Microsoft Word Suleyman Rustam -3 cild doc



Yüklə 2,71 Kb.
Pdf görüntüsü
səhifə11/60
tarix04.02.2018
ölçüsü2,71 Kb.
#23898
1   ...   7   8   9   10   11   12   13   14   ...   60

_____________Milli Kitabxana________________ 
51 
 
N ə b i 
 
Tez ol, danış görək.  
 
S ə f ə r 
 
Qurbanın olum, 
                                           Belə güzərandan yaxşıdır ölüm. 
 
N ə b i 
 
Kəndimizdə nə var?  
 
S ə f ə r 
 
Hər evdə matəm
                                          Deməklə qurtarmaz, doludur sinəm.  
                                          Nəbi, bundan apar son hesabını  
                                          Aclığm daş əli döyüb qapını. 
                                          Qıyır körpələrə, gözəl canlara,  
                                          Bağrım dərd əlindən yaradır, yara!.. 
                                          Ellərin qanına susayıb bəylər, 
                                          Məgər bu işləri görməyir göylər? 
 
N ə b i 
 
Qəribə adamsan, bu ayaqda sən  
                                           Bəylərdən, göylərdən nə gözləyirsən? 
                                           Bu barədə sonra, de görüm mənə,  
                                           Divan sizdən vergi istəyir yenə? 
 
S ə f ə r 
 
Hələ qurtarmayıb vergi davası,  
                                          Alıb altımızdan xalça-palazı 
                                          Qoyublar hamını quru yer üstə,  
                                          Ürəklər yaralı, könüllər xəstə. 
 
 
 
 


_____________Milli Kitabxana________________ 
52 
 
Xalqın haqq səsinə qulaq asan yox,  
Qanlı qanunları silib pozan yox.  
Eşitdik, çıxmısan bizə havadar.  
Verdi ürəyimiz belə bir qərar: 
 Elliklə qoşulaq sənin dəstənə
 Şığıyaq qartal tək düşmən üstünə. 
 
V ə l i 
 
Qocasan, ağarıb saçın, saqqalın,  
Dava ayağında pis olar halın. 
 
S ə f ə r 
 
Siz allah, bir görün, kim kimə gülür, 
Gücümü bu ellər, bu dağlar bilir.  
Buna şübhən varsa gəl bir tutaşaq,  
Ağzın süd qoxuyur, uşaqsan, uşaq. 
 
N ə b i 
 
Zarafat elədi, sındınmı, söylə?  
 
S ə f ə r 
 
Eh, cib-cib öyrədir bir görün necə  
Bildirki sərçəyə bu ilki sərçə. 
 
N ə b i 
 
Hər şeyin yeri var, doğrudur, qoca,  
Başın dağlar kimi ucadır, uca. 
 
S ə f ə r 
 
Nəbi can, bir xəbər eşitmişəm mən, 
Ancaq ki... 
 
 
 
 


_____________Milli Kitabxana________________ 
53 
 
N ə b i 
 
 
 Bayaqdan niyə demirsən?  
 
S ə f ə r 
 
Xeyli var dillərdə gəzir bu xəbər:  
Kim sənə qıyarsa pul verəcəklər. 
                                       Hanı Səlim bəydə qıl qədər vicdan
Bu sözü deyirlər onun adından. 
 
N ə b i 
 
Bütün el-obaya bunu yayıb o,  
Başıma min manat qiymət qoyub o. 
 Mənsə Səlim bəyin başına ancaq  
Bircə quruş qiymət qoymuşam nahaq.  
O başçün bu çoxdur, demirəm əbəs,  
Çünki onun başı quruşa dəyməz! 
 
S ə f ə r 
 
Dəyməz, Nəbi, dəyməz, haqlısan, oğlum!  
Dar gün görməyəsən heç zaman, oğlum! 
 
N ə b i 
 
(Qaçaqlara) 
 
Dostlar, budur mənim arzum, əməlim: 
 Bir yerə toplansın qaragün elim. 
 Bəylərin zülmünə nəhayət verək, 
 Zəncirsiz, zindansız bir həyat sürək.  
Özümüz çalışaq, özümüz əkək.  
Bizə dərd olmasın bir parça çörək.  
Doğma balaları bizik bu yerin,  
Bu torpaq bizimdir, deyil bəylərin! 
 
 
 
 


_____________Milli Kitabxana________________ 
54 
 
S ə f ə r 
 
      Bizə yaraşmayır köləlik, Nəbi,  
Qılınc vuran qolun heç bükülməsin. 
      Görüm düşməninin üzü gülməsin! 
 
N ə b i 
 
Hələlik yağılar güclüdür, bəli, 
Gec-tez zərbəmizdən qırılır beli. 
 
S ə f ə r 
 
 Nəbi, danış, danış, dilinə qurban. 
 
N ə b i 
 
Dostlar, əminəm ki, gələr bir zaman,  
Torpaqlar altına etsək də səfər  
Hörmətlə yad elər bizi nəsillər. 
 
T a p d ı q 
 
(Tələsik gəlir.) 
Nəbi, Nəbi, qardaş. 
 
N ə b i 
 
 De, nə var yenə? 
 
T a p d ı q 
 
 Dustaq aparırlar qazaqlar yenə. 
 
N ə b i 
 
Görəsən yenə də kim düşüb tora? 
Alıb əllərindən gətirin bura.  
Göylərə çatmayır yerlərin ahı, 
                                  Yazıq yoxsulların, nədir günahı! 
 


_____________Milli Kitabxana________________ 
55 
 
Haqqım deyənləri asıb-kəsirlər,  
Acından qırılır yetim-yesirlər. 
 Bürüyür yolları qandal səsləri,  
Udur məzlumları çar məhbəsləri. 
 
Birinci qaçaq gedir. Güllə səsləri eşidilir. 
 Qaçaqlar ayağı və qolları zəncirli qazaq Vasilini gətirirlər. 
 
N ə b i 
(Arxadan) 
Gəlin, bura gəlin. 
 Nə görürəm mən.  
Vasili, rus qardaş, Vasili, sənsən?! 
 
V a s i l i 
 
Mənəm, qardaş, mənəm. 
 
Öpüşürlər. 
 
O vaxtdan bəri 
Dustaqda yatırdım sandən ötəri. 
 
N ə b i 
 
Açın qollarını, ayaqlarını.  
 
V a s i l i 
 
Afərin, bəyəndim qaçaqlarını.  
İgid adamlardır, geciksəydilər  
Yolum gedəcəkdi Sibirə qədər.  
Sonra danışaram, uzundur söhbət. 
 
N ə b i 
 
Gəldi bu görüşdən qolara qüvvət. 
 
(Qaçaqlara) 
       Dostlar, bu qazaq da kəndlidir, kəndli, 
 O da, bizim kimi dərdlidir, dərdli...  
Qoy məni sevənlər onu da sevsin! 
  


Yüklə 2,71 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə