Microsoft Word Tam hazir metn doc



Yüklə 2,86 Kb.
Pdf görüntüsü
səhifə58/79
tarix24.12.2017
ölçüsü2,86 Kb.
#17909
1   ...   54   55   56   57   58   59   60   61   ...   79

Azərbaycan Respublikasının Milli-mədəni sərvətlər reyestrinə 
daxil olmayan çap məhsulları  və digər materiallar müəyyən 
olunmuş qaydada bir kitabxanadan digərinə əvəzsiz verilə bilər. 
Qeyri-profil, dublet, nisbətən az istifadə edilən, habelə 
mübadilə fondu üçün ayrılan çap əsərləri və kitabxananın digər 
sənədləri həmin fonda verilir. 
Müvafiq icra hakimiyyəti orqanları beynəlxalq və ölkədaxili 
kitab mübadiləsini həyata keçirən kitabxanaların mübadilə 
fondları üçün əlavə kitab almmasına vəsait ayırırlar. 
M a d d ə   17.   Depozitar kitabxanalar 
Dövlət kitabxanalarında oxucular tərəfindən nadir hallarda 
istifadə edilən, lakin elmi, tarixi və  bədii  əhəmiyyətini saxlayan 
nəşrlər müvafıq icra hakimiyyəti orqanı 
tərəfindən 
müəyyənləşdirilmiş qaydada depozitar fondlara verilir. 
M a d d ə   18.   Dövlət kitabxana fondlarının uçotu, 
mühafizəsi və onlardan istifadə edilməsi 
Dövlət kitabxana fondlarında saxlanılan çap əsərlərinin və 
digər materialların uçotu, mühafızəsi və istifadəsi müvafıq icra 
hakimiyyəti orqanı tərəfındən müəyyən olunmuş qaydalara uyğun 
həyata keçirilir. 
M a d d ə   19.   Dövlət kitabxana fonduna vurulmuş ziyana 
görə məsuliyyət 
 
Dövlət kitabxana fonduna vurulmuş ziyana görə hüquqi və 
fıziki  şəxslər, yeni qiymətləndirmə  əmsalları  nəzərə alınmaqla, 
vurulmuş ziyanın 10 misli həcmində maddi məsuliyyət daşıyırlar. 
İtirilmiş və ya yararsız vəziyyətə salınmış çap əsərləri və digər 
materiallar kitabxana ilə razılıq  əsasında başqa müvafıq çap 
əsərləri və materiallarla əvəz edilə bilər. Bu qayda Azərbaycan 
Respublikasının Milli-mədəni sərvətlər reyestrinə daxil edilən 
nadir nüsxələrə şamil edilmir. 
Nadir nüsxələr fonduna vurulan zərərə görə  məsuliyyət 
mövcud qanunvericiliklə tənzimlənir. 


Dövlət kitabxana fondlarının uçotu, mühafizəsi və istifadə 
qaydalarının pozulmasına görə kitabxana işçiləri qanunvericilikdə 
müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. 
IV  f ə s i l  
  KİTABXANA XİDMƏTİNİN TƏŞKİLİ 
M a d d ə  2 0.   Kitabxana xidməti və onun vəzifəsi 
Kitabxanalar çap əsərlərindən və digər informasiya 
daşıyıcılarından səmərəli istifadə etmək məqsədi ilə kompleks 
kitabxana, biblioqrafiya və informasiya xidmətləri göstərir. 
Bu xidmətlər abonentləri  ədəbiyyat və informasiya ilə  təmin 
etmək, informasiya daşıyıcılarının seçilməsində kömək 
göstərmək məqsədi daşıyır. 
Kitabxana xidməti abonement, qiraət zalı, kitabxanalararası və 
beynəlxalq abonement, biblioqrafıya, elmi-texniki informasiya
fərdi və kütləvi, yazılı  və  şifahi, stasionar və qeyri-stasionar, 
qiyabi, kompleks vasitələrlə təşkil edilir. 
Kitabxana xidmətinin vəzifəsi kitabxana sərvətlərinin, dünya 
ədəbiyyatı nümunələrinin etibarlı  şəkildə toplanması, qorunması 
və gələcək nəsillərə çatdırılmasından, onların əhali arasında geniş 
təbliğindən, bəşəri dəyərlərə yiyələnmək, müstəqil və yaradıcı 
düşünən vətəndaş yetişdirilməsinə  fəal yardım etməkdən 
ibarətdir. 
M a d d ə  2 1.   Kitabxanaların hüquqları 
Kitabxanaların hüquqları aşağıdakılardır: 
nizamnamələrində göstərilən məqsəd və  vəzifələrin həyata 
keçirilməsi üsullarını və formalarını müəyyənləşdirmək; 
kitabxana fondunu komplektləşdirmə mənbələrini 
müəyyənləşdirmək; 
köhnəlmiş 
və ya yararsız hala düşmüş kitabları 
qanunvericilikdə müəyyən olünmuş qaydada kitabxananın 
fondundan çıxarmaq; 


fıziki və hüquqi şəxslər tərəfindən kitabxanaya dəymiş ziyanın 
ödənilməsini qanunvericilikdə müəyyən olunmuş qaydada tələb 
etmək; 
kitabxana birliklərinin yaradılmasında iştirak etmək; 
beynəlxalq kitabxana təşkilatları ilə əlaqə yaratmaq, kitabxana 
biblioqrafıya və informasiya sahəsində keçirilən tədbirlərdə 
iştirak etmək. 
M a d d ə  2 2.   Kitabxanaların vəzifələri 
Kitabxanalar oxucuların mədəniyyət təsisatları  və  mədəni 
sərvətlərdən istifadə etmək hüquqlarını, habelə  məlumat  əldə 
etmək azadlığını  təmin etməli, onların kitabxana fondlarından 
tam istifadə etməsi üçün hər cür şərait yaratmalıdırlar. 
Maddə  23.  Kitabxanalardan istifadə sahəsində oxucuların 
hüquq və vəzifələri 
Azərbaycan Respublikasında hər kəsin kitabxanalardan istifadə 
etmək hüququ vardır. 
Kitabxanalardan istifadə qaydaları  və göstərilən xidmətlər 
kitabxanaların nizamnamələri və müvafıq normativ hüquqi aktlar 
ilə müəyyənləşdirilir. 
Oxucuların kitabxanalardan istifadə hüquqlarını 
məhdudlaşdırmaq qadağandır. 
Oxucular kitabxanalardan istifadə qaydalarına  əməl etməli, 
kitab fonduna qayğı ilə yanaşmalı, çap materiallarının və digər 
vəsaitlərin itirilməsinə  və ya yararsız hala salınmasına yol 
verməməlidirlər. 
V  f ə s i l    
KİTABXANA İŞİNİN İDARƏ 
OLUNMASI 
M a d d ə  2 4.   Kitabxana işinə dövlət idarəetməsi 
Azərbaycan Respublikasında kitabxana işinə dövlət idarəetməsi 
müvafıq icra hakimiyyəti orqanları tərəfındən həyata keçirilir. 


M a d d ə  2 5.   Kitabxana işində ictimaiyyətin iştirakı 
Dövlət və qeyri-dövlət orqanları, kitabxana işi sahəsində 
ictimai birliklər, hüquqi və  fıziki  şəxslər kitabxana fondlarının 
zənginləşdirilməsi, oxuculara xidmət işinin təkmilləşdirilməsi, 
kitabxanaçılıq proqramlarının və  tədbirlərinin hazırlanması  və 
həyata keçirilməsində iştirak edirlər. 
M a d d ə  2 6.   Kitabxana işinin elmi-metodik və kadr 
təminatı 
Mülkiyyət fomıasından asılı olmayaraq kitabxanaların elmi-
metodik təminatı Milli Kitabxana və elmi-metodik mərkəz 
statusuna malik olan kitabxanalar tərəfindən həyata keçirilir. 
Elmi-metodik mərkəz statusuna malik olan kitabxanalar 
kitabxanaşünaslığa, biblioqrafiyaya və informasiyaya dair metodik 
materiallar nəşr edir, kitabxanaçılıq nəzəriyyəsi və  təcrübəsində 
mütərəqqi iş üsullarını ümumiləşdirib tətbiq edir, kadrların 
ixtisasının artırılmasını təmin edir. 
Kitabxanaların kadr təminatında müvafiq peşə-ixtisas təhsili 
olan  şəxslərə üstünlük verilir. Müstəsna hallarda müvafıq peşə-
ixtisas təhsili olmayan, ancaq yüksək təcrübəyə  və kitabxanada 
çoxillik iş stajına malik olan mütəxəssislər də kitabxanada işləyə 
bilərlər. 
M a d d ə  2 7.   Kitabxanaların maliyyələşdirilməsi 
Dövlət kitabxanaları 
və büdcədən maliyyələşdirilən 
təşkilatların tabeliyində olan kitabxanalar dövlət büdcəsi 
vəsaitləri, hüquqi və  fıziki  şəxslərin könüllü ayırmaları  və 
qanunvericilikdə qadağan olunmayan digər mənbələr hesabına 
maliyyələşdirilir. 
Dövlət kitabxanaları maliyyələşdirilərkən büdcədən kitab 
fondlarının komplektləşdirilməsinə yönəldilən vəsait ayrıca 
maddədə göstərilməli və bu vəsait müntəzəm olaraq artırılmalıdır. 
Ayrılmış  vəsait kitabxanaların sərəncamında qalır və onların 
nizamnamə fəaliyyətini həyata keçirmək üçün istifadə edilir. 
İdarə, müəssisə  və  təşkilatların, habelə ictimai birliklərin 
kitabxanaları təsisçilərinin vəsaiti hesabına maliyyələşdirilir. 


Yüklə 2,86 Kb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə