D) Sağlam ağ ciyərin sıxılması
E) Zədələnmiş tərəfdə təzyiqin artması
Ədəbiyyat: F.H.Camalov, İ.T.Axundov, T.P.Camalova , V.Ə.Fəttah-Pur " Cərrahi
xəstəliklər üzrə test və situasion məsələlər" Bakı -2012,“Cборник задач по
хирургическим болезням” Под редакцией профессора В. И. Подолужного,
“Феникс”, 2007 г
350) Klinikaya müraciət etmiş 47 yaşlı xəstədə ağciyər xərçənginə şübhə var.
Diaqnozu dəqiqləşdirmək üçün Siz hansı müayinəni seçərsiniz?
A) Döş qəfəsinin rentgenoqrafiyası
B) Bronxoskopiya biopsiya ilə
C) Spirometriya
D) Ağ ciyərlərin komputer tomoqrafiyası
E) Ştanqe və Saabraze sınaqları
Ədəbiyyat: F.H.Camalov, İ.T.Axundov, T.P.Camalova , V.Ə.Fəttah-Pur "Cərrahi
xəstəliklər üzrə test və situasion məsələlər" Bakı -2012,“Cборник задач по
хирургическим болезням” Под редакцией профессора В. И. Подолужного,
“Феникс”, 2007 г
351) Avtomobil sürücüsü nəqliyyat qəzası zamanı sükanla döş qəfəsindən güclü
zərbə almışdır. Baxış zamanı: xəstənin ümumi vəziyyəti ağırdır, təngnəfəsdir -
tənəffüsün dəqiqəlik sayı 32 - yə qədərdir, sianozludur. Nəbz 1 dəqiqədə 120
vurğu, ritmikdir. A / Т 90 / 60 mm. c. süt. Öskürək zamanı qan xaric olur.
Boyunda dərialtı emfizema var. Sağ tərəfdə döş qəfəsinin perkussiyası zamanı
boş qutu səsi eşidilir, tənəffüs keçiriciliyi yoxdur, perkutor olaraq
divararalığının sola meylliliyi qeyd edilir. Bu klinik əlamətlər nə üçün
xarakterikdir?
A) Sağ tərəfli hemоtoraks, hemorragik şok
B) Döş sümüyünün sınığı, şok
C) Ürəyin əzilməsi, ürək çatışmazlığı
D) Sağ baş bronxun cırılması, gərginlik (qapaqlı) pnevmоtoraksı
E) Ağciyərlərin əzilməsi
Ədəbiyyat: F.H.Camalov, İ.T.Axundov, T.P.Camalova, V.Ə.Fəttah-Pur "Cərrahi
xəstəliklər üzrə test və situasion məsələlər" Bakı -2012“Cборник задач по
хирургическим болезням” Под редакцией профессора В. И. Подолужного,
“Феникс”, 2007 г
352) İrinli mediastinit zamanı hansı müalicə taktikasını seçərsiniz?
A) Mediastinotomiya, aktiv drenajın qoyulması, yüksək dozada antibiotiklərlə
müalicə
B) Yüksək dozada antibiotiklərin yeridilməsi
C) Boyun mediastinotomiyasının paravertebral torakotomiya ilə kombinasiyası və
drenləşdirilməsi
D) QBB (qulaq, burun, boğaz) şöbəsinə hospitalizasiya və təcili tonzilloektomiya
E) Ön mediastinotomiya
Ədəbiyyat: F.H.Camalov, İ.T.Axundov, T.P.Camalova, V.Ə.Fəttah-Pur "Cərrahi
xəstəliklər üzrə test və situasion məsələlər" Bakı -2012,“Cборник задач по
хирургическим болезням” Под редакцией профессора В. И. Подолужного,
“Феникс”, 2007 г
353) Ağ ciyər xərçənginin əsas müalicə üsulu hansıdır?
A) Şüa müalicəsi
B) Cərrahi və şüa müalicəsi birgə
C) Kimyəvi müalicə və şüa müalicəsi birgə
D) Şişi və regionar limfa düyünlərini tam çıxarmaqla (pulmonektomiya,
lobektomiya) radikal əməliyyat
E) Kimyəvi terapiya
Ədəbiyyat: F.H.Camalov, İ.T.Axundov, T.P.Camalova, V.Ə.Fəttah-Pur "Cərrahi
xəstəliklər üzrə test və situasion məsələlər" Bakı -2012,“Cборник задач по
хирургическим болезням” Под редакцией профессора В. И. Подолужного,
“Феникс”, 2007 г
354) Erkən əməliyyatdan sonrakı dövrdə ağciyər çatışmazlığının ən çox rast
gəlinən səbəbi hansıdır?
A) Atelektaz
B) Bronxospazm
C) Pulmonar ödem
D) Aspirasiya
E) Pnevmotoraks
Ədəbiyyat: В.С. Савельева, А.И. Кириенко. Клиническая хирургия.
Национальное руководство. ГЭОТАР-Медиа. 2009, I том, стр.,150.
355) Bek triadası hansıdır?
A) Arterial təzyiqin qalxması, mərkəzi venoz təzyiqin enməsi
B) Arterial təzyiqin düşməsi, mərkəzi venoz təzyiqin enməsi, ürək tonlarının kəskin
dərəcədə zəifləməsi
C) Arterial təzyiqin düşməsi, mərkəzi venoz təzyiqin qalxması, ürək tonlarının kəskin
dərəcədə zəifləməsi
D) Arterial təzyiqin düşməsi, mərkəzi venoz təzyiqin qalxması, pnevmotoraks
E) Arterial təzyiqin qalxması, mərkəzi venoz təzyiqin qalxması, ürək tonlarının
kəskin dərəcədə zəifləməsi
Ədəbiyyat: S.A.Əliyev. Cərrahi xəstəliklər. Bakı, “Təbib”. 2008, səh., 662 .
356) Ürək tamponadası zamanı təcili olaraq nə etmək lazımdır?
A) Xəstəyə yüksək dozada antibiotiklər təyin etmək
B) Perikardın punksiyası
C) Sidikqovucular təyin etmək
D) Venadan qan almaq
E) Antikoaqulyantlar təyin etmək
Ədəbiyyat: S.A.Əliyev. Cərrahi xəstəliklər. Bakı, “Təbib”. 2008, səh., 681.
357) Pnevmotoraksın ən təhlükəli forması hansıdır?
A) Qapalı pnevmotoraks
B) Qapaqlı pnevmotoraks
C) Açıq pnevmotoraks
D) Spontan pnevmotoraks
E) Qapalı, açıq pnevmotoraks
Ədəbiyyat: S.A.Əliyev. Cərrahi xəstəliklər. Bakı, “Təbib”. 2008, səh., 640
358) Döş qəfəsinin perkusiyası zamanı Damuazo xəttinin aşkarlanması hansı
xəstəlik üçün xarakterikdir?
A) Pnevmotoraks
B) Eksudativ plevrit
C) Hemotoraks
D) Perikardit
E) Diafraqmaalti abses
Ədəbiyyat: S.A.Əliyev. Cərrahi xəstəliklər. Bakı, “Təbib”. 2008, səh., 636.
359) Bariumlu R-qrafiya zamanı qida borusunun aşağı hissəsində “siçan
quyruğu” nun olması hansı patologiyaya xasdır?
A) Qida borusunun yanıq strikturası
B) Axalaziya
C) Qida borusunun xərçəngi
D) Qida borusunun leyomioması
E) Qida borusunun diafraqma dəliyinin yirtığı
Ədəbiyyat: S.A.Əliyev. Cərrahi xəstəliklər. Bakı, “Təbib”. 2008, səh., 566 səh.
Dostları ilə paylaş: |