Microsoft Word standart sertler (TC) 11 noyabr 2016



Yüklə 0,52 Mb.
Pdf görüntüsü
səhifə3/7
tarix17.09.2018
ölçüsü0,52 Mb.
#68975
1   2   3   4   5   6   7

6

təqdim  etdiyi  telefon  nömrəsi  vasitəsilə  (SMS-lə)  Müqavilənin  rəsmiləşdirilməsinin  digər  şəxs 

tərəfindən həyata keçirilməsi halına, mobil telefon nömrəsinin rəsmi qaydada onun adına olmaması 

halına  istinad  etməyəcəkdir.  Bank  tərəfindən  hesab  ediləcəkdir  ki,  Müştərinin  Banka  təqdim  etdiyi 

telefon  nömrəsi  vasitəsilə  (SMS-lə)  Müqavilənin  rəsmiləşdirilməsi  üçün  edilən  bütün  hərəkətlər 

Müştərinin özü tərəfindən həyata keçirilmişdir. Müştəridən asılı olan hər hansı bir səbəbdən SMS-lə 

Müqavilənin  rəsmiləşdirilməsinin  nəticəsi  baş  verdikdən  sonra  (məsələn,  Müştəriyə  kredit  xəttinin 

ayrılması və s.) Müştəri  müvafiq Müqavilənin rəsmiləşdirilməsindən xəbər tutarsa və etirazı olarsa, 

Müqavilənin rəsmiləşdirilməsinin nəticələrinin aradan qaldırılması üçün müvafiq işlər görməli, Banka 

müraciət etməli və kredit verilərsə, onu Banka dərhal qaytarmalıdır.   



3. BANK HESABI

3.1.  Standart  şərtlərin    bu  hissəsinə  görə  Bank  Müştəriyə  Xüsusi  şərtlərdə  nəzərdə  tutulan  müvafiq 

bank  hesabını  açmağı,  Azərbaycan  Respublikasının  hüquqi  aktlarında  və  Xüsusi  şərtlərdə,  o 

cümlədən  hazırkı  Standart  şərtlərdə  nəzərdə  tutulanlara  və  məhdudiyyətlərə  riayət  etməklə  açılmış 

hesaba  daxil  olan  pul  vəsaitini  qəbul  edib  mədaxil  etməyi,  hesabdan  müvafiq  məbləğlərin 

köçürülməsinə  və  verilməsinə,  hesab  üzrə  digər  əməliyyatların  aparılmasına  dair  Müştərinin 

sərəncamlarını  yerinə  yetirməyi,  Müştəri  isə  ona  göstərilmiş  bank  xidmətlərinin  haqqını  ödəməyi 

öhdəsinə götürür. 

3.2.  Bank  xidmətlərinin  dəyəri  Bankın  qüvvədə  olan  Tarif  dərəcələrinə  müvafiq  olaraq  müəyyən 

olunur


3.3. Bankın vəzifələri :  

3.3.1.  Müştərinin  müraciəti  əsasında  qanunvericiliklə  və  bankdaxili  qaydalarla  müəyyən  edilmiş 

sənədlər təqdim edildikdən sonra müvafiq hesablar açmaq; 

3.3.2. Müştərinin hesabında olan pul vəsaitlərini qorumaq; 

3.3.3.  Ödəniş  sənədlərini  qəbul  edib,  düzgün  tərtib  olunmasını  yoxlayıb,  imza  nümunələri  ilə 

üzləşdirdikdən  sonra  hazırkı  Standart  şərtlər  ilə  və  Azərbaycan  Respublikasının  hüquqi  aktları  ilə 

müəyyən edilmiş məhdudiyyətləri nəzərə almaqla aidiyyəti üzrə köçürmək; 

3.3.4. Müştərinin adına daxil olan vəsaitləri müvafiq hesablara daxil etmək; 

3.3.5.  Əməliyyatların  aparıldığı  gündən  sonrakı  iş  günündən  gec  olmayaraq  Müştərinin  tələbi  ilə 

müvafiq xidmət haqqı müqabilində hesablar üzrə çıxarışları ona kağız və ya elektron formada təqdim 

etmək; 

3.3.6. Ödənişləri milli və ya sərbəst dönərli valyutalarda hesabların kredit qalığı həcmində aparmaq; 



3.3.7.  Müştəri  haqqında  məlumatların  məxfiliyini  Azərbaycan  Respublikası  qanunvericiliyi  və 

Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun şəkildə təmin etmək; 

3.3.8.  Hazırkı  Standart  şərtlərin  digər  bəndləri  və  Azərbaycan  Respublikası  qanunvericiliyi  ilə 

nəzərdə tutulmuş digər vəzifələr. 



3.4.Bankın hüquqları : 

3.4.1.  Aparılmış  əməliyyatlara  görə  Bankın  Tarif  dərəcələrinə  əsasən  müəyyən  edilmiş  xidmət 

haqqını müştərinin hesabından mübahisəsiz qaydada (müştərinin sərəncamı olmadan)  tutmaq; 

3.4.2.  Müştərinin  adı,  rekvizitlərdə  nəzərdə  tutulan  digər  məlumatlar  dəyişdikdə  qanunvericiliklə 

müəyyən olunan qaydada bank hesabının yenidən rəsmiləşdirilməsini tələb etmək; 

3.4.3.  Müştərinin  vətəndaşlığı  və/və  ya  daimi  yaşayış  yeri  olan  ölkənin  dövlət  qurumlarının  tələbi 

əsasında Müştəri, onun hesabları barədə məlumatı Azərbaycan Respublikasının qanunvericiliyinə (o 

cümlədən  bank  sirrinə  dair  normalara),  Azərbaycan  Respublikasının  tərəfdar  çıxdığı  beynəlxalq 

müqavilələrə uyğun şəkildə aidiyyəti qaydada təqdim etmək; 

3.4.4.  Azərbaycan  Respublikasının  hüquqi  aktları,  Azərbaycan  Respublikasının  tərəfdar  çıxdığı 

beynəlxalq müqavilə və sazişlərdən irəli gələn hallarda müştəridən onun pul axını, maliyyə mənbələri, 

həmçinin imza hüququ olan şəxslərin eyniləşdirilməsinə dair məlumatları tələb etmək; 




7

3.4.5. Müştəri tələb olunan məlumatları təqdim etmədikdə onunla mövcud olan münasibətlərə xitam 

vermək; 

3.4.6. Bank Müştərinin bu hissədə nəzərdə tutulanlara əsasən açılan hesabında olan qalığına heç bir 

faiz ödəməyi öhdəsinə götürmür. 

3.5. Müştərinin vəzifələri : 

3.5.1. Hesabların açılması üçün Azərbaycan Respublikasının hüquqi aktlarında nəzərdə tutulmuş və 

Bankın tələb etdiyi müvafiq sənədləri təqdim etmək; 

3.5.2. Hesabında olan pul vəsaitlərindən mövcud qanunvericiliyə uyğun istifadə etmək; 

3.5.3. Ödəniş tapşırığı sənədi və digər ödəniş sənədlərini düzgün tərtib etmək; 

3.5.4. Aparılmış əməliyyatlara görə xidmət haqqını vaxtında ödəmək; 

3.5.5. Hesabında olan vəsaitlərdən qeyri-leqal məqsədlər üçün istifadə etməmək; 

3.5.6.  Azərbaycan  Respublikasının  hüquqi  aktları,  Azərbaycan  Respublikasının  tərəfdar  çıxdığı 

beynəlxalq  müqavilə  və  sazişlərdən  irəli  gələn  hallarda  öz  pul  axını,  maliyyə  mənbələri,  həmçinin 

imza hüququ olan şəxslərin eyniləşdirilməsinə dair məlumatları Banka təqdim etmək; 

3.5.7. Hesab üzrə icrası nəzərdə tutulan əməliyyatların təyinatı, güman edilən limitləri barədə Banka 

məlumat vermək; 

3.5.8.  Hesabına  yanlış  daxil  olma  olduqda,  bu  barədə  dərhal  Banka  məlumat  vermək  və  həmin 

məbləği geri qaytarmaq; 

3.5.9. Adı, soyadı, həmçinin rekvizitlərdəki digər dəyişikliklər haqqında zəruri məlumatları 7 (yeddi) 

iş günü ərzində Banka təqdim etmək; 

3.5.10.  Azərbaycan  Respublikasının  hüquqi  aktları  ilə  tələb  olunan  müvafiq  sorğu  anketini 

doldurmaq;

3.5.11.  Müştəri  tərəfindən  məlumatların  təqdim  edilməməsi  və  ya  vaxtında  təqdim  edilməməsi 

nəticəsində Banka dəyən ziyana görə Müştəri maddi məsuliyyət daşıyır. 



3.6. Müştərinin hüquqları : 

3.6.1. Banka təqdim etdiyi sərəncam əsasında bank hesabına pul vəsaitinin qəbul edilməsini və hesaba 

mədaxil  edilməsini,  hesabdan  müvafiq  məbləğlərin  köçürülməsini  və  verilməsini,  hesab  üzrə  digər 

əməliyyatların aparılmasını tələb etmək; 

3.6.2.  Hesablar  üzrə  çıxarışlarda  hər  hansı  bir  səhv  olduqda  3  (üç)  həftə  ərzində  Banka  müraciət 

etmək; 


3.6.3.  Əməliyyatların  aparılmasını  Azərbaycan  Respublikasının  qanunvericiliyi  ilə  müəyyən  edilmiş 

qaydada üçüncü şəxslərə həvalə etmək; 

3.6.4. “196” Müştəri Xidməti və ya ölkə xaricindən (+994 12) 598 12 95 telefon nömrəsi vasitəsilə 

Bankla əlaqə saxlamaq. 



3.7. Bank hesabı aşağıdakı hallarda bağlanılır : 

3.7.1. Müştəri  tərəfindən 1 (bir) il ərzində bank hesabı üzrə əməliyyatlar aparılmadıqda; 

3.7.2. Müştəri tərəfindən bank hesabından çirkli pulların yuyulması, terrorizmin maliyyələşdirilməsi 

və digər qeyri – leqal məqsədlər üçün istifadə edildikdə; 

3.7.3. Müştərinin ərizəsi əsasında; 

3.7.4. Müştərinin Banka yalnış məlumat verdiyi aşkar edildikdə, özü barəsində saxta, düzgün olmayan 

sənədlər təqdim etdikdə və ya Bankı digər formada aldatdıqda; 

3.7.5.  Azərbaycan  Respublikasının  hüquqi  aktları,  Azərbaycan  Respublikasının  tərəfdar  çıxdığı 

beynəlxalq  müqavilə  və  sazişlərdən  irəli  gələn  hallarda  Müştəri  öz  pul  axını,  maliyyə  mənbələri, 

həmçinin imza hüququ olan şəxslərin eyniləşdirilməsinə dair məlumatları Banka təqdim emədikdə; 

3.7.6. Qanunvericilikdən irəli gələn digər hallarda. 

3.8. Müştərinin hesabı Bank tərəfindən bağlanılanda hesabdakı pul vəsaitinin qalığı Müştəriyə verilir 

və  ya  Müştərinin  göstərişi  ilə  onun  müvafiq  yazılı  ərizəsinin  alındığı  gündən  ən  geci  yeddi  təqvim 

günü  keçənədək  başqa  hesaba  köçürülür.  Hesabın  qalığı  Müştəri  tərəfindən  geri  alınmadıqda  və  ya 




Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə