Microsoft Word Tam hazir metn doc



Yüklə 2,86 Kb.
Pdf görüntüsü
səhifə56/79
tarix24.12.2017
ölçüsü2,86 Kb.
#17909
1   ...   52   53   54   55   56   57   58   59   ...   79

olan "XIX əsr Azərbaycanda ictimai və  fəlsəfı fikir tarixindən" 
kitabına görə Heydər Hüseynova "pantürkist", "panislamist" 
damğaları vurulmuşdu. Bu təqiblər Heydər Hüseynovun faciəli və 
müəmmalı ölümünə səbəb olmuşdur. 
Akademik Heydər Hüseynovun Azərbaycan elminin 
inkişafında misilsiz xidmətlərini nəzərə alaraq, anadan olmasının 
90 illiyi ilə əlaqədar qərara alıram: 
Azərbaycan Respublikası Elmlər Akademiyası  və  Təhsil 
Nazirliyinə tapşırılsın ki, Heydər Hüseynovun 90 illiyi ilə 
əlaqədar lazımi tədbirlər hazırlayıb həyata keçirsinlər. 
 
Azərbaycan Respublikasının Prezidenti  
HEYDƏR ƏLİYEV 
 
Bakı şəhəri, 31 mart 1998-ci il 
N 771 
 
 
 
 
 
KİTABXANA İŞİ HAQQINDA AZƏRBAYCAN 
RESPUBLİKASININ QANUNU 
Bu Qanun Azərbaycan Respublikasında kitabxana işi sahəsində 
dövlət siyasətinin əsas prinsiplərini, kitabxana işinin və kitabxana 
sisteminin ümumi əsaslarını, kitabxana fondlarının 
formalaşdırılması  və mühafızəsi tələblərini, kitabxanaların 
maliyyələşdirilmə mənbələrini, kitabxanalardan istifadə sahəsində 
vətəndaşların hüquq və  vəzifələrini, kitabxana işi sahəsində 
beynəlxalq əməkdaşlığın prinsiplərini müəyyən edir. 
 
I  f ə s i l    
ÜMUMİ MÜDDƏALAR 


M a d d ə   1.   Əsas anlayışlar 
Bu Qanunda istifadə edilən anlayışlar aşağıdakı mənaları ifadə 
edir: 
kitabxana  - elm, informasiya, mədəniyyət, təhsil və  tərbiyə 
müəssisəsi kimi çap əsərlərini və digər informasiya daşıyıcılarını 
toplayıb mühafızə edən, onların sistemli ictimai istifadəsini təşkil 
edən, cəmiyyətin intellektual və  mənəvi potensialının inkişafına 
xidmət göstərən sosial institut; 
kitabxana işi - elm, informasiya, mədəniyyət, təhsil və tərbiyə 
fəaliyyəti sahəsi kimi kitabxana sisteminin təşkili və inkişafını, 
kitabxana fondlarının formalaşdırılmasını, hüquqi və fiziki 
şəxslərə kitabxana, informasiya və biblioqrafıya xidməti 
qaydalarını, kitabxanaçı-biblioqraf kadrlar hazırlanmasını, 
kitabxanaların inkişafının elmi-metodik təminatını  əhatə edən 
fəaliyyət sahəsi; 
kitabxanaçı  - kitabxana işi sahəsində  fəaliyyət göstərən 
müvafıq ixtisaslı mütəxəssis; 
sənəd  - informasiyanın mətn, səsyazma və  təsvir formasında 
qeydə alınan, müəyyən zaman və məkan daxilində informasiyanın 
verilməsi və ya qorunması məqsədini daşıyan maddi obyekt; 
kitabxana fəaliyyəti  - oxucuların sərbəst surətdə informasiya 
almaq hüququnu təmin etmək, onların kitablara, dövri nəşrlərə və 
kitabxana fondunu təşkil edən digər sənədlərə olan tələbatını 
ödəmək məqsədi ilə həyata keçirilən fəaliyyət; 
mərkəzləşdirilmiş kitabxana sistemləri  - eyni sistemə aid 
olan kitabxanaların vahid strukturda könüllü birləşməsi; 
kitabxana fondu - ictimai istifadə  məqsədi ilə kitabxananın 
vəzifələrinə uyğun  şəkildə formalaşmış çap əsərləri və digər 
məlumat daşıyıcılarının məcmusu. 
M a d d ə  2.  Kitabxana işi sahəsində Azərbaycan 
Respublikasının qanunvericiliyi 
Kitabxana işi sahəsində Azərbaycan Respublikasının 
qanunvericiliyi bu Qanundan, Azərbaycan Respublikasının digər 
müvafıq qanunvericilik aktlarından və Azərbaycan 
Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələrdən 
ibarətdir. 


Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası 
müqavilələrlə bu Qanun arasında ziddiyyət yaranarsa, həmin 
beynəlxalq müqavilələr tətbiq edilir. 
M a d d ə  3 .  Kitabxana işi sahəsində dövlət siyasətinin əsas 
prinsipləri və dövlətin vəzifələri 
Kitabxana işi sahəsində dövlət siyasətinin əsas prinsipləri 
aşağıdakılardır: 
kitabxanalarda mühafızə olunan mədəni sərvətlərdən və 
informasiya vasitələrindən istifadənin hamı üçün açıq olması; 
milli sərvət olan kitabxanalara dövlət qayğısı, onların 
fondlarının toxunulmazlığı və üstün maliyyələşdirilməsi. 
Kitabxana işi sahəsində dövlətin vəzifələri aşağıdakılardır: 
kitabxana işinin inkişafına dair Dövlət Proqramının 
hazırlanması və həyata keçirilməsi
kitabxana fəaliyyətini tənzimləyən qanunvericilik aktlarının 
qəbul və tətbiq edilməsi; 
kitabxana işinin avtomatlaşdırılması  və kitabxana fondlarının 
tədricən müasir informasiya daşıyıcılarına köçürülməsi, elektron 
mübadilə sistemlərindən (internetdən və s.) istifadə  və milli 
fondların həmin sistemlərdə əks olunması; 
milli və dünya mədəniyyəti sərvətlərinə yiyələnməyə 
yönəldilən informasiya sisteminin yaradılması; 
dövlət kitabxana fondlarının mühafızəsi və inkişafı, dövlət 
kitabxanalarının milli və xarici ədəbiyyatla ardıcıl təchizatı 
sisteminin yaradılması; 
xarici ölkə kitabxanalarında saxlanılan milli sərvət hesab 
olunan nadir kitabların və  əlyazmaların (imkan olmadıqda 
surətlərinin) Azərbaycan Respublikasına qaytarılmasının təmin 
olunması; 
dövlət kitabxana binalarının tikilməsi,  əsaslı  təmiri, dövlət 
kitabxanalarının müasir avadanlıq və texniki vasitələrlə  təchiz 
edilməsi; 
kitabxana işinə dair elmi tədqiqatların və metodik tədbirlərin 
həyata keçirilməsinə köməklik göstərilməsi; 


kitabxana kadrları hazırlayan və ya onların ixtisasının 
artırılmasını həyata keçirən təhsil müəssisələrinin yaradılması və 
fəaliyyətinin təşkili; 
təbii fəlakət, silahlı münaqişə  və müharibə zamanı kitabxana 
fondlarının mühafizəsinin təmin olunması; 
qeyri-dövlət kitabxanalarının inkişafına  şərait yaradılması; 
kitabxana işinə dair dövlət standartlarının müəyyən olunması; 
kitabxana fondlarının statistik uçotunun aparılması. 
M a d d ə 4 .  Kitabxana fəaliyyətinin əsas istiqamətləri 
Kitabxana fəaliyyətinin  əsas istiqamətləri sənəd-informasiya 
fondlarının formalaşmasından, mühafızəsindən və bu materialların 
hüquqi və fıziki şəxslərə istifadəyə verilməsindən, kitabxanalarda 
toplanıb saxlanılan informasiya vasitələrinin mübadiləsinə imkan 
verən vahid informasiya məkanının yaradılmasından ibarətdir. 
II  f ə s i l  
KİTABXANA  SİSTEMİ 
M a d d ə   5 .   Kitabxana sisteminin təşkilinin əsasları 
Azərbaycan Respublikasında kitabxana sistemini ərazi, idarə, 
idarələrarası, sahəvi, sahələrarası  və kompleks xidmət 
prinsiplərinə  əsaslanan universal, ixtisaslaşdırılmış dövlət və 
qeyri-dövlət kitabxanaları təşkil edir. 
M a d d ə  6 .   Kitabxana sisteminin tərkibi 
Azərbaycan Respublikasında kitabxana sisteminin tərkibinə 
dövlət və qeyri-dövlət kitabxanaları daxildir. 
Dövlət kitabxanalarına aşağıdakılar daxildir: 
Milli Kitabxana; 
Naxçıvan Muxtar Respublikasının dövlət kitabxanası; 
şəhər, rayon, qəsəbə, kənd kitabxanaları (kütləvi, elmi, xüsusi 
kitabxanalar, gənclər, uşaqlar, korlar üçün və sair kitabxanalar) və 
onların fılialları, mərkəzləşdirilmiş kitabxana sistemləri; 
respublika əhəmiyyətli elmi-sahəvi kitabxanalar; 
dövlət idarə, müəssisə və təşkilatlarının kitabxanaları; 


Yüklə 2,86 Kb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə