Microsoft Word Suleyman Rustam -3 cild doc



Yüklə 2,71 Kb.
Pdf görüntüsü
səhifə16/60
tarix04.02.2018
ölçüsü2,71 Kb.
#23898
1   ...   12   13   14   15   16   17   18   19   ...   60

_____________Milli Kitabxana________________ 
80 
 
T ə h m a s  b ə y 
 
Aha, xoş görmüşük, hardasan balam? 
 
S ə l i m  b ə y 
 
Naçalnik, xoş gəlib. 
 
N a ç a l n i k 
 
Səlim bəy, yaşa! 
Yaxın gəl eləyək sənə tamaşa... 
İgiddir, qoçaqdır, göyçəkdir, göyçək. 
 
T ə h m a s  b ə y 
 
Polkovnik, buyurun, içəri keçək.  
 
N a ç a l n i k 
 
Bəh-bəh, ətir saçır güllər, çiçəklər,  
Bağçada oturaq hələ bir qədər. 
 
T ə h m a s  b ə y 
 
Naçalnik, bağışla, sevindiyimdən  
Vallahi başımı itirmişəm mən. 
      Ayağm altında qoç kəsəm gərək. 
 
N a ç a l n i k 
 
İstəməz, Təhmas bəy, dayan bir görək. 
 
T ə h m a s  b ə y 
      
     Sizinçün yüz qurban kəssəm də azdır. 
 
N a ç a l n i k 
 
Təhmas bəy qəribə mehmannəvazdir.  
  


_____________Milli Kitabxana________________ 
81 
 
 
T ə h m a s  b ə y 
 
Yerdən göyə qədər razıyam sizdən,  
Gözümə nur gəldi gəlişinizdən. 
 
S ə l i m  b ə y 
 
 Ə... quzu ətindən yaxşı kabab çək!.. 
 
N a ç a l n i k 
 
İçək sağlığına Səlimin, içək.  
 
K o x a 
 
(Səlim bəyə) 
 
Nəbi zağ-zağ əsir adın gələndə,  
Rəhmətlik babanın gücü var səndə. 
 
M a h m u d  b ə y 
 
Sənə tay tapılmaz, aslansan, aslan!  
Görüm dağılmasın əsla büsatın. 
 
K o x a 
 
Bu ölsün, Nəbigil sənin qorxundan 
Siçan deşiyini alacaq satın. 
 
N a ç a l n i k 
 
Deyirlər ki, Nəbi çapır kəndləri,  
Tutur körpüləri, tutur bəndləri. 
 
M a h m u d  b ə y 
 
Düz buyurursunuz, bəladır, bəla  
Min hiylə qurursan, düşməyir tora. 


_____________Milli Kitabxana________________ 
82 
 
 
T ə h m a s  b ə y 
 
Əlimə çörəkçin baxan bir gəda  
Salıb varlığımı bir yanar oda.  
Vurur addım başı adıma ləkə,  
Nəbi təhlükədir, boyük təhlükə...  
Bu dərdə tezliklə tapmasaq çara  
Yaramın üstündən vuracaq yara. 
 
M a h m u d  b ə y 
 
Bəylərin yurdunu qoyub virana,  
İş bərkə düşəndə keçir İrana. 
Bir dəstə düzəldib təbrizlilərdən,  
Cumur üstümüzə yel kimi hərdən. 
 
N a ç a l n i k 
 
Necə olmuş olsa, ağalar, yenə  
Canı əlimdədir, inanın mənə. 
 
T ə h m a s  b ə y 
Bəli, qanun, divan, hər şey bizdədir,  
Padşahın kölgəsi üstümüzdədir.  
Doğru demirəmmi, cənab naçalnik? 
 
N a ç a l n i k 
Da, da... Fikrinizə oluram şərik. 
 
K o x a 
Naçalnik danışır, bir qulaq asın. 
 
N a ç a l n i k 
Qəribə xalqı var sizin Qafqazın.,  
Padşaha inanmır, mənə inanmır. 
Min dil tökürəmsə yenə inanmır.  
Siz bir motal papaq kəndliyə baxın,  
Nə bəyi, nə xanı qoymayır yaxın. 


_____________Milli Kitabxana________________ 
83 
 
 
Sarılıb silaha çıxır dağlara, 
                                  Cəza da kar etmir o alçaqlara.  
Əgər belə getsə, nəyimiz qalar? 
                                  Onlar başmızın üstünü alar,  
Dağıdar bəylərin xanimanını,  
Bölər torpağını, içər qanını.  
Sizlər yatmışsınız, onlar oyaqdır. 
 
T ə h m a s  b ə y 
 
Yox, hələ ölməyib, bəylər də sağdır. 
 
N a ç a l n i k 
 
Bəylər! Sözüm sizə gəlməsin acıq,  
Bütün el-obanız, bağırır: acıq.  
Fürsət tapan kimi bizimkiləri 
Tutub öldürürlər... Bəyin nökəri... 
 
(İstehza ilə) 
 
Vətəndən danışır, eldən danışır,  
Elin qəlbindəki teldən danışır. 
 
T ə h m a s  b ə y 
 
Qəm yemə, qəm yemə, hər şey düzələr,  
Onun öhdəsindən Təhmas bəy gələr. 
 
N a ç a l n i k 
 
Ölümün gözünə dik baxan adam  
Quru sözlə ölməz! 
 
T ə h m a s  b ə y 
 
Göynəyir yaram, 
Onu öldürməsəm, sabah başıma 
Mən papaq qoymaram, ləçək bağlaram. 
  


_____________Milli Kitabxana________________ 
84 
 
 
N a ç a l n i k 
 
Bu, sözün doğrusu gəldi xoşuma,  
Bu xidmətlərini yadda saxlaram. 
 
K o x a 
 
  Qorxaqdır, çox da ki, mərd çıxıb adı, 
                              Onu xilas edir ancaq Boz atı. 
 
N a ç a l n i k 
 
Bizim Səlim bəysə qoçaqdır, qoçaq, 
     Gec-tez hökumətdən medal alacaq.  
     Səlim bəy, cəhd elə, göstər özünü. 
 
S ə l i m  b ə y 
 
Doğrultmaq borcumdur sənin sözünü, 
Naçalnik, görərsən gücümü. 
 
N a ç a l n i k 
   Əhsən... 
 
T ə h m a s  b ə y 
 
   Görün, necə oğul böyütmüşəm mən! 
 
K o x a 
 
(Lovğalanaraq) 
 
    O gün rast gəlmişdik Nəbiyə. 
 
X ə l i l 
Necə? 
Koxa, doğrudanmı? 
 
 


_____________Milli Kitabxana________________ 
85 
 
 
K o x a 
 
Sərçəymiş, sərçə, 
Atışdıq, onunla bir neçə saat. 
 
X ə l i l 
 Sonra? 
 
K o x a 
O alçağı qurtardı Boz at. 
Rastıma gələrsə bir də o tülkü  
Bölərəm xəncərlə bilin tən iki. 
 
M a h m u d  b ə y 
 
Camaat şişirdib onun adını, 
Bilməyir zərbəmin hələ dadını. 
 
(Naçalnikə) 
 
Başına and olsun, əlimə düşə  
Mən onun ətini çəkərəm şişə.  
Mənə də Mahmud bəy deyərlər. 
 
T ə h m a s  b ə y 
 
Əhsən... 
 
S ə l i m  b ə y 
 
Atamın belindən gəlməmişəm mən  
Tutub dərisini soymasam onun,  
Anasını ağlar qoymasam onun. 
 
N a ç a l n i k 
 
Ağalar, qorxmayın, qüvvət sizdədir,  
Padşahın nəzəri üstünüzdədir. 
  


Yüklə 2,71 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə