Microsoft Word Tam hazir metn doc


Azərbaycan Respublikasının Prezidenti



Yüklə 2,86 Kb.
Pdf görüntüsü
səhifə61/79
tarix24.12.2017
ölçüsü2,86 Kb.
#17909
1   ...   57   58   59   60   61   62   63   64   ...   79

 
Azərbaycan Respublikasının Prezidenti     
HEYDƏR ƏLİYEV 
Bakı şəhəri, 5 iyul 1999-cu il  
N 182 
 
 
"Kitabxana işi haqqında" Azərbaycan Respublikası 
Qanununun tətbiq edilməsi barədə 
AZƏRBAYCAN RESPUBLİKASI  PREZİDENTİNİN 
FƏRMANI 
"Kitabxana işi haqqında" Azərbaycan Respublikası Qanununun 
qüvvəyə minməsi ilə  əlaqədar həmin Qanunun tətbiq edilməsini 
təmin etmək məqsədi ilə qərara alıram: 
1.  Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın 
ki, iki ay müddətində: 
qüvvədə olan qanunvericilik aktlarının "Kitabxana işi 
haqqında" Azərbaycan Respublikasının Qanununa 
uyğunlaşdırılması barədə təkliflərini Azərbaycan Respublikasının 
Prezidentinə təqdim etsin: 
həmin Qanunun 18-ci maddəsində  nəzərdə tutulmuş dövlət 
kitabxana fondlarında saxlanılan çap əsərlərinin və digər 
materialların uçotu, mühafızəsi və istifadəsi qaydalarını  təsdiq 
etsin; 
bu Fərmanın 2-ci bəndində Azərbaycan Respublikası Nazirlər 
Kabinetinin səlahiyyətlərinə aid edilmiş  məsələlərə dair digər 
müvafıq normativ hüquqi aktların işlənib hazırlanmasını və təsdiq 
edilməsini təmin etsin
Nazirlər Kabinetinin və müvafıq mərkəzi icra hakimiyyəti 
orqanlarının normativ hüquqi aktlarının "Kitabxana işi haqqında" 
Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin 
etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə 
məlumat versin; 


"Kitabxana işi haqqında" Azərbaycan Respublikası Qanununun 
pozulmasına görə  məsuliyyət növlərini müəyyən edən 
qanunvericilik aktının layihəsini hazırlayıb Azərbaycan 
Respublikasının Prezidentinə təqdim etsin; 
öz səlahiyyətləri daxilində "Kitabxana işi haqqında" 
Azərbaycan Respublikasının Qanunundan irəli gələn digər 
məsələləri həll etsin. 
2. Müəyyən edilsin ki: 
"Kitabxana işi haqqında" Azərbaycan Respublikası Qanununun 
7-ci maddəsinin üçüncü hissəsində, 8-ci maddəsinin beşinci 
hissəsində, 10-cu maddəsinin ikinci hissəsində, 13-cü maddəsinin 
ikinci hissəsində, 14-cü maddəsinin ikinci hissəsində, 15-ci 
maddəsinin birinci hissəsində (ikinci halda), 17-ci maddəsində
18-ci maddəsində, 28-ci maddəsinin ikinci hissəsində  nəzərdə 
tutulmuş "müvafıq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini 
Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir; 
həmin Qanunun 15-ci maddəsinin birinci (birinci halda) və 
ikinci hissələrində göstərilən "müvafıq icra hakimiyyəti 
orqanlarının kitabxanaları" dedikdə Azərbaycan Respublikası 
Prezidentinin İcra Aparatının və Azərbaycan Respublikası Nazirlər 
Kabinetinin kitabxanaları nəzərdə tutulur; 
həmin Qanunun 24-cü maddəsində nəzərdə tutulmuş "müvafıq 
icra hakimiyyəti orqanları"nın səlahiyyətlərini Azərbaycan 
Respublikasının Nazirlər Kabineti və  Mədəniyyət Nazirliyi öz 
səlahiyyətləri daxilində həyata keçirirlər; 
həmin Qanunun 14-cü maddəsinin üçüncü hissəsində  nəzərdə 
tutulmuş "müvafıq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini 
Azərbaycan Respublikasının Təhsil Nazirliyi həyata keçirir. 
 
Azərbaycan Respublikasının Prezidenti    
HEYDƏR ƏLİYEV 
 
 


Bakı şəhəri, 12 mart 1999-cu il 
 
  
 
 
 Cəfər Cabbarlının 100 illik yubileyinin keçirilməsi 
haqqında 
 
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN 
SƏRƏNCAMI 
 
1999-cu ildə milli dramaturgiyamızın banilərindən biri olan 
böyük yazıçı  və dramaturq Cəfər Cabbarlının anadan olmasının 
100 illiyi tamam olur. Cəfər Cabbarlı dərin zəkası və milli ruhu ilə 
səciyyələnən dahi sənətkar kimi özündən sonra zəngin bədii irs 
qoyub getmişdir. Azərbaycanda kino sənətinin inkişafında da 
Cəfər Cabbarlının xüsusi xidmətləri olmuşdur. 
Azərbaycan  ədəbiyyatının və  mədəniyyətinin görkəmli 
nümayəndəsi Cəfər Cabbarlının 100 illik yubileyinin respublikada 
layiqincə keçirilməsini təmin etmək məqsədi ilə qərara alıram: 
1. Cəfər Cabbarlının 100 illik yubiley tədbirlərinin 
hazırlanması  və keçirilməsi üçün aşağıdakı  tərkibdə  Təşkilat 
Komitəsi yaradılsın: 
 
Təşkilat Komitəsinin sədri 
 
Elçin Əfəndiyev - Azərbaycan Respublikası Baş nazirinin 
müavini 
 
Təşkilat Komitəsinin üzvləri: 
 
Vasif Talıbov - 
Naxçıvan Muxtar Respublikası Ali  
 
 
 
  Məclisinin sədri 
 


Rəfael Allahverdiyev     - Bakı Şəhər İcra Hakimiyyətinin  
 
 
 
 
başçısı 
Yusif  Hümbətov - Azərbaycan Respublikası Prezidenti icra  
   Aparatının Ərazi idarəetmə orqanları ilə iş  
 
 
 
şöbəsinin müdiri 
 
Fatma Abdullazadə        - Azərbaycan Respublikası Prezidenti 
 
 
 
 
İcra Aparatının Humanitar siyasət  
 
 
 
 
şöbəsinin müdiri 
 
Fərəməz Maqsudov       - Azərbaycan Elmlər Akademiyasının  
 
 
 
 
prezidenti 
 
Polad Bülbüloğlu - Azərbaycan Respublikasının mədəniyyət  
 
 
 
naziri 
 
Misir Mərdanov - 
Azərbaycan Respublikasının təhsil naziri 
 
Sirus Təbrizli - 
Azərbaycan Respublikasının mətbuat və  
   informasiya 
naziri 
 
Nizami Xudiyev - 
Azərbaycan Dövlət Televiziya və Radio  
 
 
 
Verilişləri Şirkətinin sədri 
 
Şamil Şahməmmədov    - Azərbaycan Respublikası Nazirlər  
    Kabineti 
yanında Dövlət Teleqraf  
    Agentliyinin 
Baş direktoru 
 
Oqtay Mirqasımov - 
"Azərkinovideo" İstehsalat   
    Birliyinin 
baş direktoru 
  
Anar Rzayev - 
Azərbaycan Yazıçılar Birliyinin sədri 
 
Tofiq Quliyev - 
Azərbaycan Bəstəkarlar İttifaqının sədri 
 


Yüklə 2,86 Kb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə