Azərbaycan Respublikasının Milli-mədəni sərvətlər reyestrinə
daxil olmayan çap məhsulları və digər materiallar müəyyən
olunmuş qaydada bir kitabxanadan digərinə əvəzsiz verilə bilər.
Qeyri-profil, dublet, nisbətən az istifadə edilən, habelə
mübadilə fondu üçün ayrılan çap əsərləri və kitabxananın digər
sənədləri həmin fonda verilir.
Müvafiq icra hakimiyyəti orqanları beynəlxalq və ölkədaxili
kitab mübadiləsini həyata keçirən kitabxanaların mübadilə
fondları üçün əlavə kitab almmasına vəsait ayırırlar.
M a d d ə 17. Depozitar kitabxanalar
Dövlət kitabxanalarında oxucular tərəfindən nadir hallarda
istifadə edilən, lakin elmi, tarixi və bədii əhəmiyyətini saxlayan
nəşrlər müvafıq icra hakimiyyəti orqanı
tərəfindən
müəyyənləşdirilmiş qaydada depozitar fondlara verilir.
M a d d ə 18. Dövlət kitabxana fondlarının uçotu,
mühafizəsi və onlardan istifadə edilməsi
Dövlət kitabxana fondlarında saxlanılan çap əsərlərinin və
digər materialların uçotu, mühafızəsi və istifadəsi müvafıq icra
hakimiyyəti orqanı tərəfındən müəyyən olunmuş qaydalara uyğun
həyata keçirilir.
M a d d ə 19. Dövlət kitabxana fonduna vurulmuş ziyana
görə məsuliyyət
Dövlət kitabxana fonduna vurulmuş ziyana görə hüquqi və
fıziki şəxslər, yeni qiymətləndirmə əmsalları nəzərə alınmaqla,
vurulmuş ziyanın 10 misli həcmində maddi məsuliyyət daşıyırlar.
İtirilmiş və ya yararsız vəziyyətə salınmış çap əsərləri və digər
materiallar kitabxana ilə razılıq əsasında başqa müvafıq çap
əsərləri və materiallarla əvəz edilə bilər. Bu qayda Azərbaycan
Respublikasının Milli-mədəni sərvətlər reyestrinə daxil edilən
nadir nüsxələrə şamil edilmir.
Nadir nüsxələr fonduna vurulan zərərə görə məsuliyyət
mövcud qanunvericiliklə tənzimlənir.
Dövlət kitabxana fondlarının uçotu, mühafizəsi və istifadə
qaydalarının pozulmasına görə kitabxana işçiləri qanunvericilikdə
müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.
IV f ə s i l
KİTABXANA XİDMƏTİNİN TƏŞKİLİ
M a d d ə 2 0. Kitabxana xidməti və onun vəzifəsi
Kitabxanalar çap əsərlərindən və digər informasiya
daşıyıcılarından səmərəli istifadə etmək məqsədi ilə kompleks
kitabxana, biblioqrafiya və informasiya xidmətləri göstərir.
Bu xidmətlər abonentləri ədəbiyyat və informasiya ilə təmin
etmək, informasiya daşıyıcılarının seçilməsində kömək
göstərmək məqsədi daşıyır.
Kitabxana xidməti abonement, qiraət zalı, kitabxanalararası və
beynəlxalq abonement, biblioqrafıya, elmi-texniki informasiya,
fərdi və kütləvi, yazılı və şifahi, stasionar və qeyri-stasionar,
qiyabi, kompleks vasitələrlə təşkil edilir.
Kitabxana xidmətinin vəzifəsi kitabxana sərvətlərinin, dünya
ədəbiyyatı nümunələrinin etibarlı şəkildə toplanması, qorunması
və gələcək nəsillərə çatdırılmasından, onların əhali arasında geniş
təbliğindən, bəşəri dəyərlərə yiyələnmək, müstəqil və yaradıcı
düşünən vətəndaş yetişdirilməsinə fəal yardım etməkdən
ibarətdir.
M a d d ə 2 1. Kitabxanaların hüquqları
Kitabxanaların hüquqları aşağıdakılardır:
nizamnamələrində göstərilən məqsəd və vəzifələrin həyata
keçirilməsi üsullarını və formalarını müəyyənləşdirmək;
kitabxana fondunu komplektləşdirmə mənbələrini
müəyyənləşdirmək;
köhnəlmiş
və ya yararsız hala düşmüş kitabları
qanunvericilikdə müəyyən olünmuş qaydada kitabxananın
fondundan çıxarmaq;
fıziki və hüquqi şəxslər tərəfindən kitabxanaya dəymiş ziyanın
ödənilməsini qanunvericilikdə müəyyən olunmuş qaydada tələb
etmək;
kitabxana birliklərinin yaradılmasında iştirak etmək;
beynəlxalq kitabxana təşkilatları ilə əlaqə yaratmaq, kitabxana
biblioqrafıya və informasiya sahəsində keçirilən tədbirlərdə
iştirak etmək.
M a d d ə 2 2. Kitabxanaların vəzifələri
Kitabxanalar oxucuların mədəniyyət təsisatları və mədəni
sərvətlərdən istifadə etmək hüquqlarını, habelə məlumat əldə
etmək azadlığını təmin etməli, onların kitabxana fondlarından
tam istifadə etməsi üçün hər cür şərait yaratmalıdırlar.
Maddə 23. Kitabxanalardan istifadə sahəsində oxucuların
hüquq və vəzifələri
Azərbaycan Respublikasında hər kəsin kitabxanalardan istifadə
etmək hüququ vardır.
Kitabxanalardan istifadə qaydaları və göstərilən xidmətlər
kitabxanaların nizamnamələri və müvafıq normativ hüquqi aktlar
ilə müəyyənləşdirilir.
Oxucuların kitabxanalardan istifadə hüquqlarını
məhdudlaşdırmaq qadağandır.
Oxucular kitabxanalardan istifadə qaydalarına əməl etməli,
kitab fonduna qayğı ilə yanaşmalı, çap materiallarının və digər
vəsaitlərin itirilməsinə və ya yararsız hala salınmasına yol
verməməlidirlər.
V f ə s i l
KİTABXANA İŞİNİN İDARƏ
OLUNMASI
M a d d ə 2 4. Kitabxana işinə dövlət idarəetməsi
Azərbaycan Respublikasında kitabxana işinə dövlət idarəetməsi
müvafıq icra hakimiyyəti orqanları tərəfındən həyata keçirilir.
M a d d ə 2 5. Kitabxana işində ictimaiyyətin iştirakı
Dövlət və qeyri-dövlət orqanları, kitabxana işi sahəsində
ictimai birliklər, hüquqi və fıziki şəxslər kitabxana fondlarının
zənginləşdirilməsi, oxuculara xidmət işinin təkmilləşdirilməsi,
kitabxanaçılıq proqramlarının və tədbirlərinin hazırlanması və
həyata keçirilməsində iştirak edirlər.
M a d d ə 2 6. Kitabxana işinin elmi-metodik və kadr
təminatı
Mülkiyyət fomıasından asılı olmayaraq kitabxanaların elmi-
metodik təminatı Milli Kitabxana və elmi-metodik mərkəz
statusuna malik olan kitabxanalar tərəfindən həyata keçirilir.
Elmi-metodik mərkəz statusuna malik olan kitabxanalar
kitabxanaşünaslığa, biblioqrafiyaya və informasiyaya dair metodik
materiallar nəşr edir, kitabxanaçılıq nəzəriyyəsi və təcrübəsində
mütərəqqi iş üsullarını ümumiləşdirib tətbiq edir, kadrların
ixtisasının artırılmasını təmin edir.
Kitabxanaların kadr təminatında müvafiq peşə-ixtisas təhsili
olan şəxslərə üstünlük verilir. Müstəsna hallarda müvafıq peşə-
ixtisas təhsili olmayan, ancaq yüksək təcrübəyə və kitabxanada
çoxillik iş stajına malik olan mütəxəssislər də kitabxanada işləyə
bilərlər.
M a d d ə 2 7. Kitabxanaların maliyyələşdirilməsi
Dövlət kitabxanaları
və büdcədən maliyyələşdirilən
təşkilatların tabeliyində olan kitabxanalar dövlət büdcəsi
vəsaitləri, hüquqi və fıziki şəxslərin könüllü ayırmaları və
qanunvericilikdə qadağan olunmayan digər mənbələr hesabına
maliyyələşdirilir.
Dövlət kitabxanaları maliyyələşdirilərkən büdcədən kitab
fondlarının komplektləşdirilməsinə yönəldilən vəsait ayrıca
maddədə göstərilməli və bu vəsait müntəzəm olaraq artırılmalıdır.
Ayrılmış vəsait kitabxanaların sərəncamında qalır və onların
nizamnamə fəaliyyətini həyata keçirmək üçün istifadə edilir.
İdarə, müəssisə və təşkilatların, habelə ictimai birliklərin
kitabxanaları təsisçilərinin vəsaiti hesabına maliyyələşdirilir.
Dostları ilə paylaş: |