə bilər. Bununla da, natural
formada təqdim olunmuş güzəştlərə də toxunulmalıdır ki, onlar da mahiyyət etibarı
20
ile nağd formada olan güzəştlərdən və digər ödənişlərdən fərqlənir.
Sosial müdafiə sisteminin təsnifləndirilməsinə nəzər salaq. «Bismark» və
«Beveriç» ən klassik model hesab olunur. Bu sistemlərdə yalnız sosial sığorta
elementləri nəzərə alınır və ön plana çəkilir. Sosial sığortaya «Bismark»
sistemindən yanaşsaq görərik ki bu sistem işləyen əhaliyə xidmətlər göstərilməsinə
həsr olunmuşdur. Burada işçilərə xüsusi yer ayrılır, əhaliyə təqdim olunan
güzəştlərin həcmi onların iş stajlarından və sosial riskli halların baş verməsindən
öncə, onların əldə etdikləri gəlirlərdən bilavasitə asılı olur. Burada sosial sığorta
sistemi məşğul əhalinin etdikləri ayırmalar və onların işə götürənlərinin ödədikləri
tədiyələr hesabına maliyyələşdirilir.
«Beveriç» sosial sığorta modelində məqsəd bütün əhali təbəqələrini yardımlarla
təmin etməkdən ibarətdir. Burada güzəştlər birdəfəlik ödənişlər formasında
müəyyənləşir və maliyyələşmə vergi sistemləri vasitəsilə həyata keçirilir. Hal-
hazırda adları çəkilən hər iki sosial sığorta sistemlərinin öz mükəmməl
formalarında fəaliyyət göstərə biləcəklərindən uzaq olduqları barədə rəy
formalaşmışdır ki, bu da onların milli sosial müdafiə sistemlərindən kifayət qədər
uzaq olmalarından irəli gəlir.
Skandinaviya ölkələrinin sosial müdafiə sisteminə öz xüsusi yanaşmaları var.
Bu ölkələrdə məhkəmələrin sosial müdafiə problemlərinə əhəmiyyətli təsiri vardır.
Bundan əlavə, elə inzibati tədbirlər də mövcuddur ki, hüquqi normativ aktlarla
birgə onlar sosial müdafiə məfhumunun açıqlanmasına kömək edirlər.
Qanunvericiliyin bu problemləri daha az əhatə etdiyi şəraitdə bu açıqlamalara daha
çox ehtiyac duyulur.
Sosial müdafiənin milli modelinin hazırlanması və layihələşdirilməsi
fəaliyyətin bir növüdürsə, məsələnin ikinci tərəfi bütün bunların həyata keçirilməsi
üçün müvafiq inzibati idarəetmə strukturunun yaradılmasına olan tələblərdir. Bu,
ə
n azı, bir neçə müxtəlif sosial müdafiə sistemlərini, müxtəlif əhali təbəqələri və
müxtəlif qruplar üçün sosial müdafiə tədbirləri həyata keçirən sistemləri idarə edən
inzibati qurumlar olmalıdır. Fəaliyyətin professional səviyyədə təşkil olduğu
Dostları ilə paylaş: |