Microsoft Word turkcess ozet kitap docx



Yüklə 2,88 Mb.
Pdf görüntüsü
səhifə93/115
tarix19.10.2018
ölçüsü2,88 Mb.
#74851
1   ...   89   90   91   92   93   94   95   96   ...   115

 
 
 179
 
IV. Uluslararası Türk Kültür Coğrafyasında Eğitim ve 
Sosyal Bilimler Sempozyumu  
27-30 Haziran 2018/Bakü-Azerbaycan
 
IV. International Symposium on Educational and 
Social Sciences in Turkish Cultural Geography  
27-30 June 2018/Baku-Azerbaijan
 
Ərzaq Təhlükəsizliyinin Təmin Edilməsi – Ölkənin Həyat Səviyyəsinin Yüksəldilməsinin 
Əsası 
i.f.d., Mehriban Vaqif qızı Kərimzadə 
Azərbaycan Dövlət İqtisad Universiteti 
“Qiymət və qiymətləndirmə” kafedrasının baş müəllimi 
mehriban_kerimzade@rambler.ru 
 
 
Ölkəmizdə bazar prinsiplərindən istifadə olunduğu şəraitdə aqrar sahədə sahibkarlığın inkişafı müasir 
tələblərə uyğunlaşdırılması hesabına mümkün olur. Aqrar sahədə müxtəlif kateqoriyalı sahibkarlıq subyektlərinin 
fəaliyyəti  xüsusi  özəl  təsərrüfatların  formalaşmasına  əsaslanır.  Belə  şəraitdə  aqrobiznesin  inkişafı  ön  plana 
çəkilərkən aqrar sahədə sosial-iqtisadi münasibətlərin xarakteri dəyişir. Ərzaq təhlükəsizliyinin təmin edilməsi 
məqsədilə aqrobiznesin formalaşdığı şəraitdə kənd təsərrüfatı məhsulları istehsalının inkişafını, emal sənayesini, 
kənd təsərrüfatı məhsullarının saxlanılması, daşınması və istehlakçıya çatdırılmasını qabaqcadan müəyyən etmək 
mümükün olur. Azərbaycanda ərzaq təhlükəsizliyinin təmin edilməsi məqsədilə aqrobiznes sistemində istehsalın 
səmərəli təşkili aqrar sahənin strukturunun formalaşmasının əsas amili hesab olunur və sahibkarlıq münasibət-
lərinin  yarandığı  şəraitdə  yüksək  rəqabətlilik  təmin  edilir.  Aqrobiznesin  formalaşması  şəraitində  istehsalın 
səmərəli  təşkili  və  inkişafı  ölkənin  ərzaq  təhlükəsizliyinin  təmin  olunmasını  və  əhalinin  sosial  rifahını 
müəyyənləşdirir. 
İnzibati amirlik iqtisadi sistemindən bazar iqtisadi sisteminə keçildikdən sonra həyata keçirilən islahatlar 
nəticəsində  ölkənin  aqrar  sahəsində  ərzaq  təhlükəsizliyinin  təmin  edilməsi  məqsədilə  formalaşmış  biznes 
sistemində  istehsalın  təşkilinin  təkmilləşdirilməsinə  zərurət  yarandı.  Aqrobiznes  sistemində  istehsalın  inkişafı 
müxtəlif kateqoriyalı sahibkarlıq subyektlərinin tərəqqisi, ərzaq siyasətinin təkmilləşdirilməsi, aqrar sahədə milli 
istehsalın  mövqeyinin  dünya  bazarında yüksək  rəqabətqabiliyyətliliyə  malik olması kimi  proseslər  üçün  şərait 
yaratmalıdır.  
Müasir  iqtisadi  şəraitdə  dövlətin  dəstəyi  hesabına  aqrobiznes  sistemində  sahibkarlar  yüksək  gəlirli 
məhsulların  istehsalında  və  rəqabət  üstünlüklərinə  nail  olunmasında  öz  potensialını  reallaşdırmağa  imkan 
yaranır. Bu kimi reallığı aqrobiznesin iqtisadi rolu və inkişaf perspektivləri məlum olan xarici ölkələrin müasir 
təcrübəsi  təsdiq  edir.  İnkişaf  etmiş  ölkələrin  qabaqcıl  təcrübəsindən  istifadə  etməklə  Azərbaycanda  ərzaq 
təhlükəsizliyinin təmin edilməsində aqrobiznesin inkişafının yeri və əsas istiqamətləri müəyyən olunmalıdır.  
Ərzaq  təhlükəsizliyinin  təmin  edilməsi  məqsədilə  dövlət  tərəfindən  aqrar  sahəyə  göstərilmiş  dəstək 
aqrobiznesin  formalaşmasına  təsir  göstərir.  Aqrobiznes  sisteminin  formalaşmasında  kənd  təsərrüfatı 
sahibkarlığına məxsus bütün spesifik xüsusiyyətlər eyni götürülür.  
Azərbaycanda ərzaq təhlükəsizliyinin təmin edilməsi və aqrobiznesin formalaşmasının elmi-metodoloji 
əsasları araşdırılmalı, müasir vəziyyəti təhlil edilməli və onun gələcəkdə təkmilləşdirilməsinin əsas istiqamətləri 
müəyyənləşdirilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq qeyd etmək olar ki, müasir iqtisadi şəraitdə Azərbaycanda 
ərzaq  təhlükəsizliyinin  təmin  edilməsi  və  aqrobiznes  sisteminin  gələcəkdə  təkmilləşdirilməsinin  əsas 
istiqamətlərinin müəyyənləşdirilməsi məsələsi xüsusi əhəmiyyətə malikdir.  
Müstəqilliyimizin ilk illərində bazar tənzimləyicilərinin təsiri altında Azərbaycanda ərzaq təhlükəsizliyinin təmin 
edilməsi məqsədilə aqrobiznesin inkişafı tədricən postsosialist iqtisadiyyatının dövlət müdaxiləsinə ehtiyacı olan bir sahəsinə 
çevrilməyə başlamışdır. Həmin dövrdə aqrobiznesin inkişafı üçün xüsusi siyasət lazım idi. Nəzəri cəhətdən mükəmməl sayılan 
bazar  mexanizminə  ciddi  dəyişikliklər  edilməsi  zərurəti  yaranmışdır.  Ərzaq  mallarına  tələb  və  təklifə  məqsədyönlü  təsir 
göstərilməsi, milli gəlirin bir hissəsinin aqrobiznesin xeyrinə yenidən bölüşdürülməsi və büdcədə müvafiq dəyişikliklər edilməsi 
məsələləri  kəskin  şəkildə  qarşıya  çıxmışdır.  Xüsusi  kənd  təsərrüfatı  siyasəti  aqrobiznesin  inkişafı  ilə  əlaqədar  müxtəlif 
proqramlar qəbul olunmasını tələb edirdi. Bu proqramlar ərzaq təhlükəsizliyinin təmin edilməsi məqsədilə aqrobiznesin 
bazar şəraitinə transformasiyasının iqtisadi və sosial aspektlərini əlaqələndirməli idi. 
Respublikada  ərzaq  təhlükəsizliyinin  təmin  edilməsinə  və  aqrobiznesin  inkişafına  təsir  edən  təşkilati-
iqtisadi amillərin tədqiqi göstərir ki, Azərbaycan Respublikasında aqrobiznesin mövcud sistemi və kənd təsərürfatı 
məhsullarının  satışının  təşkili  bazarın  qanunlarına  uyğun  deyil.  Respublikada  bazar  münasibətlərinin  inkişafı 
şəraitində kompleks və məqsədyönlü aqrobiznes sistemi və mexanizmi formalaşdırılmamışdır. 
Respublikada  ərzaq  təhlükəsizliyinin  təmin  edilməsi  məqsədilə  aqrobiznesin  inkişafı  şəraitində  xarici-
iqtisadi əlaqələri liberallaşdırmaq üçün müxtəlif tədbirlərlə milli  iqtisadiyyatın rəqabətdən qorunması və xarici ölkələrin 
müdaxiləsinin məhdudlaşdırılması üzrə dövlət siyasəti həyata keçirilməlidir. Respublikamızın aqrobiznes sistemində daxili 
bazarı  xarici  rəqabətdən  mühafizə  etmək  və  istehsalı  stimullaşdırmaq  üçün  idxal  olunan  kənd  təsərrüfatı  və  yeyinti 
məhsullarına yüksək gömrük tarifi qoyulmalıdır. İntensivləşmə şəraitində kənd təsərrüfatı və yeyinti məhsulları istehsalının 
stimullaşdırılmaması ilə onların idxaldan asılılığı vəziyyəti yaranır ki, bu da istehlak mallarının alınmasında böyük xərclərin 
çəkilməsinə səbəb olduğu qeyd edilir. Ümumiyyətlə, ölkənin idxaldan asılılığının azalması onun iqtisadi təhlükəsizliyini artırır. 
Bunun üçün kənd təsərrüfatı istehsalının intensivləşdirilərək stimullaşdırılması ölkəmizin iqtisadi cəhətdən daha inkişaf etmiş 


Yüklə 2,88 Mb.

Dostları ilə paylaş:
1   ...   89   90   91   92   93   94   95   96   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə