Microsoft Word Tam hazir metn doc


Dövlət kitabxanalarının büdcədənkənar



Yüklə 2,86 Kb.
Pdf görüntüsü
səhifə59/79
tarix24.12.2017
ölçüsü2,86 Kb.
#17909
1   ...   55   56   57   58   59   60   61   62   ...   79

M a d d ə  2 8.   Dövlət kitabxanalarının büdcədənkənar 
vəsaitləri 
Dövlət kitabxanalarının işinin genişləndirilməsi, maddi-texniki 
bazasının möhkəmləndirilməsi və  əməyin stimullaşdırılması 
məqsədi ilə nizamnamələrində göstərilən qaydada təsərrüfat 
fəaliyyəti və pullu xidmət  əsasında büdcədənkənar fondlar 
formalaşdırılır. 
Dövlət kitabxanalarında pullu xidmət yalnız  əlavə  əmək sərfı 
tələb edən və müvafıq icra hakimiyyəti orqanı  tərəfindən 
müəyyənləşdirilən xüsusi xidmət növlərinə aid edilir. 
M a d d ə  2 9.   Kitabxanaların inkişaf fondu 
Kitabxanaların maddi-texniki bazasını möhkəm-ləndirmək 
məqsədi ilə dövlət və qeyri-dövlət inkişaf fondları təsis edilə bilər. 
Bu fondlar təsisçilərin payları, hüquqi və fıziki şəxslərin könüllü 
ayırmaları, qanunvericilikdə müəyyən olunmuş qaydada keçirilən 
lotereya və digər məqsədli kommersiya tədbirlərindən daxil olan 
vəsaitlər hesabına yaradılır. 
M a d d ə  3 0.  Kitabxanaların maddi-texniki təchizatı 
Kitabxanalar kitab fondunun saxlanması  və oxuculara xidmət 
etmək üçün xüsusi layihə ilə tikilmiş binalarla və kitabxana işini 
avtomatlaşdırmaq üçün zəruri vəsaitlərlə təmin edilməlidirlər. 
M a d d ə  3 1.  Kitabxanaların əmlakı və təsərrüfat 
fəaliyyəti 
Kitabxana onun mülkiyyətində olan və ya idarəçiliyinə 
verilmiş əmlakdan Azərbaycan Respublikasının qanunvericiliyinə 
uyğun olaraq istifadə edir. 
Xidmət fəaliyyətini genişləndirmək məqsədi ilə dövlət 
kitabxanalarına torpaq sahələri və əlavə binalar ayrıla bilər. 
Kitabxanalar qanunvericilikdə müəyyən olunmuş qaydada 
nizamnamələrinə uyğun olaraq təsərrüfat fəaliyyəti ilə məşğul ola 
bilərlər. Bu fəaliyyətdən  əldə edilən vəsait bütövlükdə 
kitabxananın sərəncamında qalır. 
M a d d ə  3 2. Kitabxana işçilərinin sosial müdafiəsi 


Dövlət kitabxana işçilərinin sosial müdafıəsinə təminat verir. 
Kitabxana işçilərinin  əmək haqları elm və  təhsil sahələri 
işçilərinin əmək haqlarından aşağı olmamalıdır. 
Kitabxanaların statusu, spesifık xüsusiyyətləri nəzərə 
alınmaqla işçilərə  əmək haqqında  əlavə digər ödənişlər tətbiq 
edilə bilər. 
Müvafiq icra hakimiyyəti orqanları, müəssisə, idarə  və 
təşkilatlar öz tabeliyində olan kitabxanaların işçilərinə  əlavə 
kompensasiyalar müəyyən edə bilərlər. 
Kitabxana işçiləri öz peşə  və sosial hüquqlarını  təmin etmək 
məqsədi ilə qanunvericilikdə müəyyən olunmuş qaydada ictimai 
birliklər yarada bilərlər. 
VI  f ə s i l  
 
YEKUN 
MÜDDƏALARI 
M a d d ə  3 3.   Kitabxana işi sahəsində beynəlxalq 
əməkdaşlıq 
Kitabxana işi sahəsində beynəlxalq  əməkdaşlıq Azərbaycan 
Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr 
əsasında həyata keçirilir. 
Kitabxanalar və kitabxana işi sahəsində ictimai birliklər 
beynəlxalq kitabxana təşkilatları, xarici ölkələrin kitabxanaları və 
kitabxana işi sahəsində ictimai birlikləri ilə  əməkdaşlıq edə 
bilərlər. 
Maddə  34.   Bu Qanunun pozulmasına görə məsuliyyət 
Bu Qanunun pozulmasında təqsirli olan hüquqi və fıziki şəxslər 
Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq 
məsuliyyət daşıyırlar. 
 
Azərbaycan Respublikasının Prezidenti    
Heydər Əliyev 


 
Bakı şəhəri, 29 dekabr 1998-ci il 
 
CƏMŞID NAXÇIVANSKI ADINA HƏRBI LITSEYIN 
NAXÇIVAN FILIALININ     AÇILMASI HAQQINDA 
 
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN 
SƏRƏNCAMI 
 
Azərbaycan ordusunun peşəkar hərbi kadrlara olan tələbatını 
daha mükəmməl ödəmək, Naxçıvan Muxtar Respublikasında 
gənclərin hərbi təhsil alması üçün əlverişli  şərait yaratmaq 
məqsədi ilə qərara alıram: 
1. Cəmşid Naxçıvanski adına hərbi litseyin Naxçıvan filialı 
açılsın. 
2. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti və 
Azərbaycan Respublikasının Müdafıə Nazirliyi bu Sərəncamdan 
irəli gələn məsələləri həll etsinlər. 
 
Azərbaycan Respublikasının Prezidenti  
HEYDƏR ƏLİYEV 
 
Bakı şəhəri, 13 mart 1998-ci il  
N762 
 
   
AZƏRBAYCAN RESPUBLIKASININ ƏDƏBIYYAT VƏ 
INCƏSƏNƏT XADIMLƏRINƏ FƏRDI TƏQAÜDLƏR 
VERILMƏSI HAQQINDA 
 
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN 
SƏRƏNCAMI 
 
1.
 
Azərbaycan xalqı qarşısında böyük xidmətləri olan 
aşağıdakı incəsənət xadimlərinə fərdi təqaüdlər verilsin:  
Abdullayeva Həyat Həmdulla qızı  


Xəlilov Ramazan Həmzət oğlu 
  
2.
 
Azərbaycan Respublikasının Nazirlər Kabineti bu 
Sərəncamdan irəli gələn məsələləri həll etsin. 
    
Azərbaycan Respublikasının  
Prezidenti     HEYDƏR ƏLİYEV 
 
Bakı şəhəri, 23 avqust 1998-ci il  
№884 
 
 
CƏLAL PAŞAYEVIN 90 ILIIK YUBILEYI HAQQINDA 
 
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN 
SƏRƏNCAMI 
 
Azərbaycanm görkəmli alimi və yazıçısı Mir Cəlal  ƏIi oğlu 
Paşayevin 90 illik yubileyi ilə əlaqədar qərara alıram: 
Azərbaycan Respublikasmm Təhsil Nazirliyinə  və Elmlər 
Akademiyasına tapşırılsın ki, yaradıcılıq ittifaqları ilə birlikdə Mir 
Cəlal Əli oğlu Paşayevin 90 illik yubileyi ilə bağlı lazımi tədbirlər 
hazırlayıb həyata keçirsinlər. 
 
Azərbaycan Respublikasının Prezidenti    
HEYDƏR ƏLİYEV 
 
Bakı şəhəri, 16 aprel 1998-ci il 
N782 
 
Ədəbiyyat və Incəsənət Xadimlərinə Fərdi Təqaüdlər 
Verilməsi 
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN 
SƏRƏNCAMI 
 


Yüklə 2,86 Kb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə