Microsoft Word Suleyman Rustam -3 cild doc



Yüklə 2,71 Kb.
Pdf görüntüsü
səhifə28/60
tarix04.02.2018
ölçüsü2,71 Kb.
#23898
1   ...   24   25   26   27   28   29   30   31   ...   60

_____________Milli Kitabxana________________ 
155 
 
  
S ə l i m  b ə y 
 
(Gəlir.) 
 
Polkovnik, nə edək? 
 
N a ç a l n i k 
 
Nə olub məgər? 
 
S ə l i m  b ə y 
 
Getdi əlimizdən on qabaq səngər,  
Elə bil hamısı dəlidir, dəli...  
Qırıla-qırıla cumur irəli. 
 
N a ç a l n i k 
 
Qorxmayın, vuruşun, vallahi sizdən  
Birbaş Peterburqa yazacağam mən. 
 
Qazaq təngənəfəs gəlir. 
 
Qara xəbərləmi gəlmisən sən də? 
 
Q a z a q 
 
Qaçaqlar girdilər yuxarı kəndə.  
 
N a ç a l n i k 
 
Sus, itin balası, itil, sərsəri,  
Tez olun, onları oturdun geri! 
 
     Qazaq gedir. 
 
M a h m u d  b ə y 
 
Vəziyyət ağırdır, polkovnik, düşün,  
Bəs nə vaxt gələcək Tiflisdən qoşun? 


_____________Milli Kitabxana________________ 
156 
 
 
N a ç a l n i k 
 
Bu qoşun söhbəti əbəs deyilmi? 
Mən özüm burdayam, bu, bəs deyilmi? 
 
M a h m u d  b ə y 
 
Bu doğrudur, lakin... 
 
N a ç a l n i k 
 
Yeri deyil, sus!.. 
 
S ə l i m  b ə y 
 
O gün beş yüz atlı boyun oldunuz,  
Bu günsə davanın qızğın çağında  
Dodaq büzürsünüz kömək haqqında.  
Biz sizə güvənib girdik savaşa,  
Qorxuram, arzumuz yetməsin başa. 
 
N a ç a l n i k 
 
Kömək, kömək, kömək... Sözünə bir bax!  
Bu haqda danışmaq nahaqdır, nahaq.  
Onlardan on dəfə çoxsunuz ki siz,  
Nə cürətiniz var, nə qeyrətiniz!  
Ağalar, inanın, budur həqiqət,  
Udar bu davanı hünər, cəsarət! 
 
S ə l i m  b ə y 
 
Mahmud bəy, yubanma, sənədir ümid,  
Yanınca götürüb bir dəstə igid  
Tez dələduzların ver cəzasını.  
Yerlə yeksan elə, yurd-yuvasını! 
 
 
 
 


_____________Milli Kitabxana________________ 
157 
 
 
M a h m u d  b ə y 
 
Divan tutacağam o azğın kəndə,  
Rəhmim gəlməyəcək körpələrə də.  
İnanın, onlara qan uddurmasam,  
Böyükdən kiçiyə tamam qırmasam,  
Alt-üst eləməsəm yuvalarını,  
Külə döndərməsəm obalarını,  
Mahmud bəy deyiləm, inanın mənə! 
 
N a ç a l n i k 
 
Afərin, Mahmud bəy, afərin sənə!  
Mahmud bəy gedir.  
 
K o x a 
 
Məni də yerimdən dəbərdir qisas,  
Gedək, özümüzçün atışaq bir az. 
 
(Gedir.) 
  
I I  Q a z a q 
 
(Gəlir) 
 
Düşmən səngərindən qoca bir qaçaq  
Bizim qazaqları səslədi rusca.  
Keçdi o tərəfə iyirmi qazaq,  
Polkovnik, şübhəsiz rusdur o qoca. 
 
N a ç a l n i k 
 
Ya ölü, ya diri, keçırin ələ.  
Başına min manat qiymət qoyuram. 
 
Qazaq gedir. 
 
 
 


_____________Milli Kitabxana________________ 
158 
 
 
S ə l i m  b ə y 
 
Naçalnik, ora bax, çevrilib yelə  
Qazaqlar geriyə çəkilir tamam.  
Əgər bu təpə də gedərsə əldən  
Yaxa qurtarmarıq əsla əcəldən. 
 
Polkovnik durbinlə döyüşü seyr edir. O həyəcan və təlaş içindədir

 
N a ç a l n i k 
 
Dostum, qoy sənin tək vuruşsun hamı,  
Əldən buraxmayın bu istehkamı!  
Artıq aydın oldu vəziyyət mənə,  
Kömək çatdıraram tezliklə sənə. 
 
(İki qazaqla aradan çıxır.) 
  
S ə l i m  b ə y 
 
Get, get! İt canıyımş Səlimin canı,  
Vaz at dovşan kimi, dil pəhləvanı! 
 
K o x a 
 
(Vahiməylə gəlir.) 
 
Evimiz yıxıldı, atamız yandı, 
Səlim bəy, gəl qaçaq, tez ol, amandı! 
 
S ə l i m  b ə y 
 
Nə dedin? 
 
K o x a 
 
Gəl qaçaq. 
  
 
 


_____________Milli Kitabxana________________ 
159 
 
 
S ə l i m  b ə y 
 
Anqırma, heyvan! 
 
K o x a 
 
Ayrı çarə yoxdur, sözümə inan.  
Nəbi dəstəsiylə cumur yel kimi,  
Gəlir üstümüzə daşqın sel kimi. 
 
S ə l i m  b ə y 
 
Gör kimə vermişəm süfrəmdə çörək,  
Gör kimdən ummuşam özümə kömək,  
Gör kimə inanıb, bel bağlamışam,  
Gör kimi qapımda it saxlamışam. 
 
K o x a 
 
Səlim bəy... gəlirlər... Mən qaçdım.  
 
S ə l i m  b ə y 
 
Dayan!.. 
Alçaq, al payını!.. 
 
(Vurur.) 
 
K o x a 
 
 Olürəm, aman... 
 
Səlim bəy qaya dibində atəş açır, Nəbi yüngül yaralanır. Nəbi də atır. 
Səlim bəyin gülləsi qurtamışdır. Tapançanı Nəbiyə tərəf tuşlayır və  
başını qurtarmağa can atır. 
 
 
 
 
 


_____________Milli Kitabxana________________ 
160 
 
 
N ə b i 
 
(Ətrafa səslənir.) 
 
Həcərim, sağa cum, qurbanın olum. 
 
(Qaçaqlara) 
 
Başınıza dönüm irəli, hücum!.. 
 
Səlim bəyin hər yandan yolu kasildiyindən qayaların dibində  
geri çəkilərkən Nəbi ilə üzbəüz olur. 
 
N ə b i 
 
Aha, xoş görmüşük Səlim bəy səni,  
Niyə öldürmədin vaxtında məni? 
 
(İstehza ilə) 
 
Artıq əlimdəsən, bir an içində  
İndi üzəcəksən al qan içində. 
 
S ə l i m  b ə y 
 
İgid qan-qan deməz gələndə üstün,  
Nəbi, söz verirəm kişi tək bu gün,  
Bir də əl qaldırsam mən sənə... 
 
N ə b i 
 
Gecdir. 
Hesabı çürüdək, bu, sən görüşdür. 
 
S ə l i m  b ə y 
 
Nəbi, bir fikirləş, səni görərəm,  
Ağırlığın qədər qızıl verərəm. 
 
N ə b i 


Yüklə 2,71 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə