“Synergy Group” MMC
31 dekabr 2015-ci il tarixinә Konsolidasiya Edilmiş Maliyyә Hesabatları üzrә Qeydlәr
(Başqa cür qeyd olunmadığı tәqdirdә, mәblәğlәr Azәrbaycan Manatı ilә ifadә edilir)
9
3
Әsas Uçot Siyasәtlәrinin Qısa Xülasәsi (davamı)
Bazar qiymәtlәri mövcud olmayan maliyyә alәtlәrinin әdalәtli dәyәrini müәyyәn etmәk üçün pul
axınlarının diskontlaşdırılması modeli, könüllü şәkildә hәyata keçirilәn әn son әmәliyyatlar haqqında
mәlumata әsaslanan modellәr kimi qiymәtlәndirmә üsulları, elәcә dә investisiya qoyulan müәssisәlәr
haqqında maliyyә mәlumatlarının tәhlili istifadә edilir. Qiymәtlәndirmә üsulları müşahidә edilә bilәn
bazar mәlumatları ilә dәstәklәnmәyәn fәrziyyәlәrin istifadә olunmasını tәlәb edә bilәr. Bu fәrziyyәlәrin
hәr hansı birinin mümkün alternativ variantla әvәz edilmәsi nәticәsindә mәnfәәt, gәlir, aktiv vә öhdәlik
mәblәğlәrinin әhәmiyyәtli dәrәcәdә dәyişmәsinә sәbәb olacaq hallar barәdә mәlumat hazırkı
konsolidasiya edilmiş maliyyә hesabatlarında açıqlanır.
İlkin dәyәr alış tarixinә aktivi almaq üçün ödәnilmiş pul vәsaitlәrini vә ya pul vәsaitlәrinin
ekvivalentlәrinin mәblәğini vә yaxud verilmiş digәr resursların әdalәtli dәyәrini әks etdirir vә әmәliyyat
xәrclәrini ehtiva edir. İlkin dәyәrlә qiymәtlәndirmә yalnız bazar qiymәtlәri olmayan vә әdalәtli dәyәri
etibarlı şәkildә ölçülә bilmәyәn pay alәtlәrindәki investisiyalara, elәcә dә açıq bazarda alınıb-
satılmayan vә pay alәtlәri ilә ödәnilmәli vә onlara bağlı olan derivativlәrә tәtbiq edilir.
Әmәliyyat xәrclәri әlavә xәrclәri әks etdirir vә birbaşa olaraq maliyyә alәtinin alışı, buraxılması vә ya
satışı ilә әlaqәlidir. Әlavә xәrc әmәliyyat hәyata keçirilmәdiyi tәqdirdә yaranmayan xәrclәrdir. Әmәliyyat
xәrclәrinә agentlәrә (satış üzrә agentlәr kimi fәaliyyәt göstәrәn işçilәr daxil olmaqla), mәslәhәtçilәrә,
brokerlәrә vә dilerlәrә ödәnilmiş haqq vә komissiyalar, tәnzimlәyici orqanlar vә fond birjalarına
ödәmәlәr, elәcә dә mülkiyyәt hüququnun köçürülmәsi üzrә vergilәr vә rüsumlar daxildir. Әmәliyyat
xәrclәrinә borc öhdәliklәri üzrә mükafat vә ya diskontlar, maliyyәlәşdirmә xәrclәri, daxili inzibati vә ya
saxlama xәrclәri daxil edilmir.
Amortizasiya olunmuş dәyәr әsas mәblәğin ödәnilmәsi çıxılmaqla, lakin hesablanmış faizlәri daxil
etmәklә, maliyyә aktivlәri üçün isә dәyәrsizlәşmә üzrә zәrәrlәr üzrә hәr hansı silinmәni çıxmaqla
aktivlәrin ilkin dәyәrini әks etdirir. Hesablanmış faizlәrә ilkin uçot zamanı tәxirә salınmış әmәliyyat
xәrclәrinin vә effektiv faiz metodundan istifadә etmәklә ödәniş mәblәği üzrә hәr hansı mükafat vә ya
diskontun amortizasiyası daxildir. Hesablanmış faiz gәlirlәri vә faiz xәrclәri, o cümlәdәn hesablanmış
kupon gәlirlәri vә amortizasiya olunmuş diskont vә ya mükafat (verilmә zamanı tәxirә salınmış
komissiyalar daxil olmaqla, әgәr varsa) ayrıca göstәrilmir vә maliyyә vәziyyәti haqqında hesabatda
müvafiq maddәlәrin balans dәyәrinә daxil edilir.
Effektiv faiz metodu maliyyә alәtinin balans dәyәri üzrә sabit faiz dәrәcәsinin (effektiv faiz dәrәcәsi)
tәmin edilmәsi üçün faiz gәlirlәri vә ya xәrclәrinin müvafiq dövr әrzindә bölüşdürülmәsi metodudur.
Effektiv faiz dәrәcәsi, tәxmin edilәn gәlәcәk pul ödәnişlәrini vә ya daxilolmaları (kreditlәr üzrә gәlәcәk
zәrәrlәr istisna olmaqla) maliyyә alәtinin gözlәnilәn fәaliyyәt müddәti әrzindә vә ya müvafiq hallarda
daha qısa müddәt әrzindә maliyyә alәtinin xalis balans dәyәrinә diskontlaşdıran dәqiq dәrәcәdir.
Effektiv faiz dәrәcәsi maliyyә alәti üçün nәzәrdә tutulan dәyişkәn faiz dәrәcәsi üzrә kredit spredini әks
etdirәn mükafatlar vә ya diskont vә yaxud bazar qiymәtlәrindәn asılı olaraq müәyyәn edilmәyәn digәr
dәyişkәn amillәr istisna olmaqla, faiz dәrәcәlәrinin növbәti dәyişdirilmә tarixinә qәdәr dәyişkәn faizli
alәtlәr üzrә pul vәsaitlәrinin hәrәkәtini diskont etmәk üçün istifadә edilir. Bu cür mükafatlar vә ya
diskontlar maliyyә alәtinin gözlәnilәn tәdavül müddәti әrzindә amortizasiya edilir. Diskont dәyәrinin
hesablanmasına müqavilә tәrәflәri arasında ödәnilmiş vә ya alınmış effektiv faiz dәrәcәsinin tәrkib
hissәsini tәşkil edәn bütün komissiyalar daxildir.
Maliyyә alәtlәrinin ilkin tanınması. Mәnfәәt vә zәrәr vasitәsilә әdalәtli dәyәrdә göstәrilәn ticarәt
qiymәtli kağızları, derivativlәr vә digәr maliyyә alәtlәri ilkin olaraq әdalәtli dәyәrdә tanınır. Bütün digәr
maliyyә alәtlәri, dövlәt vә dövlәt tәşkilatlarından alınmış kreditlәr istisna olmaqla, әmәliyyat mәsrәflәri
dә daxil olmaqla әdalәtli dәyәrdә qeydә alınır. İlkin tanınma zamanı әdalәtli dәyәr әn yaxşı olaraq
әmәliyyat qiymәti ilә sübut edilir. İlkin tanınma zamanı yalnız әdalәtli dәyәr ilә әmәliyyat qiymәti
arasında fәrq olduqda yaranan gәlir vә ya zәrәr qeydә alınır. Әdalәtli dәyәr eyni maliyyә alәti ilә
aparılan digәr cari bazar әmәliyyatlarının müşahidәsi vә yaxud hәmin bazarlardan әldә edilәn
mәlumatlara әsaslanan qiymәtlәndirmә üsulu ilә sübut edilir.
Qanunvericilik vә ya mövcud bazar qaydaları ilә müәyyәn edilmiş vaxt çәrçivәsindә alınıb-satılması
nәzәrdә tutulan maliyyә aktivlәri (“standart şәrltәrlә hәyata keçirilәn” alış vә satışlar) Qrupun maliyyә
aktivini almaq vә ya satmaq öhdәliyini qәbul etdiyi әmәliyyat tarixindә qeydә alınır. Alış üzrә bütün digәr
әmәliyyatlar müәssisәnin hәmin maliyyә alәti üzrә müqavilә tәrәfi olduqda tanınır.