İNFORMASİYA MEMORANDUMU
Bu sənəd informasiya memorandomunun giriş hissəsidir.
Səhmlərə investisiya etmək barədə hər hansı bir qərar verməzdən əvvəl bu
informasiya memorandumu oxuduqdan sonra həyata keçirilməlidir.
İnformasiya memorandomunda olan məlumatların yanlış, qeyri-dəqiq,
ziddiyyətli olduğu və ya qiymətli kağızlara investisiya edib-etməmək barədə qərar
verən investorlara kömək etmək məqsədilə əsas informasiyanın verilmədiyi zaman
informasiya memorandomunu hazırlamış şəxslər mülki məsuliyyəti daşıyırlar.
Biz aşağıda imza edənlər investisiya memarandumuna daxil edilmiş bütün
məlumatların düzgünlüyünü imzamızla təsdiq edirik:
1.-İdarə heyətinin sədri: Əfqan Cəlilov ____________________
2. İdarə heyətinin üzvü: Elnur Musayev ___________________
3. İdarə heyətinin üzvü: Səkinə Xələfova ____________________
1. Emitent haqqında məlumat
1.1.
Emitentin tam adı: “AGBank” Açıq Səhmdar Cəmiyyəti
1.2.
Emitentin olduğu yer: Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə 102A
1.3.
Emitentin təşkilati-hüquqi forması: Açıq Səhmdar Cəmiyyət
1.4.
Emitentin qeydiyyatda olduğu ölkə: Azərbaycan Respublikası
1.5.
Emitentin rəqabət apardığı əsas bazarların təsviri və cari il üzrə fəaliyyət
kateqoriyası və coğrafi amilləri nəzərə alaraq ümumi gəlirlərin tədqiqi: “AGBank”
ASC bank fəaliyyəti ilə məşgul olur. Əsas maliyyə göstərciləri Əlavə olunur.
1.6.
Emitentə və onun əməliyyat apardığı sahələrə təsir edən ən vacib son
tendensiyaların təsviri: Bank qanunvericilyində son dəyişikliklər, Mərkəzi Bankın pul-
kredit və məzənnə siyasəti, bank tənsizmlənməsi sahəsində son dəyişikliklər
1.7.
Emitentin digər hüquqi şəxslərdə mövqeyinin qısa təsviri: Digər hüquqi şəxslərin
nizamnamə kapitalında emitentin payı aşağıdakı kimidir :
“AGLizinq” QSC :
- Nizamnamə kapitalı – 1 000 000.00 manat;
- “AGBank” ASC-nə məxsus 400 ədəd səhm;
- nizamnamə kapitalının 40 (qırx) % təşkil edir;
- qeydiyyat şəhadətnaməsinin N-si 1105-T10-3764 , tarix 14.04.2005-ci il
- qeydiyyat ünvanı Bakı ş., İçəri şəhər Qüllə küç. 16
“Caspian Financial ltd” MMC :
- Nizamnamə kapitalı – 100 000.00 manat;
- nizamnamə kapitalının 49 (qırx doqquz) % təşkil edir;
- qeydiyyat şəhadətnaməsinin N-si 1301939371 , 15.04.2009 – cu il
- qeydiyyat ünvanı Bakı ş., Yusif Səfərov küç., 23A
1.8.
Emitentin nizamnamə kapitalında mühüm iştirak payına sahib olan
səhmdarların adları, vətəndaşlığı və onlara məxsus səhmlərin sayı və nizamnamə
kapitalında olan faiz nisbəti:
Emitentin nizamnamə kapitalında 10%-dan artıq həcmdə səsli səhmlərə malik
olan fiziki şəxslər: Əsədulla Çinqiz Rauf oğlu (Azərbaycan vətəndaşı) – 26,24 %
(13 406 406 ədəd)
Emitentin nizamnamə kapitalında 10%-dan artıq həcmdə səsli səhmlərə malik
olan hüquqi şəxsin adı: yoxdur
1.9.
Mühüm iştirak payına sahib olan səhmdarların malik olduğu səhmlər üzrə səs
hüquqları haqqında məlumat: Hər səhmdar ona məxsus səhmlərin sayına mütənasib
səs hüququna malikdir.
1.10.
Mühüm iştirak payına sahib olan səhmdarlar tərəfindən emitentə nəzarətin
xüsusiyyəti: Azərbaycan Respublikasının qanunvericiliyi və Emitentin Nizamnaməsi
ilə müəyyən olunan məsələlər istisna olmaqla, Səhmdarların Ümumi Yığıncağında
digər məsələlər üzrə qəbul olunan qərarlar yığıncaqda iştirak edən səhmdarların sadə
səs çoxluğu ilə qəbul olunur.
1.11.
Son üç maliyyə ili ərzində hər maliyyə ili üzrə seçilmiş maliyyə məlumatı
əsasında emitentin maliyyə durumunun əsas göstəriciləri : Əlavə olunur
1.12.
Seçilmiş proforma maliyyə məlumatı Seçilmiş proforma maliyyə məlumatının
emitentin fərziyyəyə əsaslanan vəziyyətinin təsvir edilməsi və buna görə də şirkətin
faktiki maliyyə göstəricilərini özündə əks etdirməməsi barədə qeyd: Emitentin
proforma maliyyə məlumatı 1.11.-ci bənddə verilən maliyyə məlumatlarından
fərqlənmir.
1.13.
Audit edilmiş maliyyə məlumatlarına dair auditorun rəyinin qısa təsviri (əlavə
olunur)
1.14.
Dövriyyə kapitalının emitentin cari ehtiyacları üçün kifayət etmədiyi təqdirdə
tələb olunan əlavə vəsaitlər mənbələri barədə məlumat: Mərkəzi Bankın
yenidənmaliyyələşdirmə kreditləri, banklararası kredit bazarı, cəlb edilmiş depozitlər
və s.
2. Qiymətli kağızlar haqqında məlumat
2.1.
Səhmlərin növü və qeydiyyat nömrəsi: adi, sənədsiz, adlı; AZ1001000970
2.2.
Emitentin emissiya hesabında olan səhmlərinin sayı və nominal dəyəri: Emissiya
hesabında səhm mövcud deyil.
2.3.
Səhmlərlə təsbit olunan hüquqlar: Səhmlərə aşağıdakı hüquqlar təsbit edilmişdir:
cəmiyyətin idarə edilməsində Azərbaycan Respublikasının Mülki Məcəlləsi,
digər qanunvericiliklə və cəmiyyətin nizamnaməsi ilə müəyyən edilmiş qaydada
iştirak etmək, onun idarəetmə və icra orqanlarına seçmək və seçilmək;
qanunvericiliklə müəyyən edilmiş qaydada, cəmiyyətin fəaliyyətinə dair
məlumatlar almaq, ildə bir dəfə onun illik hesabatı və mühasibat balansı ilə tanış
olmaq;
cəmiyyətin səhmdarlarının ümumi yığıncağının çağırılmasını tələb etmək;
cəmiyyətin səhmdarlarının ümumi yığıncağının gündəliyində dəyişikliklərin
edilməsini və gündəliyə yeni müzakirə mövzularının əlavə olunmasını tələb
etmək;
cəmiyyətin səhmdarlarının ümumi yığıncağında səsvermə hüququ ilə iştirak
etmək və onun protokolunun surətini tələb etmək;
cəmiyyətin fəaliyyətinin təftiş komissiyası və ya auditor tərəfindən
yoxlanılmasını tələb etmək;
cəmiyyətin xalis mənfəətindən dividend almaq;
cəmiyyətin fəaliyyətinə xitam verildikdə, cəmiyyətin kreditorlarının tələbləri
yerinə yetirildikdən, hesablanmış, lakin ödənilməmiş dividendlər, habelə
imtiyazlı səhmlərin ləğvetmə dəyəri ödənildikdən sonra cəmiyyətin yerdə qalan
əmlakının müəyyən hissəsini almaq;
cəmiyyətin səhmlərinin satışı prosesində iştirak etmək;
Azərbaycan Respublikasının Mülki Məcəlləsi və səhmdar cəmiyyətinin
nizamnaməsində nəzərdə tutulmuş digər hüquqlara malik olmaq.
2.4.
Səhmlərlə təsbit olunan məhdudiyyətlər: Yoxdur.
2.5.
Tənzimlənən bazar barədə məlumat və ticarətə buraxılmanın şərtləri: Emissiya
ediləcək səhmlərin yerləşdirilməsi kütləvi təklif üsulu ilə Bakı Fond Birjasında,
səhmlərin dəyərinin yalnız pulla ödənilməsi və alqı-satqı əqdlərinin bağlanması yolu ilə
“Qiymətli kağızlar bazarı haqqında” AR Qanunun 8.11-ci maddəsinə əsasən ilkin
olaraq emitentin səhmdarlarına, onların emitentin nizamnamə kapitalında malik
olduqları paya mütənasib şəkildə almaqda üstünlük hüquqlarından istifadə etmək
təklif olunmaqla həyata keçiriləcək.
2.6.
Emitentin dividend siyasətinin təsviri: Dividendlərin ödənilməsi Səhmdarların
Ümumi Yığıncağının qərarı ilə ilin yekunlarına görə, mənfəətin bir hissəsinin ildə bir
dəfə ödənilməsi nəzərdə tutulmuşdur. Hər bir səhm səhmdarlara müvafiq dividend
almaq hüququ verir. Bank maliyyə-təsərrüfat fəaliyyətinin nəticələrindən asılı olaraq
dividendləri hər rüb və ya ildə bir dəfə ödəyə bilər. Dividendlərin ödənilməsi elan
olunduqdan sonra bu barədə məlumat kütləvi informasiya vasitələrinin birində dərc
edilir.
3. Risk faktorları
3.1.
Risk faktorları: Səhm emissiyası zamanı emitentin və ya onun fəaliyyət
göstərdiyi sahəyə xas olan risk faktorları aşağıdakılardır:
Qiymət riski: Yeni səhm emissiyası bankın maliyyə sabitliyinin güclənməsinə
səbəb olacaqdırki bu da bankın gəlirinin artmasına səbəb olacaqdır. Bu isə öz
növbəsində bankın dividentlərinin artması ilə nəticələnəcəkdir.
Dividendlərə təsiri: Bankın səhm emissiyasının dividendərə müsbət təsir etməsi
gözlənilir.
4. Emissiya olunan qiymətli kağızlar
4.1.
Emissiyanın həcmi:
Səhmlərin məcmu nominal dəyəri – 7 000 000 (yeddi milyon) manat.
Səhmlərin sayı – 3 500 000 (üç milyon beş yüz min) ədəd
Bir səhmin nominal dəyəri – 2 (iki) manat.
4.2.
Emissiya barədə qərar: Səhmlərin emissiyası haqqında qərar Səhmdarların
ümumi yığıncağı tərəfindən 116 saylı 4 mart 2016-cı il tarixli və Müşahidə Şurasının
1939 nömrəli 23 yanvar 2018-ci il tarixli protokola əsasən verilmişdir.
4.3.
Emissiyanın həyata keçirilməsində nəzərdə tutulan xərclər və cəlb olunacaq
vəsaitlərin xalis məbləği: Emitent tərəfindən 3 500 000 ədəd 7 000 000,00 manat
məbləğində səhmlərin buraxılması nəzərdə tutulur. Qiymətli kağızların kütləvi təklifi
və yerləşdirilməsi üzrə investisiya xidmətlərin göstərilməsi ilə bağlı Emitent tərəfindən
anderayterlə bağlanmış investisiya xidmətlərinin göstərilməsi müqaviləsinin 5 nömrəli
əlavəsində öhdəlik götürmədən anderrayter xidmətinin göstərilməsi üzrə xidmət haqqı
ödəniləcəkdir. Emissiya edilən səhmlərin saxlanmasını və reyestrinin aparılmasını
təmin etmək məqsədi ilə Milli Depozit Mərkəzi ilə müqavilə bağlanacaq və onların
preyskurantına uyğun xidmət haqqı
1
ödəniləcək.
4.4.
Təklifin şərtlərinin təsviri: Səhmlərın yerləşdirilməsi kütləvi təklif üsulu ilə
Abunə yazılışı formasında investisiya şirkəti vasitəsi ilə Bakı Fond Birjasında həyata
keçiriləcək. Səhmlərın yerləşdirilməsi zamanı satış qiyməti 2.00 (iki) manat olmaq şərti
ilə həyata keçiriləcək.
Abunə yazılışı səhmlər qeydiyyata alındığı tarixdən etibarən sonrakı 10 gün ərzində
başlanılacaq 3 ay ərzində həyata keçiriləcək.
Abunə yazılışı başa çatdıqdan sonra 5 (beş) iş günü ərzində qiymətli kağızların BFB-
də kütləvi yerləşdirilməsinə başlanılacaq və 7 (yeddi) iş günü ərzində yerləşdirilməsi
həyata keçiriləcək.
Kütləvi təklif olunan əlavə səhmlərin yerləşdirilməsi aşağıdakı ardıcıllıqla həyata
keçiriləcək:
ilk 2 iş günü ərzində üstünlük hüququna malik olan səhmdarlar arasında
səhmlərin yerləşdirilməsi;
-
digər investorlar arasında səhmlərin yerləşdirilməsi.
1
Qiymətli kağızların əlavə emissiyasının uçota alınması – emissiya edilmiş qiymətli kağızların ümumi həcminin
0,1% (5AZN-dən aşağı, 1500 AZN-dən yuxarı olmamaq şərtilə) + ƏDV
4.5.
Emissiyada iştirak edən şəxslərin maraqları, o cümlədən maraqların
toqquşması: Nəzərdə tutulan emissiyada iştirakçılar bir biri ilə əlaqəli deyil və
maraqların toqquşmasına əsas yoxdur.
4.6.
Yeni səhm təklifi nəticəsində mövcud səhm mülkiyyətçilərinin paylarında olan
dəyişmə (miqdarı və faizi göstərməklə)
QK Mülkiyyətçisi
Ümumi miqdarı,
ədədlə
Faiz nisbəti
Ümumi
miqdarı,
manatla
Rezident Şirkətlər
11 458
0,02242%
22 916
Qeyri rezident Şirkətlər
3 506 933
6,86288%
7 013 866
Fiziki şəxlər
47 581 609
93,11469%
95 163 218
CƏMİ
51 100 000
100,000%
102 200 000
4.7.
Yeni səhm təklifi nəticəsində movcud səhm mülkiyyətçilərin paylarında olan
dəyişmə ehtimalları (miqdar və faiz göstərməklə): Yeni səhmlər mövcüd səhmdarlar
arasında proporsional qaydada yerləşdirilməsi nəzərdə tutulur.
4.8.
Səhm alıcısının ödəməli olduğu vergi və xərclərin məbləği: Səhmlər nominal
dəyərində alınacaq və hec bir vergi öhdəliyinin yaranması gözlənilmir.
4.9.
Qiymətli kağızların yerləşdirilməsində iştirak edəcək anderrayter barədə
məlumat (adı, lisenziyasının nömrəsi, verilmə tarixi): “Unicapital İnvestisiya Şirkəti”
Açıq Səhmdar Cəmiyyəti, Lisenziya nömrəsi: İSN/L-30 /2016, 087910 Verilmə tarixi: 08
yanvar 2016-cı il
Emitentin səhmdarlarının reyestrsaxlayıcısı: Azərbaycan Respublikasının Milli
Depozit Mərkəzi çıxış edir.
4.10.
Qiymətli kağızların təklifinin və yerləşdirilməsinin başlama və başa çatma
tarixləri:
Abunə yazılışına səhmlərin buraxılışının dövlət qeydiyyatına alındığı tarixdən
sonrakı 10 (on) iş günündən sonra başlanılacaq və 3 ay müddətində başa çatdırılacaq.
Abunə yazılışı başa çatdıqdan sonra 5 (beş) iş günü ərzində abunə yazılışında
yerləşdirilməyən qiymətli kağızların BFB-də kütləvi yerləşdirilməsinə başlanılacaq və 7
(yeddi) iş günü ərzində səhmlərin digər investorlar arasında yerləşdirilməsi həyata
keçiriləcək.
Kütləvi təklif olunan əlavə səhmlərin yerləşdirilməsi aşağıdakı ardıcıllıqla həyata
keçiriləcək:
ilk 2 iş günü ərzində üstünlük hüququna malik olan səhmdarlar arasında
səhmlərin yerləşdirilməsi;
digər investorlar arasında səhmlərin yerləşdirilməsi.
4.11.
Anderrayter tərəfindən təklifin şərtləri barədə məlumatın investorlara təklif
zamanı təqdim olunması barədə qeyd
Bu emissiyanın anderrayteri kimi Emitentin səhmlərinə abunə yazılışı üçün
sifarişlərin toplanmasını, emissiya olunan səhmlərin toplanmış sifarişlər üzrə
prospektdə qeyd olunmuş qaydada paylanmasını və BFB-nin ticarət sistemində
yerləşdirilməsi xidmətlərini göstərir. Anderrayter qiymətli kağızları öhdəlik
götürmədən yerləşdirilməsini həyata keçirir. Bundan əlavə, səhmlər üzrə aparılan
əməliyyatlarla bağlı müştəri sifarişlərinin qəbul və icra edilməsi, səhmlər üzrə
investisiya məsləhətlərinin verilməsi kimi investisiya fəaliyyətlərini də göstərə bilər.
İnvestorlara təklifin şərtləri barədə məlumat yazılı şəkildə məktub və ya e-mail
vasitəsilə təqdim olunacaq.
Dostları ilə paylaş: |