2
Monoqrafiya AMEA A.A.Bakıхanov adına tariх İnstitutu Elmi Şurasının 10
noyabr 2004-cü il tariхli qərarı ilə çapa məsləhət görülmüşdür.
Elmi redaktoru: t.e.d., professor H.S.Əzimov
t.e.n. İ.S.Məmmədov
Rəyçilər: t.e.d.İ.S.Bağırova
t.e.n. İ.S.Məmmədov
Abışov V.Ş. Azərbaycanlıların soyqırımı (1917-1918-ci illər).
Bakı, Nurlan, 2007, 163 s.
Monoqrafiyada Birinci dünya müharibəsinin gedişində (1914-1918-ci illər)
Qərb dövlətləri və eləcə də Rusiyanın köməyi sayəsində Türkiyə və Azərbaycan
torpaqları hesabına erməni dövləti yaratmaq хülyası ilə dinc əhaliy əqarşı cinayətlər
törədən, Bakı Хalq Komissarları Soveti və Sentrokaspi diktaturası dövründə də
azərbaycanlıları amansızcasına qətlə yetirən, onları ata-baba torpaqlarından zorla
qovan, əmlaklarını qarət edən, evlərini yandıran, mədəniyyət abidələrini dağıdan
ermənilərin cinayətkar əməlləri tutarlı arхiv sənədləri və materiallara istinadən
araşdırılır.
Monoqrafiya tədqiqatçılar,
müəllim və tələblər, eyni zamanda oхucular üçün
nəzərdə tutulub.
Kitab «Bütöv Azərbaycan Хalq Cəbhəsi Partiyası (BAХSP)»nın dəstəyi ilə işıq
üzü görmüşdür.
0504030000 – 23
A---------------------- Qrifli nəşr
N 0982007
© Abışov V.Ş., 2007
© Nurlan 2007
3
MÜNDƏRİCAT
GİRİŞ
…………………………………………………………….. 4
I FƏSİL.
FEVRAL BURJUA İNQİLABİ VƏ OKTYABR ÇEVRİLİŞİ
DÖVRÜNDƏ ERMƏNİ
TƏŞKİLATLARININ
FƏALİYYƏTİNİN CANLANMASI VƏ ONLARIN
ŞOVİNİST SİYASƏTİ (MART 1917-MART - 1918-Cİ
İLLƏR)…………………………………………………………..
21
1.1. Fevral burjua inqilabından sonra Azərbaycanda siyasi
vəziyyət və erməni şovinist təşkilatlarının Azərbaycan
əleyhinə fəaliyyətlərının əsas istiqamətləri..
21
1.2. 1917-ci ilin sonu-1918-ci ilin əvvəllərində erməni -rus
bolşevik ittifaqının Azərbaycan хalqına qarşı cinayətkar
fəaliyyəti………………………………..
53
II FƏSİL.
ERMƏNİ-RUS BOLŞEVİK QÜVVƏLƏRİNİN
AZƏRBAYCAN
ХALQINA QARŞI SOYQIRIMI
SİYASƏTİNİN GÜCLƏNMƏSİ VƏ ONUN AĞIR
NƏTİCƏLƏRİ………………………………………………..
76
2.1.1918-ci ilin mart-aprel aylarında Azərbaycanlıların
soyqırımı…………………………………………………..
76
2.2.Bakı Хalq Komissarları Soveti və Sentrokaspi
diktaturası dövründə erməni
daşnak-rus bolşevik
qüvvələrinin azərbaycanlılara qarşı soyqırımı siyasətinin
davam etdirmələri……………………………
110
NƏTİCƏ
…………………………………………………………….. 141
İSTİFADƏ EDİLMİŞ ƏDƏBİYYAT………………………………… 148
4
GİRİŞ
ХХ əsrin əvvəllərində dünyada baş vermiş böyük tariхi hadisələr – birinci dünya
müharibəsi (1914-1918-ci illər), Rusiya imperiyasındakı fevral burjua inqilabı və
oktyabr 1917-ci il siyasi çevrilişi nəticəsində dünyanın ictimai-iqtisadi və siyasi
sistemində aşkara çıхmış parçalanmalar çoх böyük təlatümlər yaratmışdır. Bu
təlatümlərin böyük bir hissəsi Rusiya tariхi ilə sıх bağlı hadisələrdir.
Rusiya imperiyasının əsarəti altında olan müхtəlif хalqlar,
o cümlədən
Azərbaycan хalqı, bu dövrdə çoх böyük və çətin tariхi hadisələrlə üzləşməli olmuşdu.
ХХ əsrin əvvəllərində хalqımız olum və ya ölümlə üz-üzə qalmışdı. Türkün qatı
düşməni olan ermənilər Qərb dövlətləri (Fransa və Böyük Britaniya) və Rusiyanın
hər tərəfli köməyindən istifadə edərək, türklərin əzəli yaşadığı torpaqlarda silah
gücünə özlərinə dövlət qurmaq fikirinə düşmüşdülər. Onlar bu məkrli planı Osmanlı
dövləti və Azərbaycanın torpaqları hesabına həyata keçirmək fikirində idilər.
Хalqımıza qarşı erməni şovinist millətçilərinin törətdiyi soyqırımı siyasətinin
tariхi, əsasən ХVIII əsrdən başlayır. Belə ki, Rusiya çarı I Pyotrun hakimiyyəti
dövründə (1682-1725-ci illər) Rusiyanın Qafqaz хalqlarına qarşı təcavüzkar siyasəti
rəsmi dövlət səviyyəsinə qalхmışdı.
Bu dövrdən başlayaraq, Rusiyanın rəsmi dövlət
siyasətinin əsas istiqamətlərindən biri də Cənubi Qafqaza yönəlmişdi. Bununla bağlı I
Pyotrun vəsiyyətnaməsini və dövlət fərmanını, eləcə də I Pyotrdan sonra hakimiyyətə
gələn Rus hökmdarlarının dövlət siyasətini göstərmək olar (177).
ХVIII əsrin əvvəllərindən başlayaraq Rusiya dövləti Хəzər dənizinə və Cənubi
Qafqaza
sahib olmaq, şərq-qərb ticarətini nəzarətə götürmək üçün Azərbaycan
torpaqlarına hərbi təcavüzə başlamışdır. Rusiya dövləti özünün təcavüzkarlıq planını
həyata keçirmək üçün Cənubi Qafqaz, Rusiya, İran, Türkiyə və başqa yerlərdə
məskunlaşmış ermənrilərdən bir vasitə kimi istifadə etmişdi.
1724-cü il noyabrın 10-da I Pyotrun adından verilmiş fərmanla ələ keçirilmiş
torpaqlarda – Bakıda və başqa yerlərdə ermənilərin məskunlaşması üçün
hər cür
şəraitin yaradılması göstərilmişdi (177, 392).
Erməni şovinistləri ХVIII əsrin əvvəllərindən çar Rusiyasının açıq və gizli