Microsoft Word Tam hazir metn doc



Yüklə 2,86 Kb.
Pdf görüntüsü
səhifə57/79
tarix24.12.2017
ölçüsü2,86 Kb.
#17909
1   ...   53   54   55   56   57   58   59   60   ...   79

Azərbaycan Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanası 
və onun filialları; 
dövlət təhsil müəssisələrinin kitabxanaları. 
Qeyri-dövlət kitabxanalarına aşağıdakılar daxildir: 
bələdiyyə kitabxanaları; 
ictimai birliklərin kitabxanaları; 
özəl və digər kitabxanalar
xarici hüquqi və  fıziki  şəxslər tərəfindən Azərbaycan 
Respublikasının qanunvericiliyinə uyğun olaraq təsis edilmiş 
kitabxanalar. 
M a d d ə   7 .   Milli Kitabxana 
Milli Kitabxana Azərbaycan Respublikasında kitabxana işi 
sahəsində dövlət siyasətini həyata keçirən, milli nəşrləri, xarici 
ölkələrdə  nəşr olunmuş Azərbaycan haqqında və Azərbaycan 
müəlliflərinin əsərlərini, dünya əhəmiyyətli nəşrləri, o cümlədən 
xarici dillərdə qiymətli və digər məlumat daşıyıcılarını toplayıb 
mühafızə edən milli mədəniyyət xəzinəsi və dövlət kitab 
saxlayıcısıdır. 
Milli Kitabxana kitabxanaşünaslıq, biblioqrafıya və 
kitabşünaslıq sahəsində elmi tədqiqat işləri üzrə aparıcı müəssisə 
və  əlaqələndirici, ölkənin bütün kitabxanaları üçün metodik 
mərkəz, oxuculara kompleks kitabxana-biblioqrafiya və 
informasiya xidməti göstərmək, kitabxanalararası abonement, 
milli və tövsiyə biblioqrafıyası, beynəlxalq və ölkədaxili 
depozitar mərkəz funksiyalarını yerinə yetirir. 
Milli Kitabxana müvafıq icra hakimiyyəti orqanı  tərəfindən 
təsdiq olunan əsasnaməyə uyğun fəaliyyət göstərir. 
Milli Kitabxananın fondu və  əmlakı milli sərvət hesab olunur 
və xüsusi əhəmiyyətli obyekt kimi dövlət tərəfındən qorunur. 
Milli Kitabxana statusuna malik olan kitabxanaların işçilərinin 
əmək haqlarına müvafıq əlavələr müəyyən edilir. 
Milli Kitabxananı ləğv etmək, mülkiyyət formasını dəyişmək 
qadağandır. 
Milli Kitabxanaya əvəzsiz və müddətsiz istifadə üçün 
qanunvericilikdə müəyyən olunmuş qaydada torpaq sahəsi verilə 
bilər. 
 


M a d d ə   8 .   Respublika əhəmiyyətli elmi-sahəvi  
kitabxanalar 
Respublika əhəmiyyətli elmi-sahəvi kitabxanalar elm sahəsinə 
görə ixtisaslaşdırılan, milli və xarici ədəbiyyat fondlarına malik 
olan baş kitabxana-biblioqrafıya və informasiya müəssisələridir. 
Respublika  əhəmiyyətli elmi-sahəvi kitabxanalar müvafıq 
sahədə  fəaliyyət göstərən digər kitabxanalar üçün informasiya, 
kitabxanalararası abonement və metodik mərkəz funksiyasını 
yerinə yetirir. 
Respublika  əhəmiyyətli elmi-sahəvi kitabxanaların fəaliyyəti 
bu Qanunla və digər müvafıq qanunvericilik aktları ilə 
tənzimlənir. 
Respublika 
əhəmiyyətli elmi-sahəvi kitabxanaların, 
Azərbaycan Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanasının və 
onun fıliallarının, Bakı Dövlət Universitetinin kitabxanasının 
işçilərinin əmək haqlarına müvafıq əlavələr müəyyən edilir. 
Respublika  əhəmiyyətli elmi-sahəvi kitabxanalarının statusu 
müvafıq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 
M a d d ə   9 .   Kitabxanaların digər informasiya orqanları 
ilə əlaqələri 
Kitabxanalar sənəd-informasiya ehtiyatlarından səmərəli 
istifadə  məqsədi ilə elmi-texniki və digər informasiya orqanları, 
arxivlər, başqa idarə və müəssisələrlə qarşılıqlı əlaqə yaradır. Bu 
əlaqələr birgə  fəaliyyət proqramları  və müqavilələr  əsasında 
həyata keçirilir. 
M a d d ə   10.  Kitabxanaların yaradılması və yenidən 
təşkili 
Dövlət və qeyri-dövlət kitabxanaları Azərbaycan 
Respublikasının qanunvericiliyində müəyyən olunmuş qaydada 
yaradılır və yenidən təşkil olunur. 
Dövlət kitabxanalarının müvəqqəti olaraq köçürülməsinə 
müstəsna hallarda (təbii fəlakət, silahlı münaqişə, müharibə 
təhlükəsi və s.) müvafıq icra hakimiyyəti orqanının razılığı ilə yol 
verilir. 


M a d d ə   11.   Kitabxanaların özəlləşdirilməsi və icarəyə 
verilməsi 
Tipindən, tabeliyindən asılı olmayaraq Azərbaycan 
Respublikasında fəaliyyət göstərən kitabxanaların (kitabxanalarda 
saxlanılan sərvətlərin, onların yerləşdiyi binaların və sahələrin) 
özəlləşdirilməsi və icarəyə verilməsi profilinə müvafıq olaraq 
qanunvericiliyə uyğun həyata keçirilir. 
I I I       f ə s i l    
KİTABXANA FONDU 
a d d ə   12.   Kitabxana fondunun tərkibi 
Kitabxana fondunun tərkibinə kitab, jurnal, qəzet, digər çap 
məhsulları, audiovizual və texniki vasitələrlə oxunan materiallar
əlyazmalar və başqa informasiya daşıyıcıları daxildir. 
Kitabxana fondları universal, sahəvi, çoxsahəli, 
ixtisaslaşdırılmış ola bilər. 
M a d d ə   13.   Azərbaycan Respublikasının Dövlət 
Kitabxana Fondu 
Azərbaycan Respublikasının Dövlət Kitabxana Fondu 
kitabxanalararası  əlaqələndirilmiş komplektləşdirmə, qarşılıqlı 
istifadə, depozitar mühafızə  və mübadilə prinsipləri  əsasında 
təşkil edilən, məlumat-axtarış sisteminə malik olan kitabxana 
fondlarından ibarətdir. 
Kitabxanalarda olan nadir və qiymətli nəşrlər, xüsusi 
kolleksiyalar qanunvericilikdə müəyyən olunmuş qaydada 
Azərbaycan Respublikasının milli-mədəni sərvətlər reyestrinə 
daxil edilir və xüsusi rejimdə mühafızə olunur. Onların mühafızəsi 
lazımi qaydada təmin edilmədikdə, müvafıq icra hakimiyyəti 
orqanı tərəfindən digər kitabxanaya verilə bilər. 
Azərbaycan Respublikasının Dövlət Kitabxana Fondu dövlət 
mülkiyyətidir. 
M a d d ə   14.   Kitabxana fondlarının təchizi 


Kitabxanalar dövlət və qeyri-dövlət nəşriyyatları  tərəfındən 
buraxılan, profilinə uyğun çap məhsullarını və digər informasiya 
daşıyıcılarını birinci növbədə almaq hüququna malikdir. 
Bu hüquq müvafıq icra hakimiyyəti orqanı  tərəfindən 
müəyyənləşdirilmiş qaydada kitabxana kollektoru, kitab ticarəti 
müəssisələri, nəşriyyat orqanları, ayrı-ayrı  şəxslərlə aparılan 
müvafıq  əməliyyatlar, məcburi nüsxələrin alınması, abunə, 
bağışlama və vərəsəlik əsasında miras qalmış nəşrlərin verilməsi
habelə beynəlxalq və ölkədaxili kitab mübadiləsi yolu ilə  təmin 
edilir. 
Təhsil müəssisələrinin kitabxanalarının dərsliklərlə 
komplektləşdirilməsi müvafıq icra hakimiyyəti orqanı  tərəfindən 
müəyyən olunmuş qaydalarla tənzimlənir. 
Müvafıq icra hakimiyyəti orqanları tabeliyində olan kitabxana 
fondlarının yeni nəşrlərlə komplektləşdirilməsinə vəsait ayırırlar. 
M a d d ə   15.   Kitabxanaların pulsuz məcburi nüsxələrlə 
təchizatı 
Milli Kitabxana, qanunvericilik və müvafıq icra hakimiyyəti 
orqanlarının kitabxanaları, respublika əhəmiyyətli elmi-sahəvi 
kitabxanalar və Bakı Dövlət Universitetinin kitabxanası müvafıq 
icra hakimiyyəti orqanı  tərəfındən müəyyənləşdirilmiş qaydada 
ölkədə  nəşr edilən çap məhsullarının məcburi nüsxələrini almaq 
hüququna malikdir. 
Dövlət və qeyri-dövlət nəşriyyatları, nəşriyyat fəaliyyəti ilə 
məşğul olan poliqrafıya müəssisələri və digər hüquqi şəxslər 
tərəfındən buraxılan çap məhsullarından Milli Kitabxanaya 4 
pulsuz məcburi nüsxə, qanunvericilik və müvafiq icra hakimiyyəti 
orqanlarının kitabxanalarına, respublika əhəmiyyətli elmi-sahəvi 
kitabxanalara, Azərbaycan Elmlər Akademiyasının Mərkəzi Elmi 
Kitabxanasına və Bakı Dövlət Universitetinin kitabxanasına 
profılinə uyğun olaraq 2 pulsuz məcburi nüsxə, Azərbaycan 
Respublikasında nəşr olunan bütün qəzet və jurnal redaksiyaları 
isə 2 pulsuz məcburi nüsxə göndərməlidirlər. 
M a d d ə   16.  Kitabxanaların mübadilə fondları 


Yüklə 2,86 Kb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə