Microsoft Word Suleyman Rustam -3 cild doc



Yüklə 2,71 Kb.
Pdf görüntüsü
səhifə30/60
tarix04.02.2018
ölçüsü2,71 Kb.
#23898
1   ...   26   27   28   29   30   31   32   33   ...   60

_____________Milli Kitabxana________________ 
166 
 
 
L a l ə. Bir otaq olanda nə olar ki... Qocalar hələlik mətbəxdə yatsalar 
qiyamət qopmaz ki... 
D u r s u n. Qorxuram axırda deyəsən ki, həyətdə yatsınlar. Sözünü 
bil, danış. Bir az da gözlə, vəssalam. Hörmət və ehtiram. 
L a l ə (pərt). Daha mən yazıq evə gedə bilməyəcəyəm. 
D u r s u n. Niyə, yolu tanımırsan? 
L a 1 ə. Analığım deyir ki, Dursundan da bir şey çıxmasa səni evden 
qovacağam. 
D u r s u n. Qələt eləyir. İxtiyarı yoxdur. 
L a l ə. Burabax, sözünü bil, danış! 
D u r s u n. Yox ey, deyirəm ki, çox oyan-buyan eləsə verərsən, 
padsud. 
L a 1 ə. Danışdığından belə çıxır ki, sən məni sevmirsən. 
D u r s u n. Səhvin var. Ay qız, bütün cümlə-cahan qızları bir yana, 
sən bir yana. Mən ölüm, bir qulaq as! 
 
Ürəyimi yar qadasın aldığım,  
Sənə sözüm var, qadasın aldığım.  
Yanaqları nar, qadasın aldığım  
Gözəllərin gözəlindən gözəlsən. 
 
L a l ə 
 
Üzümdə var xal, gözünə döndüyüm,  
Yoxdur, məndə hal gözünə döndüyüm.  
Tez ol, məni al gözünə döndüyüm.  
Ürəyimi yar qadasın aldığım,  
Sənə sözüm var qadasın aldığım. 
 
L a l ə və D u r s u n (birlikdə) 
 
   Bu dünyada dərdə salma başını  
   At bir yana ağlamağın daşını  
   Ürəyimi yar qadasın aldığım, 
   Sənə sözüm var qadasın aldığım. 
 
Oxuya-oxuya oynayırlar. 
 
 
 


_____________Milli Kitabxana________________ 
167 
 
 
K  ə r i m (Dursunu göstərir). Buyur, təhvil al!... Buda bizim 
briqadanın canı. (Dursuna) Adə, bu gün niyə işə çıxmamışdın, hə? 
D u r s u n. Salam-əleyküm, Kərim dayı! Üzüm ayağının altında,  
ağ ciyərim ağrıyır. Dərdim böyükdür ey! 
K  ə r i m. Nə  dərd? Səni görüm lənətə  gələsən! O Laləni də yoldan 
eləyən sənsən, sən! Üzümüz el yanında qaradır, qara. Bir vaxt hər yerdə 
Kərim dayının iş metodu deyə danışardilar. İndi... 
D u r s u n. Lal-zad deyilik ki, yenə danışaq da. 
K ə r i m. Onda keçici bayrağı biz almışdıq. 
D u r s u n. Burda nə çətin iş var ki, yenə alaq da. 
K ə r i m. Qəzetlərdə tez-tez şəkillərimiz çıxardı. 
D u r s u n. Göndərin, yenə çıxsın da. 
K ə r i m. Çərənləmə!.. Səni görüm lənətə gələsən, lənətə. Adə,  
havaxt adam olacaqsan?! 
D u r s u n. Kərim dayı, gərək bu dəfəlik bağışlayasan. 
K ə r i m. Bağışlayasan, bağışlayasan. Tənbəlliyi, avaralığı da adama 
bağışlarlar. Mənim bir səhvim də odur ki, atan Nəcəfin sözünə qulaq asıb, 
səni bu vaxta kimi briqadamızda saxlamışam. 
D u r s u n. Kərim dayı, mənim də ən böyük səhvim odur ki, zəhmət 
çəkib bu dünyaya gəlmişəm. Gərək gəlməyəydim. 
K ə r i m (gülür). Ətin tökülsün elə. Nə vaxt adam olacaqsan, adə? 
D u r s u n. Lap elə bu dəqiqə! Ancaq bir şərtlə. 
K ə r i m. Nə şərtlə? 
D u r s u n. Bura zəhmət çək! Qulağını bərk tut. (Kərimin qulağına nə 
isə pıçıldayır.) Özüm ölüm! 
K ə r i m. Kəs səsini! O sənin tayındır, axmaq? 
D u r s u n. Bəs necə? Deyirsən Muradın tayıdır. Bir qız ki, öz atasının 
briqadasını qoyub özgə, naməhrəm bir briqadada işləyə... Onda... 
K  ə r i m (əsəbi). Yum ağzını!.. Artıq bizim briqadamızda sənə yer 
yoxdur. Sabah kolxozçuların iclasında sənin məsələni müzakirə 
eləyəcəyik. 
D u r s u n. Gücün mənə çatır, sən get öz qızını müzakirəyə qoy...  
Belə Durna sənin də, mənim də adımızı yerə vurur ey... 
K ə r i m (əsəbi). İtil, gözüm bir də səni görməsin! 
D u r s u n. Nə deyirəm ki, hörmət və ehtiram. Ancaq, hünərin varsa 
bu sözləri get o aşıq Murada de. Gücün mənə çatır. 
K ə r i m. İtil dedim sənə! 
 
 
 


_____________Milli Kitabxana________________ 
168 
 
 
D u r s u n. İtilək də... (Gedir.) 
H i l a l. Sen düz deyirsən, Kərim. Bu işi belə qoymaq olmaz. 
K  ə r i m. Eh!.. Mən Durnaya nə deyim? Hilal, daha buna dözmək 
olmaz. Bu saat gedib briqadamızın üzvlərinə çatdır ki, axşam kluba 
yığılsınlar. Onlarla vacib söhbətim olacaq. 
H i l a l. Baş üstə! 
K ə r i m. Nə olar ki?.. Qoy o aşıq Murad olsun, mən də Kərim. Əsil 
yarış hələ qabaqdadır. Gedək. 
 
Gedirlər. Qızlar çay yarpaqları gətirib qapanda çəkdirirlər.  
Tənffüs zəngi vurulur. 
 
Q  ə m ə r. Aha, gördünüz kim kimi keçdi. Baxın görün nə  qədər 
yığmışam. (Onlara dəftərçəsini göstərir.) 
I Q ı z.Yığmağına bizdə yığmışıq. İşin dalısına baxarıq.  
Q ə m ə r. Baxarıq, baxarıq. 
 
Durna gəlir. Qızlar pıçıldaşıb gülüşürlər 
 
D u r n a. Qızlar, nə var, yenə baş-başa veribsiniz? Bilirəm, məndən 
danışırsınız. 
Q ə m ə r. Hardan bilirsən? 
D u r n a. Mənim gözlərimin də qulağı var, axı. 
Q  ə m ə r. Düz tapmısan, Durna, səndən danışırdıq. Qızlar bilmək 
istəyir, bu xeyir iş, havaxt olacaq? 
D u r n a. Hansı iş, nə xeyir iş? 
Q ə m ə r. O xeyir iş, biz deyən xeyir iş. (Saza işarə ilə) Onu deyirik 
də. 
D u r n a. Qızlar sizi şeytan da aldada bilməz. (Qəmərə yavaşca). Mən 
onu sevirəm, Qəmər! 
Q ə m ə r. Onu çoxdan bilirik. 
D u r n a (oxuyur.) 
 
Eşqim qanadlanır, sənin adınla,  
Dəryadan dərindir ala gözlərin.  
Döyünən qəlbimi vermişəm sənə  
Nədəndir gəlməyir yola gözlərin?  
Ala gözlərin, ala gözlərin.  
Nədəndir gəlməyir yola gözlərin? 
  


_____________Milli Kitabxana________________ 
169 
 
 
 Təbiət özü də vurğundur sənə,  
                                      Sənsən o həyatı sevdirən mənə,  
                                      Baxıram hüsnünə doymuram yenə.  
                                      Az qalır canımı ala gözlərin. 
 
Qızlar son bəndi təkrar edir və oynayırlar. 
 
D u r n a 
 
Məndən gözəlsiniz, qızlar, a qızlar!  
Sizə aşiq olan sızlar, ha qızlar!  
Gənclər yolunuza səpər çiçəklər  
Hər gün əlinizdən öpər çiçəklər. 
 
Bu ana vətəni bəzər adınız,  
Günəştək dünyanı gəzər adınız.  
Məndən gözölsiniz, qızlar, a qızlar!  
Eşqə təməlsiniz, qızlar, a qızlar! 
 
Eh, qızlar görəsən dünyada sevib-sevilməkdən, xoşbəxtlikdən də şirin 
şey varmı?! 
Q ə m ə r. Onu sən yaxşı bilərsən, Durnacan! 
D u r n a. Niyə bilmirəm ki? 
Q ə m ə r (gülür). Onda sağ əlin başımıza... Gedək, qızlar...Deyəsən 
gələn odur... 
D u r n a. Kim? 
Q ə m ə r (saza işarə ilə). Oda... 
D u r n a. Getməyin qızlar. 
Q ə m ə r. Dilin getmə deyir, ürəyin get. Ürəyə qulaq asmaq yaxşıdır. 
Gedək, qızlar! 
 
Gülüşərək gedirlər. 
 
D u r n a. Qızlar, qızlar! (Ağacın altında oturur Dursun gəlib arxadan 
onun gözlərini əllərilə tutur.) Burax, Murad, burax. 
D u r s u n (kənara). Yenə Murad? Bir dəlı şeytan deyir, əlini çəkmə 
qoy qiyamətəcən gözləri dünya işığına həsrət qalsın. 
  
 
 


Yüklə 2,71 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə