Microsoft Word turklib ru doc


Туркестанская Библиотека -  www.turklib.ru – Turkistan Library



Yüklə 1,12 Mb.
səhifə36/46
tarix25.06.2018
ölçüsü1,12 Mb.
#51945
1   ...   32   33   34   35   36   37   38   39   ...   46

Туркестанская Библиотека -  www.turklib.ru – Turkistan Library

 

 



 

 

 

 

uyumur! 

Qitədən- qitəyə, 

Adadan- adaya 

Kədərli, pərişan 

Bir ana adlayır…  

 

*** 

Bir gecə istədim ki, 

                        ana qayğılı olum. 

Oyaq qalım səhərədək… 

Körpəmiz ağladıqca ovudum. 

Səhərə yaxın 

Kirpiklərimdən daş asıldı, 

             oyana bilmədim. 

Bir ömür boyu ana olur analar, 

Mən bir gecə ola bilmədim. 

 

TOFİQ  MÜTƏLLİBOV 

 

ANALAR  TEZ  OYANAR 

 

Analar yuxusundan 

Səhər tez oyanarlar. 

Hələ günəş doğmamış, 

Günəş olub yanarlar. 

 

Mehriban gözlərinə 

Yuxu gəlməz gecələr. 

Qayğıları çoxalar, 

Ürəkləri incələr. 

 

Yorğunluq da duyular 

Üzündə, bənizində, 

Yenə üzər körpələr 

Laylalar dənizində. 

 

Neçə övlad böyüdüb 

Arzulara çatarlar. 

Analar tez oyanar, 

Analar gec yatarlar.  

 

 

NOVRUZ   GƏNCƏLİ 

 


Туркестанская Библиотека -  www.turklib.ru – Turkistan Library

 

 



 

 

                        ANANIN  SƏSİ 

 

Ana qəlbim odlanır 

Söz düşəndə davadan. 

Bəs deyilmi, ey insanlar, 

Töküldü qan, axdı qan? 

Bəs deyilmi ana torpaq 

Su içdi göz yaşından? 

 

Yer üzündə dostu olsun 

Gərək insan insanın, 

Qəlbimdəki bu arzular 

Arzusudur zamanın. 

Mən anayam, bu səsimdə 

Yerin, göyün dərdi var. 

Sülhə gəlin, ey insanlar, 

Yoxsa dünya məhv olar. 

 

Silahları yandırın, 

Ərşə qalxsın tüstüsü, 

Hər obada, hər bir eldə 

Qanad açsın sülh sözü, 

Üzü gülsün insanların, 

Bayram etsin Yer üzü. 

 

MƏMMƏD   ARAZ 

 

 

« ANAMDAN  YADİGAR  NƏĞMƏLƏR » 

SİLSİLƏSİNDƏN 

 

BACIM  GÜLSÜMƏ  MƏKTUB 

 

Necə yad görürəm doğma yerləri… 

İlk dəfə qarşıma çıxmadı anam. 

İlk dəfə anamsız açdım səhəri, 

İlk dəfə anamsız düşəcək axşam. 

 

Uyuşa bilmirəm kəndimizə ta, 

Başqa nəğməlidir bulaqlar indi. 

Sanki mən tərəfə əyilmir hətta, 

Mənsiz çırpılmayır budaqlar indi… 

 

Demə ki, ay bacım - anam əvəzi, 


Туркестанская Библиотека -  www.turklib.ru – Turkistan Library

 

 



Qardaş, etibarın bəs hara getdi?! 

Bir də bu yerlərə dönmək həvəsim 

Anamla birlikdə məzara getdi… 

 

Hörməti ayrıdır qardaş - bacının, 

Tək ana nəfəsi üzümə dəymir. 

Bəs hanı, qocaman qoz ağacının 

Dibindəki cəhrə gözümə dəymir? 

 

Uşaqlar çıxardıb tağalağını, 

İydən də bir mismar kəsibdir hərə: 

O küncdə toz basmış yun darağını, 

Yəqin, satmısınız hörümçəklərə. 

 

Elə bil yarpızın dəyişib tamı. 

Nanənin ətri də azalıb bir az. 

Çağırın, çağırın əziz anamı 

Belə bağça olmaz, belə bağ olmaz. 

 

Əyib atamı da ömrün gərdişi, 

Dünyanın qəribə sirləri varmış, 

Ömür yoldaşını itirən kişi 

Uşaqdan da betər yetim olarmış. 

 

Çətindir, ay bacım, bunları görmək, 

Göz də bir baxışla oda düşərmiş: 

Uşaqlıq itirmək, gənclik itirmək 

Ana itirəndə yada düşərmiş… 

 

Nə lovğalıq bilin, nə də ki, ayıb, 

Mən daha köçəri, köçəri quşam, 

Bu gecə üstümü örtən olmayıb, 

Bu gecə yamanca soyuqlamışam. 

 

Örüşdən quzular dönüb mələşir, 

Boz inək axtarır səsini onun. 

Yadıma bir sözüm, bir misram düşür; 

Çırağı anaymış ata yurdunun! 

 

 

    SON ANINDA 

 

Axır nəfəsinə yetişmədim mən, 

Son dəfə bağrıma basmadım onu. 


Туркестанская Библиотека -  www.turklib.ru – Turkistan Library

 

 



Ah niyə, görmədim gözündə sönən 

Son həyat eşqini, son arzusunu. 

 

Yudu başdaşını gözümün yaşı, 

Göz yaşı yeni can vermir adama, 

İlk dəfə qarğıdım qohum - qardaşı, 

İlk dəfə acıdım doğma atama. 

 

« Qapadı gözünü o mənsiz, necə, 

Necə dəfn etdiniz məndən xəbərsiz…» 

Bir qarı dilləndi: « Anan ölüncə 

Dedi ki, balamı çağırmayın siz. 

 

Qorxar… İşi çoxdur… azca ağladı. 

Qorxdu ki, eşidib kədərlənərsən. 

Son anda şəklini o qucaqladı, 

Gözünə baxmadı… qəhərlənərsən…» 

 

Yarama köz basdı bu söz də mənim, 

Qopdu ürəyimdən yanıqlı nida: 

Ana qəlbinə bax! Övlad qəmini 

Görmək istəməyib son anında da. 

 

 

      ANA YAŞI 

 

Daha gəlməyəcək anamın səsi, 

Mənə də taleyin yumruğu dəydi. 

Düzü acığıma gəlir: bəzisi 

Soruşur mərhumun yaşı neçəydi? 

 

- Bilmirəm… düşmüşdü saçlarına dən… 

…Dolaşır sualla cavab başımda. 

- Ana kədərini yaşmıdır ölçən? 

Ana itirmişəm, ana yaşında… 

 

 

FAMİL  MEHDİ 

 

ANALAR… QADINLAR… 

 

 (ixtisarla) 

 

Analar,  sizinlə gözəldir dünya, 


Yüklə 1,12 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə