M a d d ə 2 8.
Dövlət kitabxanalarının büdcədənkənar
vəsaitləri
Dövlət kitabxanalarının işinin genişləndirilməsi, maddi-texniki
bazasının möhkəmləndirilməsi və əməyin stimullaşdırılması
məqsədi ilə nizamnamələrində göstərilən qaydada təsərrüfat
fəaliyyəti və pullu xidmət əsasında büdcədənkənar fondlar
formalaşdırılır.
Dövlət kitabxanalarında pullu xidmət yalnız əlavə əmək sərfı
tələb edən və müvafıq icra hakimiyyəti orqanı tərəfindən
müəyyənləşdirilən xüsusi xidmət növlərinə aid edilir.
M a d d ə 2 9.
Kitabxanaların inkişaf fondu
Kitabxanaların maddi-texniki bazasını möhkəm-ləndirmək
məqsədi ilə dövlət və qeyri-dövlət inkişaf fondları təsis edilə bilər.
Bu fondlar təsisçilərin payları, hüquqi və fıziki şəxslərin könüllü
ayırmaları, qanunvericilikdə müəyyən olunmuş qaydada keçirilən
lotereya və digər məqsədli kommersiya tədbirlərindən daxil olan
vəsaitlər hesabına yaradılır.
M a d d ə 3 0.
Kitabxanaların maddi-texniki təchizatı
Kitabxanalar kitab fondunun saxlanması və oxuculara xidmət
etmək üçün xüsusi layihə ilə tikilmiş binalarla
və kitabxana işini
avtomatlaşdırmaq üçün zəruri vəsaitlərlə təmin edilməlidirlər.
M a d d ə 3 1.
Kitabxanaların əmlakı və təsərrüfat
fəaliyyəti
Kitabxana onun mülkiyyətində olan və ya idarəçiliyinə
verilmiş əmlakdan Azərbaycan Respublikasının qanunvericiliyinə
uyğun olaraq istifadə edir.
Xidmət fəaliyyətini genişləndirmək məqsədi ilə dövlət
kitabxanalarına torpaq sahələri və əlavə binalar ayrıla bilər.
Kitabxanalar qanunvericilikdə müəyyən olunmuş qaydada
nizamnamələrinə uyğun olaraq təsərrüfat
fəaliyyəti ilə məşğul ola
bilərlər. Bu fəaliyyətdən əldə edilən vəsait bütövlükdə
kitabxananın sərəncamında qalır.
M a d d ə 3 2.
Kitabxana işçilərinin sosial müdafiəsi
Dövlət kitabxana işçilərinin sosial müdafıəsinə təminat verir.
Kitabxana işçilərinin əmək haqları elm və təhsil sahələri
işçilərinin əmək haqlarından aşağı olmamalıdır.
Kitabxanaların statusu, spesifık xüsusiyyətləri nəzərə
alınmaqla işçilərə əmək haqqında əlavə digər
ödənişlər tətbiq
edilə bilər.
Müvafiq icra hakimiyyəti orqanları, müəssisə, idarə və
təşkilatlar öz tabeliyində olan kitabxanaların işçilərinə əlavə
kompensasiyalar müəyyən edə bilərlər.
Kitabxana işçiləri öz peşə və sosial hüquqlarını təmin etmək
məqsədi ilə qanunvericilikdə müəyyən olunmuş qaydada ictimai
birliklər yarada bilərlər.
VI f ə s i l
YEKUN
MÜDDƏALARI
M a d d ə 3 3.
Kitabxana işi sahəsində beynəlxalq
əməkdaşlıq
Kitabxana işi sahəsində beynəlxalq əməkdaşlıq Azərbaycan
Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr
əsasında həyata keçirilir.
Kitabxanalar və kitabxana işi sahəsində ictimai birliklər
beynəlxalq kitabxana təşkilatları, xarici ölkələrin kitabxanaları və
kitabxana işi sahəsində ictimai birlikləri ilə əməkdaşlıq edə
bilərlər.
Maddə 34.
Bu Qanunun pozulmasına görə məsuliyyət
Bu Qanunun pozulmasında təqsirli olan hüquqi və fıziki şəxslər
Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq
məsuliyyət daşıyırlar.
Azərbaycan Respublikasının Prezidenti
Heydər Əliyev
Bakı şəhəri, 29 dekabr 1998-ci il
CƏMŞID NAXÇIVANSKI ADINA HƏRBI LITSEYIN
NAXÇIVAN FILIALININ AÇILMASI HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN
SƏRƏNCAMI
Azərbaycan ordusunun peşəkar hərbi kadrlara olan tələbatını
daha mükəmməl ödəmək, Naxçıvan Muxtar Respublikasında
gənclərin hərbi təhsil alması üçün əlverişli şərait yaratmaq
məqsədi ilə qərara alıram:
1. Cəmşid Naxçıvanski adına hərbi litseyin Naxçıvan filialı
açılsın.
2. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti və
Azərbaycan Respublikasının Müdafıə Nazirliyi
bu Sərəncamdan
irəli gələn məsələləri həll etsinlər.
Azərbaycan Respublikasının Prezidenti
HEYDƏR ƏLİYEV
Bakı şəhəri, 13 mart 1998-ci il
N762
AZƏRBAYCAN RESPUBLIKASININ ƏDƏBIYYAT VƏ
INCƏSƏNƏT XADIMLƏRINƏ FƏRDI TƏQAÜDLƏR
VERILMƏSI HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN
SƏRƏNCAMI
1.
Azərbaycan xalqı qarşısında
böyük xidmətləri olan
aşağıdakı incəsənət xadimlərinə fərdi təqaüdlər verilsin:
Abdullayeva Həyat Həmdulla qızı
Xəlilov Ramazan Həmzət oğlu
2.
Azərbaycan Respublikasının Nazirlər Kabineti bu
Sərəncamdan irəli gələn məsələləri həll etsin.
Azərbaycan Respublikasının
Prezidenti HEYDƏR ƏLİYEV
Bakı şəhəri, 23 avqust 1998-ci il
№884
CƏLAL PAŞAYEVIN 90 ILIIK YUBILEYI HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN
SƏRƏNCAMI
Azərbaycanm görkəmli alimi və yazıçısı Mir Cəlal ƏIi oğlu
Paşayevin 90 illik yubileyi ilə əlaqədar qərara alıram:
Azərbaycan Respublikasmm Təhsil
Nazirliyinə və Elmlər
Akademiyasına tapşırılsın ki, yaradıcılıq ittifaqları ilə birlikdə Mir
Cəlal Əli oğlu Paşayevin 90 illik yubileyi ilə bağlı lazımi tədbirlər
hazırlayıb həyata keçirsinlər.
Azərbaycan Respublikasının Prezidenti
HEYDƏR ƏLİYEV
Bakı şəhəri, 16 aprel 1998-ci il
N782
Ədəbiyyat və Incəsənət Xadimlərinə Fərdi Təqaüdlər
Verilməsi
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN
SƏRƏNCAMI