Microsoft Word standart sertler (TC) 11 noyabr 2016



Yüklə 0,52 Mb.
Pdf görüntüsü
səhifə7/7
tarix17.09.2018
ölçüsü0,52 Mb.
#68975
1   2   3   4   5   6   7

14

bildirmədiyi  təqdirdə,  əvvəlki  yaşayış  yerinə  göndəriləcək  məlumatlara  etiraz  etməyəcəyini  qəbul 

edir.

6.21.2.  Müştəri  Bank  tərəfindən  Kart  ilə  bağlı  bütün  məsələlərə  aid  məlumatların  Azərbaycan 



Respublikasının qüvvədə olan qanunvericiliyi ilə nəzərdə tutulduğu halda müvafiq dövlət orqanlarına 

verilməsini əvvəlcədən qeyd-şərtsiz qəbul edir. 



7. ƏMANƏTLƏRİN SIĞORTALANMASI FONDU, BANK VƏ MÜŞTƏRİ

7.1.  Bank  «30»  iyul  2007-ci  il  tarixindən  Əmanətlərin  Sığortalanması  Fondunun  (bundan  sonra  – 

«Fond»)  iştirakçısı  olaraq  (11  saylı  Şəhadətnamə)  Fonda  sığorta  haqqı  ödəyir  (bu  haqq  Müştəridən 

tutulmur). Bank tərəfindən Müştəridən bütün müvafiq valyutalarda hesaba qəbul edilmiş pul vəsaitləri 

Fond tərəfindən sığortalanır. 

7.2. Sığorta hadisəsi - Bankın məcburi ləğvi və ya müflis elan olunması, Bankın Müştəri qarşısında 

öhdəlikdərinin yerinə yetirilməsinə məhkəmə tərəfindən moratorium tətbiq edilməsi barədə məhkəmə 

qərarının  qüvvəyə  minməsi  və  Bankın  Müştəri  qarşısında  öz  öhdəliklərini  yerinə  yetirə  bilməməsi 

faktının Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən təsdiq edilməsidir. 

7.3.  Sığorta  hadisəsi  baş  verdikdə,  Fond  aşağıdakı  kütləvi  informasiya  vasitəsilərində  Müştəriyə 

kompensasiya ödənilməsi yeri və vaxtı haqqında elan verir: 

a)  AzTV;  b)  İctimai  TV;  c)  Azərbaycan  qəzeti;  d)  Respublika  qəzeti;  e)  Xalq  qəzeti;  f)  AzərTAc 

informasiya agentliyi; g) APA informasiya agentliyi.

7.4.  Hesabda  olan  pul  vəsaiti  üzrə  sığorta  haqlarının  və  kompensasiyanın  ödənilməsi  şərtləri 

Azərbaycan  Respublikasının  əmanətlərin  sığortalanması  ilə  bağlı  qüvvədə  olan  hüquqi  aktlarında 

nəzərdə tutulanlara əsasən müəyyən edilir.  

7.5.  Müştərinin  kompensasiya  almaq  hüququ  Fondun  kompensasiyaların  ödənilməsi  haqqında  elanı 

ilk  dəfə  dərc  etdiyi  gündən  5  (beş)  il  müddətində  saxlanılır.  Fond  sığorta  hadisəsi  baş  verdikdə 

Müştəriyə vəsaitin məbləğinin Azərbaycan Respublikasının hüquqi aktlarına əsasən ödəyir.  

7.6.  Müştərinin  Bankda  bir  neçə  bank  hesabı,  hesablarındakı  pul  vəsaitləri  müxtəlif  valyutalarda 

oldugu zaman, Fond həmin hesablardakı pul vəsaitlərini toplayır və bir əmanət (burada hesabda olan 

pul vəsaiti nəzərdə tutulur) kimi  kompensasiya olunur.  

7.7.  Müştəri  aşağıda  göstərilən  ünvanda  və  ya  əlaqə  telefonları  və  elektron  poçt  vasitəsi  ilə  Fondla 

əlaqə saxlaya bilər: AZ1014, Bakı şəhəri, Bül-Bül prospekti 40 ; əlaqə tel: (99412) 596 65 91, 596 65 

92, 596 65 93; Faks: (99412) 596 65 94; e-mail: adif@adif.az; sayt:

www.adif.az



8. “İNTERNET/MOBİLE BANKİNG” XİDMƏTİ 

Standart  şərtlərin  bu  hissəsi  Bankda  Kart  hesabı  olan  fiziki  şəxslərin  Bankın  “İnternet/Mobile 

Banking”  xidmətinə  qoşulması  və  istifadəsi  ilə  bağlı  Müştəri  ilə  Bank  arasındakı  münasibətləri 

tənzimləyir, tərəflərin hüquq və vəzifələrini müəyyən edir. 

8.1. “İNTERNET/MOBİLE BANKİNG” xidmətinə daxil olma 

8.1.1.  Bank  tərəfindən  Müştəriyə  fərdi  kart  hesabı  açıldığı  təqdirdə,  Müştərinin  müraciəti  əsasında, 

Bankda  Müştərinin  “İnternet/Mobile  Banking”  xidmətinə  qoşulması  təmin  edilə  bilər.  Bu  xidmətə 

qoşulma Bankın Yerli struktur bölməsinə müraciət etməklə, Bank tərəfindən tələb olunan sənədləri 

təqdim  etməklə  və  ya  Bankın  ATM  şəbəkəsi  vasitəsilə  həyata  keçirilə  bilər.  “İnternet/Mobile 

Banking” xidmətinə qoşulan zaman müvafiq Yerli struktur bölmədə Müştərinin adına açılmış bütün 

kartlar avtomatik qaydada xidmətə əlavə olunur.  

8.1.2.  “İnternet/Mobile  Banking”  xidmətinə  daxil  olmaq  üçün  Bank  tərəfindən  təqdim  olunmuş 

İstifadəçi  (Müştəri)  adı,  FİN  kod  və  eyniləşdirilmə  növündən  asılı  olaraq  məxfi  söz  və  ya  SMS 

vasitəsilə göndərilən birdəfəlik məxfi koddan istifadə edilir. 

8.1.3.  “İnternet/Mobile  Banking”  xidmətinə  kompüter  vasitəsilə  daxil  olmaq  üçün  Müştəri  Bankın 

rəsmi  İnternet  səhifəsində  (

www.kapitalbank.az

)  yerləşən  “İnternet  Banking”  linkinə,  yəni  internet 




15

ünvanına  daxil  olub  İstifadəçi  (Müştəri)  adını,  FİN-kodu  və  eyniləşdirilmə  növündən  asılı  olaraq 

məxfi sözü və ya SMS vasitəsilə göndərilən birdəfəlik məxfi kodu müvafiq xanalarda qeyd edir. 

8.1.4.  Mobil  telefondan  “İnternet/Mobile  Banking”  xidmətindən  istifadə  etmək  üçün  Müştəri 

kompüter  və  ya  mobil  telefon  vasitəsilə  “Kapital  Bank”  ASC-nin  rəsmi  İnternet  səhifəsi  olan 

www.kapitalbank.az

  saytında, yəni internet ünvanında yerləşən “Mobile Banking” linkinə daxil olub, 

mobil  telefonunun  əməliyyat  sisteminə  uyğun  (iOS  /  Android  OS  və  digər)  “Midlet”  proqram 

təminatını  yükləməlidir.  Eyniləşdirilmə  növü  kimi  mobil  nömrə  üsulu  seçildiyi  təqdirdə  Müştəri, 

“İnternet/Mobile  Banking”  xidmətinin  qoşulduğu  mobil  telefon  nömrəsini  dəyişdirdiyi  halda  həmin 

gün Banka məlumat verməlidir. Belə məlumatın verilmədiyi halda yarana biləcək neqativ hallar üçün 

Bank məsuliyyət daşımır.  

8.1.5. Müştərinin ölkə xaricində “İnternet/Mobile Banking” xidmətinə qoşula bilməsi üçün, birdəfəlik 

məxfi  kodların  göndərildiyi  mobil  nömrənin  rouminq  xidməti  aktiv  olmalıdır.  Rouminq  xidməti 

zamanı  yarana  biləcək  problemlərə  görə  Bank  məsuliyyət  daşımır.  Müştəri  “İnternet/Mobile 

Banking” xidmətinə bağlı bütün fərdi kart hesablarına görə eyni dərəcədə məsuliyyət daşıyır.  

8.2. “İNTERNET/MOBİLE BANKİNG” xidmətinin istifadə müddəti 

Bankın “İnternet/Mobile Banking” xidməti müddətsiz açılır və “İnternet/Mobile Banking” xidmətinin 

qoşulmaya dair Xüsusi şərtlər imzalandığı gündən qüvvəyə minir. 

8.3. “İNTERNET/MOBİLE BANKİNG” xidməti vasitəsilə aparılan əməliyyatlar

Müştəri “İnternet/Mobile Banking” xidməti vasitəsilə ödəniş kart hesabları üzrə hesabdan çıxarışların 

alınması, hesab qalığının öyrənilməsi, kommunal və mobil rabitə üzrə ödənişlərin aparılması,Virtual 

kartın  buraxılması,  kart  hesabları  arasında  və  digər  bankların  ödəniş  kartlarına  köçürmələrin 

aparılması  (Card-to-Card),  ödəniş  kartı  olmayan  şəxslərə  vəsaitin  göndərilməsi  (Cash-by-Code), 

ödəniş kartının bloklaşdırılması, Ödəniş kartına dair gündəlik limitlərin (İnternet üzərindən aparılan 

əməliyyatlara, yüksək riskli və risk dərəcəsi nisbətən aşağı olan ölkələrdə ATM-lərdən nağd vəsaitin 

çıxarılması və POS-terminal vasitəsilə ödənişlərin aparılması üzrə) dəyişdirilməsi, Bankda olan kredit 

borclarının  ödənilməsi  kimi  əməliyyatları  apara  bilər.  Müştəri  “İnternet/Mobile  Banking”  xidməti 

vasitəsilə aparılan əməliyyatların məbləğinin hesabından silinəcəyini və bu növ əməliyyatlar zamanı 

heç bir satış qəbzinin tərtib edilməyəcəyini qəbul edir.  

8.4. “İNTERNET/MOBİLE BANKİNG” xidməti vasitəsilə Visa virtual kartının buraxılması və 

bu kartla aparılan əməliyyatlar

8.4.1.  Müştəri  “İnternet/Mobile  Banking”  xidməti  vasitəsilə  yaradılan  Virtual  kartı  yalnız  internet 

şəbəkəsində  istifadə  edə  bilər.  Virtual  kart  buraxılarkən  fiziki  olaraq  kart  çap  edilmir  və  bu  kart 

müştərinin istəyindən asılı olaraq onun “İnternet/Mobile Banking” xidmətinə bağlı olan istənilən fərdi 

kart hesabına bağlanıla bilər.  

8.4.2. Müştəri tərəfindən Virtual kart üçün müvafiq limitlərin təyin edilməsi zəruridir və Müştəri bu 

limitləri aşmamağı öz öhdəsinə götürür.  

8.4.3.  Müştəri  Virtual  kart  vasitəsilə  aparılan  əməliyyatların  dəyərinin  avtomatik  olaraq  hesabından 

silinəcəyini və bu növ əməliyyatlar zamanı heç bir satış qəbzinin tərtib edilməyəcəyini qəbul edir. 

8.5. “İNTERNET/MOBİLE BANKİNG” xidmət haqqı, komisyon haqqı və borc ödəmələri 

8.5.1.  Müştəri  “İnternet/Mobile  Banking”  xidmətinə  qoşulmaq  üçün  Bank  tərəfindən  müəyyən 

edilmiş  xidmət  haqqı  tariflərinə,  yəni  Bankın  Tarif  dərəcələrinə  əsasən  müvafiq  xidmət  haqqını 

ödəməyi qəbul edir. 

8.5.2.  Müştəri  “İnternet/Mobile  Banking”  xidmətindən  istifadə  ilə  bağlı  yaranan  borcu,  həmçinin 

“İnternet/Mobile Banking” xidməti üzrə Bankın Tarif dərəcələrində göstərilmiş faiz, komisyon haqqı 

və digər ödəmələri Banka ödəməyi öhdəsinə götürür.  

8.5.3. Bank xarici valyutanın konvertasiyası üçün əlavə komisyon haqqı almaq hüququna malikdir. 




16

8.5.4. Müştəri yaranmış borcu Banka ödəməlidir. Ödəmələr hesabın valyutasına müvafiq olaraq qəbul 

edilir. Ödəmələrdə Bank tərəfindən müəyyən edilən valyuta məzənnələri Bank tərəfindən əsas kimi 

götürülür.

8.5.5. Müştəri hesabında texniki overdraft-ın (valyuta məzənnəsinin dəyişməsi, təkrar silinmə və s.) 

yaranacağı təqdirdə, “İnternet/Mobile Banking” xidmətinin istifadəsinin dayandırılacağını, bütün borc 

və  öhdəlikləri  təcili  yerinə  yetirəcəyini  və  bununla  əlaqədar  hesablanacaq  cərimə  haqqını  ödəməyi 

öhdəsinə götürür. 



8.6. “İNTERNET/MOBİLE BANKİNG” üzrə Müştərinin əməliyyatlara etiraz etmə hüququ 

8.6.1.  Müştərinin  hesabdan  çıxarış  ilə  bildirilən  borc  və  ödənişləri  haqqında  qeydlərinə  dair  etiraz 

etmək  hüququ  vardır.  Aparılmış  əməliyyatlar  üzrə  Müştərinin  etirazı  olduqda  Müştəri  Bankın  yerli 

struktur  bölməsinə  müraciət  edərək  müvafiq  ərizə  formasını  doldurur  və  ya  “196”  Müştəri 



Xidmətinə  (ölkə  xaricindən    Tel:  (99412)  598  44  60)  zəng  edərək  sorğusunu  saxlayır.  Etirazlar 

hesabdan silinmə tarixindən 45  (qırx  beş)  təqvim  günü ərzində Banka bildirilməlidir, əks təqdirdə 

etirazlar qəbul edilmir. Bundan əlavə, Müştəri etiraz və “İnternet/Mobile Banking” xidməti ilə bağlı 

meydana çıxa biləcək bütün anlaşılmazlıqlarda Bankın sənədlərinin və kompüter məlumatlarının qəti 

dəlil olacağını, onlara etiraz etməyəcəyini qəbul edir və öhdəsinə götürür. 

8.7. “İNTERNET/MOBİLE BANKİNG” xidməti üzrə Müştərinin məsuliyyəti 

8.7.1. Müştəri Bankın razılığı olmadan, Xüsusi şərtlər, o cümlədən hazırkı Standart şərtlər ilə nəzərdə 

tutulmuş hüquq və öhdəliklərini üçüncü şəxsə verə bilməz;  

8.7.2. Müştəri istifadəçi adını, FİN kodu, məxfi sözü, birdəfəlik məxfi kodları və “İnternet Banking” 

və  “Mobile  Banking”  xidmətləri  vasitəsilə  yaradılan  Virtual  kart  məlumatlarını  heç  kimə 

verməyəcəyini,  bunların  üçüncü  şəxslərin  əlinə  keçməsinin  qarşısını  almaq  məqsədilə  lazımi 

tədbirləri görəcəyini, hər hansı bir səbəbə görə “İnternet/Mobile Banking” xidmətinə üçüncü şəxslərin 

qoşulmasına  və  Virtual  kart  vasitəsilə  aparılan  bütün  əməliyyatlara  görə  məsuliyyət  daşıdığını,  bu 

barədə Banka şikayət və etiraz etməyəcəyini, belə hallarda Bankın çəkəcəyi ziyanı ödəyəcəyini qəbul 

edir  və  öhdəsinə  götürür.  Müştərinin  adı,  FİN  kod,  məxfi  söz,  birdəfəlik  məxfi  kodları  və 

“İnternet/Mobile  Banking”  xidməti  vasitəsilə  yaradılan  Virtual  kart  məlumatları  itdikdə  və  ya 

oğurlandıqda, Müştəri tərəfindən Bankın “196”  Müştəri  Xidmətinə (ölkə xaricindən  Tel: (99412) 

598  44  60)  dərhal  məlumat  verilməlidir.  Müştəri  bu  xəbərdən  sonra  “İnternet/Mobile  Banking” 

xidmətinin  Bank  tərəfindən  bağlanacağını,  Müştəri  Adı  və  FİN  kod  tapıldıqda  isə  ondan  istifadə 

etməyərək,  Banka  qaytaracağını  öhdəsinə  götürür.  Bank  tərəfindən  yeni  bir  “İnternet/Mobile 

Banking” xidmətinə qoşulma ilə əlaqədar bütün xərclərin ödənilməsini Müştəri öz öhdəsinə götürür. 

Qeyd olunan məlumatların itirilməsindən və ya oğurlanmasından sonra üçüncü şəxslərin apardıqları 

əməliyyatlar üçün Bankın məsuliyyət daşımayacağını və bu səbəbə görə Bank qarşısında heç bir tələb 

irəli sürməyəcəyini qəbul edir və öhdəsinə götürür. Müştəri “İnternet/Mobile Banking” xidməti və bu 

xidmət  vasitəsilə  yaradılan  Virtual  kartla  heç  bir  qanunsuz  əməliyyat  aparmamağı  qəbul  edir  və 

öhdəsinə götürür.

8.7.3. Müştəri, xidmətə qoşulan ödəniş kartları üzrə hər hansı limitin dəyişdirilməsi nəticəsində ortaya 

çıxa  biləcək  neqativ  hallara  görə  Bankın  məsuliyyət  daşımayacağını  və  bu  səbəbə  görə  Bank 

qarşısında heç bir tələb irəli sürməyəcəyini qəbul edir və öhdəsinə götürür. 



8.8.  “İNTERNET/MOBİLE BANKİNG” xidmətinin fəaliyyətinin dayandırılması və ləğvi 

8.8.1.  Bank  Müştərinin  “İnternet/Mobile  Banking”  xidmətinə  qoşulmasından  imtina  edə  bilər. 

Müştəri  “İnternet/Mobile  Banking”  xidmətlərindən  istifadə  müddəti  ərzində  Azərbaycan 

Respublikasının qanunlarına, Xüsusi şərtlərdə, o cümlədən hazırkı Standart şərtlərdə qeyd edilənlərə, 

Bankın  müəyyən  etdiyi  və  gələcəkdə  müəyyən  edəcəyi  qaydalarına  əsasən  istifadə  etməyi  öz 

öhdəsinə  götürür.  Müştəri  “İnternet/Mobile  Banking”  xidməti  ilə  bağlı  bütün  məsələlərə  aid 

məlumatların  Azərbaycan  Respublikasının  qüvvədə  olan  qanunvericiliyinə  uyğun  olaraq  Bank 



17

tərəfindən  müvafiq  dövlət  orqanlarına  və  başqa  dairələrə  verilməsini  əvvəlcədən  qeyd-şərtsiz  qəbul 

edir;

8.8.2.  Müştəri  tərəfindən  limit  aşıldıqda  və  yaranmış  borc  müəyyən  edilmiş  qaydada  və  müddətə 



ödənilmədikdə  və  ya  Xüsusi  şərtlərin,  o  cümlədən  hazırkı  Standart  şərtlərin  müəyyən  bir  bəndinə 

əməl  edilməməsi  səbəbi  ilə  və  yaxud  hər  hansı  bir  səbəb  göstərməklə  Bank  “İnternet/Mobile 

Banking” xidmətinin istifadəsini dayandıra bilər.  

8.8.3.  Müştəri  vəfat  etdikdə,  “İnternet/Mobile  Banking”  xidmətinin  fəaliyyəti  dayandırılır  və 

yaranmış  borcların  təcili  ödənilməsi  qüvvədə  olan  Azərbaycan  Respublikasının  qanunvericiliyinə 

uyğun olaraq onun vərəsələrinin üzərinə düşür.  

8.8.4. Xüsusi şərtlərə, o cümlədən hazırkı Standart şərtlərə xitam verilən zaman Müştəri ona məxsus 

olan bütün kodları məhv etməyi və onları üçüncü şəxslərə verməməyi öhdəsinə götürür. Bütün digər 

məxfi  sənədləri  Tərəflər  maliyyə  sənədlərinin  məhv  edilməsi  qaydasına  və  müddətlərinə  müvafiq 

olaraq saxlayırlar və məhv edirlər. 

8.8.5.  Bank  tərəfindən  “İnternet/Mobile  Banking”  xidmətinin  fəaliyyətini  dayandırıldığı  halda, 

Müştəri  Bank  qarşısında  olan  borc  və  öhdəliklərini  bütövlüklə  yerinə  yetirənə  qədər,  bu  şərtlərin 

müddəalarının qüvvədə olduğunu qəbul edir. 

8.8.6.  Müştəri  “İnternet/Mobile  Banking”  xidmətini  vaxtından  əvvəl  dayandırmaq  istədikdə  və  ya 

servis  üzrə  hər  hansı  düzəlişi  həyata  keçirmək  istədikdə  o  Bankın  “196”  Müştəri  Xidmətinə  (ölkə 

xaricindən  Tel: (99412) 598 44 60) müraciət etməlidir. 



9. SMS İnfo və SMS Banking XİDMƏTİNƏ QOŞULMA VƏ XİDMƏTDƏN İSTİFADƏ 

9.1. Hazırkı Standart şərtlərin bu hissəsi Bankda fərdi kart hesabı olan fiziki şəxslərin Bankın “SMS 

İnfo”  və  “SMS  Banking”    xidmətinə  qoşulması  və  istifadəsi  ilə  bağlı  Müştəri  ilə  Bank  arasındakı 

münasibətləri tənzimləyir, tərəflərin hüquq və vəzifələrini müəyyən edir. 

9.2. “SMS İnfo/SMS Banking” xidməti yalnız “Azercell”, “Bakcell” və “Azerfon” abonentləri olan 

Bankın ödəniş kart sahiblərini əhatə edir və Azərbaycan, Rus və İngilis dilində təqdim olunur.   

9.3.  “SMS  İnfo/SMS  Banking”  xidmətindən  istifadəyə  görə  Müştəridən  Bankın  tarif  dərəcələrinə 

uyğun olaraq müvafiq xidmət haqqı tutulur.  

9.3.1  Bir  ödəniş  kartını  eyni  zamanda  bir  neçə  xidmətə  və  bir  neçə  mobil  nömrəyə  qoşmaq 

mümkündür, lakin bu zaman hər servis və nömrə üzrə göndərilən SMS-ə görə ayrı-ayrılıqda Bankın 

Tarif dərəcələrinə uyğun xidmət haqqı müştərinin hesabından tutulacaqdır. 

9.4.  Bankın  “SMS  İnfo/SMS  Banking”    xidmətinə  3  yolla  qoşulmaq  mümkündür:  Bankın  Yerli 

struktur  bölməsinə  müraciət  etməklə,  Banka  məxsus  hər  hansı  bir  bankomat  vasitəsilə  və  Bankın 

“196”Müştəri Xidmətinə zəng etməklə. 

9.5. SMS vasitəsilə məlumatın göndərilməsi mobil operator tərəfindən təmin edilir.  

9.6. Bankın “SMS İnfo” xidmətinin köməyi ilə Müştəri özünə məxsus ödəniş kartları üzrə avtomatik 

olaraq göndərilən SMS vasitəsilə aşağıdakı məlumatları əldə edir:  

9.6.1. Hesabına köçürülən məbləğlər, kartın istifadə müddətinin bitməsi haqqında məlumat. 

9.7.  Bankın  “SMS  Banking”  xidmətinə  qoşulmaqla,  Müştəri  Bankda  olan  kart  hesab(lar)ı  üzrə 

aşağıdakı əməliyyatları apara bilər:  

9.7.1.  Ödəniş  kartı  vasitəsilə  aparılan  hər  bir  əməliyyat  haqqında  məlumatın  alınması  (uğurlu  və 

uğursuz cəhdlər),  ödəniş kartının hesabında olan cari balans barədə məlumatın alınması, əməliyyatlar 

üzrə  hesabdan  qısa  məzmunlu  çıxarışın  alınması,ödəniş  kartının  müvəqqəti  bloklaşdırılması,  

kommunal xidmətlər və mobil rabitə üzrə ödənişlərin aparılması,  gündəlik valyuta məzənnəsi barədə 

məlumatın alınması, ödəniş kartının istifadə müddətinin bitməsi haqqında məlumatın alınması. 

9.7.2  “SMS  İnfo/SMS  Banking”  xidmətinin  deaktiv  edilməsi  Bankın  Yerli  struktur  bölməsinə 

müraciət  etməklə,  Banka  məxsus  hər  hansı  bir  bankomat  vasitəsilə  və  Bankın  “196”  Müştəri 



Xidmətinə zəng etməklə mümkündür. 


18

10. DİGƏR ŞƏRTLƏR 

10.1.  Tərəflər  arasında  Xüsusi  şərtlərin,  o  cümlədən  hazırkı  Standart  şərtlərin  icrası  ilə  əlaqədar 

yaranan mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən məhkəmə qaydasında həll 

olunur.  Tərəflər  arasında  Xüsusi  şərtlər,  o  cümlədən  hazırkı  Standart  şərtlər  ilə  tənzimlənməyən 

münasibətlər Azərbaycan Respublikasının qanunvericiliyi ilə tənzimlənir. 

10.2.  Xüsusi  şərtlərin,  o  cümlədən  hazırkı  Standart  şərtlərin  hər  hansı  bəndinin  qismən  və  ya 

bütünlüklə  etibarsız,  yaxud  Azərbaycan  Respublikasının  qanunvericiliyinə  zidd  olması  müəyyən 

edildikdə,  sözügedən  etibarsız  bənd  və  ya  onun  etibarsız  hissəsi  Müqavilədən  çıxarılmış  hesab 

ediləcək və Müqavilənin digər bəndlərinin etibarsızlığına səbəb olmayacaqdır. 

10.3. Xüsusi şərtləri imzalamaqla Müştəri öz kredit borcları haqqında məlumatların alınması və onun 

haqqında  toplanan  məlumatlarda  qeyri-dəqiqliyin  aradan  qaldırılması  üçün  Banka  Azərbaycan 

Respublikası Mərkəzi Bakının Mərkəzləşdirilmiş Kredit Reyestrinə (MKR) müraciət etmək hüququnu 

verir.

10.4.    Fors-major  hallarında  (daşqın,  uçqun,  sel,  zəlzələ,  yer  sürüşməsi,  yanğın,  müharibə,  silahlı 



iğtişaşlar  və  s.)  Xüsusi  şərtlərin,  o  cümlədən    hazırkı  Standart  şərtlərin  icrası  mümkün  olmadıqda 

onun icrası həmin halın mövcud olduğu müddət ərzində dayandırılır. Fors-major halına istinad edən 

tərəf bu halın baş verməsi haqqında digər tərəfə dərhal yazılı məlumat verməlidir.  

10.5. Xüsusi şərtlərdə, o cümlədən  hazırkı Standart şərtlərdə qeyd edilənlərin pozulmasında təqsirli 

olan  tərəf  öz  hərəkəti  ilə  digər  tərəfə  vurduğu  zərəri  ödəməlidir.  Bank,  3-cü  şəxslər  tərəfindən 

Müştərinin kartından istifadə olunması nəticəsində yaranmış borca görə heç bir öhdəlik və məsuliyyət 

daşımır.  Bank,  Müştərinin  Kartının  oğurlanması  və  ya  itirilməsi  nəticəsində  əmələ  gəlmiş  itkilərə 

görə  heç  bir  məsuliyyət  daşımır.  Kartın  oğurlanması  və  ya  itirilməsi  haqqında  məlumatın  Müştəri 

tərəfindən Banka vaxtında çatdırılmamasına görə Müştəri məsuliyyət daşıyır. 

10.6.  Müştərinin  Azərbaycan  Respublikasının  qanunvericiliyinə  əsasən  bank  sirri  təşkil  edən 

məlumatları  Bank  tərəfindən  qorunur  və  həmin  məlumatlar  Azərbaycan  Respublikasının  hüquqi 

aktlarında  nəzərdə  tutulan  dövlət  orqanlarına,  məhkəmələrə,  müvafiq  kredit  bürosuna  verilə  bilər. 

Bundan əlavə, Müştəri Xüsusi şərtləri imzalamaqla təsdiq etmiş olur ki, onun Bankda olan müvafiq 

hesabları  üzrə  aparılan  əməliyyatlarla  bağlı  Bank  tərəfindən  ATM  və  digər  qurğular  vasitəsilə  əldə 

edilə  bilən  fotoşəkil,  videomateriallar  və  həmin  hesaba  dair  digər  məlumatlar  Bank  tərəfindən 

Azərbaycan Respublikasının hüquq mühafizə orqanlarına verilə bilər.  



11. YEKUN MÜDDƏALAR 

11.1.  Xüsusi  şərtlər  tərəflərin  imzalandığı  gündən  qüvvəyə  minir  və  Tərəflər  Xüsusi  şərtlər,  o 

cümlədən  hazırkı Standart şərtlər üzrə bütün öhdəliklərini tam icra edənədək, maliyyə sanksiyası ilə 

bağlı çəkilən xərclər tam ödənilənədək qüvvədə qalır. 

11.2. Tərəflərin bir-birinə olan bildirişləri, xəbərdarlıqları və s. sənədləri Xüsusi şərtlərin “Tərəflərin 

rekvizitləri” adlanan hissəsində göstərilən ünvana sifarişli məktub, teleqram və ya faksla göndərilir. 

Həmin  ünvana  göndərilmiş  bildirişlər  Tərəflərə  çatdırılmış  hesab  olunacaq  və  bu  zaman  Tərəflər 

göndərilən sənədlərin  alınmaması, qəbul edilməməsi halına istinad edə bilməz. 

11.3.  Hüquqi  və  ya  poçt  ünvanında  dəyişiklik  olan  tərəf  digər  tərəfi  bu  barədə  dərhal  xəbərdar 

etməlidir,  əks  təqdirdə  sonuncu  məlum  olan  ünvan  üzrə  göndərilmiş  müraciətlər  ünvan  sahibinə 



çatdırılmış hesab olunacaq. 

Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə