Microsoft Word turklib ru doc


Туркестанская Библиотека -  www.turklib.ru – Turkistan Library



Yüklə 1,12 Mb.
səhifə13/46
tarix25.06.2018
ölçüsü1,12 Mb.
#51945
1   ...   9   10   11   12   13   14   15   16   ...   46

Туркестанская Библиотека -  www.turklib.ru – Turkistan Library

 

 



Mən də başı açıq, ayağı yalın 

Yolunda can qoysam,  yenə az olar. 

 

Bəlkə, buna görə əzəmətlisən- 

Nəyin var vermisən əsirgəmədən! 

Sən bir ana kimi səxavətlisən, 

Anam Azərbaycan, Vətən, can Vətən! 

 

 

   VƏTƏN   ƏTRİ 

 

Hərdən mənə elə gəlir, 

Eldən uzaqdayam mən, 

Bir tufanla harayasa 

Atılmışam Vətəndən. 

 

Nə xəritəm, nə kompasım… 

Dolaşıram düzləri. 

Kor olmuşam… 

Heç nə görmür, 

Heç nə seçmir gözlərim. 

 

Sanıram ki, sərhədləri 

İqlim- iqlim gəzirəm, 

Nə usanıb yoruluram, 

Nə gəzməkdən bezirəm. 

 

Daşa, suya, torpaqlara 

Sürtə- sürtə əlimi, 

Axtarıram Vətənimi- 

Azərbaycan elini. 

 

Budur, çinar xışıltısı, 

Budur, turac nəğməsi, 

Yanağımı qarsılayır 

Odlu Muğan nəfəsi. 

 

Su içirəm- torpaq dadıq; 

Ya Arazdır, ya da Kür, 

Söykənirəm bir ağaca- 

Bu, deyəsən, söyüddür. 

 

Narınc, turunc ətri gəlir: 

Bu, limonlu Talışdır, 


Туркестанская Библиотека -  www.turklib.ru – Turkistan Library

 

 



Yellər əsir, dəli yellər- 

Xəzri mənə tanışdır. 

 

Dağ aşıram: ya Kəpəzdir, 

Ya Qoşqar, ya Savalan. 

Kor olsam da tanıyıram: 

Mənimkidir bu məkan! 

 

Kor olsam da tanıyıram: 

Azərbaycan özüdür! 

Ana Vətən, səni tapan 

Ürəyimin gözüdür! 

 

 

FİKRƏT   SADIQ 

 

 

AZƏRBAYCAN  DOĞMA  YURDUM, ANAM 

 

Vətən müqəddəs torpağım, 

Əbədi yanan ocağım mənim. 

Vətən  məğrur bayrağım, 

Ömrümü nura qərq edən 

Bir topa günəş saçağım mənim. 

Uca Vətənim! 

Unudulan deyil 

İlkin baxıb gördüyüm, 

Çörəyini yediyim 

Doğma kənd, doğma el. 

Beşikdən düşüb iməklədiyim yer. 

Azərbaycan, doğma yurdum, anam! 

Mən də sənin körpəcə bir yarpağınam. 

 

Vətən qabarlı əlim 

Bildiyim ilk söz, 

Deyəcəyim son söz, 

Vətən ana dilim mənim. 

Dədə Qorqudum mənim, 

Füzulim mənim. 

Ər igidləri dünyaca tanınan, 

Şairləri ulduz - ulduz yanan, 

Göyüm - kainatım mənin. 

Hər yerdə çəkilən adım mənim. 

Qolum - qanadım mənim. 


Туркестанская Библиотека -  www.turklib.ru – Turkistan Library

 

 



Azərbaycan, doğma yurdum, anam! 

Mən də sənin körpəcə bir yarpağınam. 

 

Sən müdrik qoca, 

Sən tunc biləkli cavan. 

Bənzəyirsən qocaman 

Nəhəng, yaşıl ağaca. 

Bir budağın şaxə-şaxə 

Sərilib Arazdan o taya 

Orda Təbriz, Ərk qalası, Savalan. 

Bir budağın Qarabağ, 

Bir budağın Naxçıvan. 

Bir günəşə boylanır 

Bakı, Şirvan, Mil, Muğan. 

Azərbaycan, doğma yurdum, anam! 

Mən də sənin körpəcə bir yarpağınam. 

 

 

 GÜNƏŞİNİ  UDURAM 

 

Günəşini uduram, 

Sularından içirəm Vətənimin. 

Sevincini, kədərini dadıram, 

Yollarından keçirəm Vətənimin. 

Dağlarının çiçəyi mənimdir. 

Günəş rəngli çörəyi mənimdir. 

Bəs mən  nə verim ona? 

Axı nəyim var, 

Arzudan və alın tərindən savayı? 

Vətənim yandırıb ömrümün çırağını. 

Mən də can atıram ki, onu 

Yandırmayım havayı. 

 

 

MƏMMƏD   ARAZ 

 

 

AZƏRBAYCAN - DÜNYAM MƏNİM 

 

Azərbaycan - qayalarda 

                             bitən bir çiçək, 

Azərbaycan - çiçəklərin içində qaya. 

Mənim könlüm bu torpağı 

                              vəsf eləyərək 


Туркестанская Библиотека -  www.turklib.ru – Turkistan Library

 

 



Azərbaycan dünyasından 

                              baxar dünyaya. 

Azərbaycan - mayası nur, 

                               qayəsi nur ki… 

Hər daşından alov dilli ox ola bilər. 

“Azərbaycan!” deyiləndə ayağa dur ki, 

Füzulinin ürəyinə toxuna bilər. 

Oğulları Kür gəzdirər biləklərində, 

Oğulların göz atəşi 

                                gözəl əridir. 

Azərbaycan səhərinin bəbəklərində 

Qütb ulduzu, dan ulduzu gözəlləridir. 

Tariximə qara xətli hicri, miladi 

Qılıncların qan ağzıyla yazılmadımı! 

Babaların boz çöllərə bənzər muradı 

Üç rəng bayraq 

                       dalğasından yaz almadımı! 

İllər olub, kürələrdə dəmir olmuşuq, 

Sərhədlərdə dayanmışıq küləkdən ayıq. 

Od gölündə, 

                        buz çölündə gəmi olmuşuq, 

Biz Bakının ilk səadət carçılarıyıq. 

Min illərlə zülmətlərə yollar açıqdı, 

Dalğalandı Sabirlərin 

                         ümman dünyası, 

Azərbaycan qatarı da yollara çıxdı 

Dağılanda  Qoca Şərqin duman dünyası. 

Azərbaycan - mayası nur 

Qayəsi nur ki… 

Hər daşından alov dilli ox ola bilər. 

“Azərbaycan” deyiləndə 

                           ayağa dur ki, 

Ana yurdun ürəyinə toxuna bilər. 

 

 

VƏTƏN 

 

Bu gün gərək 

Hər anımız Vətən! - desin! 

Qılıncımız, qalxanımız 

Vətən! - desin 

Ölənlərin əvəzinə 

Qalanımız Vətən! - desin. 

Vətən! - desin 


Yüklə 1,12 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə