Microsoft Word tagiyeva mehin doc



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə9/26
tarix14.09.2018
ölçüsü0,56 Mb.
#68599
1   ...   5   6   7   8   9   10   11   12   ...   26

 

25

Xarici  ticarətin  milli  iqtisadiyyat  üçün  əhəmiyyətini  ümumi  şəkildə 

aşağıdakı kimi qruplaşdırmaq olar: 

• 

stehsal və resurs çatışmazlığının aradan qaldırılması.  nkişaf etməkdə 

olan  ölkələr  inkişafları  üçün  zəruri  olan,  lakin  özləri  istehsal  edə 

bilmədikləriəmtəə,  xidmət  və  resursları  xaricdən  idxal  edir,  bununla  da 

öz ehtiyaclarını ödəyirlər.  

•  Daxili  tələbdən  daha  artıq  istehsala  nail  olunması.  Xarici  ticarətin 

olmadığı  bir  iqtisadiyyatda  daxili  tələbin  az  olması  səbəbindən  ölkə 

resurslarından  tam  istifadə  edilməyə  bilər.  Xarici  ticarət  isə  bu 

resurslardan daha səmərəli istifadə etməyə imkan verir. Eyni zamanda, bu 

zaman  iri  bazar  həcminə  çıxış  kütləvi  istehsalın  təşkilinə,  yeni 

texnologiyalardan istifadəyə şərait yaradır. Digər tərəfdən daxili bazarın 

həcmi genişlənir və daxili bazarın dünya bazrı ilə əlaqələri formalaşır. 

•  Rəqabət.  Xarici  ticarət  yerli  istehsalçıları  xarici  istehsalçılarla  üz-üzə 

qoyur  və  onlar  arasında  rəqabətə  yol  açır.  Bu  da  daxili  istehsalın 

səmərəliliyini  artırır,  texnologiyanı  inkişaf  etdirir  və  daha  bacarıqlı 

sahibkarların  ortaya  çıxmasına  şərait  yaradır.  Rəqabət  olmayan  halda 

məhsuldarlıq azalır və artıq resurs xərclərinə yol verilir.  

•  Daxili  bazar  tələbinin  inkişafı.  Idxal  edilən  əmtəələr  getdikcə  ölkə 

daxilində həmin əmtəə üzrə bazarı genişləndirir və bununla da, əmtəənin 

ölkə  daxilində  istehsalının  təşkili  üçün  müsbət  zəmin  yaranır,  yeni  iş 

yerləri yaranır. 

•  Gəlir əldə edilməsi. Beynəlxalq ticarətdə iştirak istehsal xərclərinin milli 

və beynəlxalq səviyyələrində olan fərq hesabına əlavə gəlir əldə etməyə 

imkan verir. 

• 

qtisadi  dinamizm.  Xarici  ticarət  nəticəsində  ölkələr  bir-birləri  ilə 

ə

laqədə  olur,  müxtəlif  ölkələrdəki  istehlakçılar  digərlərinin  davranışları, 



ehtiyacları,  yaşayışları  haqqında  xəbərdar  olur,  beləliklə  də,  yeni 

ehtiyaclar meydana gəlir, daha yaxşı keyfiyyətli əmtəə və xidmətlər tələb 

edilir  və  iqtisadi  strukturlarda  dəyişikliklər  baş  verir.  Bütün  bunlar  ölkə 



 

26

iqtisadiyyatına  müsbət  dinamizm  verir,  resursların  daha  yaxşı  istifadə 



edilməsinə və istehlakçı rifahının artmasına gətirib çıxarır. 

Bütün  bu  göstərilənlər  B M  sistemində  xarici  ticarət  əlaqələrini 

şə

rtləndirən amillərdir. 



 

 

1.3 Qloballaşma şəraitində XTƏ-nin təkmilləşdirilməsi və inkişaf 



perspektivləri. 

 

Son  illər  qloballaşma  siyasi  diskussiyaların,  işgüzar  danışıqların,  elmi 



tədqiqatların  ən  geniş  yayılmış  mövzularından  biridir.  Qloballaşma  müasir 

dünya  təsərrüfatının  səciyyəvi  xüsusiyyətidir.  O,  bir  sıra  təzahür  formaları  ilə 

diqqəti  cəlb  edir.  Əgər  bu  gün beynəlxalq  miqyasda kollektiv valyuta  sistemi, 

böyük  dünya  birlikləri  kimi  supergüclər,  geniş  fəaliyyət  şəbəkəsinə  malik,  öz 

fəaliyyəti  ilə  milli  dövlət  çərçivələrini  aşan  transmilli  korporasiyalar 

mövcuddursa, deməli, qloballaşma ümumdünya təsərrüfatının bir əlaməti kimi 

davam etməkdə və genişlənməkdədir. 

Qloballaşma  hər  şeydən  əvvəl  dünya  regionlarının  və  bütün  ölkələrin 

qarşılıqlı  asılılıqlarının  güclənməsi,  habelə,  milli  iqtisadiyyatın  hüdudlarından 

kənara  çıxan,  genişlənən  ETT-i  və  bununla  bağlı  məhsuldar  qüvvələrin 

transformasiyası, xarici ticarət əlaqələrinin daha da sərbəstləşməsi ilə şərtlənir. 

Bəzi dövlətlər  məhz  qloballaşma  şəraitində  böyük  rol oynamaq  iqtidarındadır. 

Ancaq  ayrı-ayrı  dövlətlərdə  inkişaf  qeyri-bərabər  gedir.  Hər  bir  dövlət  öz 

ölkəsinin  maraqlarını  qorumalıdır  və  qloballaşmanın  əksinə  yox,  bu  qlobal 

proseslərə həmin dövlətin daha yumşaq, daha münaqişəsiz inteqrasiya olunması 

üçün  vəziyyəti  tənzimləməlidir.  Qloballaşma  –  dünya  iqtisadiyyatının  elə 

halıdır  ki,  bu  zaman  planetin  əksər  ölkələrinin  və  regionlarının  təsərrüfatca 

inkişafı  bir-birilə  sıx  əlaqədardır,  istehsal  kooperasiyası  və  ixtisaslaşması 

ümumdünya  miqyasına  nail  olur,  TMK-lar  mülkiyyətin  üstün  formasına 

çevrilirlər. 




 

27

Iqtisadiyyatın  qloballaşması  iqtisadi  sivilizasiya  çərçivəsində  baş  verir. 



Iqtisadi qloballaşma – bəşəriyyətin taleyi üçün anlaşılmaz nəticələrlə dolu olan 

çoxaspektli  mürəkkəb  və  buna  görə  də  özünə  elmin  ən  çox  diqqətinin  cəlb 

edilməsini tələb edən problemdir. 

Qloballaşmanın iqtisadi aspekti özünü  xarici ticarət əlaqələrinin (mal və 

xidmətlərin  sərbəst  dolaşımı),  beynəlxalq  maliyyə  kapitalı  hərəkətlərinin  və 

beynəlxalq istehsalın sərbəstləşməsi kimi üç əsas sahədə göstərməkdədir. 

Iqtisadi aspektdə qloballaşma nəticəsində ölkələr arasında əmtəə, kapital, 

ə

mək bazarları qarşılıqlı surətdə əlaqəli fəaliyyət göstərirlər. Dünya ticarətinin 



miqyaslarının,  valyuta  axınlarının,  kapitalın  hərəkətinin,  texnologiya, 

informasiya mübadiləsinin xeyli artması baş verir. 

qtisadi qloballaşma daha geniş miqyaslı beynəlmiləlləşmədir, beynəlxalq 

ə

mək bölgüsü sisteminə qoşulmaqdır, milli iqtisadiyyatların qarşılıqlı əlaqə və 



qarşılıqlı asılılıqda inkişafı prosesidir ki, nəticədə qlobal iqtisadiyyat formalaşır. 

Qlobal iqtisadiyyat isə hələ yaranmamışdır. 

Qlobal  iqtisadiyyat-beynəlxalq  əmək  bölgüsü  sistemində  özünün  yeri 

olan,  qarşılıqlı  əlaqə  və  qarşılıqlı  asılılıqda  fəaliyyət  göstərən  milli 

iqtisadiyyatlardan  yaranmış  dünya  iqtisadiyyatıdır.  Qlobal  iqtisadiyyat  dünya 

iqtisadiyyatının  keyfiyyətcə  yeni  halıdır  (durumudur).  Onun  beynəlxalq  əmək 

bölgüsünün  tələblərinə  uyğun  strukturu,  vahid  dünya  bazarı,  vahid  təsərrüfat 

mexanizmi, idarəetmə sistemi və qanunları olmalıdır.  qtisadi qloballaşma belə 

bir yeni keyfiyyətli iqtisadi sistemin formalaşmasına xidmət edir. 

qtisadi  qloballaşma  bütövlükdə  qloballaşma  prosesinin  ayrılmaz  tərkib 

hissəsi  olub  onun  mayasını  təşkil  edir.  Qloballaşmanın  özü  isə 

beynəlmiləlləşmənin  daha  da  yüksək  mərhələsi,  onun  daha  da  inkişaf  etmiş 

formasıdır.  Qloballaşma  prosesində  dünya  inkişaf  etmiş  ölkələrin  transmilli 

korporasiyaların TMK-nın fəaliyyəti üçün daha çox açıq olur, onlar üçün vahid 

bazara  çevrilir.  Buna  istinadən  dünyanın  inkişaf  etməkdə  olan  ölkələri  və  о 

cümlədən  Azərbaycan  üçün  də  belə  bir  bazar  olduğu  fikrini  söyləmək  olmaz. 

nkişaf etmiş ölkələrdən fərqli olaraq inkişaf etməkdə olan ölkələrin əksəriyyəti 



Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə