Microsoft Word Tam hazir metn doc



Yüklə 2,86 Kb.
Pdf görüntüsü
səhifə63/79
tarix24.12.2017
ölçüsü2,86 Kb.
#17909
1   ...   59   60   61   62   63   64   65   66   ...   79

nümayəndə heyətinə  təqdim olunmuşdur. Həmin faksimile 
Azərbaycan tətbiqi sənət ustaları  tərəfindən məharətlə, Dədə 
Qorqud dövrünü əks etdirən milli ornamentlərdən istifadə 
olunmaqla cildlənmişdir. 
Belə bir aksiyanı Almaniya Federativ Respublikası ilə 
Azərbaycan Respublikası arasında dotsluq və  əməkdaşlığın 
genişləndirilməsi istiqamətində atılmış addım kimi 
qiymətləndirərək "Kitabi-Dədə Qorqud" irsinin gələcək nəsillərə 
daha dolğun çatdırılmasını  və onun tədqiqatçılarının mötəbər bir 
nüsxədən istifadəsini təmin etmək məqsədi ilə qərara alıram:  
1. "Kitabi-Dədə Qorqud" eposunun Almaniyanın Drezden 
şəhərinin Kral kitabxanasında saxlanılan 
əlyazmasının 
Azərbaycan Respublikasının Prezidentinə bağışlanmış faksimilesi 
Azərbaycan Elmlər Akademiyasının Məhəmməd Fizuli adına 
Əlyazmalar İnstitutuna verilsin. 
2. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir. 
 
Azərbaycan Respublikasının Prezidenti    
HEYDƏR ƏLİYEV 
Bakı şəhəri, 3 aprel 2000-ci il  
N2 377 
 
Sabit Rəhmanın 90 illik yubileyinin keçirilməsi haqqında 
 
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN 
SƏRƏNCAMI 
 
2000-ci ildə müasir Azərbaycan  ədəbiyyatının görkəmli 
nümayəndələrindən biri - tanınmış yazıçı  və dramaturq Sabit 
Rəhmanın anadan olmasının 90 illiyi tamam olur. 
Azərbaycan nəsrinin və dramaturgiyasının, xüsusilə komediya 
janrının inkişafında Sabit Rəhmanın böyük xidmətləri olmuşdur. 
Azərbaycan ədəbiyyatında əsası Mirzə Fətəli Axundov tərəfindən 
qoyulmuş komediya janrı Sabit Rəhmanın yaradıcılığında öz 
davamını tapmış  və inkişaf etmişdir. Mövzularının aktuallığı, 


orijinallığı və incə xalq yumoru ilə səciyyələnən bu komediyalar 
Azərbaycanda musiqili komediya janrının və kinematoqrafıyanın 
inkişafinda da mühüm rol oynamışdır. 
Azərbaycan  ədəbiyyatı  və  mədəniyyəfinin inkişafinda böyük 
xidmətləri olan Sabit Rəhmanın 90 illik yubileyinin respublikada 
layiqincə keçirilməsini təmin etmək məqsədi ilə qərara alıram: 
1. Sabit Rəhmanın 90 illik yubileyi tədbirlərinin hazırlanması 
və  həyata keçirilməsi üçün aşağıdakı  tərkibdə  Təşkilat Komitəsi 
yaradılsın:  
 
Təşkilat Komitəsinin sədri 
 
Elçin Əfəndiyev - 
Azərbaycan Respublikası Baş nazirinin  
   müavini 
 
Təşkilat Komitəsinin üzvləri: 
 
Rəfael Allahverdiyev   - Bakı Şəhər İcra Hakimiyyətinin  
 
 
 
 
başçısı 
Fatma Abdullazadə  - Azərbaycan Respublikası Prezidentinin  
 
 
 
     İcra Aparatının Humanitar siyasət  
 
   
 
 
şöbəsinin müdiri 
Fərəməz Maqsudov    - Azərbaycan Elmlər Akademiyasmm  
 
 
 
 
prezidenti 
Polad Bülbüloğlu - Azərbaycan Respublikasının mədəniyyət  
 
 
 
naziri 
Misir Mərdanov - 
Azərbaycan Respublikasının təhsil naziri 
Nizami Xudiyev - 
Azərbaycan Dövlət Teleradio Verilişləri  
 
 
 
Şirkətinin sədri 
Oqtay Mirqasımov      - "Azərkinovideo" İstehsalat Birliyinin  
 
 
 
sədri 
Anar Rzayev - 
Azərbaycan Yazıçılar Birliyinin sədri 
Bəxtiyar Vahabzadə    - xalq şairi 
Yaşar Qarayev - 
Azərbaycan Elmlər Akademiyası    
 
 
 
Ədəbiyyat İnstitutunun direktoru 


Hacıbaba Bağırov - Azərbaycan Dövlət Musiqili Komediya  
 
 
 
Teatrının direktoru 
Nəsibə Zeynalova       - xalq artisti 
Emin Sabitoğlu - 
bəstəkar 
2. Azərbaycan Respublikasmm Nazirlər Kabineti bu 
Sərəncamdan irəli gələn məsələləri həll etsin. 
 
Azərbaycan Respublikasınm Prezidenti     
HEYDƏR ƏLİYEV 
Bakı şəhəri, 3 aprel 2000-ci il  
N378 
 
 
Möhsün Sadıq oğlu Sənaninin 100 illik yubileyi haqqında 
 
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN 
SƏRƏNCAMI 
 
Azərbaycanın görkəmli teatr və kino xadimi xalq artisti 
Möhsün Sadıq oğlu Sənaninin 100 illik yubileyi ilə  əlaqədar 
qərara alıram: 
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə, Təhsil 
Nazirliyinə və "Azərkinovideo"  İstehsalat Birliyinə tapşırılsın ki, 
Möhsün Sadıq oğlu Sənaninin 100 illik yubileyi ilə bağlı lazımi 
tədbirlər hazırlayıb həyata keçirsinlər. 
Azərbaycan Respublikasının Prezidenti    
HEYDƏR ƏLİYEV 
 
Bakı şəhəri, 20 may 2000-ci  
 N 422 
 
"Turizm haqqında" Azərbaycan Respublikası Qanununun 
icrasının təmin edilməsi barədə 
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN 
FƏRMANI 


 
 "Turizm 
haqqında" Azərbaycan Respublikası Qanununun 
icrasının təmin edilməsi məqsədi ilə qərara alıram: 
 Müəyyən edilsin ki: 
 "Turizm 
haqqında" Azərbaycan Respublıkası Qanununun 
5-ci maddəsinin 2-ci bəndində "razılaşdırmaqla" sözündən sonra 
12-ci maddəsinin üçüncü, dördüncü və altıncı hissələrində və 16-
cı maddəsində  nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti 
orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər 
Kabineti yanında Xarici Turizm Şurası həyata keçirir. 
 
 
 
 
 
 
Azərbaycan Respublikasının  
    Prezidenti 
 
 
HEYDƏR ƏLİYEV 
 
Bakı şəhəri, 15 iyul 2000-ci il  
 
№ 376 
 
 
Xalq artisti bəstəkar Tofiq Quliyevin dəfninin təşkili  üzrə 
Dövlət  
Komissiyası haqqında 
 
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN 
SƏRƏNCAMI 
 
 Xalq 
artisti 
bəstəkar Tofiq Ələkbər oğlu Quliyevin dəfni 
ilə əlaqədar qərara alıram: 
  1. 
Tofiq Quliyevin dəfnini təşkil etmək üçün 
aşağıdakı tərkibdə Dövlət Komissiyası yaradılsın: 
 Artur 
Rasizadə (sədr) 
 Ramiz 
Mehdiyev 
 Elçin 
Əfəndiyev 
 
Rəfael Allahverdiyev 
 Fatma 
Abdullazadə 
 Polad 
Bülbüloğlu 


Yüklə 2,86 Kb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə