41
1. nnovasiyaların transferi mərkəzləri (Qazaxıstan təcrübəsində sınaqdan
keçirilib) və biznes inkubatorların yaradılması (Rusiyanın müxtəlif regionlarında
yaradılıb) və inkişafı;
2. Aqrar innovasiyaların transferi şəbəkəsinin inkişafı, milli və qlobal
səviyyədə inteqrasiyası;
3. ABŞ təcrübəsindən istifadə edərək aqrar sahədə vençur fondların yara-
dılması və inkişaf etdirilməsi;
4. Aqrar-innovativ klasterlərin yaradılması üçün apstrim (upstream) və
dounstrim (downstream) istiqamətlərin kompleks inkişafı;
5. Aqrar innovasiyalara dövlət dəstəyi mexanizminin formalaşması və vahid
informasiya sisteminin yaradılması;
6. Elektron kənd təsərrüfatı infrastrukturunun yaradılması və inkişaf
etdirilməsi.
Bu gun innovasiyaların, texnoloji prosesin və azad sahibkarlığın gur inkişafı
iləbağlı qlobal dəyişikliklər coxlu sayda qlobal cağırış doğurmuşdur ki, dünyanın
bütün ölkələrinin iqtisadiyyatları bunlarla qarşılaşmışdır. Azərbaycan da, mühüm
geostrateji əhəmiyyət kəsb edən təbii resursların çoxlu sayda növlərinin böyük
ehtiyatlarına malik olan ölkə olaraq bu və ya digər dərəcədə bu çağırışlarla üz-üzə
gəlir. Gercəkliyin daha mühüm və miqyaslı çağırışları dəqiq qarşılıqlı əlaqəsi olan və
aşağıdakı dəyişikliklərdən asılı olan amillərlə müəyyən edilir:
-təkcə ənənəvi əmtəə, kapital, texnologiyalar və işçi qüvvəsi bazarlarını
deyil,həm də siyasi idarəetmə sistemlərini, innovasiyalara kömək, insan
potensialınıninkişafını əhatə edən qlobal rəqabətin güclənməsi;
-innovasiyaların
sosial-iqtisadi
inkişafda
rolunu
gücləndirən
və
rəqabətqabiliyyətliliyininbir cox ənənəvi artım amillərinin təsirini azaldan
texnolojidəyişikliklərin gözlənilən yeni dalğası;
-iqtisadi inkişafın və dayanıqlı rəqabət üstünlüklərinin formalaşmasının əsas
amili kimi insan kapitalının rolunun artması, elmtutumlu iqtisadiyyat
keyfiyyətcəəməktutumlu və kapitaltutumlu iqtisadiyyatın tələb etdiyindən fərqli
42
kadrlar tələb edir;
-iqtisadi inkişaf modelinin yanacaq və xammal ixracının sürətlə yetişməsinə
ə
saslanan ixrac-xammal potensialının tükənməsi;
-dünya ərzaq böhranının mürəkkəbləşməsi;
-dünya enerji böhranının kəskinləşməsi;
-müasir demoqrafik və immiqrasiya vəziyyətinin mürəkkəbləşməsi, həm
istehklakçı,həm də işci qüvvəsi kimi çıxış edən əhalinin sayının və keyfiyyət
strukturunun dəyişməsi;
-gözlənilən ekoloji dəyişikliklər və bunların nəticəsi kimi, iqtisadi inkişafın
texnogen xarakterindən imtina, onun ekologizasiyasının sürətləndirilməsi [36].
Bununla belə, qeyd etmək istərdik ki, Azərbaycanda əldə edilmiş siyasi
sabitlikşəraiti, həmcinin, son illər islahatların gələcək irəliləyişi üçün yaradılmış
uğurlusosial-iqtisadi baza, zənnimizcə, artıq bu gün iqtisadiyyatımız qarşısında
rəqabət qabiliyyəti daha yuksək olan ilk əlli ölkə sırasına daxil olmaq imkanını
gündəmə gətirir. Bu, fikrimizcə, milli iqtisadi təhlükəsizliyimizin təmin edilməsinin
təkmilləşdirilməsinin davam işinin real və eyni zamanda, irimiqyaslı məqsəddir.
Çoxillik beynəlxalq təcrübə göstərir ki, iqtisadiyyatın modernləşdirilməsinin
davam etdirilməsi və Azərbaycanda innovasiya sisteminin formalaşması
iqtisadiyyatımızı üstün xammal ixracı inkişafı zonasından çıxarmağa imkan verəcək
və emal sahələrinin artım dinamikasına güclu təkan verəcək, ölkənin dünya birliyində
rəqabətqabiliyyətliliyini və onun dünya iqtisadi məkanına bərabər hüquqlu
inteqrasiyasını tam mənada təmin edəcək.
43
2.3. Bilik iqtisadiyyatının formalaş masında dövlə tin rolu
( nkiş af etmiş bir ölkə nin nümunə sində )
Tədqiqat göstərdi ki, EÖ-in dünya ixracında apancı rolu təkcə onların burada
ə
ldə etdikləri yüksək xüsusi çəki ilə ifadə olunmur. Bu ölkələrin rolu bir də ondadır
ki, onlar əsasən yüksək texnologiyalı məhsullar ixrac edirlər. Bu cür məhsullar da
digər ölkələrdə ya heç, ya da kifayət qədər istehsal olunmur. Məhz bu cəhət EÖ-in
xeyrinə olur:yüksək texnoloji məhsula tələbatı olan ölkə bu ölkələrdən asılı vəziyyətə
düşür və EÖ-lərə monopol mənfəət əldə etmək imkanı qazandırır. Lakin bu imkanı
onlara heç kim və heç bir dövlət könüllü vermir. Bu imkanı həmişə EÖ-in özləri öz
ölkələrində elmə, texnikaya, texnologiyaya və onların yaradıcılan olan NSANA fikir
verdiklərinə, onların qayğısına qaldıqlanna görə əldə etmişlər və indi də
etməkdədirlər.
EÖ xarici iqtisadi əlaqələrinin başlıca fərqləndirici xüsusiyyətlərindən biri də
prosesdə dövlət tənzimlənməsinin yaradıcılıqla həyata keçirilməsidir. Problemin
öyrənilməsi göstərdi ki, EÖ-in hamısında xarici iqtisadi fəaliyyətdə dövlət böyük rol
oynayır. Əsas məqsəd ölkədə sosial-iqtisadi inkişafı təmin etməkdir. Dövlət bütün
yollardan istifadə etməklə ixracla məşğul olan kompaniyaları müdafiə edir və lazım
gələrsə onlara maliyyə, texniki, təşkilati, mənəvi kömək göstərir. Lazım olan vaxt
subsidiyalaşdıma və ixrac kreditlərinə təminat verilməsi üsulları da işə salınır. Qərbin
inkişaf etmiş ölkələri xarici kapitalın ölkəyə daxil olmasi prosesində də çox çevik
hərəkət edirlər. Əgər dövlət hesab edir ki, xarici investisiya çox zəruridir onda dövlət
liberal rejim yaradır. Liberal rejimin mahiyyəti ondadır ki, dövlət burada icazə-
qadağa üsulundan yox, qeydəalma üsulundan istifadə edir. Bu halda da dövlət
passivlik göstərmir. Ölkə üçün çox mühüm olan kapitalı cəlb etmək üçün müvafiq
infrastrukturlar yaratmaq yolu ilə onu stimullaşdırır.
Sənaye istehsalı ilə elmin əlaqələndirilməsi, iqtisadiyyatın digər sahələri ilə
elmin əlaqələndirilməsindən daha çox fayda verir. Elmlə sahibkarlıq fəaliyyətinin
Dostları ilə paylaş: |