Microsoft Word turkcess ozet kitap docx



Yüklə 2,88 Mb.
Pdf görüntüsü
səhifə106/115
tarix19.10.2018
ölçüsü2,88 Mb.
#74851
1   ...   102   103   104   105   106   107   108   109   ...   115

 
 
 210
 
IV. Uluslararası Türk Kültür Coğrafyasında Eğitim ve 
Sosyal Bilimler Sempozyumu  
27-30 Haziran 2018/Bakü-Azerbaycan
 
IV. International Symposium on Educational and 
Social Sciences in Turkish Cultural Geography  
27-30 June 2018/Baku-Azerbaijan
 
Sinonimik Hadisələrin İnkişafinda Bədii Üslubun Rolu 
 
Tofiq ƏBDÜLHƏSƏNLİ 
Azərbaycan Dövlət İqtisad Universiteti  - UNEC’in kafedra müdiri,f.e.d., professor 
 
XÜLASƏ 
Məqalədə  Azərbaycan  dilinin  lüğət  tərkibinin  mühüm  bir  hissəsini  təşkil  edən  sinonimlərin  üslubi 
çalarlarından, xüsusilə bədii üslubdakı sinonimik hadisələrdən bəhs olunur. Burada göstərilir ki, sinonimik hadisə 
əslində elə sözün üslubi aspekti ilə xarakterizə olunur. Belə ki, dildə yaxın və ya eyni mənalı sözlər var ki, bunları 
ayrılıqda sinonim kimi düşünmək imkanı olsa da, bir sıra leksik vahidlər yalnız kontekstdə sinonimik mahiyyət 
daşıyır. Belə kontekst zənginliyi ilə müşahidə olunan üslublarından biri və sözün əsl mənasında birincisi bədii 
üslubdur ki, burada kontekstdən asılı olaraq müxtəlif sinonimik hadisələrlə qarşılaşmaq mümkündür. Məqalədəki 
dil faktlarında görkməli Azərbaycan şairi Əli Kərimin poeziyasına istinad olunmuş, nəzəri məsələlər şairin dilinə 
əsasən şərh edilmişdir. Belə qeyd olunmuşdur ki, zəngin və dolğun poetik yaradıcılığı ilə ədəbiyyatımız tarixində 
mühüm yer tutan Əli Kərimin poeziyasında kontekstdən asılı olaraq təkrarsız və bənzərsiz sinomik hadisələrlər 
qarşılaşmaq mümkündür. Onun şeir dilində kontekstdən və lirik qəhrəmanın məqsədindən asılı olaraq müxtəlif 
sinonimlərə rast gəlmək olar.   
Açar sözlər: Azərbaycan dili, poetik dil, sinonimlər, bədii üslub, məna çaları. 
 
 
 


 
 
 211
 
IV. Uluslararası Türk Kültür Coğrafyasında Eğitim ve 
Sosyal Bilimler Sempozyumu  
27-30 Haziran 2018/Bakü-Azerbaycan
 
IV. International Symposium on Educational and 
Social Sciences in Turkish Cultural Geography  
27-30 June 2018/Baku-Azerbaijan
 
Hüseyn Cavid Dilinin Bənzərsizliyi 
Matanat AMRAHOVA 
Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) 
amrahova2016@mail.ru 
 
Məqalədə  böyük  Azərbaycan  şairi  və  dramaturqu  Hüseyn  Cavid  irsinin   zəngin  və 
çoxşaxəli,  təkrarolunmaz bədii irsinə, unikal yaradıcılığına müxtəlif istiqamətlərdən yanaşılır.  Eyni zamanda, 
mütəfəkkir sənətkarın dilinin leksik-semantik yükünün bəlli yönü  onun Türkiyədə aldığı təhsili və ilk yaradıcılıq 
dövrü   haqqında  geniş  məlumat verilir.  Həmçinin  Türkiyə ilə  yaradıcılıq əlaqələrinin  ədibin dilinə  ciddi  təsir 
göstərməsindən,   dramaturqun  Azərbaycan  ədəbi  mühitinə  romantizmi  daşıyan  ilk  ədəbi  şəxsiyyətlərdən 
olmasından danışılır. 
dramaturq, unikal yaradıcılıq, ədəbiyyatşünaslıq, bədii irs, ədəbi ideyaları 
 
 


 
 
 212
 
IV. Uluslararası Türk Kültür Coğrafyasında Eğitim ve 
Sosyal Bilimler Sempozyumu  
27-30 Haziran 2018/Bakü-Azerbaycan
 
IV. International Symposium on Educational and 
Social Sciences in Turkish Cultural Geography  
27-30 June 2018/Baku-Azerbaijan
 
Beynəlxalq Turizmin İnkişafının Ətraf Mühitə Təsiri  
 
Səidə SULTANLI 
 “Ətraf mühitin mühafizəsi və iqtisadiyyatı” kafedrası, Azərbaycan  Dövlət  İqtisad  Universiteti 
(UNEC), baş müəllim, coğrafiya üzrə fəlsəfə doktoru 
saida_sultanli@mail.ru 
 
XÜLASƏ 
Müasir dünyada turizm bir çox ölkələrin və beynəlxalq təşkilatların vacib fəaliyyət istiqamətlərindəndir. 
Turizmin dünya iqtisadiyyatına və beynəlxalq münasibətlərinə təsiri uzunmüddətli xarakter daşıyır. Beynəlxalq 
turizm əsasən ekoloji vəziyyəti qənaətbəxş olan regionlarda inkişaf edir və orada təbiətin mühafizəsi tədbirlərin 
görülməsini  stimullaşdırır.  Eyni  zamanda,  turist  sənayesinin  istiqamətləri  ölkələrarası  münasibətlərin 
inkişafından  asılıdır.  UNESCO  tərəfindən  turizmin  mədəni-qumanitar  inkişafında,  dünyada  sülhün 
saxlanılmasında və xalqların yaxınlaşmasında mühüm rolu təsdiqlənir.  
2008-2009-cu  illərin  qlobal  maliyyə iqtisadi  böhranından  sonra  turizm  sənayesi  dünya  regionlarında 
ardıcıl  artım  tempini  göstərir.  Ümumdünya  Turizm  Təşkilatının  (UNWTO)  məlumatına  görə,  2017-ci  ildə 
dünyanın bütün turistik istiqamətlərində beynəlxalq turist gəlişlərin sayı 1 mlrd. 322 mln. çatmışdır, bu da 2016-
ci il ilə müqayisədə 7% çoxdur.  
Səyahət və turizm üzrə statistik məlumatların təhlili göstərir ki, turizm sənayesi dinamik inkişaf  edir və 
2017-ci ildə, nəqliyyat xərclərini nəzərə alaraq beynəlxalq turizmdən əldə edilən gəlirlər 1,5 trilyon doll. keçib. 
UNWTO-nun  hesablamalarna  görə,  2018-ci  ildə  bütün  istiqamətlərdə  4-5  %-lıq  artım  gözlənilir  və  təşkilatın 
proqnozlarına görə, 2020-ci ildə beynəlxalq turist gəlişlərin sayı 1,6 mlrd. çatacaq, turistlərin gündəlik xərcləri 
isə 5 mlrd.doll. həcmində olacaq. 
Statistik  göstəricilərə  əsasən,  Azərbaycanın  turizm  sektoru,  bütövlükdə,  yüksəliş  dövrünü  yaşayır  və 
2017-ci ildə Azərbaycana 2 milyon 692 min turist gəlib, bu da əvvəlki il ilə müqayisədə 20% çoxdur. Həmin ildə 
ölkəyə  beynəlxalq  turist  gəlişlərindən  əldə  edilmiş  vəsait  2309,5  mln  ABŞ  dollar  həcmində  olmuşdur.  AR 
Mədəniyyət və Turizm Nazirliyinin hesablamaları göstərir ki, 2019-cu ildə turistlərin sayı 3 mln. çatmalıdır.  
Turizmin ətraf mühitə təsirinin bir neçə aspektini qeyd etməliyik: 
ekosistemlərə və təbii resurslara – torpaq, flora, fauna, hava, landşaft və s. 
yerli əhaliyə - mədəniyyətə, dəyərlərə, həyat tərzinə və s. 
regional və milli iqtisadiyyata. 
Azərbaycan üçün turizm məsələlərini tənzimləyən qanunları və siyasəti, təbii resurslar ilə təmin olunması, 
ətraf mühitin  dayanıqlılığı və s. amillər əsasında araşdırmalar bilavasitə turizm sənayesinin inkişafına təsirini 
göstərən  ölkənin  qiymətləndirməsinə,  dünya  ölkələri  və  bölgələrilə  münasibətlərin  yaxşılaşdırılmasına  və  bu 
sahədə müvafiq tədbirlərin görülməsinə imkan verir. 
 
 
Açar sözlər: beynəlxalq münasibətlər, turizm sənayesi, turist gəlişləri, ətraf mühit, ekosistem. 
 
 
 
 
 


Yüklə 2,88 Mb.

Dostları ilə paylaş:
1   ...   102   103   104   105   106   107   108   109   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə