Microsoft Word Tam hazir metn doc



Yüklə 2,86 Kb.
Pdf görüntüsü
səhifə67/79
tarix24.12.2017
ölçüsü2,86 Kb.
#17909
1   ...   63   64   65   66   67   68   69   70   ...   79

İncəsənət xadimləri üçün Azərbaycan Respublikası 
Prezidentinin mükafatlarının təsis edilməsi haqqında 
 
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN 
FƏRMANI 
 
Azərbaycan Respublikasının incəsənət xadimlərinə dövlət 
qayğısının artırılması, Azərbaycanda səhnə sənətinin inkişafı üçün 
daha əlverişli şərait yaradılması məqsədi ilə qərara alıram: 
1. Səhnə fəaliyyəti ilə bağlı aparıcı incəsənət xadimləri üçün 
Azərbaycan Respublikası Prezidentinin mükafatları təsis edilsin: 
 
Azərbaycan Respublikası - hər biri ayda  iki milyon manat  
ol- 
Prezidentinin I dərəcəli mükafatı 
  maqla 
on 
beş 
mükafat; 
 
Azərbaycan Respublikası - hər biri ayda  bir milyon beş yüz  
    min 
manat 
olmaqla 
Prezidentinin II dərəcəli mükafatı  iyirmi beş mükafat; 
 
Azərbaycan Respublikası - hər biri ayda bir milyon manat ol- 
Prezidentinin III dərəcəli mükafatı    olmaqla otuz    mükafat. 
 
Azərbaycan Respublikası Prezidentinin mükafatını alanlar hər 
ilin birinci rübündə Azərbaycan Respublikası Prezidentinin qərarı 
ilə müəyyən edilir. 
2. Azərbaycan Respubhkasının Nazirlər Kabineti bu 
Fərmandan irəli gələn məsələləri həll etsin. 
 
Heydər ƏLİYEV,  
Azərbaycan Respublikasının Prezidenti 
Bakı şəhəri, 28 may 2002-ci il  
№ 707 
 


Müslüm Maqomayevin 60 illik yubileyi haqqında 
 
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN 
SƏRƏNCAMI 
 
 
2002-ci ilin avqust ayında Azərbaycan ifaçılıq sənətinin 
görkəmli nümayəndəsi, zəmanəmizin tanınmış müğənnisi, xalq 
artisti Müslüm Məhəmməd oğlu Maqomayevin anadan olmasının 
60 illiyi tamam olur. 
 "Musiqi 
ifaçilığı  sənətinin  ınkişafında böyük xidmətləri 
olan Müslüm Maqomayevin 60 illik yubileyinin ölkəmizdə 
layiqincə kecirilməsini təmin etmək məqsədi ilə qərara alıram: 
 1. 
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və 
Azərbaycan Respublikasının Təhsil Nazirliyi Müslüm Maqomayevin 
60 illik yubileyi ilə bağlı tədbirlər hazırlayıb həyata keçirsin. 
 2.Azərbaycan Respublikasının Nazirlər Kabineti bu 
Sərəncamdan irəli gələn məsətələri həll etsin. 
 
 
 
 
Heydər ƏLİYEV,  
Azərbaycan Respublikasının Prezidenti 
 
Bakı şəhəri, 24 iyul 2002-ci il  
№ 992       
 
             Rauf Hacıyevin 80 illik yubileyi haqqında 
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN 
SƏRƏNCAMI 
 
  2002-ci ilin may ayında Azərbaycanın görkəmli mədəniyyət 
xadimi, bəstəkar, SSRİ xalq artisti Rauf Soltan oğlu Hacıyevin 
anadan olmasının 80 illiyi tamam olur. 
XX  əsr Azərbaycan musiqi mədəniyyətinin inkişafında Rauf 
Hacıyevin böyük xidmətləri olmuşdur. Müxtəlif janrlı  əsərlərin 
müəllifi kimi onun çoxşaxəli yaradıcılığı Azərbaycan bəstəkarlıq 
məktəbi tarixinin ən parlaq səhifələrindən birini təşkil 


edir.Bəstəkarın yaradıcılığının mühüm bir hissəsini təşkil edən 
operettaları Azərbaycanda və xarici ölkələrdə  uğurla tamaşaya 
qoyulmus, geniş  şöhrət qazanmışdır. Rauf Hacıyevin vokal 
yaradıcılığı, xüsusilə lirik, vətənpərvər ruhlu mahnıları 
Azərbaycanda mahnı janrının inkişafına dəyərli töhfə vermişdir. 
Onun simfoniyaları , oratoriya və kantataları,teatr tamaşalarına və 
kinofilmlərə  bəstələdiyi  əsərləri Azərbaycan musiqi sənətinin 
xəzinəsinə həmişəlik daxil olmuşdur. 
Rauf Hacıyev bəstəkar olmaqla yanaşı Azərbaycan Bəstəkarlar 
İttifaqının birinci katibi, SSRİ  Bəstəkarlar  İttifaqının katibi, 
Azərbaycan Dövlət Filarmoniyasının direktoru,mədəniyyət naziri 
kimi də respublikamızın mədəni həyatında tədqirəlayiq rol 
oynamışdır. 
Azərbaycan musiqi sənətininin inkişafında böyük xidmətləri 
olän Rauf Hacıyevin 80 illik yubileyinin ölkəmizdə layiqincə 
keçirilməsini təmin etmək məqsədi ilə qərara alıram: 
1. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Təhsil 
Nazirliyi Azərbaycan Bəstəkarlar  İttifaqı ilə birlikdə Rauf 
Hacıyevin 80 illik yubileyinə  həsr olunmuş  tədbirlər hazırlayıb 
həyata keçirsin. 
2.  Bakı  Şəhər  İcra Hakimiyyəti Rauf Hacıyevin yaşadığı 
binaya (Səməd Vurğun küçəsi, 85) xatirə lövhəsinin vurulmasını 
təmin etsin. 
3.Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Bakı 
şəhərindəki orta musiqi məktəblərindən birinə Rauf Häcıyevin 
adını versin. 
4. Azərbaycan Respublikasının Nazirtər Kabineti bu 
Sərəncamdan irəli gələn məsələləri həll etsin.  
Heydər ƏLİYEV, 
Azərbaycan Respublikasının Prezidenti 
Bakı şəhəri, 1 may 2002-ci il 
№903 


ŞÖVKƏT ƏLƏKBƏROVANIN 80 ILLIK YUBILEYI 
HAQQINDA 
 
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN 
SƏRƏNCAMI 
 
2002-ci  ilin oktyabr ayında Azərbaycan milli ifaçılıq sənətinin 
görkəmli nümayəndəsi, tanınmış müğənni və pedaqoq xalq artisti 
Şövkət Feyzulla qızı  Ələkbərovanın anadan olmasınin 80 illiyi 
tamam olur. 
Şövkət Əlokbərova milli musiqi tariximizdə şərəfli yer tutmuş 
sənətkarlardan olmuşdur. Nadir məlahətli səsi, dərin musiqi 
duyumu, yüksək səhnə  mədəniyyəti ona xalq arasında 
muğamların, xalq musiqisinin təkrarsız ifaçısı kimi böyük şöhrət 
gətirmişdir.  Şövkət xanım görkəmli Azərbaycan bəstəkarları 
Fikrət  Əmirovun, Cahangir Cahangirovun, Səid Rüstəmovun
Tofıq Qulıyevin, Süleyman Ələsgərovun və başqalarının 
mahnılarının ilk ifaçısı olmuş, onların yüksək sənət  əsərləri 
səviyyəsinə qalxmasına öz töhfəsini vermişdir. Onun ifasında 
səslənən hər bir muğam və mahnı Azərbaycan musiqi 
mədəniyyətınin qızıl fonduna daxil olaraq xalqın milli mədəni 
sərvətinə çevrilmişdir. 
Milli ifaçılıq ənənələri əsasında öz məktəbini yaratmış Şövkət 
Ələkbərova mahnı janrının ustadı, peşəkar vokalçı olmaqla yanaşı, 
həm də mahir pedaqoq idi. O, gənc ifaçılar nəslinin yetişdirilməsi 
işinə bütün səy və bacarığını sərf etmişdir. Azərbaycanın bir çox 
tanınmış müğənniləri məhz  Şövkət məktəbinin yetirmələridir, 
onun zəngin təcrübəsindən bəhrələnmişlər. 
Şövkət xanım Azərbaycan musıqisinin yorulmaz təbliğatçısı ıdi. 
O, xarici ölkələrə çoxsaylı qastrollarında Azərbaycan musiqi 
mədəniyyətini yüksək səviyyədə təmsil etmişdir. 
Milli ifaçılıq sənətinin inkişafında böyük xidmətləri olmuş 
Şövkət  Ələkbərovanın 80 illik yubileyinin ölkəmizdə 
keçirilməsini təmin etmək məqsədi ilə qərara alıram: 


Yüklə 2,86 Kb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə