Microsoft Word turkcess ozet kitap docx



Yüklə 2,88 Mb.
Pdf görüntüsü
səhifə59/115
tarix19.10.2018
ölçüsü2,88 Mb.
#74851
1   ...   55   56   57   58   59   60   61   62   ...   115

 
 
 106
 
IV. Uluslararası Türk Kültür Coğrafyasında Eğitim ve 
Sosyal Bilimler Sempozyumu  
27-30 Haziran 2018/Bakü-Azerbaycan
 
IV. International Symposium on Educational and 
Social Sciences in Turkish Cultural Geography  
27-30 June 2018/Baku-Azerbaijan
 
Qloballaşma prosesində Azərbaycan təhsil sisteminin optimallaşdırılması  
və demokratikləşdirilməsi zərurəti  
 
Sevinc ƏLİYEVA 
Sosiologiya üzrə fəlsəfə doktoru, müəllim, 
Bakı Dövlət Universiteti, Sosial elmlər və psixologiya fakültəsi,  
Sosiologiya kafedrası, 
Azərbaycan Respublikası, BAKI 
yagut_family@mail.ru 
 
Yaqut ƏLİYEVA 
Sosiologiya üzrə fəlsəfə doktoru, dosent, 
Bakı Dövlət Universiteti, Sosial elmlər və psixologiya fakültəsi,  
Sosiologiya kafedrası, 
Azərbaycan Respublikası, BAKI 
 yagut.aliyeva@gmail.com  
 
 
XÜLASƏ 
XX  əsrin  80-ci  illərininin  sonlarından  etibarən  Azərbaycan  Respublikasında,  o  cümlədən  də  təhsil 
sistemində baş verən dəyişikliklər, təhsilin sosiologiyası sahəsinin vəzifələrinə yeni nöqteyi nəzərdən baxılmasına 
məcbur  edir.  Burada  əsas  vəzifələrdən  biri  yeni  nəzəri-konseptual,  təşkilati-idarəetmə  modelinin 
formalaşdırılması  və  inkişaf  etdirilməsidir.  Belə  ki,  transformasiya  və  qloballaşma  şəraitində  ölkəmizin  təhsil 
sistemində  tərbiyə  və  təhsil  fəaliyyətinə  dair  yeni  konseptual  yanaşma  hazırlamaq  zərurəti  yaranıb  və  bu 
prosesinin uğurlu fəaliyyətinin şərti demokratikləşmədir. 
Təhsilin  üstünlüyü  iqtisadiyyatda,  mədəniyyətdə  və  əhalinin  həyat  səviyyəsində  daha  çox 
müvəffəqiyyətlərə nail olmuş dövlətlərin sosial siyasətinin xarakterik xüsusiyyətidir. Praktikada yoxlanılmış bu 
həqiqətə əsaslanaraq  təsdiq etmək  olar ki,  bizim  ölkəmiz  həyat  fəaliyyətinin  bütün  sahələrinin  müvəffəqiyyətli 
inkişafı üçün müasir təhsil sisteminin təşkilinə maksimum diqqət ayırmalıdır. Bu prioritet məsələnin uğurlu həlli 
üçün bu kompleks problemin bütün aspektlərini, o cümlədən sosioloji aspektlərini müfəssəl öyrənmək lazımdır; bu 
isə hər şeydən əvvəl təhsil sistemi ilə cəmiyyətin qarşılıqlı təsirinin tədqiqini, ali təhsilə nisbi müstəqil system kimi 
kompleks yanaşmanı nəzərdə tutur. 
Tədqiqatın müxtəlif mərhələlərində elmi idrakın əsas metodlarından müqayisə, analiz və sintez, eləcə də 
kompleks sistemli analiz metodu istifadə edilmişdir. Əsas mənbələr yerli və xarici alimlərin əsərləri olmuşdur. 
Tədqiqatın  metodologiyası,  fikirlərin  plüralizminə  və  sosial  proseslərin  çoxamilliyinə  əsaslanan  kifayət  qədər 
metodologiya və texnikanı səciyyələndirir. Beləliklə, təhsilin sosial problemlərini öyrənməyə yönəlmiş sosioloji 
işlər bir sıra sosial elmlərin uğurla inkişaf etdirilməsi və bütövlükdə cəmiyyətin inkişafı üçün son dərəcə vacibdir. 
Məqalədə  sistemli  mövqedən  Azərbaycanın  təhsil  sisteminin  islahatında  optimal  yol  və  istiqamətləri 
tapmaq üçün cəhd göstərilmişdir. Alimlərin fikirlərinə əsaslanaraq, belə qənaətə gələ bilərik ki, ictimai həyatın 
bütün  sahələri  birbaşa  təhsil  sisteminin  fəaliyyətinin  səmərəliliyi  dərəcəsi  ilə  bağlıdır,  çünki  həyatın  bütün 
sahələrinin subyektləri məhz təhsil sferasında hazırlanır. Təhsilin keyfiyyətindən hazırlanan subyektin keyfiyyəti 
asılıdır və nəticədə məhz bu subyektin keyfiyyətləri bütün sosial sistemin fəaliyyətinin səmərəliliyini müəyyən edir. 
Açar sözlər: təhsil sistemi, optimallaşdırma, demokratikləşmə, islahatlar, qloballaşma. 
 
 
 


 
 
 107
 
IV. Uluslararası Türk Kültür Coğrafyasında Eğitim ve 
Sosyal Bilimler Sempozyumu  
27-30 Haziran 2018/Bakü-Azerbaycan
 
IV. International Symposium on Educational and 
Social Sciences in Turkish Cultural Geography  
27-30 June 2018/Baku-Azerbaijan
 
Tarihi Tıp Metinlerinde Anlambilim Ögeleri 
Mücahit AKKUŞ 
Hitit Üniversitesi 
mucahitakkus01@hotmail.com 
Tarihi  metinler,  sözcüklerin  anlam  ve  dilbilgisi  yönünden  günümüze  kadar  nasıl  geldiklerinin  en  iyi 
belgeleridir.  Bu  metinler  üzerinde  çalışmalar  yapmak  Türkçenin  zenginliğini  ortaya  koyması  bakımından  son 
derece faydalı olacaktır. Her bir metni kendi konu alanı içinde değerlendirip söz varlığı açısından ortaya koymak, 
sözlükbilim açısından da faydalı olacak bir husustur. 
Tıp  biliminin  tarihi  yönü  incelendiği  vakit,  çokça  eserin  yazıldığı  görülecektir.  Anadolu  sahası  ele 
alındığında 14. yüzyılda yazılmaya başladığı tahmin edilen tıp metinlerinin dilini incelemek Türkçe söz varlığı 
adına büyük faydalar sağlamıştır Metinlerde geçen bitki isimleri, hastalık isimleri, tedavi yöntemleri, tıpla ilgili 
araç ve gereçler vd. unsurlar tıp tarihinin hangi aşamalardan geçtiğini anlatması bakımından önemlidir. 
Sözcüklerin tek başlarına kullanımları, başka sözcüklerle kullanılırken oluşan anlam farklılıkları anlam 
bilime katkı sağlayacak ögelerdir. Yan anlamlar, mecaz anlamlar, anlam değişmeleri ve birçok öge anlambilim 
konusu içinde değerlendirilir. İşte bu hususları tarihi tıp metinleri içerisinde değerlendirmek de Türkçenin tıp 
alanında söz varlığına ne derece sahip olduğunu göstermesi bakımından değer arz etmektedir. Hekimlerin Arapça, 
Farsça ve Latince sözcük karşılığı olarak Türkçe ifadeler kullanmasının tarama ve derleme sözlüklerine de büyük 
katkılar sağlayacağı bir gerçektir. 
Bu  çalışmada  yukarıda  bahsedilen  hususlar  dikkate  alınarak  tarihi  tıp  metinleri  incelenecektir.  14. 
yüzyıldan  sonra  yazılmış  ve  günümüzde  incelenme  imkanı  bulunan  eserler  değerlendirilecektir.  Bu  eserler 
anlambilimin  alt  dalları  yönünden  ele  alınacaktır.  Türkçe  söz  varlığına  ne  derece  katkı  sağladıkları  ortaya 
konulacaktır.  Devam  eden  yüzyıllarda  tıp  metinlerinin  anlam  yönünden  ne  gibi  değişiklik  gösterdikleri 
gözlemlenecektir.  Bu  çalışma  konusunun  geniş  bir  alanı  kapsaması  sebebiyle  incelenen  eserler  sınırlı  sayıda 
tutulacaktır. Aynı zamanda günümüz halkbilimi ögeleri içinde tarihi tıp metinlerinden hangi izler görülmektedir, 
bunlar da tartışılacaktır. 
Anahtar Kelimeler: Tarih, tıp, anlambilim, Türkçe, söz varlığı 
 
 
 


Yüklə 2,88 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə