Microsoft Word Tam hazir metn doc



Yüklə 2,86 Kb.
Pdf görüntüsü
səhifə66/79
tarix24.12.2017
ölçüsü2,86 Kb.
#17909
1   ...   62   63   64   65   66   67   68   69   ...   79

müəyyənləşdirmiş və bu da yeni mədəniyyət tipinə uyğun müasir 
əlifbaya olan ehtiyacı aktuallaşdırmışdı. XX əsrin  əvvəllərində 
cərəyan edən ictimai-siyasi və  mədəni proseslərin gedişatı 
möycud əlifbanı daha münasibi ilə əvəz etmək ideyasını meydana 
atmışdı. 
 1922-ci 
ildə Azərbaycan hökumətinin qərarı əsasında yeni 
Əlifba Komitəsinin yaradılması, həmin komitəyə Azərbaycan dili 
üçün latın qrafikalı  əlifba tərtibinin tapşırılması yeni qrafıkaya 
keçilməsi yolunda atılmış ilk ciddi addım oldu. 1923-cü ildən 
etibarən latın  əsaslı  əlifbaya keçmə prosesi sürətləndirildi. 
1926-cı ildə keçirilmiş Birinci Ümumittifaq Türkoloji qurultayın 
tövsiyələrinə 
cavab olaraq 1929-cu il yanvarın 1-dən etibarən Azərbaycanda 
kütləvi şəkildə latın qrafıkalı əlifba tətbiq edildi. 
 
Qısa bir müddət  ərzində latın qrafıkasının işlədilməsi 
Azşrbaycanda geniş kütlələr arasında savadsızlığın ləğvi üçün 
olduqca  əlverişli zəmin yaratdı. Bütün bu nailiyyətlərə 
baxmayaraq, həmin  əlifba 1940-cı il yanvarın 1-dən kiril yazısı 
əsasında tərtib edilmiş yeni qrafikalı əlifba ilə əvəz olundu. Yarım 
əsrdən çox bir müddət ərzində kiril qrafikası ilə Azərbaycan elmi 
və  mədəniyyətinin qiymətli nümunələri yaradıldı. Lakin kiril 
qrafikasının dilimizin səs quruluşuna uyğun gəlməməsi 
Azərbaycan ziyalılarını bu əlifbanın təkmilləşdirilməsi yolunda 
mütəmadi iş aparmağa sövq etdi. Təcrübə göstərdi ki, kiril 
qrafikasının dilimizin səs quruluşuna uyğunlaşdırılması yolunda 
nə  qədər cəhd göstərilsə  də, optimal variantın  əldə edilməsi 
mümkün deyildir, bu da onun nə vaxtsa dəyişdiriləcəyi ehtimalını 
gücləndirirdi. 
 Müstəqilliyimizin qazanılmasından sonra yaranmış tarixi 
şərait xalqımızın dünya xalqlarının ümumi yazı sisteminə 
qoşulması üçün yeni perspektivlər açdı  və latın qrafikalı 
Azərbaycan  əlifbasının bərpasını  zəruri etdi. Bu isə müvafiq 
qanunun qəbul olunması ilə nəticələndi. 
 On 
ilə yaxın bir müddətdə latın qrafikalı Azərbaycan 
əlifbasına keçidin ölkəmizdə 2001-ci ilin avqust ayında 


bütövlükdə təmin edildiyini və yeni əlifbadan istifadənin müstəqil 
Azərbaycan Respublikasının ictimai-siyasi həyatında, yazı 
mədəniyyətimizin tarixində mühüm hadisə olduğunu nəzərə 
alaraq qərara alıram: 
 
Hər il avqust ayının 1-i Azərbaycan Respublikasında 
Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilsin. 
 Bu 
Fərman dərc edildiyi gündən qüvvəyə minir. 
 
 
 
 
Azərbaycan Respublikasının Prezidenti   
HEYDƏR ƏLİYEV 
 
Bakı şəhəri, 9 avqust 2001-ci il  
№ 552 
 
V.Y. Nərimanbəyovun "Şöhrət" ordeni ilə təltif edilməsi 
haqqında 
 
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN 
FƏRMANI 
 
 Azərbaycan təsviri sənətinin inkişafındakı xidmətlərinə 
görə Vidadi Yaqub oğlu Nərimanbəyov "Şöhrət" ordeni ilə  təltif 
edilsin. 
 
 
 
 
Azərbaycan Respublikasının Prezidenti   
HEYDƏR ƏLİYEV 
 
Bakı şəhəri, 10 avqust 2001-ci il  
№ 553 
 
A. A. Xələfova "Əməkdar elm xadimi" fəxri adının 
verilməsi haqqında 
 
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN 
FƏRMANI 


 
 Azərbaycanda kitabxanaşünaslıq elminin inkişaf 
etdirilməsindəki xidmətlərinə görə Abuzər Alı  oğlu Xələfova 
"Əməkdar elm xadimi" fəxri adı verilsin. 
 
  
Azərbaycan Respublikasının Prezidenti    
HEYDƏR ƏLİYEV 
 
Bakı şəhəri, 24 dekabr 2001-ci il  
№ 610 
 
Şuşinskinin 100 illik yubiieyinin keçirilməsi haqqında 
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN 
SƏRƏNCAMI 
 
2001-ci ildə Azərbaycan musiqi mədəniyyətinin görkəmli 
nümayəndəsi, məşhur xanəndə, xalq artisti İsfəndiyar Aslan oğlu 
Cavanşirovun (Xan Şuşinskinin) anadan olmasının 100 ili tamam 
olur. 
Azərbaycan klassik xanəndəlik 
ənənələrinin layiqli 
davamçılarından biri olan Xan Şuşinski müstəsna fitri istedadı, 
geniş diapazonlu gur və  məlahətli səsi, yüksək ifaçılıq 
mədəniyyəti sayəsində Azərbaycan muğam sənətini 
zənginləşdirmiş, bir neçə muğama yeni xallar, guşə  və  şöbələr 
əlavə etmişdir. Onun ifasmda səslənmiş muğam və xalq mahnıları 
əsl sənət inciləri kimi milli musiqi mədəniyyəti xəzinəmizə 
həmişəlik daxil olmuşdur. Öz 60 illik yaradıcılığı ilə Azərbaycan 
xanəndəlik sənəti tarixində özünəməxsus məktəb yaratmış Xan 
Şuşinski ölkəmizdə istedadlı ifaçılar nəslinin yetişdirilməsinə  də 
böyük əmək sərf etmişdir. 
XX  əsrdə Azərbaycan milli musiqi sənətinin inkişafında 
mühüm rol oynamış Xan Şuşinskinin 100 illik yubileyinin 
ölkəmizdə layiqincə keçirilməsini təmin etmək məqsədi ilə qərara 
alıram: 


1. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə
Təhsil Nazirliyinə  və Azərbaycan Milli Elmlər Akademiyasına 
tapşırılsın ki, Xan Şuşinskinin anadan olmasının 100 illiyinə həsr 
olunmuş yubiley tədbirləri hazırlayıb həyata keçirsinlər. 
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu 
Sərəncamdan irəli gələn məsələləri həll etsin. 
 
Azərbaycan Respublikasının Prezidenti    
HEYDƏR ƏLİYEV 
 
Bakı şəhəri, 20 iyul 2001-ci il  
 
 
2002 
Azərbaycan Respublikası Prezidentinin "İncəsənət xadimləri 
üçün Azərbaycan Respublikası Prezidentinin mükafatlarınm 
təsis edilməsi haqqında" 2002-ci il 28 may tarixli, 707 nömrəli 
Fərmanına dəyişiklik edilməsi haqqında 
 
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN 
FƏRMANI 
 
Azərbaycan Respublikası Prezidentinin "İncəsənət xadimləri 
üçün Azərbaycan Respublikası Prezidentinin mükafatlarının təsis 
edilməsi haqqında" 2002-ci il 28 may tarixli, 707 nömrəli 
Fərmanının birinci bəndindəki "Hər biri ayda iki milyon manat 
olmaqla on beş mükafat" sözləri "Hər biri ayda iki milyon manat 
olmaqla on doqquz mükafat" sözləri ilə əvəz edilsin. 
 
Heydər ƏLİYEV, 
Azərbaycan Respublikasının Prezidenti 
 
Bakı şəhəri, 26 iyul 2002-ci il 
№ 736 


Yüklə 2,86 Kb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə