Microsoft Word Tam hazir metn doc



Yüklə 2,86 Kb.
Pdf görüntüsü
səhifə68/79
tarix24.12.2017
ölçüsü2,86 Kb.
#17909
1   ...   64   65   66   67   68   69   70   71   ...   79

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və 
Azərbaycan Respublikasının Təhsil Nazirliyi Şövkət 
Ələkbərovanın 80 illik yubileyinə  həsr olunmuş  tədbirlər 
hazırlayıb həyata keçirsin. 
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Şövkət 
Ələkbərovanın ifasında musiqi əsərlərindən ibarət kompakt-diskin 
buraxılmasını və müğənni haqqında kitabın nəşr olunmasını təmin 
etsin. 
Azərbaycan Respublikasınm Nazirlər Kabineti bu 
Sərəncamdan irəli gələn məsələləri həll etsin. 
Heydər ƏLİYEV,  
Azərbaycan Respublikasının Prezidenti 
Bakı şəhəri, 18 oktyabr 2002-ci il  
№ 1063 
      
 
Hüseyn Cavidin 120 illik yubileyi haqqında 
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN 
SƏRƏNCAMI 
 
 
2002-ci ilin oktyabr ayında Azərbaycan  ədəbiyyatının 
görkəmli numayəndəsi böyük şair və dramaturq Hüseyn Cavidin 
(Hüseyn Abdulla oğlu Rasizadənin) anadan olmasının 120 illiyi 
tamam olur. 
Hüseyn Cavid klassik milli ədəbiyyatın  ənənələri ilə yeni 
dövrün bədii və fəlsəfi axtarışları arasında vəhdət yaradaraq, XX 
əsr Azərbaycan  ədəbiyyatının inkişafında misilsiz rol oynamış 
qüdrətli sənətkarlardandır. Dünya romantizm poeziyası ilə 
qırılmaz tellərlə bağlı olan Hüseyn Cavid yaradıcılığı öz bədii-
estetik qaynağını Azərbaycan mədəniyyətinin dərin tarixi 
qatlarından alır. 
Azərbaycan poeziyasnda yeni zirvə  fəth edən filosof-şair 
Hüseyn Cavid romantik bədii düşüncənin, fəlsəfi lirikanın orijinal 
nümunələrini yaratmışdır. Onun həyatın mənası ilə bağlı 
axtarışlarının ifadəsi olan yaradıcılığı  bədii növ, janr və forma 
cəhətdən də çox rəngarəng və zəngindir.Yüksək bədii sənətkarlığı, 


dərin emosionallığı ilə seçilən Hüseyn Cavid poeziyası milli 
ədəbiyyat ta-rixində yeni bir dövrün başlanğıcını qoymuşdur. 
Zamanın ümumbəşəri problemlərinin qaldırıldığı dram əsərləri 
ilə Hüseyn Cavid romantizmin görkəmli nümayəndələrindən biri 
kimi Azərbaycan dramaturgiyası tarixində yeni bir mərhələ 
yaratmışdır. Azərbaycan  ədəbiyyatında mənzum faciə  və tarixi 
dramların ilk nümunələrini yaradan sənətkar ədəbiyya-tımızı həm 
mövzu baxımından, həm də parlaq xarakterlərlə  zənginləşdirərək 
milli bədii fikir tariximizdə mühüm yer tutmuşdur. Özünün üslub, 
yazı  tərzi və forma yeniliyi baxımından seçilən bu xarakterlər 
dramaturgiyası teatr mədəniyyətimizin inkişafına güclü təsir 
göstərmiş, milli teatr tarixində "Cavid teatrı" kimi 
səciyyələndirilmişdir. 
Poeziyada və dramaturgiyada bənzərsiz sənət nümunələri olan 
əsərlər yaradan Hüseyn Cavid bir şəxsiyyət, mütəfəkkir və 
sənətkar kimi ibrətli həyat və yaradıcılıq yolu keçmişdir. Böyük 
şair Hüseyn Cavidin əsərləri Azərbaycan  ədəbiyyatının qızıl 
fonduna həmişəlik daxil olmuşdur. 
Azərbaycan  ədəbiyyatının inkişafnda böyük xidmətləri olan 
Hüseyn Cavidin 120 illik yubileyinin ölkəmizdə keçirilməsini 
təmin etmək məqsədi ilə qərara alıram: 
I. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi
Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Azərbaycan Milli 
Elmlər Akademiyası Azərbaycan Yazıçılar Birliyi ilə birlikdə 
Hüseyn Cavidin 120 illik yubileyinə  həsr olunmuş  tədbirlər 
hazırlayıb həyata keçirsin. 
2.Azərbaycan Milli Elmlər Akademiyası Hüseyn Cavidin 
əsərlərinin külliyyatının hazırlanıb nəşr olunmasını təmin etsin. 
3.Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Hüseyn 
Cavidin həyat və yaradıcılığına həsr olunmuş  sənədli fılmin və 
onun "İblis" əsəri əsasında bədii filmin çəkilməsini təmin etsin. 
4.Azərbaycan Respublikasının Nazirlər Kabineti: 
Hüseyn Cavidin ev-muzeyinin ekspozisiyasının tamamlanması 
üçün lazımi vəsait ayırsın; 
bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin. 


Heydər ƏLİYEV,  
Azərbaycan Respublikasının Prezidenti 
Bakı şəhəri, 23 oktyabr 2002-ci ii  
№ 1064 
 
            
Niyazinin 90 iliik yubileyi haqqında 
 
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN 
SƏRƏNCAMI 
 
     2002-ci  ilin  avqust  ayında Azərbaycanın görkəmli dirijoru 
və bəstəkarı, Sosialist Əməyi Qəhrəmanı, SSRİ xalq artisti, Dövlət 
mükafatları laureatı Niyazinin (Niyazi Zülfüqar oğlu Tağızadə-
Hacıbəyovun) anadan olmasının 90 illiyi tamam olur. 
Bəstəkarlıq və dirijorluq fəaliyyətinə keçən  əsrin 30-cu 
illərindən başlayan Niyazinin yaradıcılığı milli musiqi 
mədəniyyətimizin tarixində silinməz izlər buraxmışdır. 
Azərbaycan ifaçıdıq sənətinin inkişafında,milli musiqinin 
təbliğində onun böyük xidmtləri vardır. Milli dirijorluq 
məktəbinin formalaşması  və inkişafı  məhz Niyazinin adı ilə 
bağlıdtr. Azərbaycan bəstəkarlarının bir çox simfonik və musiqili 
səhnə  əsərlərinin, kantata və oratoriyalarının ilk ifaçısı olmuş 
dirijorun yüksək sənətkarlığı sayəsində bu əsərlər çoxsayı 
dinləyicilər tərəfındən böyük rəğbət və məhəbbətlə qarşılanmışdır. 
Niyazinin gərgin əməyi nəticəsində yaranmış və uzun illər ərzində 
onun rəhbərlik etdiyi simfonik musiqi kollektivləri xarici ölkə 
klassiklərinin və müasir bəstəkarlarının  əsərlərinin də 
Azərbaycanda uğurla təbliğ olunmasında mühüm rol oynamışdır. 
Azərbaycan musiqisində ilk sımfonik  əsərlərin müəlliflərindən 
biri kimi Niyazinin milli simfonizmin təşəkkülü və inkişafında 
böyük rolu olmuşdur. Onun opera, balet, simfonik muğam, süita, 
fortepiano ilə orkestr üçün konsert və mahnıları, dram tamaşalarına 
və kinofilmlərə  bəstələdiyi musiqi məzmun dolğunluğu, güclü 
emosional təsiri və zəngin melodiyası ilə həmişəlik yaddaşlara həkk 
olunmuşdur. 


Yüklə 2,86 Kb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə